Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:52

Xüsusi layihələr / Bloqqerlərin həbsi

Bloqqerlər barədə hökm qüvvədə qaldı

Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
x
Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Martın 10-u gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayətinə baxılıb. Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədov bloqqerlər barədə Səbail Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov birinci instansiya məhkəməsində bir çox sualların açıq qaldığını, məhkəmənin hərtərəfli və ədalətli istintaq aparmadığını iddia edib. Həmçinin cinayət işinə əlavə olunan bir çox sənədlərin, o cümlədən zərərçəkmiş kimi tanınan Vüsal Məmmədov və Babək Hüseynovun tibbi müayinəsi ilə bağlı sənədlərin saxta olduğunu deyib.

ZƏRƏRÇƏKMİŞLƏR MƏHKƏMƏYƏ GƏTİRİLMƏYİB

İsaxan Aşurov müdafiə tərəfinin israrla vəsatət qaldırmasına baxmayaraq, zərərçəkmişlərin məhkəməyə gətirilmədiyini də qeyd edib. Vəkil onu da deyib ki, müdafiə etdikləri şəxslərin girov müqabilində azadlığa buraxılmaması da qanuna uyğun deyil və Adnan Hacızadə və Emin Milli barədə həbs-qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı şikayət artıq Avropa Məhkəməsində icraata götürülüb.

Emin Millinin vəkili Elton Quliyev də bloqqerlərin şikayətinə ədalətsiz baxıldığını deyib. Bildirib ki, müdafiə tərəfinin təqdim etdiyi şahidlər nə birinci instansiya məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində dindiriliblər.

İttiham olunan Adnan Hacızadə də çıxışında hadisə baş verən günü polis bölməsində onların istədikləri vəkillə təmin olunmaq hüquqlarının pozulduğunu, həmçinin onların zərərçəkən olduqlarını və 39-cu polis bölməsinə şikayətlə müraciət etdiklərini təsdiq edən fotoşəkillərin Səbail Rayon Məhkəməsində dəlil kimi qeydə alınmamasını qeyd edib.

Elton Quliyev
Dövlət ittihamçısı Qüdrət Həsənov isə vəkillərin irəli sürdüyü apelyasiya şikayətində göstərilmiş dəlillərin araşdırma zamanı özünü doğrultmadığını əsas gətirərək birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin ədalətsiz keçirilməsi iddiası ilə də razılaşmayıb, deyib ki, məhkəmə prosesinə beynəlxalq təşkilatların, ictimai institutların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin buraxılması məhkəmənin ədalətli və şəffaflığının göstəricisidir.

ƏDALƏTSİZ, QANUNSUZ VƏ QƏRƏZLİ QƏRAR

Vəkil İsaxan Aşurov Apelyasiya Məhkəməsinin Səbail Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlaması ilə bağlı qərarını ədalətsiz və qərəzli hesab edir:

- Apelyasiya Məhkəməsinin qərarı ədalətsiz, qanunsuz və qərəzli bir qərardır. Bu qərar şübhəsiz ki, həqiqəti əks etdirmir və birinci instansiya məhkəməsinin qanunsuz hökmünün təsdiqindən başqa bir şey deyil.

İsaxan Aşurov deyir ki, Ali Məhkəməyə kassasiya şikayəti təqdim edəcəklər. Daha sonra yerli məhkəmə qərarlarını Avropa Məhkəməsinə göndərəcəklər.

Gənc bloqqerlər xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərinin sifarişli olduğunu düşünür.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
11.03.2010 15:32
AZƏRBAYCANDA MÜSTƏQİL MƏHKƏMƏ HAKİMİYYƏTİ ADINA BİABIRÇI ŞOULAR KEÇİRİLİR!

BU CÜR MƏHKƏMƏ ŞOULARI FONUNDA BİZ HAMIMIZ DUSTAQIQ - İLHAM ƏLİYEV HAKİMİYYƏTİNİN DİSTAQLARI!

YAŞASIN AZADLIQ!

BLOQQERLƏRƏ AZADLIQ!

Kimdən: Yashar Haradan: Turkiye
10.03.2010 20:28
Azerbaycan respublikasi bu ishlerle ozunun abirib aparir.bloggerleri azadliqa buraxinnnnnnnnnnnnnnnnnnnnn.
bir guney Azerbaycanli olaraq Azerbaycan hakimiyyetinin bu siyasetin qiniyiram.

Kimdən: Vuqar Haradan: Moskva
10.03.2010 18:43
Emin ve Adnananla biz fexr edirik ve tezlikle hak ve adeletin berqarar olmasini arzu edirik!!!!!!!!!!!!!!!

Kimdən: Vetenperver Haradan: ölkeden
10.03.2010 17:55
Zaur, sen qürbetden qayidanda...

Kimdən: Ilham Haradan: USA
10.03.2010 17:21
Absurd mehkeme sistemi, absurd ittihamlar. Ushaqlar saq olsunlar ki, mubarizeni davam edirler. Avropa mehkemesine umidliyem...

Kimdən: Faiq Haradan: Baki
10.03.2010 17:21
Hakim eke! Özünü kishi sanirsanmi?

Kimdən: Vetenperver Haradan: Bakidan
10.03.2010 17:15
Lap eceb oldu. Azadliq Radiosunun jurnalistlerini tebrik edirem nehayet ki Xedice xanimin dostlarinin ishi yekunlashdi. Bir az derinden nefes alin. tebii ki bashqa dostlari da xuliqanliq elemeseler...

Kimdən: Lufthansa Haradan: Baku
10.03.2010 17:12
Neynek...umid qalir Avropa mehkemesine...

Atalarda misal var "Kechem namerd korpusunden qoy aparsin sel seni"

mence prezidentden ehv dilenmeyecek...

Kimdən: Zaur Haradan: gurbetden
10.03.2010 17:01
AY MILLET BIZ NE VAXTA KIMI BELE HAGSIZLIGLARA,GUNAHSIZ INSANLARIN MEHBESE DUWMESINE DOZECEYIK????????????