Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

«Rusiya ordusunu diz çökdürən»in ölümündən 5 il keçdi

Aslan Məshədov, 1999

Aslan Məshədov, 1999

10.03.2010
5 il əvvəl Rusiya hakimiyyəti elan etdi ki, Çeçenistan prezidenti Aslan Məshədov öldürülüb.

AzadlıqRadiosunun Xəbərlər Şöbəsinin hazırladığı təhlildə region üzrə ekspertlərin fikrincə, Məshədovun ölümü Rusiyanın Şimali Qafqaz üzərində nəzarəti tam ələ almaq prosesinin təməl daşı oldu.

Ölümündən cəmi bir neçə həftə əvvəl Məshədov birtərəfli qaydada atəşkəs elan etmişdi. Ancaq o vaxtkı Rusiya prezidenti Putin dedi ki, «terrorçularla» danışmayacaq.

Aslan Məshədov ölümündən bir az qabaq AzadlıqRadiosuna müsahibəsində deyirdi ki, Moskvanın danışıqlardan imtina etməsi, döyüşlərin hələlik dinc olan bütün Şimali Qafqaza yayılmasına səbəb olacaq:

«Çeçenistan müharibəsi tezliklə dayandırılmasa, bu müharibə yayılacaq. İndinin özündə də yayılır. Bu gün Dağıstanda, Osetiyada, İnquşetiyada
və başqa yerlərdə döyüşlər olur».

Məshədovun dedikləri tezliklə düz çıxdı.

MƏSHƏDOV KİM İDİ?

Məshədov həmişə dinc əhali arasında zərərçəkənlərin olmasının əleyhinə idi. Məhz buna görə Şimali Qafqazdan kənara çıxan əməliyyatlardan həmişə boyun qaçırıb. Ancaq onun xələfləri buna əməl etmədilər.

Xüsusilə, Məshədovun yerinə gələn Abdul Hakim Sədullayev 2006-cı ildə öldürüləndə, müqavimət komandanı vəzifəsinə yiyələnən Doku Umarov.

Məshədovun məqsədi Rusiya ilə razılaşmaya gəlib, Çeçenistanda demokratik respublika quruculuğuna vaxt qazanmaq idi. Umarov, əksinə, müstəqil Çeçenistan naminə cihad elan eləmişdi.

Həmişə alçaqdan danışan Məshədov Sovet Ordusunda peşəkar hərbçi olub. O 40 yaşında polkovnik və artilleriya divizionunun komandiri idi. Çeçenistandakı rus qoşunlarının komandanı Troşev Məshədovun peşəkarlığını və intizamını xüsusi qeyd edir.

1991-ci ildə SSRİ dağılanda Sovet Ordusundan tərxis olub, Çeçenistana gələn Məshədov general Coxar Dudayevin yaratdığı çeçen ordusunda komandan oldu və 1996-cı ildə Qroznının alınmasına rəhbərlik etdi.

Aslan Məshədov və Şamil Basayev, 1999
AzadlıqRadiosunun Şimali Qafqaz xidmətinin direktoru Aslan Dukayev:

«Məshədov, şübhəsiz, istedadlı hərbi strateq idi. 1996-cı ildə Qroznının alınması zamanı, Məshədovun komandanlığı altında cəmi bir neçə yüz döyüşçü vardı. Yalnız yüngül silahlarla silahlanmış bu bir neçə yüz döyüşçü Rusiyanın qüdrətli hərbi qüvvəsini bir neçə saata diz çökdürdü».

1997-ci ildə Çeçenistan prezidenti seçilən Məshədov Rusiya prezidenti Yeltsinlə Rusiya-Çeçenistan razılaşmasını imzaladı və bu, onun karyerasının zirvəsi idi.

MƏSHƏDOVU NƏ YIXDI?

Məshədovu yıxan onun daxildəki radikallarla siyasi mübarizəyə cəlb olunması və hesablaşmağa məcbur olması idi. Çünki o nə qədər nüfuzlu olsa da, Dudayevdən sonra artıq heç kim Çeçenistanda təkbaşına, hamı tərəfindən qəbul olunan lider deyildi.

Məhz Şamil Basayev kimi radikalların təzyiqi o 1997-ci ildə parlamenti buraxdı və bununla özünün çox vacib dayağını itirdi.

1999-cu ildə isə Şamil Basayev döyüşləri Dağıstana ilk dövrdə uğurla yaymaqla və burda İslam Respublikası elan etməklə, Aslan Məshədovun mövqelərini birdəfəlik sarsıtdı.

Həmin əməliyyat Moskvaya ikinci Çeçenistan müharibəsinə başlamağa imkan verdi.

Aslan Məshədov beynəlxalq ictimaiyyətdən kömək istəyirdi ki, Moskavaya təzyiq eləsinlər, Moskva danışıqlara razı olsun.

Putin isə o vaxtkı Çeçenistan müftisi Əhməd Kadırovu Çeçenistanda hakimiyyətin başçısı elan etdi. Və danışıqlara daha heç vaxt getmədi. Putin deyirdi ki, Çeçenistanda son döyüşçü məhv edilənə qədər mübarizə davam edəcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Afat Şəhər: Ukrayna
11.03.2010 13:06
Aslan Məshədov zirvəsinə galxmag üçün ən azi şəxsi həyatdan, şəxsi varlanmadan və şəxsi ambisiyalardan imtina etmək lazimdir. Bu meyarlara yeganə uyğün gələn adam Elçibəy idi, onun da başini ətrafindakilar tez yedi.Görünür, bizdə vətən üçün yananlari özümüzünkülər tez söndürürlər, ona görə də heç kim o zirvəyə galxa bilmir.Anjag, bunu dövran və hadisələrin gedişi tələb edir:Bu milləti daliyja apara bilən, torpaglarimizi azad etmək eşgi ilə alişib-yanan, xalg malina göz dikənlərin gözünü çixardan bir oğul yetişməlidi...Dövr öz gəhrəmanini tələb edir! Xalga elə bir lider lazimdir ki, o ayagini goyduğu yerə millət başini goysun.Bu bir zərurətdir və o günü hamimiz gözləyirik!
Cavab

Kimdən: Budag Şəhər: Baku
31.03.2010 19:51
Bizim ali bas komandan hələ lazımı gözləyır. Lazımı isə şərləyib tutublar 10 mayda amistiya gözlənilir belke onda buraxdılar.

Kimdən: Moshu Şəhər: Goyezen
11.03.2010 11:46
Torpagini,milletini seven igidler idi onlar.ALLAH rehmet elesin onlara..

Kimdən: Yurdsevər
11.03.2010 00:29
Shushani qoyub qachanlar, lachini doyushsuz tehvil verenler, ibret goturun!!!

Bu kishinin adi hemishelik tarixde qalacaq , ona butun Qafqaz xalqlari rehmet oxuyacaq, ancaq sizlere daim lenetle yad edileceksiniz.

Kimdən: Cahangir Şəhər: Bakı
10.03.2010 21:25
Eşq olsun! Yeri cənnətlikdir!

Kimdən: del piero Şəhər: Turin
10.03.2010 20:29
Allah rehmet elesin!

Kimdən: ELÇİ BEY-eskeri Şəhər: AZERBAYCANın Quzeyi Bakı
10.03.2010 19:41
ALLAH Cöher Dudayevi,Aslan Meshedovu ve Çeçenstanın azadlığı uğrunda şehid olanları rehmet elesin.Gün gelsin Çeçenstan öz mesteqilliyine nail olsun.

Kimdən: suzen Şəhər: icerisheher
10.03.2010 19:14
Men chechenlerin mubariz tarixlerini oxuyanda ushaqliqda oxuduqca ureyimizi riqqete getiren qehramanliq dastanlarini xatirlayiram. O vaxtlar o dastanlarin ne qeder heqiqete yaxin olduguna ve ne geder xeyal gucune dayandigina emin deyildim. Dudayev,Basayev ve Meshedov kimi igidler shubhemi alt ust etdi. Allah veten yolunda,azadliq ve milleti yolunda olen butun shehidlere rehmet elesin.

Kimdən: azira Şəhər: paris
10.03.2010 18:52
azerbaycan hokumati çeçenistanin olsa çoxdanan qarabaqi almisdilar hala çeçenlarin ozla-
rinin devlati olmadan onlar russlardan savas etdilar torpaq davasi doyub qirildilar qarabaq torpaqi bizim ola ola qarabaqin hellini suluh yolunan basqalari
hall eliyir azerbaycana basqasi yox ozunun qeyreti gucu lazimdir savasa baslasin torpaq usta qan tokulsun ki,torpaqlarmiz qayitsin ermaniya ozunu ocur
gostarsa ermanin gozu azerbaycanan tezlikla kasilar.