Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 10:53

Rubrikalar / Təbriz Ekspress

Ərdəbil zindanında azərbaycanlı fəallara işgəncələr artıb

Ərdəbil zindanının rəisi orda saxlanılan azərbaycanlı fəalları sıxışdırır

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
«Ərdəbil zindanının rəisi orda saxlanılan azərbaycanlı fəalları sıxışdırır, qatilləri fəalların saxlandıqları yerlərə verirlər ki, onlar fəalları incitsinlər. Müxtəlif bəhanələrlə onların telefonlarını kəsirlər, yaxud da zindan işçiləri Azərbaycanın ünvanına yamanlar söyləməklə azərbaycanlı fəallara psixoloji təsirlər göstərirlər».

Bunu Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının üzvü, hüquq müdafiəçisi Yaşar Həkkakpur deyir. Onun sözlərinə görə, son vaxtlar xüsusilə zindanlarda saxlanılan milli fəallara qarşı təzyiq və işgəncələr artıb. Onlara hətta ailələri ilə danışmağa da imkan verilmir.

«TRAXTORSAZİ» KOMANDASINA AZARKEŞLİK QADAĞANDIR

Hüquq müdafiəçisi deyir ki, İran dövlətçiliyinə qarşı çıxmaqda ittiham olunaraq Ərdəbil zindanına atılan dörd milli fəal – Vədud Səadəti, Behruz Əlizadə, Əli Abbasi və Rəhim Qulami martın 6-da saxlanıldıqları kamerada döyülüblər. Səbəb onların İran televiziyası ilə yayımlanan «Traxtorsazi» komandasının oyununu həvəslə izləmələri olub. Zindan rəhbərliyi ağır ittihamlarla məhkum edilmiş və digər kameralarda saxlanılan məhbusları milli fəalların kamerasına gətizdirib. Həmin məhbuslar milli fəalları döyüblər. Bunu Həkkakpur deyir:

«Vədud Səadətinin burnunu sındırıblar, ona müxtəlif bədən xəsarətləri yetiriblər».

«ANA DİLİ» DEYƏNİN YOLU ZİNDANDAN KEÇİR

Həkkakpur ötən ay ana dili ilə əlaqədar Ərdəbildə həbslərin qurbanı olmuş milli fəallardan da danışıb. Onun sözlərinə görə, İranın təhlükəsizlik orqanı tərəfindən həbs olunmuş dörd milli fəal Mehdi Əjdəri, Babək Miyami, Həsən Kərimi və Şəhruz Təxti bu günlərdə girov müqabilində azadlığa buraxılıblar. Yaxın vaxtlarda isə onlara məhkəmə qurulacaq.

AZƏRBAYCANLI İDMANÇILARI ALQIŞLAYANLARI ZİNDAN GÖZLƏYİR

Yaşar Həkkakpur
Yaşar Həkkakpur Qum şəhərində keçirilən güləş üzrə beynəlxalq yarışlar zamanı həbs olunanların aqibətindən də danışıb:

«Azərbaycanın Qum şəhərində Rəhim Hüseynzadə və Ruhulla Heydəri beynəlxalq güləş yarışını seyr etməyə gediblər. Orada azərbaycanlı və türk idmançılarını, o cümlədən Azərbaycan Respublikasından gələn idmançıları alqışladıqlarına görə onları döyərək həbs ediblər. İki gün əvvəl hər ikisi girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıblar».

Bu ilin yanvar ayında həbs edilmiş milli fəal, jurnalist Abdulla Səduqi isə saxlandığı Təbriz həbsxanasında ölüm aclığına başlayıb. O, ötən həftənin şənbə gününə qədər yalnız yeməkdən imtina etmişdisə, artıq həmin gündən sudan da imtina edib. Jurnalistin qardaşı Hüseyn Səduqi deyir ki, onun vəziyyəti dözülməzdir:

«Ailəsinin təsiri ilə bir gün içdi, sonra daha içmədi. Vəziyyəti yaxşı deyil, ağırdır».

MÜDDƏTSİZ ACLIQ AKSİYASI

Hüseyn Səduqi deyir ki, martın 6-da qardaşının vəziyyəti ağırlaşıb, onu həbsxananın xəstəxanasına götürüblər. Ailə üzvləri jurnalistdən xahiş edib ki, aclığı dayandırsın. Həbsini qanunsuz sayan jurnalist isə yalnız azadlığa buraxılacağı halda aclığı dayandıracağını söyləyib.

Abdulla Səduqi Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Elə sevimli mövzusu da «Traxtorsazi» komandasının oyunları imiş. Təbrizin «Traxtorsazi» futbol klubunun icazəli afişalarını Azərbaycan dilində nəşr etdiyi üçün yanvarın 18-də İranın kəşfiyyat qurumu (ETTELAAT) tərəfindən həbs olunub. Həbsindən 1 ay sonra müddətsiz aclıq aksiyasına qərar verib.

Yaşar Həkkakpur deyir ki, İranda azərbaycanlılara qarşı repressiyalar bu ölkədə insan dəyərlərinə verilən qiymətin göstəricisidir:

«Azərbaycanlıların istəkləri ana dillərində mədrəsələrin açılması və onlara qarşı ayrı-seçkiliyə son qoyulmasıdır. Ancaq həm İran hakimiyyətinin, həm müxalifətinin bu məsələyə çox pis baxışları var. Və bunların insani haqlarını istəməklərini separatçılıq kimi görürlər. Bu cür ittihamlarla onları həbsə salır və ağır şəraitdə saxlayırlar. Bu göstərir ki, İranda özləri yazdıqları qanunlara hörmətlə yanaşmırlar».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ali Haradan: Eskişehir
11.03.2010 13:15
İran yöneticileri nüfuslarının büyük çoğunluğu Türk kökenli olduğundan, birlik ve beraberliklerini tarih boyunca Sünni Osmanlının karşısında Şia İran olarak sağlamıştır Ancak günümüzde mezheplerin fazla bir önemi kalmadığından (sonuçta herkes Kur'an-ı Kerim'e inanıyo, müslüman yani) İran yöneticileri, acaba İran Yugoslavya gibi dağılır mı??veya SSCB gibi dağılır mı endişesine, korkusuna, vesvesesine kapılarak ürkmüşlerdir. Özgürlüklerin kısıtlanmasıyla ne teknolojik ne de ekonomik bir gelişme olamayacağı....insan kendini ne hissediyosa o olduğu bilimsel yöntemlerle ispatlanmış, akla-mantığa da uygun bir gerçektir. İranda yaşayan insanların Farslar da dahil olmak üzere Türkiyedekilerden gerek anlayış, gerek genetik yapı, gerekse örf-adet olarak aynıdır. Avrupalılar birleştiler, avrupanın-ABS'nin karşısında durabilmek bir güç oluşturmak istiyosalar, Türkiye ve İranın bir birliktelik oluşturmaları gerekir....değilse Irak Halkının durumu ortada, İrandaki insanlar zavallı durumuna düşmüş Irak Halkını görünce üzülmüyolar mı...

Kimdən: Qızılüzən Haradan: Bakı
11.03.2010 10:41
Türkün vəziyyətinə bax 1000 il ağası olduğu torpaqlarda. Nə deyə bilərəm, öz günahıdır.

Kimdən: Sara Haradan: Ingiltere
11.03.2010 03:24
Azerbaycanlilari hebs edenlerin vaxtina az qalib, bunlara ne divan tutulacaghini ozleri de yaxshi bilirler, amma hele ki, sheytana dua etmekle bir teher chullarini sudan qiraqda saxlaya bilibler. Sirke ne qeder tund olsa oz qabini chatladar. Fars shovinistleri qurban olsunlar Azerbaycanlilara, bizler olmasaydiq onlari choxdan yerle yeksan etmishdiler. Sadece olaraq Qerb/Ermeni/Rusiya Cenub Azerbaycanin musteqil olmasini istemir, chunki bolgede yeniden guclu Turk dovleti yaranar - 2 Azerbaycan birleshir, boyuk Turk dovleti ile birlikde daha guclu olur.
Fars shovinistleri indi de bizlere divan tutmaqla Azerbaycanlilari bu yolla ayagha qaldirmaq isteyirler, chunki Yashillar Herekati deyilen tele ishlemedi.

Kimdən: elchin Haradan: ukraina
10.03.2010 20:51
bu farstarin megsedi Azer-lari farslasdirmagdir.Bunun bir axri olacag miletimiz sinmaz"SEHER KANALINDA" ISLEYEN BEZI YALANCI AZER-AN DILINDE DANISANLARA IBRET OLSUN BU GEYRETLI OXLANLAR
Cavab

Kimdən: Sahib Haradan: bakı
10.03.2010 23:44
Meqsedlerii ele azerileşdirmekdir.görünür bacarırlar da.

Kimdən: Naıle Haradan: Bakı
10.03.2010 20:47
Cox teessuf olsun ki, sesimiz-unumuz catmir iran zindanlarina ,ancaq onlarin mubarizesini desteklemek qalir bizlere. Jurnalist Abdulla Seduqi gerek mutlek acliga son qoysun,demesin basqa yolum yoxdur , axi o mubarizeni oz olumu ile davam ede bilmeyecek, onun kimi ogullara Azerbaycanin ehtiyaci var , tamam demesin, davam desin, acliga son , mubarizeye davam !!!!!!!!! BUTOV AZERBAYCAN UGRUNDA YASAMALIYIQ!!!!!!