Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / İşdən sonra

«Əfv fərmanına böyük ehtiyac var, amma…»

Elçin Sadıqov

Elçin Sadıqov

10.03.2010
Artıq Apelyasiya Məhkəməsinin qərarından sonra hökm qüvvəyə minmiş sayılır və Adnan Hacızadənin və Emin Millinin əfvini hüquq müdafiəçiləri, ombudsman, yaxud başqa institutlar gündəmə gətirə bilər. Bu sözləri AzadlıqRadiosunun «İşdən sonra» proqramında iki bloqçunun müdafiə komitəsinin koordinatoru Erkin Qədirli deyib. Onun sözlərinə görə, bloqçuların özü bunun üçün müraciət etməyib.

Eynulla Fətullayev və Qənimət Zahid də əfv üçün müraciət etməyəcəklərini bildiriblər. Onların müdafiəçisi Elçin Sadıqov deyir ki, bu, onların adlarının əfv fərmanına düşməməsi üçün əsas deyil. Onun fikrincə, əfv fərmanına cəmiyyətdə böyük ehtiyac var, amma əfv fərmanlarının əsasında dayanan cinayətin etiraf edilməsi məsələsi qərəzli məhkəmə hökmləri və ya ədliyyə sisteminin səhvləri ucbatından həbsə düşmüş adamların bu müsbət addımdan tam mənada yararlanmasına mane olur:

«Yəni, indi Adnan Hacızadə deyəcək ki, mən bir də idmançıları döyməyəcəm, məni əfv edin? Bu məsələ tək Eynulla Fətullayev barəsində deyil. Azərbaycanda ədalət mühakiməsinin yarıtmazlığından əziyyət çəkən xeyli insanlar var. Onlar da qərəzli olaraq məhkum olunduqlarına görə cinayəti etiraf etmirlər. Ona görə də cəzalarını sonra qədər həbsxanalarda çəkməli olurlar».

Hüquq müdafiəçiləri əfv fərmanından nələri gözləyir?

«İŞDƏN SONAR»NI DİNLƏYİN.

/Hazırladı Gülər Qasımova./
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Bayandur Xan Şəhər: Derdli Baku
12.03.2010 17:32
Efv fermanini ele bahalashdiriblar ki, kasib kusubun gucu catasi ish deyil.

Kimdən: Zaur Şəhər: sankt-peterburg
11.03.2010 01:56
Tamamile duzgun movzudur ki,gundeme getirilib.Umumiyyetle Azerbaycan respublikasinin cinayet prosessual ganunlarinda ciddi catishmamazliglar var.Bu catishmamazliglarin bezisi dushunulmush shekilde,bezileri ise bizim milli meclisde ekseriyyet teshkil edan savadsiz ve gabiliyyetsiz millet vekillerinin el ishleridir.Ve bu catishmamazliglara gore de xeyli insan mehbesde eziyyet cekir.Efv fermani hagda ganun da bunlardan biridir.Eliyev konstitusiyasi kimi meshhur olan Azerbaycanin indiki konstitusiyasi bu ganuna normal ve humanist bir deyishikliyi etmeye imkan vermir.