Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

İnsan haqlarına dair film festivalı başlayıb

İranlılar Parisdə müxalifətə dəstək mitinqi keçirirlər, 29 dekabr 2009

İranlılar Parisdə müxalifətə dəstək mitinqi keçirirlər, 29 dekabr 2009

10.03.2010
Praqada «Bir Dünya 2010» Beynəlxalq İnsan Hüquqları sənədli film festivalı başlayıb.

Martın 10-dan 18-ə qədər davam edəcək festivalda İrana xüsusi diqqət yetirilib. Tədbirin özü də 21 yaşlı Hana Maxmalbafın çəkdiyi «Yaşıl günlər» filmi ilə açılıb.

Ehtiyac içində olan insanlar üçün Çexiya Xeyriyyə Təşkilatının sponsorluğu ilə keçirilən bu festivalda İran haqda başqa filmlər də var.

Təşkilatın direktoru Marek Svoboda bu il İran filmlərinə daha çox yer ayrılmasını keçənilki mübahisəli prezident seçkisi ilə izah edir:

«Xeyriyyə təşkilatı olduğumuzdan, biz İranda iyun ayında keçirilən seçkidən sonra baş verən bir çox etiraz aksiyaları ilə bağlı proseslərə cəlb edilmişik. Bu festivalın özü də bizim həmin proseslərə cəlb edilməyimizin bir hissəsi sayıla bilər».

Keçən ilin iyununda Mahmud Əhmədinejadın təkrar prezident seçildiyi mübahisəli seçkidən sonra müxalifətin minlərlə tərəfdarı yaşıl rəngdə rəmzlərlə etiraz aksiyaları keçirib.

Avropadakı iranlı müxalifət qrupları Çexiyadakı xeyriyyə təşkilatı kimi qurumların vasitəsilə İrandakı fəallarla həmrəyliklərini nümayiş etdirirdilər.



Festivalda nümayiş etdirilən «Yaşıl günlər» filminin direktoru Hana Maxmalbaf İranın tanınmış rejissoru Möhsün Maxmalbafın qızıdır. Hananın seçkidən sonra baş verən hadisələrlə bağlı çəkdiyi sənədli filmlər sentyabrda Venesiyada keçirilən Film Festivalının da qalibi olub.

«Yaşıl günlər» filmində mobil telefonlarla çəkilmiş çox sayda videogörüntülərdən, o cümlədən də 26 yaşlı Neda Ağasoltanın qətlə yetirilməsini əks etdirən videolardan da istifadə edilib.

Maxmalbaf bu filmdə minlərlə iranlının yaşadığı faciəni əks etdirdiyini deyir:

«Yaşıl günlər» filminin direktoru Hana Maxmalbaf
«İyunun 12-dən sonra iranlıların çoxunun, səs verənlərin həyatı dəyişdi. Çoxları həbsə atıldı, işgəncələrə məruz qaldı. Bəziləri hətta həbsxanada zorlandı. Kimlərisə qətlə yetirdilər, mənim ailəm kimi, bəziləri də ölkədən qaçmaqdan başqa çarə tapmadı. İyunun 12-ə qədər dünya İranı Əhmədinejadın sözləri ilə tanıyırdı. Amma bu gün mən şadam ki, İran sözünün yaratdığı təsəvvür artıq dəyişib».

Festivalda «Çadra altındakı qadın» adlı başqa bir İran filmində isə İranda daşqalaq edilən qadınların həyatı təsvir edilir.

Artıq 12-ci ildir ki, dünyada azadlıqların təbliğinə həsr olunan «Bir Dünya» Film Festivalı keçirilir. Təşkilatçılar bu festivalda qiyabi şəkildə iki iranlı tələbəyə də «Homo Homini» insan haqları mükafatı təqdim edəcəklər. Mitinqlər zamanı tutulan həmin tələbələrdən biri hələ də həbsxanadadır, o birini isə bu yaxınlarda azad ediblər.

Builki festivala dünyanın müxtəlif yerlərindən 1500 adam qatılıb. 101 film nümayiş etdirilir. Filmlər Çexiyanın 29 şəhərində göstəriləcək.

Filmlərdən bəziləri gələn ay Brüsseldə keçiriləcək festivala da göndəriləcək.

İlk dəfə bu il tamaşaçılar da üstün bildikləri filmə səs verə biləcəklər.

Filmlərin bəzilərini martın 28-ə qədər internetdən götürmək də mümkün olacaq.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: MESEDI
11.03.2010 00:11
NAXCIVAN HADISELERI DAHA DEHSETLI IDI ZIREHLI TEXNIKA ILE GIRIB CAMMATI DOYESEN QANUNSUZ YERE HEBS EDESEN BU TARIXE YAZILDI VE BU INSANLAR HEMISE LENETLE XATIRLANACAQ

Kimdən: azerbaycanlilar
11.03.2010 00:07
azerbaycanda insan haqlari dah pis veziyyetde umud edirem ki bu haqdada filmler cekiler, kitablar yazilar