Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / Oxu zalı

Qərb dəyərlərini şübhə altına alan fransız yazıçının azərbaycanca əsəri çap olundu

Mişel Uilbek

Mişel Uilbek

11.03.2010
Yazıçılar Birliyində “525 kitab” seriyasından nəşr olunan daha iki yeni kitabın təqdimatı keçirilib. Bu dəfə görkəmli fars və fransız ədibləri Söhrab Sipehrinin “Suyun ayaq səsi”, Mişel Uelbekin “Sağ qalma” kitabları oxuculara təqdim edilib.

Mişel Uelbek dünyada ən çox oxunan fransız yazıçılarındandır.

1994-cü ildə yazdığı “Mübarizə məkanının genişləndirilməsi” romanı ona dünya şöhrəti gətirib.

Yazıçı əsərdə Qərbin liberal dəyərlərini şübhə altına alır. Onun tənqidinin əsas hədəfi seksual azadlıqdır.

Uelbekin fikrincə, bu azadlıq praktikada müasir insan üçün bir tələyə çevrilib.

Bu mövzunu o, digər əsərində - “Elementar hissəciklər”də də inkişaf etdirir. Uelbekin fikrincə, 1960-cı illərdən başlayan seksual inqilab bəşəriyyəti iflasa aparır.

1991-ci ildə Uelbek ""Sağ qalma" adlı esselər toplusunu çap etdirir. Bu əsasən müasir dünyada şairin yerindən bəhs edir.

S.Sipehrinin əsərlərini fars dilindən tərcümə edən şərqşünas, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi şairin bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb:

“Söhrab Sipehri istər “yeni şeir”in gəlişməsinə verdiyi töhfə, istərsə də yaradıcılıq üslubu baxımından diqqəti çəkir. Təsadüfi deyil ki, özündən sonrakı poetik nəslə ciddi təsir edən Sipehri poeziyasına bütün dünyada maraq ilbəil artmaqda, əsərləri müxtəlif dillərə tərcümə edilməkdədir.

Sipehrinin şəxsiyyətinə özəl marağı şərtləndirən amillərdən biri də budur ki, o, İran mədəniyyəti tarixinə təkcə böyük şair kimi deyil, həm də dünyaca məşhur modernist rəssam kimi daxil olub”.

Seriyanın rəhbəri, AYB-nin katibi və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bundan sonra layihə çərçivəsində daha səkkiz müəllifin – Elçin Hüseynbəyli, İlqar Fəhmi, Fikrət Sadıq, Natiq Rəsulzadə, Boris Pasternak, Qismət, Səməd Səfərov və Aysel Əlizadənin kitablarının nəşr ediləcəyini vurğulayıb

Bundan əvvəl sözügedən seriyadan olan 4 kitab işıq üzü görüb.

“525”
Bu forum dayandırılıb
     
İsmarışlar
Heç bir ismarış yoxdur. Birinci sən yaz
     
Şriftin ölçüsünü dəyiş - +

Oxu zalının menyusundan

Məhkəmə Kafkanın əlyazmalarını ictimaiyyətə açıqlamaq qərarı verdi

İsrail mətbuatı xəbər verir ki, saxlanclardakı əlyazmalar arasında məşhur yazıçının indiyəcən çap edilməyən əsəri də var. davamı

PƏRVİZ "Yaşamaq boynuma düşdü" (Şeirlər)

Yaşamaq boynuma düşdü - boynuna göy kartof yemək düşən kəndlimiz Xubyar kimi... O, göy kartof yeməkdən öldü,mən - yaşamaqdan... davamı

Üzeyir bəy Hacıbəyli. MİNİATÜRLƏR

Müsəlmanlarda bir məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı tutar. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, hökumət qapazı dəydiyi zaman başlarını aşağı tutarlar ki, qapaz vuran "rahat" olsun. davamı

Elxan Qaraqan: "Kim istəyir əsərimi plagiat saysın, kim istəyir saymasın"

Azadlıq Radiosuna müsahibəsində yazıçı deyib: "Dünya qloballaşır və dünyada ümumi ideyalar var. Və bu ümumi ideyalara xidmət edən insanlar var. Mən sevinirəm ki, dünyada hansısa ümumi ideyaya xidmət edirəm". davamı