Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:43

Verilişlər / Korrupsiometr

Dövlət idarələrində paket şəklində maaş

İşçiləri onlara verilən pulun hardan gəldiyi yox, məbləği daha çox maraqlandırır

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
2008-cı ilin noyabrına qədər dövlət komitələrindən birində çalışan Oruc Orucov etiraf edir ki, o dövlət müəssisəsində işlədiyi müddətdə hər ay leqal maaşla yanaşı ona zərfdə əlavə pul verilirmiş. Dediyinə görə, son artımdan sonra 240 manat maaş alırmış, bununla yanaşı ona hər ay da zərfdə 300 dollar əlavə pul verilirmiş.

Həmsöhbətim deyir ki, hətta zərfdə verilən pulun paylanıb-paylanmadığını öyrənmək üçün paroldan istifadə edirmişlər:

ZƏRFDƏ VERİLƏN PULUN PAROLU «YAĞIŞ»DI

- Maaşı alandan sonra hər ayın 5-10-u aralığında zərflər verilir. Hətta bir-birimizə zəng edib soruşurduq ki, nə var, nə yox, «yağış yağır?». Zərfdə verilən pulun parolu «yağış»dı. Soruşurduq ki, «yağış yağır», misal üçün cavab verilirdi ki, hələ sakitlikdir, axşama bəlkə yağdı. Və yaxud bizə dünən «yağdı», yəqin bu gün də sizə «yağış yağar». Birinci mərkəzi aparat, sonra şöbələr alır.

Oruc Orucov deyir ki, əslində, işçiləri onlara verilən pulun hardan gəldiyi yox, məbləği daha çox maraqlandırır.

Adlarının çəkilməyini istəməyən şəxslərdən gələn məlumatlara görə, son bir neçə ayda zərfdə verilən maaşların məbləği azalıb. Məsələn, iki il əvvəl zərfdə 200-330 manat verilirdisə, indi bu məbləğ yarıbayarı azalıb.
Nazim Məmmədov
Ekspertlər bunu dünyadakı maliyyə böhranı ilə əlaqədar qeyri-leqal gəlirlərin azalmasıyla əlaqələndirirlər.

BU O DEMƏKDİR Kİ, HƏMİN YERDƏ KORRUPSİYA VAR

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov deyir ki, hansısa dövlət idarəsində, özəl qurumda ikili mühasibatlıq, işçilərə zərfdə əlavə maaş verilməsi halları varsa, bu o deməkdir ki, həmin yerdə korrupsiya var:

- Məntiqə uyğun olaraq vəsait hardansa gəlməlidir ki, idarə rəhbəri həmin pulu versin. Deməli, bu sahədə gizli iqtisadiyyat inkişaf edib.

Nazim Məmmədov hesab edir ki, ikili mühasibatlığın olması həm də əməkhaqqından tutulan sosial vergilərin yüksəkliyi ilə də bağlıdır.

Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı isə hesab edir ki, ikili mühasibat həm özəl, həm də dövlət sektorunda var. İqtisadçının sözlərinə görə, dövlət qurumları dövlət qulluqçularının əməkhaqqı üzrə tarif cədvəlindən kənara çıxa bilmirlər və bu cədvəl həm də çox ləng yenilənir. Reallıq isə dövlət qurumlarından öz işçilərinə daha çox maaş verilməsini tələb edir:

Kənan Aslanlı
- Belə olan halda konkret olaraq əməkhaqqılarla bağlı ikili mühasibat ortalığa çıxır. Azərbaycanda dövlət qulluğunda tətbiq olunan məşhur «zərf» metodu var və həmin əlavə vəsaitlər zərfdə verilir.

Ekspert deyir ki, bu heç də o demək deyil ki, həmin pulların hesabı aparılmır:

BU PULLARIN DA UÇOTU GEDİR

- Təbii ki, o pulların da uçotu gedir və daha sonra hansısa digər xətlər hesabına silinir və sonda müəssisənin balansında qalmır.

Kənan Aslanlıya görə, zərflərdə verilən pullar əsasən komitə və nazirliklərin qeyri-rəsmi əldə etdiyi dövriyyədən verilir və əslində, ikili mühasibatdan həm dövlət, həm də özəl sektorda bir növ işçiyə təzyiq vasitəsi kimi də istifadə edilir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədovun fikrincə, elə bu kimi təzyiq rıçaqlarından istifadə olunmaması üçün dövlət sektorunda maaşlar qaldırılmalıdır ki, işçinin hansısa məmurdan, müdirdən asılılığına son qoyulsun.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
29.03.2010 16:06
İşçiyə zərfdə maaş vermək həmin miqdarı vergidən yayındırmaq deməkdir və bu vergi cinayəti sayılır. Bu üsul Azərbaycanda çox geniş şəkildə tətbiq olunur. Universitetelərdə maaşın zərfdə verilən hissəsinə "yardım" deyirlər. Amma heç kim izah etmək istəmir ki, neft ölkəsinin müəlliminə maaş əvəzi niyə yardım verilir. Bəyəm o, qaçqındır, şəhid ailəsidir, aztəminatlıdır (deyəsən, ondandır: Azərbaycan müəllimi aztəminatlıdır!), ya mayıfdır (əmək qabiliyyətini itirmiş)?

Bütün eybəcər vergi cinayətindən ölkə başçısının da xəbəri var və o bu cinayəti dəstəkləyir (bilir və susursa!). Biz belə bir "dövlət quruculuğu" yolundayıq. Hələ üstəlik Mİlli Təhlükəsizlik Nazirliyimiz də var. İroniya!

Kimdən: xalq Haradan: Baki
19.03.2010 22:26
Nazim Memmedovun fikri ile raziyam,qizli pullar (yagishlar) legv olunsun,insan kimi normal maash verilsin cunku dovletde calishan her ishcilere yagish yagmir,onun ucun cox acinacaxli veziyetde yashayiriq.

Kimdən: Maks Haradan: Baki
15.03.2010 23:41
Her kese melumdur ki, bu pullarin menbeyi rushvetdir.

Kimdən: vetendaş Haradan: baki
15.03.2010 08:47
QARDAŞ SƏN DÜZ DEYİRSƏN. HƏR ŞEYDƏ YARIMÇIQ OLDUMUZ KİMİ . MÜSƏLMAN KİMİ DƏ YARIMÇIQ MÜSƏLMANIQ.

Kimdən: Ədalət Haradan: Sumqayıt
14.03.2010 11:10
Mən 10 il vergi orqanında işləmişəm Fazil Məmmədov 1999-cu ildə Baş Dövlət Vergi Müfəttişliyinin rəhbəri, sonradan AR Vergilər Naziri təyin olunandan sonra bu orqanda paket sistemi tətbiq olunub, bu günə qədər bu orqan paketdə əmək haqqı alır.

Kimdən: Namiq
12.03.2010 11:44
İşçi işə girəndə rəsmi maaşın nə qədər olduğunu bilir.Maaş azdırsa,həmin yerdə işləməsin.Ona kim mane olur ki,verilən rüşvəti almasın?
Cavab

Kimdən: Rasim Haradan: beralardan
12.03.2010 20:42
Sen ne danishirsan, ne rushvet, bu pulu ust-uste qoyanda bir az normal maasha oxshayir, EN DEHSHETLISI DEVLETIN OZUNUN ISHTIRAKI ILE BU ISHIN GORULMESI ADAMI DEHSHETE GETIRIR, BU NE DEVLETDIR? BUTUN MUESSISELER BELE ISHLEYIR, NEINKI MUESSELER, IDMAN CEMIYYETLERIDE, BUTUN RESPUBLIKA, BUNUN BASHINDA....... OZU DURUR!
Cavab

Kimdən: Namiq
15.03.2010 14:25
Bes o pullarin menbeyi haradir?Axi dovlet memurunun emekhaqqi evvelceden melumdur.Demek ki kenardan gelir.Ya rusvetle yigilib, ya da diger qeyri-qanuni yolla

Kimdən: Firudin Allahverdi
12.03.2010 01:13
Aha, bizim hər şeyimiz İBTİDAİ YOLLA tənzimlənir.
Dövlətimiz də ibtidaidir, özümüz də, sevgimiz də, nifrətimiz də... :)
Cavab

Kimdən: arzu
12.03.2010 09:34
ele dinimiz de ibtidaidir. pakistanda hele de qadinlari diri -- diri basdirirlar namusa gore. ele bizim cinayetleri izle. adamin eti urpesir. muselman olkelerinde hec vaxt inkisaf olmayacaq. ne iqtisadi ne ictimai.
Cavab

Kimdən: Sabir
15.03.2010 09:48
Azerbaycan ne zamandan muselman olkesi olub? Umumen bu gun dunyada "temiz" muselman dovleti var mi?Islamin beshiyi olan olkede bu gun mescidleri sokub yerine goydelen tikirler, Peygemberin qebrini yerle bir etmeye calishirlar.Oz dinine hormet qoyan insanlar bele sheylere revac verer mi? Quranda harda yazilib ki get filankesi diri-diri basdir? Oxuyan ve goren varsa desin.Gelin cahilliyi insanlarin shexsi inancina qatmayaq. Eger kimse muselman olmagin shertini adam oldrumekde ve ya bashqa yazilmamish qanunlarda axtarirsa ele bunun ozu cahilliyin en yekesidir.Men hech vaxt dinin ictami heyata qarishmasinin ve ya dovlet siyasetinin terkib hissesi olmasinin terafdari olmamisham ve hech vaxt da olmayacam. Bu insanlarin ohdesine ve azadligina buraxilmalidir. Eger insanlarin boyuk ekseriyyeit her hansi bir dine inanirlarsa ve hemin olke rushvetin ichinde batirsa bu ikisinin arasinda mutleq elaqenin oldugunu demek yalnish olar.

Cavab

Kimdən: Men
14.03.2010 21:03
Abdussamed qardashimiz duz deyir, Azerbaycan islam olkesi deyil. Eger islam olkesi olarsa diri-diri basdirmagi yaxud adamin bashinin camaatin gozu gabaginda kesmeyi, zinaya gore dashgalag edib oldurmey kimi vehshiliyleri dovlet seviyyesinde eliyeceyler.
Cavab

Kimdən: Abdussaməd Haradan: Bakı
14.03.2010 01:10
Əssalamun aleykum.

Bax yenə İslamı ortalığa qatmayın. Azərbaycan nə vaxtdan İslam ölkəsi olub?

Əssalamun aleykum.