Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:41

Verilişlər / Kontekst

Qorbaçov Azərbaycanda sevilmədiyini bilir

Aleksandr Yakovlev və Mixail Qorbaçov, 17 dekabr 1989

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
1985-ci il martın 11-də Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi vəzifəsinə gələn Mixail Qorbaçov az sonra aşkarlıq, yenidənqurma məzmunlu çıxışları ilə demək olar hər şeyi dəyişdi. İndi bəlkə də onu Qərb ölkələrində Soyuq müharibəyə, SSRİ kimi bir rəqibin mövcudluğuna son qoyan bir qəhrəman kimi anırlar, Nobel Sülh Mükafatına sahibdir. Amma SSRİ məkanında, bəlkə ən çox da Azərbaycanda onu başqa epitetlərlə tanıdırlar...

Qorbaçov özü də Azərbaycanda sevilmədiyini bilirmiş. Bu yaxınlarda Moskvada jurnalistlərlə söhbətində Bakıda sevilməməsinin səbəbindən də danışıb:

GUYA MƏN AZƏRBAYCANLILARI SEVMİRƏM

- Mənə elə gəlirdi ki, necə də olsa, Dağlıq Qarabağı müdafiə etmək lazımdır. Elə etmək lazım idi ki, onların azad, normal şəkildə Yerevanla əlaqələri qurulsun. Onlara respublika statusu verilsin. Amma mənim bu təkliflərimi elə qəbul edirdilər ki, guya mən azərbaycanlıları sevmirəm, ermənilərin tərəfini tuturam, nə qədər də səfeh fikirdir.

Amma Azərbaycanda Qorbaçovu yaxından tanıyanlar deyirlər ki, o, həqiqətən də Qarabağ münaqişəsində Ermənistanın tərəfini tuturdu. Keçmiş SSRİ Ali Sovetinin Azərbaycandan olan deputatı kimi dəfələrlə Qorbaçovla görüşmüş yazıçı Anar deyir ki, ən azı 1990-cı ilin 20 yanvarında Bakıda dinc mitinqçiləri qırdığına görə Azərbaycan xalqı onu unutmayacaq:

MƏNİM ÜÇÜN İKİ QORBAÇOV VAR

- SSRİ Ali Sovetinin deputatı olanda bir neçə dəfə görüşmüşdük. Mənim üçün iki Qorbaçov var. Biri Sovet İttifaqının dağılmasında, bununla da bizim respublikaların müstəqil olmasında xidmətləri olmuş bir adamdır. Bunu mən tarixin mütərəqqi hadisəsi hesab edirəm ki, bu Sovet İttifaqı dağıldı və hər xalq özü müstəqil oldu.
Anar
Burada da Qorbaçovun rolu var.

Bir də ikinci Qorbaçov var. O da Azərbaycan xalqına divan tutmuş bir adamdır. Ona Qara Yanvarı, Qarabağ məsələsində ikibaşlı mövqeyini biz heç vaxt bağışlamayacağıq. Azərbaycana qarşı ədalətsiz mövqeyini mən də ona heç vaxt bağışlamayacam.

- Anar müəllim, bu yaxınlarda Qorbaçov müsahibəsində deyib ki, Qarabağa hespublika statusu verməyi təklif edirmiş. Amma sonradan bu alınmayıb. O zaman belə bir söhbət eşitməmişdiniz?

BÜTÜN MÜBAHİSƏLƏR DƏ BUNDAN BAŞLADI

- O vaxt biz Naxçıvan Muxtar Respublikası olduğu kimi Qarabağa da Azərbaycanın tərkibində Muxtar Respublika statusu verilməsinə hazır idik. Amma Ermənistan buna razı deyildi. Bütün mübahisələr də bundan başladı. Əvvəl belə başladılar ki, guya Qarabağda iqtisadi vəziyyət ağırdır. Sonra məlum oldu ki, bunların hamısı yalandır, əsas məqsəd Qarabağı Azərbaycandan ayırıb Ermənistana qatmaqdır.

Amma Qorbaçov artıq bir tarixdir. O, az qala hər şeyi ilə, hakimiyyətə gəlməsi, qalmaqallı hakimiyyət illəri, vəzifədən düşürülməsi, sonra müxalifətin dəstəyi ilə təzədən hakimiyyətə qaytarılması, az sonra yenidən istefa verməsi ilə - hər şeyi ilə tam bir tarix yazdı. O, Sovet İttifaqının tarixində ilk dəfə 1991-ci il dekabrın 25-də sovet insanına ali rəhbərin istefa çıxışını da eşitdirdi.

Mixail Qorbaçov bu məşhur istefa çıxışından beş il sonra - 1996-cı ildə Rusiyada keçirilən prezident seçkisində şansını bir daha sınadı, amma ona səs verənləri sayı cəmi bir faiz oldu.

79 yaşlı Qorbaçov deyəsən, yenə də özünü şanslı bilir. Son vaxtlar Rusiya rəhbərlərinin ünvanına kəskin tənqidlər səsləndirir, siyasi partiya yaradıb hakimiyyət uğrunda mübarizə aparacağına işarələr vurur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: marqowa Haradan: AZTV
15.03.2010 16:13
anar hemiwe kimi qeyri-semimidir. Cunki:
1. SSRI-nin gorbacov dagitmayib, SSRI ozu dagilib
2. SSRI dagiganlarin coxu bu gun iw bawindadirlar;
3. Azarbaycan musteqillik ucun hec bir wey etmeyib o sadece fakt qarwisinda qoyulub ve musteqiliyi avtomatik olaraq alib
4. Musteqil olmaq ucun boyuk qurbanlar vermek lazimdir, Azarbaycan ise bu helede hazir deyil, o Qarabagi verib evezinde ozunu SSRI-den daha pis veziyyete salib
5. Bunlari bouyk devletler yaxwi bilir ve eger onlarin maraqlari ust-uste duwerse Azarbaycan musteqiliyi verdiyleri kimi X-gunde onu alacaglar geri.
6. Yaxin gelecekde Rusiya kecmiw SSRI mekanina (Baltik olkelerden bawqa) sahib cixacag
7. Azarbaycan qorbacovu sevse bele bunlar hamisi olub, olur ve olacagdir

Kimdən: Avropali xanim Haradan: Cexiya
13.03.2010 00:19
Qorbacovun nece bir adam olmasi ve hakimiyyet basina nece gelmesini bilmek isteyirsinizse yazici Boris Oleynikovun "Knyaz tmi" kitabini tapib oxuyun. Vezifeye gelmek ucun siyasi buronun butun nufuzlu adamlarini aradan goturmus, oz doqma anasindan uz donderib oqlu olduqunu danmis ve saire. Sovetler kimi boyuk qurumu ABS ve Avropaya boyuk milyardlara satmis bir adam indiyedek azad ve xurrem gezir.

Kimdən: AZERIDEN Haradan: RUSIYADAN
12.03.2010 20:05
BIR ADAM KI ARVADI DEDIYINNEN DURUB OTURA , O NIYE KI$I OLUR. DANI$MAQDAN SAVAYI BU GEDENIN ELINDEN HECH NE GELMIR.

Kimdən: Məhəmmədhəsən əmi Haradan: Nehrəm
12.03.2010 11:13
"Müstəqil", sevimli ədibimiz Anar müəllimi haqlı tənqid elədi. Qorbaçov Stavropolda Voskanyanla (sonralar ermənistan ali sovet sədri) dostluğu, sexoviklərdən rüşvət amaqla,erməni mafiyası vasitəsilə Amerika kəşfiyyatıyla əlaqəsi olması ehtimalı tam ağlabatandi. Arvadına (Rəisə Məqsudovnaya) brilyant hədiyyəsi eləməklə ermənilərin onu ələ alması versiyası necə? Azmı analiz olunub?
Əliyevin Moskvaya yüksəlməsi ermənilər tərəfindən kəskin qısqanclıq(dəqiqi -paxıllıq) hissləri ilə qarşılandı. Qarabağ hadisələrindən öncə Heydər Əliyevin dövlət strukturlarından tam kənarlaşdırıldığı, Şaxnazaryanın, Aqanbekyanın dörün başına çıxmağı Qorbaçovun kimi sevdiyini, kimi saymadığını güzgü kimi aydın göstərmirmi? Azərbaycan xalqına düşmənçilik fikri bəlkə yox imiş, amma düşmən hərəkəti elədi, düşmən oldu!

Kimdən: Ilgar Haradan: Azerbaycan
12.03.2010 06:54
Axi o Azerbaycanda hansi emellerine gore sevilmeli idi ki?
Azerbaycan xalqi ucun etdiyi emeyi her bir kese melumdur. Bu hec vaxt undula bilmez. 20 Yanvar qirqini, Qarabaq muharibesi bunlar hamisi onun Azerbaycan xalqi ucun etdiyi xidmetlerdir bunlar hec bir zaman bizim yaddasimizdan esrler boyu silinmeyecek.

Kimdən: Musteqil Haradan: Baki
12.03.2010 03:26
1990-ci ilin Yanvar qirigini töredenler bu gunde azadliqda gezirler ve yaxud rehmete getmishler.Bakiya qoshun yeritmek ucun Azerbaycan hökumetinden imza atanlarin adlari ashkarlanmali.Bakiya qoshun yeriden Qarbocovu bu gun biz nece onun yaxshi xodmetleride olmasini söyleye bilerik.Qarbocov Stavropolda ishlerken,Rehmetlik Heyder Eliyev sayesinde Moskvaya ireli cekilmishdir.
Sonradan ise Heyder Eliyevi tenqid ederek ishden istefa vermesini teleb etmish.
Biz bunun bu cur xeyanetkar xidmetlerine qiymet vermeliyik.
Qarbocov bir Azerbaycanda yok kecmish sovetler birliyinde ona nifret cokdur.Bu gun Anar muellim bir yazici kimi susmamali ,xalqi bu geder ezib huquqlarini tapdalayan memurlara öz sözunu demelidir.Neyinki bir hörmetli Anar muellim butun yazicilarimiz ve shairlerimiz.Azerbaycanda bu gun xalqin veziyyetini nezere alsaq, bir oqederde urek acan degil.
Bu gun xalqa ne dövlet terefimizden nede muxalifet terefinden destek yoktur.Men demirem butun xalq, yalniz men sosial veziyyetleri agir olan insanlari nezere aliram.Bu gun muxalifet ve onun etrafinda olan bezi insanlarimiz ,«Vaşinqton Post» qəzetinin tesdiq olunmayan bir meqalenin muzakiresine kecmishler.Prezidentin istefasini teleb eetmek bu kimin cagrishlarla xalqi yenede mitinqlere cagirmaq bu hecde real olan bir fikir deyil. Biz yadimiza salsaq Rehmetlik Heyder Eliyevi Qarbocov istefaya gönderdikden sonra biq qurp Azerbaycanli Qarbocov siyaseti ile barisharaq Heyder Eliyeva yalan ittihamlar ireli sururduler.
Bu da bunu gösterirdi ki, biz hemishe haziriq xarici dushmenin eli ile
öz xalqimizin savadli,siyasi xadimine gözden salmaq ucun her bir sheye qadirik.Hemin dövrleri nezere salsaq Heyder Eliyevin Moskvada böyuk bir vezife tutmasi hecde ermeni xalqinin ureginden degildir.
Bu gun xarici dushmenlerimiz ve daxili dushmenlerimz bu gun Azerbaycan dövletini yalniz dagitmaq,zeyifletmek mubarizesi aparirlar.
Eli Kerimli yaxshi olar ki, bu gunAzerbaycanda olan memurlarimizin villalarinin,elerine gelen qara pul gelirlerini hesablamaqla megshul olsa daha yaxshi olardi.Cunku bu göz qabaginda fakt.Neyinki,bir qezetin tesdiq olanmayan meqalesinin uzerinde zaman ayririb muzakire etmek bunun uzude bir guluncdur.Bu gun muxalifet liderlerininde icerisinde bezilerinin övladlari,xaricde oxuyur,villari var.Bahali arabalar sururler,suruculeri var,evlerinde kömekci tuturlar.Restoranlarda yeyib icmekle gunlerini kecirdirler.Bu pullar haradan.

Kimdən: Musteqil Haradan: Baki
12.03.2010 02:41
Men sexsen Anar muellimin fikirleri ile razi degilem.Iki Qarbocov ola bilmez bu sadece dushunulmemish fikirdir.Qarbocov butun sovetler birliyinin dagilmasinda muhum bir figur olmush.Qarbacov butun xalqin dushmenidir onun bir Azerbaycan xalqinin yok bashqa xalqlarinda ölumunde bilaveste eli qana batmish.Qarbocov sovetler birliyini dagitmaqda,Anar onun xidmetlerini qiymetlendirir.Bu böyuk bir sehv fikirdir.Sovetler birliyinde Anar özu SSR-nin ali sovetin deputati olanda hec de sovetler birliyinin elehine cixish etmirdi ve deputat nishani yaxasinda gezdirirdi ve sovetler birliyine xidmet edirdi.Men bu gun deyerdim Sovetler birliyinin dagilmasi hec bir xalqa xeyr getirmedi.
Sadece burda xalqin bezi tebeqeleri varlandi,xalqin huquqlarini gobudcasina pozdular.Azerbaycan xalqi ayaqa qalxib öz musteqilliyini teleb etdikde,xalqa söz verirdiler ki, biz musteqilliyimizi qazansaq neft ve .s servetlerimiz ruslar yok özumuz satib elde edeceyik, geliri xalq arasinda qardash mali kimi bölushdureceyik.Xalq bu musteqilliyi qazandi.Bes hani 1992-ci ilden xalq verilen vedler.Sovetler birliyi cok gözel birlik idir.
1.Qadinlar hamile olan dövrden,onlarin hekim muainesi tam nezaret altina göturulmushdur.
2.Dogulan ushaqlara pulsuz sud ve hekim muainesi pulsuz heyata kecirdirdiler.
3.Valdeyinlerini itirmish ushaqlar orta mektebde pulsuz mekteb paltari ve pulsuz yemekle temin olunurdular ve onlara dövlet terefinden ayliq pul verilirdi.
4.Qoca Ata-Analarimizi her il istirahet ocaqlarina pulsuz gönderilirdi.
5.Mektebli ushaqlarimiz tetil zamani lagerlerde istirahet etmek ucun sherait yaradilmishdir.
6.Texniki peshe mekteblerinde ushaqlar pulsuz yemekle ve paltarlarla temin olunmushdur.
7.Muharibe elilerine her cur qayxi var idir.
8.Yashli insanlara böyuk hörmetler qayxilar var idir.
Bu cur cok sheyler sovetler birliyinden yaxshi misallar getirmek olar.
Bes bu gun musteqil olsaqda bu cur xidmetler varmi bizim ölkede.
Eksine xalq öz musteqilliyini qazansada xalq yene ezilir,tapdalanir gobudcasina memurlarimiz terefinden.Kim qazandi kim yedi.Gelin tarixe diggetle nezer salaq.Men bunlari havadan yazmiram ,her kes yashamish o dövru görmush.Men Azerbaycanda xestexanaya muraciet etdim 1978 -ci ilde qrijamin emeliyyat olmasi ucun.Hekimler menden 300 rubl pul istediler.Men bunu vermedim,Rusiyanin Rastov sheherinde emeliyyat oldum.Rus hekimleri menden hec bir rushvet teleb etmediler.
Sadece bizim borcumuzdur söylediler. Bu kimin hadiseleri cok sadalamaq olar.Lakin ne ucun bele olmali idir.Sovetler dövrunde Azerbaycanin yollarindan tutmush butun,mekteblere,xestexanalara ve.c budceden pul ayrilirdi.Ne icun yene rushvet alinirdi.Ona göre ki, öz raykom katibleri,rayspolkomlar,mekteb marif shöbeleri ve.s budceden ayrilan pulu bu gun ki, memurlarimiz kimi basib xalqin pulunu yeyirdiler.
Sonra söyleyirdiler rus neftimizi alib yeyir bize hec ne vermir.Gelin musteqil olaq özumuz yeyek.Demeli Azerbaycan xalqi musteqiliyi qazandi xalq hecne verilmedi.davami.

Kimdən: Afat Haradan: Ukrayna
12.03.2010 01:34
...Aya, bu kişi nə təvazökar adamdir? Guya özü bilmir ki, Azərbaycan milləti durub-oturub bunun janina dua edir? Vallah, yəgin bilmir, telefon nömrəsini mənə versəydilər buna bir SMS göndərərdim xoşbəxt Garabag azərbaycanlilarinin adindan.Bu bəs edərmi? Yox vallah, heç ürəyimjə deyil, nəsə başga bir şey fikirləşmək lazimdi, bu boyda yaxşiliğin gabağinda bir dənə SMS nədir ki...