Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / Şəffaflıq

Texniki baxış neçəyədir?

11.03.2010
Bakıda sürücülər zarafatla deyirlər ki, onlar az qala dövlət rüsumları haqqında qanunu şeir kimi əzbərləyirlər. Çoxları 2010-cu ildə kitabça kimi çap olunmuş rüsumlar haqqında qanunu maşınında gəzdirir. Amma sürücülər bu zəhmətlərinin özlərinə qaldığını, qanunu bilmələrinin bir işə yaramadığını deyirlər.

Bildirdiklərinə görə dövlətin təyin etdiyi texniki baxış üçün 10 manat əvəzinə 40-45 manat, 15 manat dövlət rüsümu olan təkrar verilən sürücülük vəziqəsinə 110-150 manat pul ödəməli olurlar. Sürücülər idda edirlər ki, maşına qeydiyyat nişanı alanda 18 manat rüsüm əvəzinə onlara ən azı 300 manat ödətdirilər.

Sürücülərin bu ittihamlarını Baş Dövlət Yol Polisində qəbul eləmirlər. Sadəcə hesab edirlər ki, sürücülərin çoxu rüsümlardan yaxşı baş çıxarmırlar sürücülərsə bu fikirlərlə razılaşmırlar. Deyirlər texniki baxış zamanı və ya sürücülük vəsiqəsi alanda dövlət rüsümundan danışanda adamı xeyli get-gələ salırlar.

Sürücülər deyirlər ki, əgər istənilən pulu ödəməyə razısansa onda heç avtomobili texniki baxışa aparmağa ehtiyac yoxdur.

Sürücülərin həm idda edirlər ki, qeydiyyat nişanını yol polisləri yollarda satırlar.

Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin inspektoru Kamran Əliyev deyir ki, texniki baxışda hər şey təkcə 10 manat rüsüm ödəməklə başa çatmır.

Kamran Əliyev deyir ki, texniki baxış üçün 10 manat dövlət rüsümudur, amma bu o demək deyil ki, sürücü yalnız həmin məbləği ödəməklə nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilər.

“Sürücülər elə başa düşürlər ki, onlardan yalnız 10 manat rüsum alınmalıdır və yol polisində 40 manatdan 200 manata qədər pul alırlar düz eləmirlər. Bu səhv məlumatdır. Sürücülər heç 8-ci sinifi bitirib, ya bitirməyib onlar yol hərəkəti qaydalarını ancaq öyrənib. Amma o mühərrikin həcmini hesablasın, nəyi nəyə vurub, nədən nəyi çıxsın onu bilmir. Sadəcə hardansa eşidir ki, texniki baxışın dövlət rüsümu 10 manatdır, amma fikirləşmirlər ki, sürdüyü maşının mühərrikinin işçi həcmi nə qədərdir”

Kamran Əliyevə görə texniki baxış zamanı sürücülərdən alınan 40 manatın 10 manatı texniki baxış üçündür, qalan məbləğ isə yol vergisidir.

“Bəyəm sürücülər 40-50 manatı gətirb verirlər Yol Polisinə, sonra da gedib əlavə yol vergisini banklara ödəyirlər. Bütün pullar bir yerdə alınır.

Sürücünü Yol Polisində göndərirlər banka aparır yol vergisini ödəyir, sonra texniki baxışdan keçir, sonra da “birka”sını alıb çıxıb gedir”

Amma sürücülər deyir ki, heç də hər şey deyilən kimi olmur. İstənilən pulu verməyəndə günlərlə get-gələ salınırlar. Nəticədə get-gəllərdən bezib deyilən qiymətlə razılaşmaq məcburiyyətində qalırlar.

(Bu mövzuda həmçinin oxuyun. Yol hərəkəti qaydasının pozuntusuna görə cərimə məbləğləri)

Bu mövzu ilə bağlı polemikanı burada dinləyin.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: rft Şəhər: baki
09.04.2010 01:27
ay bala bosh sohbettir. kecen defe men gettim menim mashinimin yol vergisiyl+dovlet rusumu cemi edir 25 manat. amma menden cixirdi cixirda 42 azn aldilar. ........sen sag men salamat. kime deyesen. Ilanin agina da lenet garasinada..

Kimdən: ali Şəhər: Eskişehir
17.03.2010 12:56
Rüşvetin, İltimasın, (korrupsiya neyse heralde iltimas demek), olmadığı yer var mı? Ancak doğu bloku ülkelerinde sosyalizmin yıkılmasıyla baskıdan kurtulan insanlar, sanırım biraz da karışıklık ve yeni sistemin tam yerleşmemesi yüzünden rüşvet biraz daha yaygın şekilde var...İnsanların saygınlığı arttıkça, gelir seviyeleri-eğitim seviyeleri yükseldikçe sanırım rüşvet, iltimas yok olmasa bile çok azalır...İnsanların çalışma hırs-heveslerini, topluma ve devlete olan güvenlerini azaltan kötü bir şeydir....olmaması gerekir-mücadele edilmelidir...

Kimdən: adil Şəhər: baki
14.03.2010 15:56
azerbaycanda rushvet qoturulmeyecek ay qardash.bu millet rushvete oyrenib onuda yiqishdiran yoxdu teessufler olsun

Kimdən: Anar Şəhər: Baki
13.03.2010 18:59
Jurnalist qardaşım!!! sen Kamran Əliyevə sual verende mence texniki baxış zamani öz başina gelenleri veya tanişlarinin başına gelenleri sadalasan kifayet ederdi.Qoy onlarda malalasın bu qeder. Daha nıye ele ayağa dusursen.

Kimdən: Cahangir Şəhər: Baki
12.03.2010 00:57
Kamran Əliyev tez-tez Space kanalinda cixis edir. Her zaman o barede söhbet edende sualdan tamamen yayinir. Əlbəttə ki, belədə olmalıdır. cavan bir polis və polkovnik-leytenant. Sizce o bunu neca qazanıb?
Texniki baxışa kecende her maşından gırişdə 1 manat pul alınır. çeksizz filansiz. deyəndə deyirler ki, bizlik deyil. Amma faciə odur kı, utanmadan helədə özlərini haqlı çıxartmaq isteyir

Kimdən: Azer Şəhər: Yiyesiz olkeden
12.03.2010 00:09
Bu Kamran Eliyev ele danishir ki, guya camaat bashqa planetden gelib. Hech goresen ozu bashqasinin yaninda demirem ailesi ,ovladlari yaninda dediklerine gore xecalet chekirmi? A balam ne deyilir duz deyilir. Bunu gormek uchun gedib Xirdalanda gunde bash verenleri gormek lazimdir. Buna da iki goz lazimdir. Yeqin bu da bunu tekzib eleyen yoldashlarda yoxdur.