Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Siyasət

Amerika Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumunu kəskin tənqid etdi

12.03.2010
(Hesabatla bağlı Bakıdan iki müxtəlif rəylə mətnin sonunda tanış olun)

Amerika Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabatını yayıb.

Hesabata görə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb. Bununla bağlı hesabatda qeyd edilir:

"Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində fikir və toplaşmaq azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb.

Referendum əleyhinə təbliğat aparan müxalifət qrupları təzyiqlərlə üzləşdiklərini bildiriblər. Referendumun səsvermə prosedurlarında qüsurlar olub və əksəriyyətin fikrincə səsvermə 2008-ci ilin prezident seçkilərindən də olub".

Hesabatda deyilir ki, Konstitusiyaya dəyişiklik təklifləri arasənda bir nəfərin istədiyi qədər prezident seçilməsinə şərait yaradəlması ilə bağlı müddəa var idi. Dövlət Departamenti məsələ ilə əlaqədar Avropa Şurası Venesiya Komissiyasının rəyini xatırladır və qeyd edir ki, demokratik ənənələrin tam oturuşmadığı ölkələrdə prezidentlik limitinin olması vacibdir. 

MÜXALİFƏTƏ OLMAZ, YAP-a OLAR

Dövlət Departamenti deyir ki, hakimiyyət müxalifət partiyalarının yalnız şəhərin mərkəzindən xeyli uzaq yerlərdə kütləvi aksiya keçirməsinə icazə versə də, hakim Yeni Azərbaycan Partiyasına şəhərin mərkəzi meydanı verilib.

Polis Bakıda gül bayramına qarşı çıxan 50-dən çox gənci saxlayıb. 10 may 2009
Il ərzində Bakıda İsrail səfirliyi, Milli Teleradio Şurası, Milli Məclis və başqa binalar qarşısında etiraz aksiyaları keçirmək cəhdlərinin qarşısı alınıb. Polis aksiya iştirakçılarını zor tətbiq etməklə dağıdıb, bəzilərini saxlayıb.

Hesabatda bildirilir ki, qanunlar mətbuata üzərində senzuranı qadağan edir. Amma praktikada hökumət tez-tez bu söz azadlığına hörmətsizlik edir. Ötən il ərzində hökumət media azadlığını məhdudlaşdırmaq üçün yeni addımlar atıb.

"Müxalifət partiyaları öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr də və buna görə repressiyaya məruz qalmaq qorxusu keçirməsələr də, hökumət bəzi hallarda məmurları və hökumətin addımlarını tənqid edənləri cəzalandırıb.

Konstitusiyaya edilən dəyişikliklərə görə, şəxsin icazəsi olmadan onun fotosunu və videosunu çəkmək olmaz.

Hökumət həm də qanuna mətbu orqanlarını bağlamaq imkanlarını daha da asanlaşdıran əlavə edib.

Hökumət həm hökumətyönlü, həm də müxalifət qəzetlərinə (55 mətbu orqanına) büdcədən yardım edib. Amma bəzi şərhçilər bu proqramı hakimiyyətin onsuz da nəzarətdə olan mətbuatı bir az da zərərsizləşdirmək cəhdi kimi qiymətləndiriblər.

Hakimiyyəti tənqid edən bir sıra jurnalistlər təqiblərə və fiziki təzyiqlərə məruz qalıblar.

Elektron media informasiya mənbəyi kimi demək olar ki tamamilə hakimiyyətyönlü mövqe tutur.

CƏMİYYƏT XARİCİ RADİOLARDAN MƏHRUM OLDU

Yanvarın 1-də hökumət Azadlıq, Amerikanın səsi, BBC kimi xarici radiostansiyaları FM tezliyindən məhrum edib.

Bu xarici yayımçılar tezlikdən məhrum ediləndən sonra cəmiyyətin daha tərəfsiz informasiya mənbəyi olan hər hansı kütləvi mediayaya çıxışı yoxdur".

Amerika Dövlət Departamentinin hesabatında bildirilir ki, hökumət bir neçə jurnalisti həbsdən azad etsə də, bəzi jurnalistlər hələ də həbsdə qalır. Hakimiyyət onların jurnalist fəaliyyəti ilə bağlı tutulmadıqlarını bildirsə də, beynəlxalq və yerli şərhçilər hesab edir ki, onlar hakimiyyəti tənqid etdikləri üçün həbsdə oluublar.

Hesabatda deyilir ki, ilin sonunda həbsdəki jurnalist Eynulla Fətullayevin üstündən heroin tapıldığı bildirildi. Amma ATƏT-in yerli nümayəndəliyi buna böyük şübhə ilə yanşdı. Yerli hüquq müdafiəçiləri isə hesab edirlər ki, indi Fətullayevin şikayəti Avropa İnsan Haqları Məhkəməsində baxış ərəfəsindədir və hüquq-mühafizə orqanları bununla onu Avropa Məhkəməsinin qərarından sonra da həbsdə saxlamaq istəyirlər.

Eynulla Fətullayev
"Beynəlxalq təşkilatlar Qənimət Zahidin də siyasi motivlərlə tutulduğunu bildirirlər".

Hesabata görə, Naxçıvanda və Bakıda fəaliyyət göstərən jurnalistlər xəbər verir ki, muxtar respublikada müxalifət qəzetlərinin yayımına qadağa davam edir.
"İl ərzində hakimiyyət gənc bloggerlər Emin Milli və Adnan Hacızadəni dəstəkləyən İnternet saytına girişi müvəqqəti olaraq bağlayıb. Bu halla Seçki Monitorinq Mərkəzi də üzləşib".

DÖYƏN YOX, DÖYÜLƏN TUTULDU

Hesabatda deyilir ki, iyulun 8-də bloggerlər Emin Milli və Adnan Hacızadə restoranda fiziki təzyiqə məruz qalsalar da, özləri davanı başlamaq ittihamı ilə polis tərəfindən həbs ediliblər, onlara hücum edənlər isə azadlığa buraxılıb.

"Müşahidəçilər qeyd edirlər ki, hücum edənlər Milli və Hacızadədən xeyli cüssəli imişlər. Müşahidəçilər inanırlar ki, hakimiyyət provakasiya yoluyla Milli və Hacızadəni İnternet vasitəsilə islahataların aparılmasının vacibliyini dinc formada ifadə etdikləri və hakimiyyət əleyhinə iddia edilən fəaliyyətlərinə görə cəzalandırmaq istəyib".

Hesabata görə, ölkədə azi 4 nəfər isgəncələrdən ölüb. Bu barədə QHT-lər məlumat verib.

"Yanvarın 14-də Vaqif Süleymanov Biləsuvar rayonunda polis məntəqəsində dünyasını dəyişib. Mötəbər mənbələr onun döyülüb öldürüldüyünü deyir.

Mayın 19-da Ədliyyə Nazirliyinin tibb müəssisəsində 70 yaşlı Toğrul Məmmədzadə vəfat edib. Nazirlik onun ölümünü intihar kimi təqdim etsə də, mötəbər mənbələr onun döyülərək öldürüldüyünü bildirir.

Iyunun 11-də Rüstəm Əliyev Lənkəranda polis məntəqəsində ölüb. Onu bir həftə əvvəl saxlamışdılar.

Prezident İlham Əliyev referendumda. Bakı, 18 mart 2009
Mötəbər mənbələrə əsasən onun özünü məntəqədə asması haqqında polisin dediklərini mümkünsüz saymaq olar və tibbi sübutlar onun döyülərək öldürüldüyün göstərir.

Avqustun 2-də Ağa Turabov Bakının Nərimanov rayonunda polis tərəfindən döyülüb. Bunun nəticəsində o, hadisə yerindəcə ürəyi dayanaraq ölüb.

Hüquq-mühafizə orqanları bu ölümlərə görə məsuliyyət daşımayıb".

DAĞLIQ QARABAĞ VƏ ƏTRAF 7 RAYON - AZƏRBAYCANIN ƏRAZİSİ

Hesabata görə, ümumilikdə həbsxanalarda şərait ağır və təhlükəli olaraq qalır.

Korrupsiyanın miqyası genişdir.

Hesabatda deyilir ki, "erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinə və Azərbaycanın bölgə ətrafındakı 7 rayonuna nəzarət etməkdə davam edirlər".

Qoşunların təmas xəttində baş verən atışmalar hər iki tərəfdən çoxlu ölümlərlə nəticələnib. Xarici İşlər Nazirliyi təmas xətti ətrafında 2 dinc sakinin ölümü haqqında da məlumat yayıb.

Hökumət münaqişə nəticəsində 4133 nəfərin itkin düşdüyünü bildirir.

Hesabata görə, hökumət qeydiyyata alınmayan bəzi müsəlman və xristian təşkilatlarının fəaliyyətinə məhdudiyyət qoyub.

Bu hesabatla bağlı iki müxtəlif rəylə tanış olun.
Leyla Yunus


1. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus



 

Azay Quliyev


2. Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (6)
Kimdən: Duz Adamdan Şəhər: Bakidan
27.03.2010 17:57
bir nefer demirki, hani o muxalifetki, camaata qizil daxlar soz verirdi? coxlari bahali evlerde mashinlarda oturub, coxuda vezifededirler, ne oldu bas siz xalq ucun calishirdiz? yoxdur heleki bele bir partiya xalq ucun calishsin, kim ne edir ozu ucun edir, ozu varlanir vezifeye gedir. xalqa ele ne edirse yenede Dovlet edir azda olsa edir. qaldiki Abs niye indi tenqide kecib hardaydi bu nece ilde, Yox cavabi alib ona gore kecib tezyiqlere. Apardixlari siyaset eynidir ve goz qabaxindadir, kim sozune qulax asmirsa A,B,V,Q ve.s varyantlari ishe salir. Qaldiki Xalqin narazi olmaxina eger xalq o qeder dediyiniz qeder narazi olsa onun qarshisin hec kim ala bilmez, siz dediyiniz muxalif quvvelerin 5-10 adamdirki, meydanlara cixir oz sozunu demeye, xalqin derdi olara lazim deyil, olara vezife,pul, bahali evler v.s lazimdir.

Kimdən: Ferhad Şəhər: Rusiya
25.03.2010 17:46
Deyilen o referendumda men mushahideci olmuwam wexsen.Mekteb wagirdlerinin ses verdiklerini muwahide etmiwem.MIS iwcileri ile elbir olub bir nece neferin hemen mikrayonda bir nece secki menteqesinde defelerle ses vermede iwtirak etdiyini muwhide etmiwem.Niye bele edirsiniz qanunsuzdur axi bu dedikde mene cavab veri

Kimdən: Ferhad Şəhər: Rusiya
25.03.2010 17:37
Referendumda muwhideci olmuwam.Mekteb uwaqlarinin ses vermede iwtirak etdiyini mushahide etdim.Ve dillendim ki axi bu qanunsuzdur men bu uwaqlari taniyiram bunlar mekteblidir.Bawqa otaqdan 2 nefer cixib mene yaxinlawdi ve dedi neden narazisan aktlawdir gonder yuxari.Amma orda iwtirak eden muwahidecilerin hamisi icinde de milletimizin numayendeleri olmaq werti ile hamisi goz yumdu bu faktda.Hele bawqa qayda pozuntularini demirem.Her wey toplumdan milletden asilidir.Ne qeder ki qanunsuzluga goz yumacayiq bir o qeder qanunsuzluqla uzleweceyik.Ona gore de ey AZERI milleti iqtidardan narazi qalmayin.Demeli sizede bele iqtidar serf edir.Eger serf etmeseydi sesimiz meydanlardan bir geler naraziligimizi bir bildirerdik.

Kimdən: AZAD INSAN Şəhər: BAKIDAN
25.03.2010 06:06
MENIM AZADLIQ RADIOSUNDAN XOSHUM GELMIR.SIZ QERBE XIDMET EDIRSINIZ.

Kimdən: Duz Adamdan Şəhər: Bakidan
24.03.2010 01:46
Evvala onu deyimki, hami calishir bize axil versin. Men razi ola bileremki, kimlerse sozunu demek ucun icazeli mitinq kecirtmek ucun yeri shererin merkezinde istesin, ve onlara bu icaze verilsinde, lakin men qarantiya vermiremki, bezi quvveler buna nail olduqdan sonra sheherin merkezinde texribat salmasinlar. Bu kenar quvver neyin bahasina olursa olsun buna nail olmaxa calishirlar. Azerbaycanin haqqlari 20ildirki, pozulub torpaqlarimiz ishqal olub, niye bu barede Amerika Dovlet Departamenti susur? Niye Ermeni quldurlarini bizim torpaqlardan cixardib demirki, siz Azerilerin insan haqlarini pozub ve pozursuz? Eksine Qondarma Soyqirimi qebul edir hansiki 100il vaxt kecmishdir, 20il once Xocalini qebul etmir. Bunlar hansi insan haqlarindan danisha biler? 100minlerle gunahsiz xalqlar Efqanistanda, Irakda her gun helak olur, gunahsiz yere. Budur insan haqlari? Men oz fikrimi dushunduyum kimi bildirirem ve inaniramki, bizi istediklerinden deyil eksine bashqa maraxlardan ireli gelen meseledir bugun bizde insan haqlarinin tenqid olunmasi. Yeqin bizden nese isteyirler ve bizim dovlet oz maraxlarimiza uyqun olaraq olara redd cavabi verir, buna gorede indi bu cur meselelere el atiblar. Amerika esgerlerininde dustaqlara nece ishgence verildiyinin Televiziya kanallarinda shahidi olmushux, bele sheyler her bir Dovletde efsuski olur.Men inanmiramki, Azerbaycanda insan haqlari Abs-dakindan cox pozulur, her olkede bele faktlar ola biler, amma bunu umumi Dovletin adina cixartmax duzgun olmazdi. Men inanmiramki, Nerimanov rayonunda bash veren hadise butun Azerbaycanda insan haqlarinin pozulmasi demekdir. Hansisa memur oz ishini bilmirse ve yaxud vezifesinden sui-istifade edirse onu qanunu shekilde cezalandirmax lazimdir. Yox eger polis bu ishde gunahsizdirsa yenede arashdirib duzgun qerar vermey lazimdir. Beli memur ozbashinalixi var, olub, olacaxda amma bunu butun bir Nazirliyin ayaxina yazmax olmaz, oradada temiz insanlar az deyil. Mene ele gelirki, hec bir Nazirliyin maraxinda deyilki, onlar haqqinda cemiyyetde menfi rey yaransin, her halda bele hallara gore onlar Respublika Prizidentine meruze etmek mecburiyyeti qarshisinda qalirlar, onu ise aldatmax Her bir Nazire cox baha basha gele biler. Sozumun sonunda demek isterdimki, hele bir olke tapilmazki, orada insan haqlarina aid tenqid ucun movzu tapilmasin.
Cavab

Kimdən: shagird Şəhər: mektebden
26.03.2010 18:20
lazimsiz arqumentler getirmekle xahis edirem movzudan yayinmayin...
onsuzda artiq sizin sherhlerinizi oxuyan yoxdu nece deyeller artiq ozuvuzu yandirdiniz.hele arada bir bile-bile leksik sehflerde buraxirsiz halaldi size...
ama bularin hec birinin movzuya dexli yoxdu...!
Cavab

Kimdən: Anonymous
26.03.2010 20:42
balaca menim sherhim senin axlina gore deyil LEKSIZ danishma savadli shagird get derslerini oxu LEKSIZ sozunude yeqin mektebde muellimlerin sene oyredib, get yat artix hava qaralib. Movzu senin axlina gore deyilki basha dushesen , sene naxillar kitabin oxumaq lazimdir balaca.
Cavab

Kimdən: Ferhad Şəhər: Rusiya
25.03.2010 17:41
Qardasim bizim nazirlere cemiyyetin fikiri lazim deyil pul kef damaq lazimdir.1-2 i naziri cixmaq werti ile.Baliq ise bawdan iylenib.Cunki bawda oturanida cemiyyetin fikri maraqlandirmir.
Cavab

Kimdən: Duz Adamdan Şəhər: Bakidan
25.03.2010 21:16
men raziyam coxlarin cemiyyetin fikri maraxlandirmir amma bu o demek deyilki, onlar coxlux teshkil edir, cunki cemiyyetin fikri Prizidenti maraxlandirir ve eger cemiyyetin boyuk bir hissesi hansisa nazir haqda narazilixin qeti shekilde ona bildirse inaninki, o nazir oz cezasin mutleq alacaqdir. bilirsen dunyanin her bir dovlet bashcisi bilirki, onun esas dayaxi xalqdir, nazirleri deyishmek olar, amma xalqi yox. men biliremki, prizidente cox meseleleri duzgun meruze etmirler, cunki her kes bir birine baxlidir, haminin hamiya ishi dushur, nece deyerler bir birini (pokrivat) edirler.amma ele nazirler varki doxrudanda temiz ve layiqli insanlardir. gelin bezi insafsiz nazirlere gore baliq meselesin mesel getirmeyek. men oz fikrimi azad olaraq bildirirem ve hec bir partiyanin uzvu deyilem.

Kimdən: Naıle Şəhər: Bakı
21.03.2010 18:52
Rusiyanin tox kommunizmi olub meger , Azeri? Sovretler dagilanda 'tox kommunstler'e gore Rusiyanin dunyaya ne qeder borcu vardi? Hele bize olan borcundan danismiram , servetlerimizi sovurub talan etmeyi bes deyilmis kimi camaatin yigdigi axirinci qepik- qurusunu da sovurub apardi , bir gunun icin de SSRI pul islahati etmekle hamini dilenci kokune saldi , bizim ucun yaratdigi Garabag derdinden danismiram , ne qeder her seye dusuncesiz yanasmaq olar? Guya indi Azerbaycan hakimiyyetinde ' ac demokratlar ' oturub? Yene de ' tox kommunistlerdir' de. Yene derdin yarisi budur ki, Amerika nefti. qazi ucuz da olsa pulla almaq isteyir , Rusiya 70 ilde hec bilirik ne qeder havayi neft, qaz, kuru, qizil, gumus , ne bilim , ne dasiyib aparib? Bir az da ne olar ondan yazaq da .
Cavab

Kimdən: Duz Adamdan Şəhər: Bakidan
25.03.2010 13:34
Naile cox duz buyuyursuzki, sovetler bir gunde her sheyimizi elimizden aldi. Babamin atasi cox taninmish ve dovletli adam idi Bakida 40-a yaxin mulkleri var idi, Isvec banklarinda olan pullarinda, neyi vardisa hamisin elinden bir gunde alib, yashadixi evdende cixartdilar, ushaxlarinin kicik olduxun bele nezere almayib kuceye atdilar, babam isvecde ali tehsil aldixi halda ona adi bir ish verilmishdir, bir hefdeden sonra atasinin milyoncu olduxun bildikden sonra onu ishdende qovdular. azyashli ushaxlarnan evsiz ishsiz kucede qalmax mecburiyyetinde qalmishdir.Hansiki, babamin Atasi butun kasiblara el tutmush hetta Haci Zeynalabdine ishini qutmax ucun pul vermishdir, sonradan Haci o pul ile milyoncu olmushdur. Babamin Babasin iceri sheherde tanimayan yox idi. O kommununist rejimine boyun eymediyi ucun onu bu veziyyete saldilar. Ailesin tam shekilde soyub cox muflis hala saldilar.

Kimdən: Azəri Şəhər: Azərbaycan
20.03.2010 15:56
Amerika bu gun niyə Azərbaycana qarsi cixir daha cox pul neft qaz almaq ucun. bizə amerikanin ac demokratiyasi yox Rusiyanin tox kommunizmi gərəkdi

Kimdən: Naıle Şəhər: Bakı
18.03.2010 18:04
Bilirsiniz , eger iqtidar ile muxalifet bir-biri ile dil tapib danisa bilmirlerse kenardan mudaxile de bir netice vermeyecek , bir az bizim millet demokratiyani ozbasinaliq kimi basa dusurler. Bezilerinin AXC dovrunden niye narazi qalmalari' da ele azadligin coxlugundan idi , ona gore de her sey birden cox olanda da o cur olurdu . Gorursunuz bu iqtidar azadligin nece gozel oldugunu millete basa salir, oz mehrumiyyeteri ile. Her sey toplumun ozunden asilidir , hec kim hec kimden gileylenmesin.

Kimdən: Ali Şəhər: Nederlanddan
18.03.2010 02:10
ABS departamenti hele az yazibdir,Azerbaycan insan huguglari sahesinde Zimbabveden de geri qalir,Eliyevler Azerbaycani istedikleri kimi soyurlar,hakimiyyetde yalniz aile klanidir,indi bura Pasayevler de qarisibdir,o ki qaldi narkomaniyaya,bunun basinda Azerbaycan polisi durur,ozu satdirir,ozu de tutdurur,Ali mektebleri bilmirem,Azerbaycan ehalisinin min,10-15 faizi narkotilden istifade edir,hele orta mekteblerden bele,gelin her seyi adiyla cagirag
Ali
Cavab

Kimdən: Duz Adamdan Şəhər: Bakidan
25.03.2010 14:21
helbette vetenin satan insan ucun Azerbaycani ne qeder pisleseler olara xosh olar. Abs getsin oz narkomanlarindan danishsin, hetta filmlerinde bele ailevi oturub marixuana kecirler, bizim genclerde olara baxir oyrenir. sizse deyesen yashadixiniz yerde olduxu kimi narkotikin qanunu olmasi arzusundasiz. bosh bosh danishmayin 15 faizi narkomandir beli 3 yashinda ushaxda narkomandir siz herne deyersiz yalniz dovlete qarshi olsun. Abs getsin oz narkomanlarinin hesabatin aparsin onda goreriyki, ashaxisi 50 faiz orda narkoman var .

Kimdən: Menden Şəhər: Burdan
15.03.2010 16:09
Men ABS-i o qeder de sevmirem, amma qoy bu hesabati tenqid edenler umumi sozler danismasinlar, konkret desinler ki, hemin hesabatda sehv fikir hansidir... Men hesabatla tam raziyam ve sadam ki, bizim vetendaslarin coxunun deye bilmedikleri orada ifade olunub...
    Növbəti 
Səhifə (6)