Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:55

Siyasət

«Gənclərə azad toplaşmağa icazə verilməsini müsbət qiymətləndiririk»

ABŞ Səfirliyinin sözçüsü Terri Devidson
x
ABŞ Səfirliyinin sözçüsü Terri Devidson
Şriftin ölçüsünü dəyiş - +
«Biz, həqiqətən, gənc azərbaycanlılara azad toplaşaraq azad şəkildə öz fikirlərini çatdırmağa icazənin verilməsini müsbət irəliləyiş kimi qiymətləndiririk. Biz ümidvarıq ki, müxtəlif düşüncəli insanların azad toplaşma və söz azadlığı hüquqlarından istifadə olunmasını görəcəyik».

Bu, ABŞ Səfirliyinin sözçüsü Terri Devidsonun Azərbaycan tələbələrinin səfirlik qarşısındakı keçirdikləri aksiyaya münasibətidir.

Martın 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası baş tutub.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası


İttifaq üzvləri Dövlət Departamentinin hesabatında narkomanların 30-35 faizinin Azərbaycanda təhsil alan tələbələr olması barədə səslənən fikirlərə etiraz əlaməti olaraq toplaşıblar.
Aksiyada «Tələblərə böhtan atmayın!», «ABŞ Dövlət Departamentinin qərəzli hesabatına «yox» deyirik!», «Ədalətsiz hesabat!» və sairə şüarlar səslənib.

ABŞ Səfirliyinin sözçüsü Terri Devidson AzadlıqRadiosuna deyib ki, dinc yolla etiraz bildirmək problem deyil:

«Siyasət və hesabatlarla razı olmamaq problem deyil. Belə formada fikirlərin ictimaiyyətə ifadə olunması Vaşinqtonda, demokratiyanın mövcud olan şəhərlərində və bütün dünyada hər gün baş verir».

Onun sözlərinə görə, bu hesabatda yer alan fikirlərlə əlaqədar Azərbaycan Təhsil Naziri ilə də görüşüblər:

«Biz, bir qrup etirazçının narkotiklərin istifadəsinə aid olan illik hesabata görə etirazlarını yaxşı başa düşürük. Biz, həqiqətən, bir həftə bundan öngə bu məsələni müzakirə etmək üçün Azərbaycan təhsil naziri ilə görüşmüşdük. Biz hesabatın dəqiq olmasını nəzərdən keçiririk».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: marqowa Haradan: bazarbaycan
15.03.2010 16:36
bellidir ki bu yuxaridan tewkil olunub. cenab Devidson hebes yere telesib

Kimdən: ADNA-li
15.03.2010 09:35
yaltaq yetishdiliren kal genclik...

Indi 5-10 nefer gedib Adnan ve Eminin mudafiesi uchun piket kechirse, hamini polis gelib dagidacaq ki, "qanunsuz piketdir"
Ya da Strekalinden zaddan fikirleshib tapacaqlar.

Kimdən: ADNA-li
15.03.2010 09:04
Yuxaridan verilen tapshiriq esasinda idare olunan gencler kutlesi etiraz edir. Elinde mikrofon tutan oglan ise, Zefer - ADNAnın tələbə həmkərlar təşkilatıdinda sedrdir. tapşırıqla qiymət yazdırandir.

Kimdən: Я миммо проходил Haradan: Бурадан
13.03.2010 21:13
Просто хотел спроситьи вопросв много если кто может ответьте пожалуйста. Дорогие студенты и бывшие студенты кто прочитал оригинал этого отчета?и что в этом отчете говорилось? Может быть все вы заблуждаетесь? и не так поняли?может быть там не о студентах которые учатся в Азербайджане было сказано? а о тех что учатся за границей нашей республики?

Kimdən: telebe
12.03.2010 20:14
beyanatin zamanlamasida maraqlidir, Prezident aparati numayendeler palatasinin ermeni "soyqirim"i lehine qebul etdiyi qetnameden sonra bash vermesi bunu qerezli olduguna shubheleri artirir.
Tebbi ki hech yerde ultimate demokratiya olmadigi kimi Abs dada yoxdur, isder xarici isdersede daxili siyasetinde. 300 min narkoman 8-9 milyonluq Azerbaycanin sadece 3-4 faizini teshkil edir. Maraqlidir Amerikanin ozunde neche faiz narkoman var?! ABSin her halda 80-90 faiz universitetlerinde narkoman telebe(ler) tapmag mumkundur. O ki qaldi adi ehaliye siyasetchisinden artistine qeder narkotik aludechisi tapmag mumkundur.

Terri Davidson'un "Demokratiya" deye bar bar bagiran birinin , iki qeyri semimi, aldadici, gulunc ve bash aldadici beyanlari dogurdan cox pis seslenir.

O ki qaldi Telebe Gencler teshkilatina, Reykavikden olan Sherhciyle raziyam Neft Akademiyasinda bash verenlere munasibet gostermeyen "igid"ler ortaliga dushub ozlerini millete guldururler.
Bu beyanata cavabi, Tehsil Nazirliyi ve Azerbaycanin narkomaniya uzre mesul dovlet organlari vermelidirler.

Kimdən: Anonymous
12.03.2010 16:38
Eslinde cenab Terri Devidsonun fikirleri yumoristik xarekterlidi o ozude bilirki eger hakimiyyete serf elemese o, gencler hec vaft ora cixa bilmezdiler
Cavab

Kimdən: public diplomacy Haradan: Badu-Kubeden
13.03.2010 00:18
Neft akademiyasi ile her halda ermeni genosidini muqayise etmek mentiqsizlikdir. Telebeler daha da savadlansa en azindan ermeni soyqirimin qondarma oldugunu populistcesine demekdense daha detalli bilse yaxwi olar. Neyinki elinde tutdugu plakati altdan yuxari ilk defe oxusun!!!
Cavab

Kimdən: Rasim Haradan: burlardan
12.03.2010 20:12
Tamamile haqlisan!

Kimdən: Mr. Genius Haradan: Free Azerbaijan!
12.03.2010 16:08
Əslində hakimiyyət onlar kimi karyerapərəst gənclərdən çox bəhrələnir. Yaxşı yadımdadır bu gənclərə, oxşar gənclərin Azərbaycan Dillər Universitetində oxuduğum müddətdə, semestrdə qiymət almaq naminə Səməd Seyidovun Milli Məclis seçkillərindəki saxtakarlığında yüksək səviyyədə əməkdaşlıqları... Hamımız əlimizdən gəldiyi qədər bu gənclərə tutduqları yolun nə qədər səhv olduğunu anlatmalıyıq. Əks təbliğatların əvəzinə Amerikanın müsəlman və türk düşməni deyil, demokratiya carçısı olduğunu anlatmalıyıq. AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINA XALQIMIZA GÖSTƏRDİYİ SON DƏSTƏYƏ GÖRƏ DƏRİN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM!

Kimdən: F Haradan: Rekjavik
12.03.2010 15:52
ADNAda terror olanda gencler teskilatin sedri ,itib batmisdi.Heç bir sey demedi.Butun gun rektor dalincan gezirdi ve gezir.Amma indi gedib aksiyada yuksekdanisani eline goturub, bilmir ne bagirir.Teesufler olsun ,ki bele iki uzdu insanlar bizim olkede çoxdu.

Kimdən: Ramil Haradan: Baki
12.03.2010 14:46
Bu sifətləri BDUdan yaxşı tanıyıram. İşləri o biri tələbələrə torba timək idi.

Kimdən: sancho
12.03.2010 14:39
Terri Devidosnun fikrindeki ince ironiyani mence hami aydin hiss etdi... Amma cenab Devidson cetin ki bu gunlerde muxtelif (ve ya muxalif) fikirli genclere etiraz aksiyasi kecirmeye icaze verilmesinin shahidi olsun
Səhifə (2)
    Növbəti