Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 10:50

Siyasət

Polis Türkiyəyə dəstək aksiyasına müdaxilə etdi

x
Şriftin ölçüsünü dəyiş - +
Bu gün Ümid Partiyası Gənclər Təşkilatı Türkiyənin Bakıdakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirib. Aksiya ABŞ və İsveç parlamentlərində
«erməni soyqırımı» ilə bağlı qəbul olunmuş sənədlərə etiraz məqsədi daşıyıb. Aksiyada «Azərbaycan – Türkiyə», «Türkiyə Səninləyik» şüarları səsləndirilib.

Bakı şəhər İcra Hakimiyyətinin icazə vermədiyini əsas gətirərək polis aksiyaya mane olub. Aksiya iştirakçıları səfirliyin qarşısından uzaqlaşdırıblar.

Aksiya iştirakçılarından bir neçə nəfər polis tərəfindən saxlanılıb. Saxlananlar arasında Ümid Partiyası sədrinin ideoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev də var. Az sonra saxlananların hamısı azad edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Oderbaykan Haradan: Aqdam
15.03.2010 14:43
Salamlar her birinize .
Menim düşünceme göre Bu aksiyaların boğulması deyenekler ve ya polis xofu bütün bunlar işe yaramayacaq onlar ne tez unudublar ki bu milleti SSSR in Tankları qorxuzmadı o ki qala bir iki dubinka olsun Ama hele vaxtı var İnqlablar iki şeyden yaranır ya tamam harın toxluqdan ya tamam müflis yoxluqdan Bu gedişde ise millet tamam müflis yoxsulluğa gedir bu gedişin son dayanacaqı Azadlıq meydanı olacaq.

Kimdən: Firudin Haradan: Keshlaburg
13.03.2010 15:09
Bəs niyə hakimiyyətyönümlü gənclər təşkilatı Amerika səfirliyi qarşısında etiraz edə bilir, amma Ümid partiyası gənclər təşkilatına icazə verilmir?

Kimdən: popo
13.03.2010 14:43
tito, ceausescu, franco, pinochet, ...
serbia, romania, ispaniya, chili...nece olkelerdiler?

Kimdən: Mr. Genius Haradan: Free Azerbaijan!
12.03.2010 20:37
Hakimiyyət sadəcə olaraq insanların toplaşmasından, canlaşma yaranmasından qorxur. Onlar üçün tək məqsəd var, hakimiyyəti qorumaq. Lakin hakimiyyət başa düşməlidir yürütdükləri siyasət sadə xalqı boğaza yığıb və sosial partlayış hər an baş verə bilər!

Kimdən: Qızılüzən Haradan: Bakı
12.03.2010 19:06
Türkiyə, səninləyik, sənin yanındayıq. Həmişə, hər zaman. Görüm polis bunun qarşısını necə alır.

Kimdən: AZERIDEN Haradan: RUSIYADAN
12.03.2010 17:29
NE QEDER CHOX XRİSTİAN DEVLETLERI ELDEQAYIRMA SOYQIRIMI TANIYIR,BIR O QEDER IKIUZLULUKLERİNİ ACHIB GOSTERIR VE TURKIYEDE MUSELMANCHILIGA OLAN MEYILLIYI ARTIRIR.