Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

«Ermənistanda siyasi böhran və qarşıdurma hələ də həll edilməyib»

Yerevanda müxalifətin yürüşü, 8 yanvar 2009

Yerevanda müxalifətin yürüşü, 8 yanvar 2009

12.03.2010
ABŞ Dövlət Departamentinin hesabatına görə, 2008-ci ilin fevralında keçirilən prezident seçkiləri və ardınca mart ayında rəsmən 10 nəfərin həlak olduğu toqquşmalardan sonra Ermənistanda siyasi böhran və qarşıdurma hələ də həll edilməyib.

Ötən il ərzində 2008-ci il hadisələrinin davamı və araşdırılması nəticəsində yeni-yeni hüquq pozuntuları da qeydə alınıb.

Ölkədə təhlükəsizlik qüvvələri, ordu, polis, demək olar ki, tamamilə mülki məmurların nəzarəti altındadır. Ancaq, ayrı-ayrı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vəzifədən sui- istifadə halları da olur.

HAKİMİYYƏTİ DƏYİŞMƏK HÜQUQU MƏHDUDLAŞDIRILIB

Vətəndaşların hakimiyyəti dinc yolla, seçkilər vasitəsilə dəyişə bilmək hüququ Yerevandakı mer seçkilərində məhdudlaşdırılıb.

2009-cu ildə iqtidar xüsusən də fərqli fikirli vətəndaşlarına, siyasi rəqiblərinə qanunsuz həbslər, məsuliyyətə cəlb etmək və siyasi fəaliyyətinə görə sıxışdırmaqla daim təzyiqlər edib. Onların gözlərini qorxutmaq və mübarizədən çəkindirmək üçün müxtəlif yollardan istifadə edir.

Ermənistanda müvəqqəti saxlama dövründəki işgəncə və kobud rəftar kimi hüquq pozuntuları da geniş yayılıb.

Hesabata görə, hakimiyyət siyasi nümayişlərin qarşısının alınması və dağıdılmasında aşırı gücdən isifadə edir. Tutulanların polis məntəqələrində döyülməsi faktları da çoxdur. Üstəlik, vətəndaşların bu kimi halları ictimailəşdirmək və bəlli etmək cəhdlərinin də qarşısını alır.

POLİS İNSAN HAQLARI POZUNTULARINA GÖRƏ MƏSULİYYƏTƏ CƏLB EDİLMİR

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polis insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilmir. Bəzi həbsxanalar və təxridxanalarda təmir-yenidənqurma işləri aparılsa da, məhbusların saxlanma şəraiti yenə də ağır olaraq qalır.

Müxalifətçi Nikol Paşiniyan Yerevan məhkəməsində ifadə verir, 4 mart 2010
Dövlət Departamentinin hesabatında Ermənistan vətəndaşlarının ədalətli mühakimə hüququnun da pozulduğu bildirilir.

Ermənistanda mətbuat, xüsusən də elektron mediada söz azadlığı məhdudlaşdırılır. Özünü senzura çox yüksək səviyyədədir, hakimiyyət də müxtəlif bəhanələr, məsələn, lisensiyaların verilməməsi kimi üsullarla informasiya yaymaq imkanlarını məhdudlaşdırır.

JURNALİSTLƏRƏ QARŞI DƏFƏLƏRLƏ HÜCUMLAR

Ermənistanda jurnalistlərə qarşı dəfələrlə hücumlar edilib, amma ötən il ərzində hüquq-mühafizə orqanları günahkarların tapılması üçün demək olar ki, cəhd göstərməyiblər.

Ermənistanda toplaşma azadlığı da pozulur. Hakimiyyət orqanları aksiya təşkilatçılarının nümayişlərin yeri, vaxtı ilə bağlı müraciətlərini çox zaman qəbl etmir. Vətəndaşların qəfildən, icazəsiz aksiya keçirməsinin qarşısı zorakılıqla alınır.

Ermənistanda korrupsiya çox geniş yayılıb və hökumət bununla mübarizə aparmağa da çalışmır.

Dövlət Departamenti Ermənistan hakimiyyətinin dini etiqad azadlığını məhdudlaşdırmaqda, qadınlara qarşı zorakılığın, xüsusən də ailədaxili zorakılığın, əlillərə qarşı ayrıseçkilik və müxtəlif məqsədlər - o cümlədən fahişəlik məqsədiylə insan alverinin qarşısının alınması üçün yetərincə iş görməməkdə də ittiham edir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Mübariz Şəhər: Bonn
13.03.2010 02:00
Zamiq bey män sizin canimiz nä zaman qurtulacaq sualiniza cavap vermäk istiyiräm.
Biz nä zaman sözdä deyil gärchäkdä inkshafimizi sürätländiräcäyiksä.
Vätänmizin gälir mänbäyi genish oldugu üchün Qafqaz'da bütün dövlätlärin eylämäk istädiyi proektärin hamisini genish shäklindä bashardigmiz zaman. Vätänmizä lazim olan 3700-4000 km avtoban, 6000 km dämir yolu chäkdiymiz zaman. Vätänmizdä hava limanlari elä qurulmalidirki här däqqiqädä 1 täyyaränin havalandigi här gün 1440-1500 täyaränin havalana biläcäyi kapasitäsi oldugu zaman. Böyük shähärlärdä 250-300 metro vä elektirik qatarlari dayanacaqlari qurdugmuz zaman.Avropanin en moderin xäsdäxanasini(xäsdäxanalarini) tikdiymiz zaman.Qafqazin än chox elektirik istesalachisi oldugmuz zaman. Almanyanin därman fabrikalarinin filalarini vätänmizdä achdigmiz zaman. Tähsildän rüshväti vä saxta diplomlari vätänmizdän yigishdirdigmiz zaman.Korrupsiya qarshi amansiz mücadilä ettiyimizdä .Cinayätkarlar af märhamät acima duyqusu deylän bir shey bilmäzdär. Bunu biz bir xalq olaraq birdäfärlik därk etmäliyik ki cinayätlärä qarshi göz yummagin vä susmagin özüdä cinayätdir.

Kimdən: Zamiq Şəhər: Praqa
12.03.2010 23:47
Amma ABŞ Dövlət Departamentinin hesabatında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu hələ də işğal altında saxlamasına dair bir cümlə də yoxdur.
ABŞ-ın ənənəvi saxta ikili standartları....Canımız bu ABŞ-dan və Rusiyadan nə vaxt qurtaracaq görəsən?... Dünyanın başına bəla olan iki dağılası ölkə...
Cavab

Kimdən: REYHAN Şəhər: UKRAINA
13.03.2010 03:49
hec vaxt.cunki dunyani hele isdedikleri kimi bolub qurtarmayiblar.bizim basimiz cox agriyacaq.Az-nla ermen-da 1-1 dusmen eyleyen amerika,fransa ve rossiyadir.

Kimdən: AZERIDEN Şəhər: RUSIYADAN
12.03.2010 21:37
AMMA BUNA BAXMAYARAQ ERMENISTAN OZ HUDDUTLARINDAN QIRAIDA OLMAYAN MEYID ALVERINI DAVAM EDIR.