Cümə, Fevral 10, 2012 Bakı vaxtı 22:06

Dünya

TV kanalın saxta süjeti tamaşaçıları şoka salıb

Martın 13-də Gürcüstanın İmediaTV kanalının efirində qeyri-adi bir süjet göstərilib. Həyəcanlı son xəbər kimi təqdim olunan süjetdə ölkənin Rusiya tərəfindən zəbt edilməsi, prezident Saakaşvilinin öldürüldüyü deyilib.

x
Şriftin ölçüsünü dəyiş - +
Süjetdə görə, Rusiya tankları Tbilisiyə doğru hərəkət edir, prezident Mixail Saakaşvili öldürülüb, Gürcüstan müxalifəti Rusiyayla birləşərək silahlı qiyama çağırır.

Kanal bunun səhnələşdirilmiş olduğunu, hadisələrin mümkün inkişafı kimi izah eləsə də, süjet vətəndaşlar arasında vahimə yaradıb.Gürcüstan müxalifəti dünən camaat arasında çaxnaşma salmış süjetə görə İmedi televiziya kanalını məhkəməyə vermək fikrindədir.

(Yazı İmediTV-nin saxta süjetinin altında davam edir)

Qorxuya düşmüş camaat elə bilib ki, 2008-ci ilin avqust hadisələri təkrar olunur.

Məlumatlara görə, hətta ürək tutması keçirənlər də olub.

Müxalifət lideri Nino Burcanadze bildirib ki, onun partiyası İmedi televiziyasını və hakimiyyəti məhkəməyə vermək istəyir.

İmedi televiziya şirkəti baş verənlərə görə xalqdan üzr istəyib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anonymous
15.03.2010 11:42
Mən bu hadisə vaxtı Gürcüstanda idim, daha dəqiq Goridə. Gori isə Cənubi Osteiya ilə həmsərhəd olduğundan, sonuncu rus-gürcü müharibəsində ən çox ziyan görmüş şəhərlərdən biridir. Dünən isə bu yalançı məlumat yayılanda isə məlum oldu ki, gürcülər heç də bizim düşündüyümüz kimi, vətənini və torpağını öz canlarından artıq sevmirlərmiş. Çünki camaat sadəcə qorxu içində rusların ola bilməyəcəyi ərazilərə qaçırdılar. Hər halda can hər şeydən şirindir!!!

Kimdən: Puparo Haradan: Baki
15.03.2010 00:45
maraqlidir...Bes bizde Azerbaycanda bele bir test aparilsaydi goresen Xalq (Xalq deyende sade camahati nezerde tuturam) ozuni nece aparardi.deyirler Gurcustanda camahat eline dushen sulaqi goturub Tibilisiye Hokumeti qorumaqa axishib.

Kimdən: Zaur Haradan: sankt-peterburg
14.03.2010 22:18
Rusiyanin indiki diktatura hakimiyyet grupu ile Saakashvili arasinda hec vaxt normal munasibet olmayacag.Bu da tebii haldir.Saakashvili Gurcustani Rusiyanin indiki diktatura hakimiyyetinin caynagindan gurtarmag isteyir.Bu da Putin siyasetine ziddir.Men inanmiramki,Rusiya derjavasini idare edacak istenilen hakimiyyet grupu indiki Putin hokumetinin idarecilik ve gonshu olkelerle munasibetlerin movcut haldaki veziyyetini mudafie etsin.Rusiyada saglam fikirli siyasetciler de var.Amma hele onlarin hakimiyyete gelmesine zaman lazimdir.Buna gorede Saakashvilinin bu cur veziyyetde Gurcustani idare etmesi sozun hegigi menasinda cetindir.bu gunki musahibesinde Saakashvili bildirdiki,yerli tv kanalinda gosterilenler bir nov hegigete benzeyir.Yani Putin hakimiyyeti bu ishgalcilig fikirinde hemishe olub Saakashvilini devirmek ucun...
Cavab

Kimdən: xalq Haradan: Baki
15.03.2010 02:32
Bu kanal muxalifetindir ve Rusiye ucun ishleyir.Rusiye hemmeshe isteyir oz qonshulari annormal hayat ve problem icinde olsun.

Kimdən: AS Haradan: baki
14.03.2010 21:54
Çox ağılsız bir zarafatdır.14.03.10.

Kimdən: Zaur Haradan: sankt-peterburg
14.03.2010 16:19
Men bu melumati ayin 13 de eshitdim Rusiyanin RBK kanalindan.Ve hemin gunki,verilishlerin birinde bu hadiseye maragli munasibet de bildirildi.Bu provokasiyanin gonshu rusiyanin hazirladigina shubhe yoxdur.Sakashvilinin bu hadiseye soyug movgeyi ise cox xoshuma geldi.