Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / İşdən sonra

«Mətbuat Şurası Prezident Administrasiyası yanında əlavə qurumdur»

15.03.2010
Azər Əhmədov
ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatında bildirilir ki, bəzi jurnalistlər hələ də həbsdə qalır. Hakimiyyət onların jurnalist fəaliyyəti ilə bağlı tutulmadıqlarını bildirsə də, beynəlxalq və yerli şərhçilər hesab edir ki, onlar hakimiyyəti tənqid etdikləri üçün həbsdə olublar.

«Azadlıq» qəzetinin baş redaktoru Azər Əhmədov «İşdən sonra»da deyib ki, Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı heç bir iş görməyib:

- Mətbuat Şurası Azərbaycanda QHT Şurası, Ombudsman Aparatı kimi Prezident Administrasiyası yanında əlavə qurumdur. Bu qurum istəsə belə heç nəyə nail ola bilməz. Yəni bu Şuranın sözü keçmir. Bir daha vurğulayıram, Azərbaycanda hal – hazırda söz azadlığına görə dörd nəfər həbsdədir. Onlar da məhz ifadə azadlığına görə həbsə atılıblar.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə bu ittihamla razı deyil:

Müşfiq Ələsgərli
- Mətbuat Şurası həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı üç dəfə rəsmi şəkildə hökumət qurumlarına müraciət edib. Mətbuat Şurasının vəzifəsi təkcə jurnalistləri həbsdən qurtarmaq deyil. Azərbaycanda ən güclü təşkilat olaraq Mətbuat Şurasından umacaqlar çoxdur. Yönələn iradların bir çoxu da bundan irəli gəlir. Mətbuat Şurasının bəyanatı var və ölkə rəhbərliyindən xahiş olunub ki, Qənimət Zahid əfvə salınsın və onun günahlarından keçilsin.

Deputat Bəxtiyar Sadıqov isə Qənimət Zahidi günahkar hesab edir:

- Əgər söhbət əfvdən gedirsə, birinci həmin insanın özünün ərizəsi vacibdir, əfv etmək səlahiyyəti də prezident İlham Əliyevə aiddir. Əgər o insan özü günahının bağışlanmasını istəmirsə, mən şəxsən onu günahkar sayıram.
İlham Əliyev
Əgər söhbət amnistiyaya düşməkdən gedirsə, hələ ki, amnistiya faktı yoxdur, olsa da o Qənimət Zahidə tətbiq olmayacaq. Biz hüquqi dövlətdə yaşayırıq.

«Səs» qəzetinin siyasət şöbəsinin rəhbəri İlham Əliyev isə Azərbaycanda siyasi məhbusların olduğuna inanmır.

Bəxtiyar Sadıqov Əliyevlərin Dubay mülkləri barədə nə dedi?


AUDİONU DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: coxbilmish Şəhər: bolgeden
16.03.2010 10:51
Metbuat sevgisi ve azadliq eshqi ile esebleshen Bayandur xan, 20-25 neferin biri olmaga razisansa cix meydana.
Cavab

Kimdən: Bayandur Xan Şəhər: Derdli Baku
17.03.2010 11:43
Ay "coxbilmish"
Men bu 20-25 nefern 1-cisiyem. Qeyretiniz catirsa gelin ciyin-ciyine verek. Kishiliyiniz catirsa gelin toplashaq.

Kimdən: Polad Ələmdar Şəhər: Bakı
16.03.2010 10:34
Bayandur xana bəzi fikirlərimi çatdırmaq istərdim.Birincisi yazırsan,normal yaz.Görünür bilgisayarda yazmağı bilmirsən.Get əvvəl yazmağı, cümlə qurmağı öyrən .İkincisi, kiminsə beşotaqlı mənzilinin olmasını cinayət həddinə qaldırırsan, amma 100 milyonluq mülk alanları görmürsən.Belə yerdə deyirlər:" Eşşəyə gücü çatmır, palanı çırpır.Utanmasan oynamağa nə var?!!! Üçüncüsü, sizin Azər kimi insanları ittiham etməyə haqqınız yoxdur.Dünyanın hər yerində müxalif fikirin sahibləri haqlı sayılırlar. Bir az dünyaya bax və öyrən.Bir də, sənin qəlbində mətbuat azadlığı və sevgisi varmı?
Cavab

Kimdən: Bayandur Xan Şəhər: Derdli Baku
17.03.2010 11:37
Polad Alemdar imzasiyla yazan insana bir iki cumle cevab.
1. Evvela sen zahmet et oz adinla oz soy adinla yaz. Bashqa adin kolgeinde gizlenene biz tereflerde bashqa ad daha yaxshi yarashir.
2. Men klaviatura ve kompyuterle ishleyende, yeqen ki, siz hele ushaq olardiniz. Men Avropa tahsilli olduquma gore ingilis shriftleri ile yaziram ve cumleler anlashilsin deye Alman dilinde seslenen herf ve herf birleshmelerinden istifade edirem. Ona gore ki, bu yazilari tekce senin kimileri deyil, hem de Avropada oxuyurlar.
3. Senin dediyin 100 milyonluq villalara geldikde ise, men demek istemirdim ki Azer Ahmedov ozune ev almasin. Men demek isteyirdim ki, eger Azer Ahmedov kimileri aqlaya aqlaya istedikleri kimi yashaya bilirlerse, onda iqtidar aqlada aqlada ondan daha yaxshi yashamaqa haqlidi.
4. Men bilmirem siz kimsiniz, amma her halda baxiram ki, ayaqiniz surushgendir. Azer Ahmedovun ve diger bu kimilerin esil kimliyini men cox gozel bilirem. Eger istesen lap seninle gorushe ve Azer Ahmedovun uzune deyim ki, o ve onlar kimlerdirler.
5. Zahmet olmasa hansisa meseleye munasibet bildirerken, burnunuzun olculerine fikir verin. Bezi meseleler cox derinlikdedir. Ora her burun girmez.
6. Cekdiyiniz Eshek misali lap temsil etdiyiniz dairelere yarashandir. Yaqin ki, ele sizede.
Di saqol qadan alim. Birde bosh bosh fikirlerlerle efiri doldurma.

Kimdən: Bayandur XAN Şəhər: Derdli Baku
16.03.2010 02:12
Salam a Millet !!
Deyirem vallah gerek insanda abir heya olsun. Cox tessuf ki, bu bizim cemiyyetde nadir hallarda rast gelinen bir sheydir. Azerbaycan Respublikasinin erazi hududlarinda derc edilen ve tesis edilen butun metbu orqanlar hamisi movcud iqtidara ve bezi hallarda da xarici keshfiyyata xidmet edir. Ona gorede bu gun Azerbaycan adli memleket ve onun vetendashlari cash bash halindadirlar. Here bir metbu orqan yaradib ve oz maraqlarindan cixish edirler. Guya bu musahibe verenlerin ozleri saqlam adamlardirlarmi? Esla..! Azer Ehmedovdan sorushmaq lazimdir ki, ay Azer muellim, sizin dediyiniz formada desek "teziqlere" meruz qalmish bir qezetin bash direktoru kimi sheherin merkezinde yerleshen 5 otaqli menzili hansi pulla almisiniz? Surduyunuz mashini nece? Her gun, 3 Palma ve diger debdebeli restoranlarda istirahetinizi hansi pullarla temin edirsiniz? Eger Metbuat Shurasindan bele narazi adamlarsinizsa ve ozunuzu cemiyyetde en cox oxunan qezetin rehberi hesab edirsinizse, onda birleshin ve cox demirem, 3 sayinizi sadece bosh sehifeler olaraq buraxin. Her sehifeded Metbuat Shurasina qarshi bir shuar yerleshdirin. Eger bele vacib qezetler sayilirsa, onda sizin qezetlerinizi xalq alacaq ve size destek olacaq. Bunu etmeye cesaretiniz catmirsa, onda zehmet olmasa ucuz ve seviyyesiz danishiqlarla milletin gozunden perde asmayin. Sizin bu mubarizeniz lap bizim "muxalifetin" mubarizesine oxshayir. Otururlar villalarda, rahat yashayirlar, her secki qabaqida bir QUSH buraxirlar ve sonrada deyirler ki, biz millet ucun olmeye haziriq amma iqtidar qoymur. A qardash, sen ne vaxt toplashib kutlevi intihar etdin ki, dunya olkeleride buna reaksiya vermedi? Bu hakimiyyeti topsuz tufengsiz cemi 20-25 nefer adi insanlarin birleshmesi ile devirmek olar. Amma hani o duxlu insan ki, men xalq yolunda azadliq uqrnda intihar eirem deyib ozunu Prezident aparatinin qarshisinda yandirsin? Bu mumkun deyil. Ona gore ki, hami bosh bosh danishmaqi bacarir. Emel gostermek bizlik deyil. Indi hami sallashib Eynullanin yazdiqi cefengiyyatlardan. Guya MTN resmisi vaxtile Eynullaya etiraf edib ki, Elmari o oldurtdurub. Ay qardash, bu soze lap Lenkaranda tendire basilmish levengi bishirilen toyuqunda gulmeyi geler. Axi kim aqlini itirib ki, yaxin munasibeti olmadiqi bir adama urek qizdirib bele bir soz desin? Eger deyibse, onda Eynullaynan Akif Covdarovun ne munasibetleri ola bilerdi? Ya Akif Eynullaya ishlemeliydi, ya da Eynulla Akife. Her halda 2-ci daha deqiqdir. Bele olan halda indi ne demek isteyirsiniz axi? Ele hemin azadliq qezeti ve hemin qezetin bash redaktoru Qanimat deyildimi Eynullani MTN-e ishlemekde suclayan? Indi Eynullani peyqember elemisiniz. Allah hamisinin qapisini acsin. Amma bu cefengiyyatlar xalqi ve xususulede oxucu ve dinleyici kutlesini bezdirib. Neyse, yene esebleshdim. Lenet olsun qelbimdeki Metbuat azadliqi ve metbuat sevgisine.!! Di saq olun..!