Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Kontekst

Novruzun qədim personajları bu dəfə barışacaqmı?

«Novruz ənənələridir, hər il olduğu kimi, yəqin bu il də prezident yumurta döyüşdürəcək»

«Novruz ənənələridir, hər il olduğu kimi, yəqin bu il də prezident yumurta döyüşdürəcək»

16.03.2010
Keçəl Kosanın qızına vurulub, amma Kosa qızını vermək istəmir. Aralarında mübahisə yaranıb. Sözü çəp gələnləri ayırmaq üçün işə hətta keçi də qarışıb. Qıraqdan elə görünür ki, dalaşanlar barışmayacaq. Amma Baharın gəlişi hər şeyi dəyişdirir.

Bəs Novruzun bu qədim personajları barışacaqmı? Necə deyərlər, gələrsən, Abdulla Şaiq adına Kukla Teatrının artıq məşqlərini bitirdiyi «Sehrli mücrü» tamaşasına, bilərsən Keçəl-Kosa davasının sonunu. Teatrın direktoru Rəhman Quliyev inanır ki, tamaşanı təkcə uşaqlar yox, böyüklər də bəyənəcək:

- Hər gün dörd seans göstərəcəyik. Novruz bayramının bütün qəhrəmanları bu tamaşada iştirak edir.

Martın 16-ı ilaxır çərşənbə, dörd gün sonra isə bayram axşamıdır. Gələn həftə isə şənbə-bazar da daxil olmaqla 7 gün istirahətdir, yəni iş günü deyil. Rəhman Quliyev deyir, onlar da həm bunu, həm də məktəblilərin yaz tətilini nəzərə alıb tamaşanı hər gün oynayacaqlar ki, Kukla Teatrına düşmək istəyənlərin hər biri bilet ala bilsin. Biletin qiyməti isə:

BİLETİN QİYMƏTİ 1 MANAT

- Bizdə hər yerdəkindən ucuzdur. 1 manat.

Bəs paytaxt sakinləri bir həftəlik istirahəti necə keçirməyi planlaşdırıblar?

İş adamı Abbas işindən ayrılmayacaq, hərçənd ailəsiylə dincəlməyə də vaxt tapacaq:

- Xanımımın, uşağımın yanında olacam. Yəqin harasa gedərik.

İkinci sinifdə oxuyan Sərxan:

- Kef eləyəcəm.

- Necə kef eləyəcəksən, de, biz də edək.

Bakıda Novruz şənlikləri, 20 mart 2008
- Sirkə, «Makdonalds»a, hər yerə gedəcəyik.

İki uşaq anası Aytən isə hələ baş sındırır:

- Əgər şəhərdə bayram şənlikləri olsa, uşaqlarımı aparacam.

BU DƏFƏ DAHA BÖYÜK PROQRAM HAZIRLANIB

Şənliklər olacaq. Özü də nə qədər istəsən. Bunu Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyir. Onun sözlərinə görə, martın 20-də İçərişəhərdə və Milli Parkda böyük bayram konserti keçiriləcək, bayram tonqalı qalanacaq. Novruz personajları hər il olduğu kimi bu dəfə də bayramın əsas simalarıdır:

- Şəhər sakinlərinin, o cümlədən ölkə rəhbərliyinin iştirakı da gözlənir. Bu dəfə daha böyük proqram hazırlanıb. Çünki bu il ilk dəfə olaraq Novruz bayramı həm də YUNESKO-nun xəttiylə keçirilir.

Bəs Keçəl, Kosa hər il olduğu kimi, bu dəfədəmi ölkə prezidentiylə yumurta döyüşdürəcək? İntiqam Hümbətov bunu bilmir:

- Novruz ənənələridir, hər il olduğu kimi, yəqin bu il də olacaq. Bunu proqramı hazırlayanlar bilir. Mən detallardan xəbərsizəm.

İntiqam Hümbətov deyir ki, bir həftəlik istirahət zamanı paytaxt sakinləri darıxmayacaqlar. Şəhərin teatr və saraylarında tamaşalar oynanılacaq, Novruz şənlikləri keçiriləcək:

İÇƏRİŞƏHƏRƏ GƏLƏN SAKİNLƏRİ BAYRAM SÜRPRİZLƏRİ GÖZLƏYİR

- Heydər Əliyev adına saray böyük tədbirlər hazırlayır. Bakı Dövlət Sirki çox maraqlı bir tamaşa gətirib, su sirki…

«İçərişəhər» Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri isə bildirir ki, Bakının ən qədim hissəsində, yəni İçərişəhərdə həftə boyu bayram tədbirlərinin arası kəsilməyəcək. Hətta İçərişəhərə gələn sakinləri bayram sürprizləri də gözləyir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Teymur
16.03.2010 23:48
Bir millət kimi milli təfəkkürü ziyalı düşüncəsi olan Azərbaycanlıya Novruz bayramı qarşılamaq cox-cox ağırdır.
Nə ücün?
Cün ki,Deputatlar hər dəfə müharibə şəraiti deyib mürtəce qanunlar qəbul edirlər. Amma hec birinin övladı nə sərhəd bölgəsində nə də ki, erməni əsirliyindədir.Ermənilər TÜRKİYƏYƏ qarşı qondarma erməni soyqırımı iddiası ilə dəridən qabıqdan cıxırlar. Amma biz isə Qarabağda törədilən faciələri və Xocalı soyqırımını bayramlarda matəm kimi qəbul edib ermənilərin törədiyi soyqırımı təsdiq edilməsinə nail olub belə bayramları qürur hissiylə kecirməliyik. Hansı qələbəmizə görə biz şənlənirik.Topraklarımızın erməni əsarətindən qurtarması yoxsa Macarıstanda həbs edilən Ramil Səfərovun azadlığa buraxəlması naminəmi. YUNESKO -nun dəsti xətiylə hazırlanan bayram şənliyi maraq doğurmaya bilməz. YUNESKONUN belə cox maliyəsi varsa erməni əsirliyində olan ANA BACILARIMIZI zülümdən işkəncələrdən qurtarsın.Onda böyük şənlik qurulub gözəl humanistlik etmiş olardı.

Kimdən: kəmsavad
16.03.2010 20:36
@Azadlıq Radiosu:
"Bəs Keçəl, Kosa hər il olduğu kimi, bu dəfədəmi ölkə prezidentiylə yumurta döyüşdürəcək? İntiqam Hümbətov bunu bilmir"

Əlbəttə prezident yumurta döyüşdürəcək.
Həmişə olduğu kimi bu dəfədə prezidentin yumurtası bərk çıxacaq.
Kosayla, Keçəl sınmış yumurtalarına baxıb dilxor olmaqdansa nədənsə sevinəcəklər.
süni sevinclərlə hamı prezidentin bərk yumurtasına həsədlə baxacaq.
bəziləri bir anlıq da olsa o yumurtanın yerində olmaq istəyəcək.

poeziyanın qalan hissəsini siz davam etdirə bilərsiniz.


Kimdən: Naseh Şəhər: Bakı
16.03.2010 20:19
Bayram olcaq, şövkətlilər, şanlılar,
Dövlətlilər,pullular,milyanlılar,
Tirboyunlar,şişqarınlar,canlılar,

Qurban kəsir Xəlilüllah eşqinə
Fağır-fuğur gəzir allah eşqinə.

Görürsənmi bizim Hacı Pirini,
Paylamayır ətin ondan birini, Qonşu sorur barmağının kirini

Hacı yeyir Xəlilüllah eşqinə
Yatır şişir, köpür allah allah eşqinə.