Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / Can Bakı

«Bunlar mənim bığıma baxırlar, əlimə yox»

Vaqif Mustafazadə

Vaqif Mustafazadə

17.03.2010
Martın 17-də AzadlıqRadiosunun «Can Bakı» proqramında «Vaqif Mustafazadə necə Bakının simvoluna çevrildi?» mövzusunu müzakirə etdik. Qonağımız Vaqif Mustafazadə mənzil muzeyinin direktoru Afaq Əliyeva oldu.

Afaq Əliyeva dünən ölkənin Baş Sarayında təşkil olunun yubiley tədbirinin yüksək səviyyədə keçdiyini söylədi və təşkilatçılara minnətdarlığını çatdırdı. Medianın bu yubileylə bağlı diqqətli münasibətini qiymətləndirdiyini bildirdi. «Həmişə Vaqifin xatirə günlərində mənim yanımda olublar» dedi.

Afaq xanım Vaqifin dayısı qızı olduğunu, lap uşaqlıqdan Vaqifgildə, anası Zivər xanımın yanında böyüdüyünü qeyd etdi və çox kövrəldi: «Mən Vaqifin sevimli bacısı olmuşam».

VAQİFİN XASİYYƏTİ MUSİQİSİNƏ HOPMUŞDU

Həyatında çox musiqiçilərlə ünsiyyətdə olduğunu deyən Afaq xanım «Vaqif kimi insan görməmişəm. O həm böyük insan, həm də böyük musiqiçi idi. Xasiyyəti musiqisinə hopmuşdu» - deyə vurğuladı.

VAQİF NEFTXUDA NƏVƏSİYMİŞ

Qonağımız Vaqifin hansı nəsildən, kökdən, gəldiyini də danışdı. Zivər xanımın atası Ağasəf Əliyevin Bakının 5 neftxudasından biri olduğunu bildirdi. Ağasəf Əliyevin həyat yoldaşı Sonaxanımı yaxşı xatırladıqlarını, Vaqifin də nənəsini çox sevdiyini vurğuladı. Seyidzadə soyadını daşıyan bu xanım da Bakının tanınmış və zəngin bir ailəsindənmiş. Hətta Mir Möhsün Ağaya qohumluqları çatırmış.

VAQİF HƏM DƏ ÇƏLƏBİ XANIN NƏSLİNDƏN İMİŞ

Afaq xanım Vaqifin ata tərəfinin şəkili olduğunu bildirdi. Ən maraqlısı, onlar Çələbi xanın nəslindənmişlər.
Vaqif Mustafazadənin pianosu
Qonağımızın bildirdiyinə görə, Vaqif ata tərəfini də çox istəyirmiş. Adlı-sanlı Mustafazadələr soyadının təmsilçiləriylə dostluq edirmiş:

«Dünənki yubileydə də iştirak edirdilər».

Vaqifin musiqi qabiliyyətini Üzeyir bəyin tələbəsi olan anasından aldığını bildirən Afaq xanım, atası Əziz bəyin də musiqi ilə bağlı bir adam olduğunu qeyd etdi: «O, hərbi həkim olsa da, tarda və kamanda gözəl çalırmış».

ZİVƏR XANIM ÜZEYİR BƏYİN TƏLƏBƏSİ OLUB

Gözəl piano çalan Zivər xanım Bakıda ilk muğam dərsi verən müəllim olub. Zivər xanımın hətta ona da (Afaq xanıma) muğam çalmaq öyrətdiyini deyən qonağımız «Vaqif doğuluşundan muğam üstə köklənmişdi» fikrini söylədi.

VAQİF İLK DƏFƏ CAZI «AMERİKANIN SƏSİ» RADİOSUNDAN EŞİDİB

Vaqif ilk dəfə cazı «Amerikanın səsi» radiosunun yarım saatlıq proqramından dinləməyə başlayıb. «Həmin radio indi muzeyimizdə qorunur. Vaqif cazı bütün qəlbiylə sevdi və muğamla cazın sintezini yaratdı».

ONLAR MƏNİM BIĞIMA BAXIRLAR, ƏLİMƏ YOX

Afaq xanım Vaqifin paxıllarından da söz açdı. Onun saçına, geyiminə, hətta bığına irad tutanların olduğunu dedi: «Bütün bunlar Vaqifə pis təsir edirdi. Bir dəfə gülərək mənə demişdi ki, bunlar mənim bığıma baxırlar, əlimə yox».

Vaqif Mustafazadə mənzil muzeyi
Onun ölümünə də belə münasibətin səbəb olduğunu bildirən Afaq xanım «Vaqif mərd insan idi. Ona görə də, hər şeyi ürəyinə salırdı. 39 yaşında yox oldu Vaqif...».

- Afaq xanım Əzizə və anası ilə aralarındakı soyuqluğa necə aydınlıq gətirdi?

- Qonağımız Əzizəni necə tanıtdı?

- Zivər xanım nədən Əzizənin həsrətini çəkirdi?

- Vaqifin böyük qızı Lalə indi harda yaşayır?

- Vaqifin baba olduğundan xəbəriniz varmı?

- Vaqifin İçərişəhərdəki, indi muzeyə çevrilmiş evini kim bərpa edib?

- Əzizə və anası Vaqifin mənzil muzeyinə baş çəkdilərmi?

- V.Mustafazadə adına Xeyriyyə Fondu necə yarandı və hansı işləri gerçəkləşdirdi?

Bu sualların cavabını bilmək üçün «Səs» bölümündə «Can Bakı»nı dinləyin.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: azeriden Şəhər: rusiyadan
18.03.2010 04:00
ALLAH V.MUSTAFAZADEYE REHMET ELESIN .
Cavab

Kimdən: kamilladan Şəhər: bakidan
18.03.2010 13:44
Salam men Dahi deerdim ona ona goreki ilk Cazi Azerbaycana getiren o olub.Amma biz ne etdik ona onun ayaginin altini gazidig hemishe .Tercumeyi halinda oxuyuram yaziblar ki gedib koncert vermeye Dashkennd yoxsa hansisa sheherde adini sheherin degig deye bilmerem ama zala daxil olanda gorub k zalda 4 nefer adam var .sEN DEME ONU ALDADIBLAR KI aFISHALARIN VURULUB SHEHERE BILETDERDE SATILIB SENDEME BU ONA GURULMUSH NOVBETI NOMRE imish.o 4 neferde tezece xeber tutanlardan imish .Vagif hormetele eyleshere piano arxasina chalarken ureyinden infarkt kechirib ve oradaca dunnyasini deyishib bu da bizimkilerin emellerini behresi...hemishe onun ayagindan dartiblar ...hech sozum yoxdi......
Cavab

Kimdən: kamilladan Şəhər: bakı
19.03.2010 16:39
Bəs niyə mən 1 dənə də olsun Cazmeni tanimiram ?Heç olmasa onun ifasına gulaq asın sonra şərh verin ayıbdır............zəhmət olmasa 2 cazmenin adını de mən də bilim...Ona qulaq asanda ruhum dincəlir...
Cavab

Kimdən: Emil Şəhər: Bakı
18.03.2010 18:58
Kamilla, Cazı Azərbaycana Vaqif Mustafazadə gətirməyib, belə şərhlər verməklə siz 30-40-50-ci illərin Azərbaycan caz musiqiçilərinə qarşı hörmətsizlik edirsiniz.