Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / Can Bakı

Bakıya gələn əyalət insanı və ya əcnəbi hansı hissi keçirər?

17.03.2010
«Can Bakı» proqramının ikinci hissəsində «Şəhər reklamlarının yazılışında Azərbaycan dili necə qorunur?» sualına cavab axtardıq. Söz Azadlığı Fondu Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə başlayıb. Fondun təmsilçisi Nəzirməmməd Quliyev «Can Bakı»nın suallarını cavabladı.

Monitorinqlərə başlamaq istəyinin təkcə reklamlarla bağlı olmadığını deyən N. Quliyev əsas hədəfin bütövlükdə Azərbaycan dilinin qorunmasına yönəldiyini bildirdi:

«Həm «Dövlət dili haqqında» 30 sentyabr 2002-ci ildə qəbul olunmuş Qanunun tələblərinə necə əməl olunması, həm də ümumiyyətlə Azərbaycan dilinin qorunması bizi narahat etdiyindən, Fondun kollektivi bu qərara gəldi ki, monitorinqlərə başlayaq».

HƏR YERDƏ «BEAUTY SALON» YAZILARI GÖZƏ DƏYİRDİ

İlk tədbir kimi küçə reklamlarından başladıqlarını söyləyən həmsöhbətimiz Bakının 10 küçə və prospektində araşdırmalar apardıqlarını dilə gətirdi: «Azadlıq prospekti boyu «Boçka», «Başmaçok», «Çudo peçka», İstiqlaliyyət küçəsində «Tetradka», Rəşid Behbudov küçəsində «Bon Appetit», Səməd Vurğun küçəsində «Merkez Lehmacun», «İncegöl» kimi adlarla qarşılaşdıq. Bir də, hər yerdə «Beauty salon» yazıları gözə dəyirdi.

Saytımıza gələn suallara da toxunan N.Quliyev cavab olaraq «Dövlət dili haqqında» Qanunun 7-ci maddəsini misal gətirdi: «Azərbaycan Respublikasında bütün reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda dövlət dili ilə yanaşı başqa dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilinin tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir».

Fondun təmsilçisi vurğuladı ki, biz ingiliscə, rusca, başqa dillərdə yazılmasının əleyhinə deyilik, sadəcə olaraq bu qanunun şərtinin gözlənilmədiyini aşkarlamışıq.

N.Quliyev Bakı şəhər İcra Hakimiyyətinin Reklam Departamentinin monitorinqə etiraz etdiyini də bildirdi:

«Yaxşı bir araşdırma aparıb saytların biri. Reklam Departamenti də deyir ki, bizdə bədii şura bu işlərlə məşğuldur, amma bu barədə danışa bilmərik, gərək mətbuat xidməti icazə versin. Mətbuat xidməti də bədii şuradan xəbərsizmiş. İkinci tərəfdən, Reklamçılar Assosiasiyasının katibi Səyalı xanım deyir ki, bizə müraciət etməyiblər. Hərə bir qrant alıb iş görür. Niyə bizsiz keçirirlər?».

Qrantla deyil, daxili imkanları hesabına bu işi gördüklərini deyən həmsöhbətimiz işin mahiyyətinin deyil, xırda detallarının müzakirəyə çıxarıldığını bildirdi: «Bakıya gələn əcnəbi və ya əyalət insanı şəhəri görüncə hansı hislər keçirər, bura haradır?».

- Fond şəhərdəki mağazalarda, kafelərdə, digər xidmət sahələrində qəbzlərin, menyunun və xidmət göstərənlərin «dili» ilə bağlı da monitorinq keçirəcəkmi?
-90-cı illərdən bu yana Bakıda bu sahədə vəziyyət yaxşılaşıb, ya pisləşib?

- Bir dinləyicinin «Söz azadlığı pozulan bir ölkədə Söz Azadlığı Fondunun dil barədə monitorinq keçirməsi gülünc deyilmi?» sualı necə cavablandırıldı?

DİNLƏYİN
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Namiq
28.03.2010 15:44
Hele men Monika, Karolina kimi , Madonna, Mona Liza , Prins ve s.adlari demirem.
Bu adlari magazaya, toyxanalara qoyanlar bu adlarin menalarini bilmirler, kefleri isteyen adlari qoyurlar.

Kimdən: Namiq
28.03.2010 15:40
Adam sadece dehsete gelir.Neye gore seherin merkezinde turk dilinde yemekxana adlari, idare ,sirket adlari olmalidir.Meselen,Buyukfirat lahmacun,Mahmut turizm ne bilim neler.Hansi esasla?Bir Azerbaycanli Turkiyede bunu ede bilermi?
Bizim oz dilimiz var,Turkiyedekilerin oz dili.
Xetai de, Asiq Elesger de, Sehriyarda turk dilinde yazirdilar, amma onlar oz turkcemizde yazirdilar.Hormetli jurnalistler, alimler xahis edirem ki, bu meseleye bir az hessas yanasaq.Dilimizi qoruyaq.


Kimdən: Telli Şəhər: Baki
25.03.2010 14:51
dogurdan da bu bizim yarali yerimizdi.bize mektebde oyredilen bu seri xatirlayiram: oyren bu dili sev bu dili goz bebeyin tek..amma indi oz dilini neyinki sevmek hec hormet bele etmirler..oz dilini sevmeyen insan da vetenperverlik hissi olmaz.gelin oz dilimizi sevek ve onu bir menevi deyerimiz kimi qoruyaq...

Kimdən: azeriden Şəhər: rusiyadan
18.03.2010 04:10
bakida ya$ayanlar oz dillerine hemi$e hormetsizlik edib,indi de bele davam edir.oz dilini bilmeyen ve yaxud bilmeyib oyrenmeyenlere ar olsun.BIR SOZLE BU ADAMLARIN MILLIYETI BAKINTSIDIR.chox milletin hissiyatina deyen meseledir.dunyanin hech bir paytaxtinda dovlet diline bele hormetsizlik yoxdur.bu chox boyuk bir derddir.
Cavab

Kimdən: yusif Şəhər: baki
18.03.2010 21:02
sizinle tamamile raziyam.