Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Kontekst

«Əsas itkilərimiz ağ bayraq qaldırandan sonra baş verdi…»

17.03.2010
OMON-çular

- Biz mühasirəni yaranda, çalışırdıq ki, camaatı yığıb gətirək, bu qırğının qarşısını alaq. Gördük ki, 62 kalibrli minaatanlardan «OMON»un (XTPD – Babək Bəkir) qərargahını vururlar. Halbuki, artıq ağ bayrağı qaldırmışdıq. Elə əsas itkilərimiz də ağ bayraq qaldırandan sonra baş verdi…

AĞ BAYRAQ

Bu, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) kəşfiyyat batalyonunun üzvü İlqar Əliyevin 1995-ci il 17 mart hadisələri ilə bağlı xatirələrindəndir.

Əslində, elə o vaxtlar ictimaiyyət arasında da belə fikirlər var idi ki, 1995-ci il martın 17-si səhər saatlarında Xüsusi Təyinatlı Polis Dəstəsinin qərargahında ağ bayraq qaldırılmasına baxmayaraq hökumət qoşunları atəşə ara verməyiblər.

Ancaq həmin hadisələrin ildönümü ilə bağlı istintaq qrupunun keçirdiyi mətbuat konfransında keçmiş Baş prokuror Eldar Həsənov ağ bayraqla bağlı verilən suala cavab verməkdən yayınmışdı.

HEYDƏR ƏLİYEVİN MÜHAFİZƏSİ…

İlqar Əliyev isə həmin hadisələrdən sonra vətənə xəyanət ittihamı ilə həbs edilərək düz 6 il azadlıqdan məhrum edilib. O indi düşünür ki, o vaxt hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi arasında baş verən toqquşmadan yayınmaq olardı. Ancaq hakimiyyət onları məhv etmək yolunu tutduğundan bu mümkün olmayıb.

İlqar Əliyev 1993-cü ilin iyununda o vaxtlar Naxçıvan Ali Sovetinin sədri işləyən Heydər Əliyevi Bakıya gətirən mühafizə dəstəsinin arasında olub. Deyir ki, o vaxtlar Xüsusi Təyinatlı Polis Dəstəsi düz 6 ay Heydər Əliyevin mühafizəsini təşkil edib. İndi bunun peşmanlığını keçirən keçmiş döyüşçünün fikrincə, sonradan hakimiyyətlə
Rövşən Cavadov
münasibətlərinin gərginləşməsində bəzi məmurların biznes maraqlarına mane olmaqları az rol oynamayıb:

ERMƏNİSTANA AZƏRBAYCANDAN YANACAQ ÖTÜRÜLÜRDÜ?

- Çünki o vaxtlar «OMON» sərf etmirdi. Azərbaycandan Ermənistana Gürcüstan vasitəsi ilə neft ötürülürdü. «OMON»un Qazax rayon bölməsi də bunun qarşısını almışdı.

Əslində, Azərbaycandan Ermənistana Gürcüstan vasitəsi ilə neft daşınması ilə bağlı o vaxtlar yerli mətbuatda da müxtəlif yazılar dərc olunurdu. Hətta bununla bağlı 1996-cı ildə «Azadlıq» qəzetində vaqonların nömrələrinin göstərilməsinə qədər, bir araşdırma yazısı da dərc edilmişdi. Həmin yazıda qeyd edilirdi ki, yerli xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycana qayıdan vaqonlarda partlayıcı maddələrin olub-olmaması ilə bağlı yoxlamalar da aparırdılar. O vaxtlar belə fikirləri BBC radiosunda keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov da təsdiq etmişdi.

Ancaq XTPD-nin mərhum komandiri Rövşən Cavadovun qardaşı, hazırda Avstriyada mühacirət həyatı yaşayan Mahir Cavadov münasibətlərin gərginləşməsinin başlıca səbəbini onların atəşkəs müqaviləsinə qarşı çıxmaqlarında görür:

XTPD ATƏŞKƏS MÜQAVİLƏSİNƏ QARŞI…

- Bu xəyanətkar bir müqavilə idi. Ona görə də biz bu müqaviləyə tabe olmaq istəmirdik. Ona görə də bizi cinayətkar elan edib, məhv etməliydilər…

Mahir Cavadov deyir ki, parlamentin keçmiş sədr müavini Afiyəddin Cəlilovla, xüsusi idarənin keçmiş rəisi Şəmsi Rəhimovun qətllərinin onların üstünə atılması da eyni məqsədə xidmət edirdi.

OMON Qarabağ münaqişəsi zamanı
Ancaq millət vəkili Zahid Oruc isə düşünür ki, o vaxtlar Xüsusi Təyinatlı Polis Dəstəsi özünü qanundan üstün tuturdu. Ölkədə baş verən cinayətlər də hüquq yolu ilə yox, Xüsusi Təyinatlı Polis Dəstəsinin qanundan kənar müdaxilələri ilə çözülməyə başlanmışdı.

Zahid Oruc deyir ki, o vaxtlar bağlanan sülh müqaviləsinin əhəmiyyəti də az sonra hamıya bəlli oldu:

- İtaətsizliyi indi vətən məramı ilə izah etmək, həm tarixi faktları təhrif etmək, həm də o vaxtlar ölkə içində bəzi para işlərə cəlb edilmələrini pərdələmək məqsədi daşıyır.

1995-ci il martın 17-də hökumət qüvvələri ilə baş verən toqquşmalarda Xüsusi Təyinatlı Polis Dəstəsindən 12 nəfər, o cümlədən komandirləri Rövşən Cavadov qətlə yetirilmişdi. Sonradan bu hadisələrə görə 700-ə yaxın şəxs həbs edildi, onlardan yalnız 340 nəfəri dəstə üzvü idi.

Həbs edilənlərdən 4-ü hələ də azadlığa buraxılmayıb, daha 4 nəfər isə həbsxanadaca vəfat edib. Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş üzvü İlqar Əliyev deyir ki, azadlığa buraxılanlar da ya onun kimi işsizdir, ya da çıxıb mühacirətə gediblər. Həmin hadisələrdə hökumət qüvvələrinin itkisi ilə bağlı isə dəqiq açıqlamalar verilmir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Reshad Şəhər: Agdam
20.03.2010 15:42
ELCIN ALMANIYAYA -Diqqetli olsaniz men sherhlerimde bolguculuk aparmadigimi gorersiniz,eksine onu bashlayana qarshi cixmisham.Ne araq ice bilirem,hec vaxt siqaret cekmemishem,ne de alver bacariram.Tanimadigim adamlara "sen"deye muraciet etmirem,baxmayaraq ki,bezen yazinin stiline gore sen muracietinden istifade etmek yerine dushur."bosh-bosh danishirsan"kimi ifadeler ishletmek ise elementar etika ve terbiyeden o qeder uzaqdir ki,onu Almaniyada yashamaq bele yumur.Zetsen zi zix,haben zi etvas,her Elcin
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
21.03.2010 22:53
agdamli asif,sen burada olan mubahiseni ba$a du$mek uchun evvela get burda yazilanlari ba$dan oxu,onda her $eyi anlami$ olarsan.yazdiqlarimizi da bir az diqqetle oxu.bir az da qezebini ve heyecanlarini gizlet.burda muharibe elemirik.here oz fikirini soylemek isteyir.bu forumun evveline qayitsan agdamli sohbetinin nece ortaya du$meyini anlayarsan.re$ada bir neche adam cavab verib,naxchivanli meselesine gore.diqqetle oxu $erhleri.
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
21.03.2010 22:19
re$ad,MILLETI sen ba$ladin ayirmaga(NAXCHIVANLILARI),men de senin yanli$ oldugunu gostermek istedim.i$i ve biznesi de FERESETLE YOX,agil ve ba$la gorurler. agdamlilar arasinda da dostlarim choxdu.men ehalinin agdamlilar haqqda olan fikirlerini sene chatdirmaga chali$dim.gelen defe bir $ey yazanda fikirle$ib yazarsan ve xalgi bolmezsen.men senin savadli olmagin$ubhem yoxdur.GUNAZ TV-ye baxmagin chox sevindirici haldir.
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
21.03.2010 00:54
re$ad,sene olan axrinci yazimi vermediler.
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
21.03.2010 00:11
re$ad,sen yeqin menim sene olan cavabimi diqqetle oxumadin.XALQIMIZI sen ba$ladin bolmeye.men rusiyada AZERBAYCAN TURKLERI ILE chox i$leyirem.burda olan muddetde hech vaxt AZERBAYCANLI TURKLERINI rayonlarina gore bolmemi$em.get,bir daha oz $ehrlerini oxu gor ne yazirsan. dili yax$i bilmek $ert deyil,du$unceler vacibdir.biz burda yavala$miriq.milletimizi her hansi bir ideya etrafininda birle$meye chali$iriq.rusiyada olan istesalatda AZERBAYCANIN her yerinden i$leyen olub ve i$leyir.agdamlilarin FERESETLI olmaqlarini men olan yerde ve rusiyada chox e$itmi$em.ag yalandir,agdamlilar qanun pozmagi,ru$vet vermeyi ve devlete vergi vermemeyi chox xo$layirlar.onlar hesab edirler ki,hami onlara borcludur.ALLAH adami ne qachqin,ne de kochkun etmesin,amma abir-heya adamda yax$i $eydi.gorduyun kimi men AZERBAYCANIN ba$qa bolgelerinden olan qaChqinlardan dani$madim.qaldi onlarin mene el achmamaqini yalan deyirsen.evvela onlar menin $eherimde azad ve kef ichinde ya$ayirlar,xalqimizin ve devletimizin hesabina ya$ayirlar.eger menim $eherimde ve menim devletimin puluna ya$ayirsa,demeli mene de el achirlar. senin kimi AGDAMDAN olmayanlarla chox diskusiyam olub.qaldi feresetlerine, niye onda onlarin her $eyi ola-ola yene devletden ne ise umurlar?onlara xerclenen pullari QARABAQ VETERANLARINA VE ELILERINE xerclemek olar.feresetlerini goy getib ermenileri ustunde gostersinler.YENE YAZIRAM,AY AGDAMLI OLMAYAN QARDA$,biz burda milleti bolmuruk,UMUMI AGRIMIZ OLAN QARABAG ETRAFINDA birle$meye chali$iriq.BUNU ANLAMAQ LAZIMDIR.TURAN BEY devlet ba$inda olan NAXCHIVANLILARA GORE chavabdeh deyil.AMMA SENIN FERESETLI SIYASETINI yuyurutsek,demek olar ki,NAZCHIVANLILAR FERESETLIDILER,ve yaxud bacarana can qurban.budur senin bize olan mesajin?bir az millet haqqda olan fikirlerini seliqe-sehmana sal.alinmasa,get GUNAZ TV-ye bax.GUNEYLILERIN HEREKETI VE HEREKATI SENE CHOX $EY OYREDER.incime sen dediyim uchun.ele du$unurem ki,men sene oz fikirlerimi chatdirdim.eger biz de ermeniler kimi yersiz geldi yerli gach(agdamlilarin azerbaycanin chox bolgelerinde ozlerini bele aparir,amma bunu xalq demeye gorxur) siyasetini aparsaq onda niye digalari qinamaliyiq.BIZE BIRLE$MEK LAZIMDIR FERESET YOX.
Cavab

Kimdən: Asif Şəhər: Agdam
21.03.2010 05:02
Hem agdamlilar haqqinda en biabirci sozleri deyirsen,hem de deyirsen biz birleshmeliyik.Ohansi agdamlidi ki,gelib senle birleshecek ve ya sen agdamli ile eyni cebhede duracaqsan? Amma, yaxsh olardi sen esl derdini acib danishaydin ,gorek bu agdamli (lar) senin neyini neyniyib ki,bele yaniqlisan.Belke ele imama aglayanda bir qiriq da Yezide aglayacagiq onda.Her yerin yaxshisi pisi olar -Agdamin da.Sen de harali olursan ol, onda biz deyesi deyilik ki,ele onlarin hamisi senin kimidi,ya senin kimi dushunur.Yeqin siz tereflerin de yaxshisi,babati var.O Reshad heqiqeten agdamli deyil ha.Agdamlida bu boyda hevsele ne gezir ee..,oturub asta -asta bir xeyli adama ,naxcivanliya cavab verir.Reshad,ayri ishin yoxdu senin?Noolar araq icmeyib ,siqaret cekmeyende ,alver bacarmayanda.Belke gedib prezident aparatinda ishleyesen,babat yazmagin var.Ora da seni buraxmazlar,men bir ikisini taniyiram,adini yaza bilmir,amma hazirlashir pulunu verib icra bashcisi olsun.Ora sennik deyil, ora tupo....ishe gotururler
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
21.03.2010 04:09
Biz yuz ilqala bir-birimizi basha duse bilmerik.Garshina iki ,ya iki yuz firildaqci agdamli cixibsa bu ittihamla cixish etmeye esas vermir.Senin tefekkurune gore XUDU MEMMEDOV,akademik Rafiq Aliyev de agdamli oldugu ucun qebulolunmazdi.O ki,qaldi "Gunaz TV"ye men defelerle orda siyasi sherhlerle cixishlar etmishem,bezen saatlarla canli efirde suallara cavab vermishem,o cumleden Rusiyadan,konkret olaraq Sankt Peterburqdan olan suallara.Amma biz hec zaman bir-birimizi anlaya bilmerik.
Cavab

Kimdən: TURAN Şəhər: NAXCIVAN
20.03.2010 19:42
Resad-Agdam Salam! 400 min Naxcivanin ehalisidir. O Veten ucun qosundur .Yazirsan ki,biraz elgezdirin, gonderin Dubaya ! Bu tehqiri sene bagislamaq olarmi ? Azerbaycan vetendasi olub oz xalqini bu cur tehqir edeni sence necur adlandirmaq olar.Demek ki, sen milletini sevmirsen. Yazirsan R.Cavadovu vuran Naxcivanda qehreman kimi qebul olunub. Bu yalanina ozun inanirsanmi?Azerbaycanin her qaris torpaqi bizim ucun muqeddesdir Demek olar ki, her terefden dusmenlerle ehate olan Naxcivanda yasasaydin bucur yazilar yazmazdin.
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
20.03.2010 23:08
TURAN NAXCIVAN-Allaha and olsun Dubay deyende son gunler Palma adasinda alinmish villalari nezerde tutmusham.Fikir ver yazmisham ki,"yaxshi adadi".Men bildim sen neyi nezerde tutursan.Estegfurullah!!!Mene ele gelir ki, biz bir birimizi taniyiriq,en azi bezi meselelerde fikir ayriligi olsa da,ust-uste dushenler de var.Her halda Elcibeye munasibetinden hiss etdim.Sadece olaraq,bezi yerlilerinizin milletin yerde qalan hissesine heddinden artiq yuxaridan baxib lag etdiyini az qala her gun hiss edirik.R.Cavadovun oldurulmesi ile bagli herterefli informasiyaya malik oldugumuzu nezerine catdirmaqla,zamaninda aciqlamaga soz verirem

Kimdən: Anonymous
20.03.2010 13:24
BU SUALA BIRCE CAVAB VERE BILEREM ZAMANI CATANDA HAQ-TALA OZ YERINI TUTACAQ NECEKI,...
BU DUNYANIN HAQQ-TEREZISI OLDUGUNU INANMAYANLARA BIR MISAL .DEMEK ISTEYIREM,1995-CIILIN MART AYININ 17-DE OMONCULARI VE ROVWEN CAVADOVU OLDUREN (QUSKA) HUSEYIN ABDULAYEVI ELE HEMIN MART AYININ 17-DE ELIYEVLER TUTDU VE VAR-YOXUNU ALDILAR. HAKIMIYYETE YARINANLARA BU BIR MISALDIR.NETICE CIXARTSALAR EGER.

Kimdən: Reshad Şəhər: Agdam
20.03.2010 02:12
TURAN NAXCIVANA :Sen demeyesen o bashbilenlerinizin de tez- tez ishletdiyi o LAZIM 400 minlik naxcivanli imish ?Bele de...Olkenin sahibleri de sizlersiz,bunu bilirik..,ama bu vecsiz sahibler neftin sahibidi vetenin yox.Qara nefti talan edib ag gune cixan agzi gara gedeler zamanininda gizlendiyi kimi,zamani catanda da talan etdiklerini goturub qacmaqla meshgul olacaq.Bizim ise bu vetenden bashqa hec neyimiz olmadigi ucun hec yere geden deyilik,nece ki getmemishik.Amma,qoshunuzun sayi beynelxalq qurumlarin icaze verdiyinden bir az artiqdi,bir az el gezdirin.Gonderin getsinler Dubaya,qesheng adadi
Cavab

Kimdən: naxcivanli
20.03.2010 23:44
bu yazini yazmaq ucun agdamli olmaq kifayetdi. Senin kimi dushunen bir naxcivanli durub dese ki, "Agdami 5 tankla aldilar" "Agdami neceye satdiniz?" Sene nece tesir eder. Beleki, bu sozler Agdam rayonu ishgal olanda xalq arasinda gezen en mehshur dedi-qodu idi. Ona gore bir shey yazanda insafi ve obyektivliyi elden verme. Olkeni talayan naxivanli, shekili veya bakili deyil . Olkeni talayan Eliyevler, Eyyubovlar, Pashayevler ve.s ailelerdi.
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
21.03.2010 04:28
Senin dediklerini - 5 tanka aldilar - Heyder Eliyev Agdamin ishgalinin seherisi gunu Berdede Suret Huseynovla birlikde Ketelparaq kendinde demishdi .Iki gun evvel Agdamdan yalvarandaki komek gonderin , Heyder Aliyev MM-de Ibrahim Ibrahimliyle, Tofiq Gasimovla kohne hesabini cekirdi. Berdede ise deyirdi ki, "onsuz da 6 ay qabaq deyirdiler ki, Agdam ishgal olunub " ...
Cavab

Kimdən: TURAN Şəhər: NAXCIVAN
20.03.2010 11:14
Naxcivanda neqeder agir ve kasib yasadigimizi bilmirsen! Bu bizim elimizde bir qalxan deyil ki, dovleti bolmeye ve dagitmaga calisanlara yoldasliq edek!!! Basda oturanlarin rusvetxor olmasina sozum yoxdur.Elcibey rusvetxor olmadigi ucun S.Huseyinov ustune qosun yeritdi? Gencede Haxcivandan olan doyusculeri niye oldururduler? Bizim belamiz burada basliyir-haralisan deye.1993ci illerde Rusiyadan gelenleri onlarin yasadigi yerlerden kecir deye lezgiler zulm verirdi. Cox yazardim he ise. Biz bularin qarsisini aldiq.Cavansan yeqin.Bir az basimizi buraxsalar ya XANLIQ yaratmaga, yada quldur desteleri duzelmeye calisacagiq.Prezidentlerin hamisi rusvetxordur. Biz onlari gunahlandiririq , hamimiz rusvet verib bir qanunsuz is gorduyumuzde ozumuzu Qazanmis saymiriqmi?
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
20.03.2010 04:05
agdamli qarda$,hani sizin partizan desteleiniz?yoxsa elinizden qachqin cilidine girib alver etmekden savayi bir $ey gelmir?NAXCHIVANLILAR,GEDEBEYLILER,TOVUZLULAR BIR GARI$ TORPAQ VERMEYIB ermenilere.bir de elinizden,bagi$la,basib baglamaq gelir.men olan yerde yagin-piyin ichinde ya$ayirsiniz,yerli camaati beyenmirsiniz,amma agzinizin eyrisi duzelmir.OZ MILLETININ OGULLARINA SATA$MAQDANSA GET AGDAMLILARI BA$INA TOPALAYIB AGDAMI AZAD ETMEK UCHUN BIR $EY DU$UN.
Cavab

Kimdən: Elchin Şəhər: Almaniya
20.03.2010 14:43
Rashad, azeriden-i her ker oz rayonunu qoruma tefekkuru uchun qiniyirsansa, ozun niye o-rayonlu bu-rayonlu sohbetini bashladin??
Bosh bosh danishirsan ancag, elinden bir ish gelmir. Get aragivi ich, siqaretivi chek, alvernen de meshgul olub pul qazan.
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
20.03.2010 12:17
Sizin kimisinin tefekkuru budu .her kes oz rayonunu qorumalidi.Men Agdamdan deyilem,amma fexr ederdim ki,5 min shehid vermish Agdamdan olaydim.Ikinci bele yer varmi?Partizan destesi deyirsen,onudevlet yaradir ve idare edir.Ele bir destemiz olsaydi cinayet ishi bashimizin ustunde idi-qeyri-qanuni silahli birleshme.Agdamlilari bir yere yigib Agdami azad etmeyi dushunek deyirsen .Ne qeder besit dushunce...Torpagi devlet ,onun ordusu,azad etmelidi,vurushan da millet olmalidi.Gacqin cildine girmek ne demek?Gacqin olmaq sherefli ish deyil de bir o cilde de giresen.Eger agdamli feresetlidise,bu tarixen bele olub,siz darilmayin ,sevinin ki, elini sizin kimilere acmir.O ki.qaldi agzimizin eyrisinin duzelmeyine-bezilerinin agzini eyenden sonra bizim eyrimiz duzelecek.

Kimdən: Zaur Şəhər: sankt-peterburg
19.03.2010 17:05
Bu movzu barede genish danishmag olar.Amma men konkret olarag onu deyimki,bezi siyasetciler 15 mart giyamini o dovurki dovletciliye garshi giyam adlandirmalarina baxmayarag bu gun artig hamiya melumdurki,hemin giyam Heyder Eliyev rejimini hagli suretde devirmek ucun galdirilmishdir.H.Eliyev o vaxt gozden perde asmag ucun bir neca agsaggali Rovsen Cavadovla danishiga gonderdi.Ela bir sehne yaratdiki guya o girginin elehinedir.Amma bu tamamile eksine olub.Beli,artig doyushculer ag bayrag galdirandan sonra gulle-beran bash verdi.Bu shexsen H.Eliyevin emri ile oldu.
Cavab

Kimdən: ATILLA Şəhər: BAKI
20.03.2010 05:36
Qardas bele yerlibazliq elemeyin menasi yoxdur.Agdamin yaxsi ogullari olub vurusub oldurub,yeri gelibse olublerde. Tesadufi deyildir ki, Agdam Tovuzdan,Naxcivandan,Gedebeyden ferqli olaraq Qarabag muharibesinde en cox itgi veren rayondur. Bundan elave 17-Milli Qehremani var. Hec bir rayon bu reqemi ashmamisdir.Men qetiyyen Agdamli deyilem demek olar ki,o zonadan dostlarim da yoxdur.Amma meselelere edaletle yanasmaq bizim borcumuzdur. Hansisa Agdamli vetenini qoyub konkret qacibsa ve ya gizlenibse bu orda olen ve yaralanan, vurusan diger Agdamlilarin gunahi deyil. Birdeki o torpaqlar satilmisdi.Eliyalin ehali sayi yuzlerle olan nizamsiz konullulerle neyleye bilerdiki? Ora sadece satilmisdiiiiiiiii. Tovuzun Gedebeyin,Naxcivanin bexti onda getirib ki,satilmaq planina dusmeyibler. Dushseydiler onlarin da aqibeti ele olacaqdi. Vessalam!

Kimdən: Ad yazmaqa qorxuram
18.03.2010 11:53
Bir seyi unutmaq olmaz ki zaman bizim eleyhimizedir .
Hakimiyyet bele olduqda ister isqal olunan torpaqlari qaytarmaqdan , ister inkisaf etmekden soz gede bilmez .
Bedbextcilik ordadir ki milletimiz -inkisaf- deyende yeni mekteblerin baxcalarin tikilmesini nezerde tutur ... Halbuki Bu qeder nefti olan dovlet Yerin altinda bele mekteb tikmeye qadir olmalidir .
Mekteb meselesini ona gore deyirem ki axir 17 ilde Azerbaycanin bina Idman kompleksi tikmekden basqa uguru olmayib...

Kimdən: yashar Şəhər: Baki
18.03.2010 11:53
Menim Garabağda savaşan OMON culara böyük hörmetim var. Ama ozleri oz quyularini qazdilar. O vaxtki milli guvvelerle birlesib dovletimizi qorumaq yerine hakimiyet oyunlarina girdiler. Heyder Eliyev onlarin ciyninde hakimiyete geldi. Ondan evvel Iskenderle bir birini girirdilar. Her kes egoizmini kenara qoyub uzerine dusen isi gorseydi indi biz bu memurlarin elinin altinda yasamaq mecburiyetinde qalmazdiq.

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
18.03.2010 10:46
Allah Rövşən Cavadova və Vətənimiz uğrunda həlak olmuş bütün şəhidlərə rəhmət eləsin! Amin!

"OMON" dəstəsinin Azərbaycanın hərb tarixində xüsusi yeri olub. Bu dəstənin döyüşçüləri döyüşlərdə qəhrəmanlıqlar göstərmiş seçmə uşaqlar idilər. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, əli silah tutanların hamısı onlara qoşulacaqdı. H. Əliyev hakimiyyətə gəldi və bu uşaqları öz ətrafına gətirdi, onların xidmətindən yararlandı. "OMON"-çular isə bu qocadan sərkərdəlik gözləyirdilər. O da "sərkədəliyini" nümayiş etdirdi. Əvvəl "OMON"-çuları özbaşına buraxdı. Onların da arasında müxtəlif səviyyəlisi, səviyyəsizi var idi. Bəzi səviyyəsizlər "razborkalara" baş vurdular, zorakılıq nümayiş etdirdilər və döyüşlərdən uzaqlaşdırılmış əlisilahlı bu müharibədən çıxmış və ciddi məşğuliyyət ilə təmin olunmamış bəzi omonçular (Əliyevin atəşkəsi nəticəsində) "OMON"-un imicinə xələl gətirdilər. Nöqtəni də onların bir vaxtlar "sərkərdə" kimi mühafizə etdikləri Heydər Əliyev qoydu. Heyif o cür döyş bacaran uşaqlardan! Heydər Əliyev həqiqi müxalifət ilə həmişə belə rəftar edib.

Kimdən: Naxcivanli Şəhər: baki
18.03.2010 10:26
Tolstoy deyirdi: «Vetenperverlik eclafların sıgındıgı sonuncu yerdir». OMON un rehberleri o vaxt Rusiya xususi xidmat orqanlarinin qucaginda oturub, hakimiyyati ele almaq istayan marionetkalar idi. Serkisyan, Koceryan kimi. Azerbaycani da Gurcustan Rusiya kimi marionetkaya cevirmak istayirdi Rusiya. Mehz Heydar Eliyevin seyi neticasinda o plan fiaskoya ugradi, eks teqdirda hakimiyyatda hemin qucaq ushaqlari olacaqdi, ardinca da Talish mugan respublikasi, shimal zonasinda isa hansisa bashqa separatcilar feallashacaqdi, tebii ki atalari Rusiyanin desteyi ila, bununla da Pyotrun "Rusiya ebedi movcud olmaq isteyirsa fars korfezina cixmalidir" planinin boyuk ekseriyyati reallashmish olacaqdi. Alinmadi -HEYDAR ALIYEVA gore. O dahi shexsiyyatdir. Azerbaycan ucun cox boyuk ishler gordu, eks teqdirda indi ermanilar bakida vazifalarda idi yeqin ki, bizim taleyimiz neca olacaqdi-bax bunu hech tesevvur eda bilmiram.Manim nazarimda na Mahir Cavadov ne de Rovshen Cavadovun vetenperverlikdan danishmaga haqqi yoxdur, duzdu biri vefat edib allah rehmet elasin, amma Suret Huseynov da , cavadov da, Elikram da, onlar hamisi kuklalar idi. Zaman her sheyi yerina qoyur, onlari da oz yerlarina oturtdu zaman.

P.S. Azerbaycani parcalamaq istayan istanilan eli kokundan keserem-bu el kiminki olur olsun!!!
Cavab

Kimdən: Dayl Şəhər: Avropa
20.03.2010 20:31
Menim ureyim dözmedi senin bu yazlna insanda bir vicdan olmalldlr...!
Bax gör sen bu GEHRAMN OGULLARIN haglnda neler yazlrsan...! http://www.youtube.com/watch?v=8UOJ3hF_cW0 (vidieo bax )
Sendä gunah yoxdu..! sendä bu vetenin oglusan amma bu videoa bax papaxlnl goy gabaxlna bir, yenädä dusun..!
Cavab

Kimdən: Dayl Şəhər: Avropadan
20.03.2010 20:06
Tolstoy deyirdi: «Vetenperverlik eclafların sıgındıgı sonuncu yerdir» Naxclvanli gardas sen yazdlglarlnln farklndamisan...?????
Sizä mslähät görärdimäzdim belänci cavablar yazmaga...!
Diyäsän hälä coooooooox gencsän.
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
20.03.2010 02:17
R.Cavadovu oldurenin Naxcivanda milli gehreman kimi qebul olundugunu bilirik....
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
19.03.2010 21:47
OMON-n rehberliyinin Rusiya ile hec bir bagliligi yox idi. Elekram OMON-cu deyildi.Azerbaycan indi Rusiyanin kuklasidi,o vaxtlar kukla deyildi. Ermeni parcaliyib Azerbaycani, 20 ildi hakimiyetdesiz,bele qocaqsan niye qalib gelmemisiniz hele ermeniye? Saxta vetenperverliye nifret edirem.Siz gucunuzu dushmene yox,xalqa gosterdiniz
Cavab

Kimdən: TURAN Şəhər: NAXCIVAN
20.03.2010 00:25
Elikram veteni bolmeye calisan biri idi.Onun OMON-cu kimi adi cekilmir.Korpe usaq kimi yazirsan.Bunu senin kimi dusunenler ucun yaziram: bir-birinizi arxadan buraraq ve veteni satmagami calisirdiniz?Olkeni sahibsizmi zennetmisdiniz? Vaxti gelende Naxcivanin 400 minlik ehalisi, o istediyini yerine yetirecek! Sense gizlenmeye yer axtar.
Cavab

Kimdən: TURAN Şəhər: NAXCIVAN
19.03.2010 01:43
Meni bagisla ,bir az duzelis vereceyem.Azerbaycani parcalamaq istiyenin ...!!!

Kimdən: milli balta Şəhər: veten
18.03.2010 08:15
Allah olenlere rehmet elesin, qalanlara can saqliqi, quvvet ve sebr versin/////////
Onlarin silahla ede bilmediyini insaalllah xalq yalin el ile edecek///////
Qem yemeyin menim qardaslarim, amma cox xais edirem millletdn de kusmeyin//// Hec vaxt millet oz heqiqi, qani temiz oqullarina yiye durmayib ve bu da bizim taleyimizdir ne edek////////
Allah hamimizin komeyi olsun //////////
Insaalllah bu defe qansiz qadasiz otuser/////////

Kimdən: azeriden Şəhər: rusiyadan
18.03.2010 03:38
heqiqeten AZERBAYCANIN igid ogullaridi.ALLAH olenlere rehmet,qalanlarin da canini sag eiesin.bele ogullarla muharibeye her an getmek olar.
    Növbəti 
Səhifə (2)