Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Rubrikalar / Kriminal

Milli Ordunun üç əsgəri Cinayət Məcəlləsinin 20 maddəsi ilə təqsirləndirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgərlərin məhkəməsi keçirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgərlərin məhkəməsi keçirilir

18.03.2010
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsinin əsgərləri Yusif Yusifovun, Emin Rəhimovun və Tural Bağırovun məhkəməsi keçirilir. Əsgərlər xidmət etdikləri hərbi hissənin tağım komandiri Elşən Tağıyevi və onun müavini, gizir Ramal Əmrahovu qətlə yetirməkdə, əsgərlərə qarşı cinsi zorakılıq hərəkətləri etməkdə təqsirli bilinirlər. Əsgərlər Cinayət Məcəlləsinin üst-üstə 20 maddəsi ilə təqsirləndirilirlər.

Məhkəmə iclasları qapalı keçirilir. Tural Bağırov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, mərhum gizir Ramal Əmrahov əsgərlərdən onun və yoldaşları Yusif Yusifovla Emin Rəhimovun əleyhinə hədə-qoxu yolu ilə izahatlar alıb: «Əsgərlər bizimlə könüllü cinsi əlaqədə olublar. Əmrahov isə onları məcbur edib ki, bizim əleyhimizə ifadə versinlər. Həmin əsgərlərdən bir neçə nəfəri sorğu-sual etdik, əmin olduq ki, leytenant Tağıyev və gizir Əmrahov əsgərləri bizim üzümüzə durmağa məcbur edirlər. Hər iki zabiti öldürmək qərarına gəldik».

Tural Bağırov ifadəsində göstərib ki, istifadəsində olan avtomat silahla gizir Əmrahova davamlı atəş açıb. Eyni vaxtda Emin Rəhimov da zabitlər otağında leytenant Tağıyevi qətlə yetirib. Sonra silahı hərbi hissənin ərazisində ataraq hərbi hissədən qaçıblar. Yaxınlıqdakı kəndlərdən birində yaşayan tanışlarının evinə gələrək əsgər geyimlərini mülki geyimlə əvəz ediblər. Gəncəyə gedərkən yolda polis əməkdaşları tərəfindən həbs olunublar.

Hərbi hissənin bir neçə əsgəri ibtidai istintaqa zərərçəkmiş qismində cəlb olunub. Onlar ibtidai istintaqa verdikləri ifadələrində hazırda mühakimə olunan əsgərlər tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vasif Şəhər: Bakı
11.04.2010 00:51
Ay mənim müsəlman qardaşlarım belə şeylərin üstündə Biləcərinin qiyməti 1000 dollardan 3000 dollara qalxdı. Bunun bircə əlacı var Müdafiyə nazirliyi tərəfindən bitərəf (rüşvətsiz) komissiya yaradılsın və Azərbaycanın bütün h/h-də mütəmadi yoxlanışlar keçirilsin. (adsız konvertlərdə hərbiçilər rəylərini yazsınlar). Və təqsirli şəxslər zabit, gizir, əsgər kimliyindən-arxasındakılardan asılı olmayaraq cəzalandırılsın. Belə şeylər İsti otaq, təkərli kreslo və kompyuter oyunları oynayaraq həll olunmayacaq. Damarlarımızdan axan o qırmızı rəngli maye gərək bizi bu torpaqlara bağlasın. Allah türkün nəzilən amma qırılmayan kəndirini qorusun. Amin

Kimdən: ulker Şəhər: baki
29.03.2010 13:02
mama papa uwaqlari esger getmirler, gedenlere qarwi da ki bele hereketler olur. ona gore de esger getmek isteyenlerin sayi gunden gune azalir........ eeeehhhhhhhhhh

Kimdən: Anonymous
19.03.2010 11:45
Cinayeti töreden esgerlere verilecek ceza da azdir. Allah rehmet elesin.

Kimdən: Nurlan Şəhər: Baki
19.03.2010 11:41
Leyetenant(l-nt) Bedirov'a Allah kömek olsun. Bedirov hal hazirda bu meseleye göre hebsxanadadir

Kimdən: eseb
19.03.2010 11:18
yaxsi camaat, indi 15-25yashli genclerimiz nece vetenperver olsunlar? nece oz milletini sevsinler? hansi ruh yuksekliyi ile getsinler garabagi almaga? ve garabag ugrunda olume getmek isateyen gencler olacagmi bele biabirci hadiselerden sonra..bu gederde meneviyyatsizliq olmaz axi..