Şriftin ölçüsünü dəyiş - +
22.03.2010
«Mən əfv barəsində müraciət etməmişəm».
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Azadlıq» qəzetinin əfv olunmuş baş redaktoru Qənimət Zahid deyib.
O bildirib ki, həbs ediləndə bunu gözlənilməz bir hadisə kimi qarşılamayıb: «Mən düşünürdüm ki, onsuz da məni həbs etməlidirlər. Azadlığa çıxanda da fövqəlhisslər keçirmədim».
Q.Zahid deyir ki, ən pisi o deyil ki, onu həbsə atıblar: «Ən pisi odur ki, bizim adamlar bu cür presedentlərdən sığorta olunmayıblar».
Həbs olunma səbəbinə toxunan Zahid «heç vaxt ağlımdan keçirmərəm ki, kiminsə arvadına söz atım, bu, tərbiyəsizlikdir» deyə bildirib:
«Mənim təfəkkürümdə, mənim nəzərlərimdə prinsipial sayılacaq heç bir cüzi dəyişikliyi də heç kəs gözləməsin.Azərbaycanlıların bir düşməni var, o da avtoritarizmdir. Kimsə qorxub kənara çəkilir, onun adını «Şükür» və ya «Kərim» qoyursa, belə politoloji termin mən tanımıram. Mən özümü yazıq saymıram, güman edirəm, məni Azərbaycanda tanıyan heç kim yazıq saymır».