Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:43

Verilişlər / Qaynar xətt

«Cəlilabad rayonunda təhsil çox biabırçı vəziyyətdədir»

Təhsildə baş verən neqativ halların aradan qaldırılması üçün obyektiv yoxlamaların aparılması zəruridir
x
Təhsildə baş verən neqativ halların aradan qaldırılması üçün obyektiv yoxlamaların aparılması zəruridir

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
- Hazırda Cəlilabad rayonunda təhsil çox biabırçı vəziyyətdədir.

- Rayon təhsil şöbəsi kifayət qədər korrupsiyalaşmış bir şöbədir.

- Bəzi müəllimlər səslərini çıxarmırlar. Bu isə ümumilikdə təhsilin keyfiyyətinə zərər vurur.

Bunu Cəlilabad rayonunda çalışan müəllimlər deyir. Onlar iddia edirlər ki, rayonun təhsil sahəsində mövcud olan neqativ hallarla bağlı bütün aidiyyəti qurumlara müraciətlər etsələr də heç bir araşdırma aparılmayıb:

TƏHSİL ŞÖBƏSİ BAZARA DÖNÜB

- Cəlilabad təhsili tamamilə bərbad vəziyyətdir. Kompyuterlər ayrılıb məktəblərə, onların 90 faizi işləmir, məktəblərə ayrılan vəsaitlər məktəblərə verilmir.

- Sıravi müəllimlər işlərinin öhdəsindən yaxşı gəlirlər. Amma problemlərimiz çoxdur. Problemin həll olunmamasının əsas səbəblərindən biri madiyyatın güdülməsidir.

- Hansı müəllimlər ki, mübariz deyil, təzyiq altındadırlar, hər ay maaşlarından 30 faiz alınır. Məktəb üçün dövlətin pulu ilə keyfiyyətsiz partalar alırlar. 6 ay keçmir stollar, stullar qırılır.

- Hər bir məktəb direktoruna ayda müəllimlərdən 1000-1500 manat pul yığılması ilə bağlı tələb qoyulub. Attestatdan keçə bilməyən IX və XI sinif şagirdlərindən rüşvət alır. Məktəb direktorlarına təkidlə üzünü belə görməyən şagirdlərin adının jurnalda getməsi üçün tələb qoyur. Cəlilabad rayonunda 10 belə şagirdi mən özüm faktla göstərə bilərəm. Dəfələrlə bütün aidiyyəti qurumlara müraciət edilib. Bu məsələlərlə maraqlanan yoxdur. Demək olar ki, təhsil şöbəsi monopoliyaya çevrilib, bazara dönüb.

Cəlilabad rayon təhsil şöbəsinin rəisi Ədalət Əsgərov şikayət edən müəllimləri başqa məqsədlər güdməkdə qınayır. Onun sözlərinə görə, bu onun barəsində ilk şikayət deyil:

ONLARIN BAŞQA MƏQSƏDLƏRİ VAR


- Mən etiraz etmirəm, buyursunlar, faktları araşdırsınlar. Bu birinci yazı deyil. Onların başqa məqsədləri var. Mənim özümün 30 ildən artıq müəllim stajım var. Kiməsə qiymət yazdırmaqla və digər məsələlərlə bağlı onların faktları varsa, vaxtında gəlib mənə müraciət edərdilər. Mən də çox şey deyə bilərəm.

YALNIZ CİDDİ ƏSASI OLAN ŞİKAYƏTLƏR ARAŞDIRILA BİLƏR

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəisi Bayram Hüseynzadə isə deyir ki, yalnız ciddi əsası olan şikayətlər araşdırıla bilər:

Vurğun Əyyub
- Təhsil naziri bu fikirdədir ki, yoxlamaların özləri bəzən neqativ nəticələr verir. Ciddi əsaslı səbəblər olmadan yoxlamalar rəhbərlik tərəfindən qadağan olunub. Nazirlik tərəfindən heç bir yoxlama aparılmır. Nazirliyə gün ərzində minlərlə şikayətlər daxil olur. Hər bir adamın şikayəti əsasında yoxlama aparıla bilməz.

Keçmiş təhsil işçisi Vurğun Əyyub isə deyir ki, təhsildə baş verən neqativ halların aradan qaldırılması üçün obyektiv yoxlamaların aparılması zəruridir.

TƏHSİL NAZİRLİYİNİN BORCUDUR Kİ, ŞİKAYƏTİ ARAŞDIRSIN

- Ölkənin bir çox məktəblərində vəziyyət belədir. O ki, qaldı nazirlik rəsmisinin cavabına bu təbii ki, absurddur. Şikayəti bir nəfər də, 10 nəfər də 100 nəfər də edə bilər. İstənilən halda əgər şikayət varsa, Təhsil Nazirliyinin borcudur ki, şikayəti araşdırsın. Əgər araşdırmısa, Təhsil Nazirliyi öz işinin öhdəsindən gəlmir, məsuliyyətsizlik göstərir və məmuru müdafiə məqsədi güdür. Ona görə də bu cür şikayətlərə barmaqarası baxırlar.

Hüquqşünas Anar Ramazanov isə bildirir ki, şikayətçilərin söylədiklərini faktlarla sübuta yetirilməsi üçün müvafiq qurumlar yoxlamalara başlamalıdır:

- Burda səslənən fikirlər əslində çox ciddi ittihamlardır. Ciddi araşdırma aparılmasa, məsələ ilə bağlı konkret fikir söyləmək olmaz. Tutarlı fakt olmadan heç bir tərəfi ittiham etmək mümkün deyil. Xüsusilə də müəllimlərin dedikləri çox ciddi korrupsiya hallarıdır. Təhsil Nazirliyi, prokurorluq, vergi orqanları hətta lazım gələrsə polislər yoxlamalara başlamalıdır.

MÜSAHİBƏDƏN SONRA HƏDƏ-QORXU

Şikayətçi müəllimlərdən biri Murad Hüseynov yenidən bizimlə əlaqə yaradaq, ona müsahibəsindən sonra rayon təhsil şöbəsinin rəisi tərəfindən ona hədə-qorxu gəlindiyini bildirdi.

Şöbə rəisi Ədalət Əsgərov isə hər bir vətəndaşın şikayət etmək haqqını xatırladaraq, həmin müəllimlərin onu haqsız olaraq ittiham edəcəkləri təqdirdə məhkəməyə müraciət edəcəyini bildirdi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ədalət Əsgərov Haradan: Cəlilabad
03.04.2010 22:19
Bax belə.Azərbaycan təhsilinin səviyyəsi bütün bunlara görə aşağadır.Mən də deyilənlərlə razıyam.Tənqiddən qorxmaq lazım deyil!

Kimdən: Rəhim.müəllim keçmiş dire Haradan: Ağsu
24.03.2010 15:24
men deyilənləri alqışlayıram halal olsun o müəllimlərə ki təhsildə bizlərin deyə bilmədikləri sözü cəsarətlə o irgənc təhsil şöbə müdürlərinin biyabırçı işlərini üzə cıxarıb ifşa edirlər elə mən məktəb direktoru olan zaman təhsil şöbə müdürünün cinayət tərkibli işlərinin şahidi olurduq az qala bizləri diləncilikə göndərələr elə o üzdən işdən üzaqlaşdım

Kimdən: Direktor
20.03.2010 21:10
Ay Edalet muellim bir az edaletli ol bele olmaz axi bu boyda faizi men nece tutum bu muellimlerden axir bunlari qaldiracaqsan menim ustume

Kimdən: Ukrayna
20.03.2010 12:13
Men Azerbaycandan uc ildir cixmisham ve bir daha geri qayitmaram Bax bele haqzisliqlara gore. Tehsil Nazirliyi qadagan edib ki, shikayetleri arashdirmagi niye yerdeki memurlari ishlerini yaxshi yerine yetirsinler

Kimdən: Moshu Haradan: Goyezen
20.03.2010 11:48
Buyursun Misir mellim cavab ve izahat versin.Bunu artiq ona atilmish gulle yox,mermi saymaq olar.
Cavab

Kimdən: Azer Haradan: Celilabad
20.03.2010 21:07
Bilirsiz bu belede olmalidir Edalet Esgerov artiq 19 ildir ki, bu vezifede ishleyir ne qederde shikayyet olsada .Ozu demishken get kime deyirsen de hec kim mene hec ne edebilmez.

Kimdən: Ədalət Əsgərovdan Haradan: Cəlilabad rayonu
19.03.2010 23:16
Mən də Cəlilabad təhsil şöbəsi barədə yazılanlarla razıyam.həmin şöbədə rüşvətxorluq baş alıb gedir.O ki qaldi Ədalət Əsgərova o məsuliyyətdən qaçmaq üçün onu-bunu şərləmək yolu tutub.

Kimdən: kengerli
19.03.2010 23:02
Salam Azadliq radiosunu genc muellimlere desdek durduqu ucun alqishliyiram.Ve son melumati bildirmek isteyirem ki, evveler egr bu muellimler hedelenirdise, indi barishmaq ucun adamlar gonderilir .Muellimler ise ancaq o vaxt barishariq ki, bu korupssiyya emellerine son qoyulsun deyib

Kimdən: Baki
19.03.2010 13:47
Men ozum de muellimem zorla bizden maashimizdan faiz tuturlar, ders saatini satirlar Ne edek agzimizi acib danishsaq ishimizi itirib gerek ac qalaq

Kimdən: Azerbaycan
19.03.2010 12:38
İndi yaziq muellimi ishden cixaracaqlar Bu da azadligin elde etdiyi Bunu isteyirdiniz yaziq indi ishini itirecek Onsuzda hami bilirik tehsilde veziyyet necedi
Cavab

Kimdən: MURAD Haradan: BAKI
19.03.2010 14:47
AZADLIQ QURBAN TELEB EDIR.eger o vaxt da BABEK ve onun esgerleri, KOROGLU ve onun delileri ,RESULZADE ve onun hemkarlari nedense qorxub geri cekilseydiler indi sen bele rahatliqla danisa bilmezdin,,her kes oz haqqini teleb edir ve etmelidirde.basimizi asagi salib QOYUN kimi yasamaqdansa basimizi dik tutub olmek sereflidir!!!
Cavab

Kimdən: Baki
20.03.2010 11:42
Men cox sevinirem ki, bizim sizin kimi fikirleshen vetendashlarimiz var. Bize Azerileri yatmaq, susmaq yarashmir,

Kimdən: Habil Haradan: Bilesuvar
19.03.2010 12:31
Men Murad Huseyinovu Tehsil shobesile baqli problemini 2008 ci ilde bir defe de ANS televizyasinda cixishini izlemishem o zaman o herbi qulluqdan qayitdiqdan sonra oz ishine qayida bilmemishdir onun yeri bashqa muellime pulla satilmishdir.Onun shehid qardashi olduqunu bilirik.O zamanda Tehsil shobe mudiri bele aciqlama vermishdir ki, O qardashinin shehid olmasindan istifade edir .Halbuki o konullu orduya gedib qayitdiqdan sonra oz ishini isteyirdi
Səhifə (2)
    Növbəti