Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 10:35

Cəmiyyət

Nazir Misir Mərdanovdan parlamentdəki rektorlara mesaj

Təhsil naziri Misir Mərdanov
x
Təhsil naziri Misir Mərdanov
Şriftin ölçüsünü dəyiş - +
«Bəzi adamlar, hətta bəzən yüksək vəzifə tutan məmurlar da belə fikir yaratmağa çalışırlar ki, guya Azərbaycanın ali məktəblərində heç bir iş getmir, Azərbaycan gəncləri savadsızdır, bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Bu fikirlərin hamısını əsassız hesab edirəm. Bunu mənə atılmış güllə sayıram».

APA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XIV Respublika Elmi Konfransda fərqlənmiş tədqiqatçıların mükafatlandırılması mərasimindəki çıxışında deyib.

O, nə rektorların, nə deputatların, nə müəllimlərin, nə də gənclərin bu cür fikirlərə qarşı çıxmadığını bildirib:

«Bizim bir neçə rektorumuz var ki, Milli Məclisin üzvüdür, komitə sədridir. Akademiklərin də hamısı, Allaha şükür, Bakı Dövlət Universitetində çalışır. Lakin parlamentdə hökumətin hesabatı dinləniləndə bu adamların heç biri təhsil haqqında, təhsildə baş verən yeniliklər haqqında danışmır. Halbuki hər il yerli və beynəlxalq elmi konfranslarda, müsabiqələrdə yer tutan gənclərimizin sayı artır. Bunların müqabilində ali təhsildə heç bir iş görülmədiyini söyləmək məqsədli qərəzdən başqa bir şey deyil».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Professor Haradan: G'əncə
22.03.2010 21:58
Hörmətli nazirin özu də bilir ki maaşı cörək pulunu zornan ödəyən ali və ya orta məktəb işcisinin bisavad milyarderləri görəndə vəziyyəti necə olur .İlk növbədə sosial ədalət bərpa olunmalıdır.

Kimdən: Mübariz Haradan: Bonn
22.03.2010 17:10
Təhsil naziri Misir Mərdanov Azərbaycan gəncləri savadsızdır, bu gənclərlə ölkəni irəli aparmaq olmaz. Älbättäki bütün Azärbaycan savadsiz deyildir. Äyär bashari yoxdursa(varsa görülmälidir) demäli bir sheylär mütläqä säf gedir. Hälä mäktäblärdä vä ali tähsildä täläbälärdän rüshvät alinib oxudulmasi bu azärbaycan xalqinin bu gününä vä gäläcäyinä qarshi törädilmish bir cinayyätdir.

Kimdən: Atilay Haradan: RF
21.03.2010 14:49
Hazirda xaricde oxuyuram universitet ve telebe ne oldugunu burda derk etdim deye bilerem. Bizim universitetlerde her shey ele ezbercilik nezeriyye qiymet ve ya imtahandan kecmek ucun imtahandan bir hefte sonra da her shey yaddan cixir. hele ustelik ixtisasla elaqesi olmuyan fenler de yukleyirler

Kimdən: Gulere xanim Haradan: Baki
21.03.2010 10:58
212 mekteb oz rushvet axari ile davam edir qizli yolla Misir muellim.Allaha and icirem bu heqiqetdir inanin.

Kimdən: Yaqub Naxcivan Haradan: Bakidan
19.03.2010 20:31
Hormetli Misir Merdanov cox duz deyir. Men onu da demek isteyiremki, amma ele mektebler varki usaqa zornan 20manata paltar satir. Muellimler ve 8mart gunune hereden 40-50 manat yiqillar. Xais edirem buna da bir care tapasiz.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
19.03.2010 16:17
Misir Mərdanov, sənin Azərbaycan təhsilinə (oxu: Azərbaycan xalqına) vurduğun ziyanı bütün dünya erməniləri yığılsa, vura bilməzdi! Mənim vaxtilə güzəşt ilə üç yazdığım tələbə bu gün Universitetdə baş müəllimdir. Bilirsən niyə? Çünki maaş vermədiniz müəllimlərə və savadlı müəllimlər təhsil ocaqlarını tərk etdilər! Orada müəllimliyə əmək kitabçası boş qalmasın deyə gedənlər işləyir.

Kimdən: Teymur
19.03.2010 15:57
NARAHAT OLMAYAIN AY MİLLƏT.GUYA ŞƏMSƏDDİN HACIYEV MİSİR MƏRDANOVDAN COX BLİKLİ VƏ SAVADLI KADIRDI. İQTİSAD UNİVERİSİTETİNİN İQTİSAD ELİMLƏRİ DOKTORLARI O QDƏR COXDUR Kİ, MƏMLƏKƏTDƏ İQTİSADİYYAT GÜCLƏNİR. AMMA QİYMƏTLƏR QALXIR KƏLLƏ CARXA. BELƏ KADROLARIN OLMASI ANALOQU OLMAYAN MƏMLƏKƏTLƏRDƏ DƏ YOXDUR.

Kimdən: musteqil Haradan: baki
19.03.2010 15:31
Hörmetli nazir mollaya get cadu etdir,senin yerine göztikenlere.
Yaxana göz muncuqu vur.Her gun kabinetinde uzerlik yandir.
Her defede söyle yerime göz tikenlerin gözu cixsin.
Pis gözlerden uzaq olum. Uzerligin qarasinida anlina vur bax bele)))))))
Cavab

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
19.03.2010 16:12
Sözünüzə qüvvət: belə vaxtlarda "mütəxəssislər" qapıya at və ya eşşək nalı vurmaq da məsləhət görürlər.

Kimdən: hasan Haradan: baku
19.03.2010 15:21
Ali məktəbləri(indi onlara " akademiya " dey-r),polis və s.akadem-ı bitirən zabitlər 1 gümlədə 20 hərif səhvi edir,bayrağımızın düz və ya tərs qoyulduğunu ayırd edə bilmirlər,ona görə ki,özləri qəbul olmayıblar,oxumayıblar,vəzifəyə də mama-papa qoydurub.Ona görə də bundan sonrakı cinayətlər bağlı qalacaq. Haram pulları
ilə doğulub_böyüyənlər nə biləcək xalq,vətən nədir,ona rüşvət lazımdır,ona da hər şeyini satarlar belələri.

Kimdən: Esl Mamed
19.03.2010 15:14
Kursu arxasindaki durush EZEMETIN TENTENESINI TECESSUM etdirir. 16 illik tehsil naziri kimi Guinness in rekordlar kitabina dushmelidir. Gozleri goturmediyi ucun kitabda adini qeyd elemirler.
Ay cenab nazir, Sizin xeberiniz var ki, menim ushagimin muellimesi Kurtlar vadisinin soundtrackina sinifde ders vaxti qulaq asandan sonra shagirde deyir ki, bluetoothla mene de gonder. Ushaq da deyir gundeliye 5 yaz sonra gonderim. O da deyir yox, birinci sen gonder sonra yazim. Ushaq gonderir, amma muellim ushaga atir, 5 yazmir gundeliyine. Alin bu hadiseni analiz edin, en az 2 reqemli problemler elde bilersiz. Bizim ishimiz ancaq allaha qalib.
Səhifə (2)
    Növbəti