Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:22

Verilişlər / Kontekst

«Polis qanunu pozub, pozur, pozacaq»

x

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Mənim Türkiyə vətəndaşlığı almış tələbə oğlumu mülki maşınla Nizami rayonu 25-ci polis bölməsinin əməkdaşları qaçırıblar. 8 gün gizlətdilər, bu gün-sabah deyib bizi aldatdılar. Bütün bunlar bizə sonradan məlum oldu.

Mehman Cəfərovun dediyinə görə, oğlu Qüdrət Cəfərov soyğunçuluqda şübhəli bilinərək polis bölməsinə aparılandan səkkiz gün sonra onun harada olduğunu öyrənə bilib. Bölmədə saxlanan zaman oğluna nəinki vəkillə, hətta ailəsi ilə də əlaqə saxlayıb vəziyyət barədə məlumat verməsinə icazə verilməyib. Polis özü də valideynləri xəbərdar etməyi lazım bilməyib.

HƏBS OLUNANI GİZLƏDİRLƏR


ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabatında da deyilir ki, saxlanan, həbs olunan və ya cinayətdə ittiham olunan vətəndaşların hüquqları polis məntəqələrində pozulur. Hesabatda vurğulanır ki, yerli qanuna görə, polis vətəndaşı sübut olmadan yalnız 24 saatlıq həbs edə və istintaqa cəlb edə bilər. Amma təcrübə göstərir ki, polis sübut olmadan insanları günlərlə, hətta bəzən həftələrlə dəmir barmaqlıqlar arxasında saxlayır.

Hesabatda deyilir ki, həbs olunan vətəndaşların vəkilləri ilə dərhal əlaqə yaratmaq hüquqları da təmin olunmur. Səlahiyyətlilər həmçinin saxlanan şəxsin valideynləri ilə görüşməsini də məhdudlaşdırır və həbs etdikləri şəxs barədə məlumatları gizlədir.

«HESABAT HƏLƏ AZƏRBAYCAN REALLIQLARININ HAMISINI GÖSTƏRMƏYİB»
Leyla Yunus


Hesabatda yer almış faktlara münasibət bildirən hüquq müdafiəçisi Leyla Yunus deyir ki, sənəddə qeyd olunanlar hələ baş verənlərin hamısı deyil. Hüquq müdafiəçisinin dediyinə görə, araşdırmalar göstərir ki, saxlanan şəxslərə işgəncələr də məhz ilk 28 və ya 48 saat ərzində verilir, bu müddət ərzində isə vətəndaşın nə vəkili, nə də yaxınlarını məlumatlandırmaq imkanı olmur.

«Vətəndaşları tutan zaman onlara imkan vermirlər ki, öz vəkilləri ilə görüşsünlər və ya evə zəng etsinlər. Buna ən parlaq və hamıya məlum olan nümunə Adnan və Emin məsələsidir. Onlar Səbail polis bölməsində saxlanandan 40 dəqiqə sonra Adnanın vəkili İsaxan Aşurov polis məntəqəsinə gəldi, amma onu buraxmadılar».

Adnan Hacızadə və Emin Milli ötən il xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərbə vurma ittihamı ilə həbs olunublar. Məhkəmələri zamanı gənc bloqqerlər də polis məntəqəsində hüquqlarının pozulduğunu, xüsusən də öz vəkilləri ilə təmin olunmadıqlarından şikayətləniblər. Amma Səbail rayon məhkəməsi onların bu şikayətini nəzərə almayıb.

VƏTƏNDAŞ HAQQINI TƏLƏB ETSƏ...

Aslan İsmayılov
Vəkil Aslan İsmayılov deyir ki, bu cür hallar bölgələrdə daha çox baş verir və saxlanan vətəndaşın hüquqlarının pozulduğu ilk saatlar və ya günlər ərzində isə ondan həm zor gücünə reallığı əks etdirməyən ifadələr, həm də rüşvət alınır. Aslan İsmayılov bütün bunların baş verməsində vətəndaşları da günahlandırır.

«Azərbaycan polisi qanunu pozub, pozur və yəqin yenə də pozacaq. Amma əsas günah vətəndaşların özlərindədir. Ona görə ki, vətəndaşlar öz hüquqlarını bilmirlər. Bizim vətəndaşlar öz hüquqlarını tələb etməyi bacarmır və tələb etmir».

NAZİRLİYİN FİKRİ BƏLLİDİR

Daxili İşlər Nazirliyindən isə deyirlər ki, həm ABŞ Dövlət Departamentinin, həm də yerli hüquq müdafiəçilərinin iradları reallığı əks etdirmir. Nazirliyin mətbuat xidmətinin sözçüsü Ehsan Zahidov deyir ki, Dövlət Departamentinin hər il açıqlanan, bir-birinə oxşar hesabatlarına münasibət bildirmək istəmir, çünki nazirliyin bu barədə fikirləri cəmiyyətə bəllidir.

Yerli hüquq müdafiəçiləri isə hesab edirlər ki, ölkədə normal vəkillik institutu formalaşmayınca, vətəndaşların hüquqi maarifləndirilməsi baş verməyincə və o cümlədən, hüquq pozuntusuna yol vermiş polis əməkdaşları məsuliyyətə cəlb olunmadıqca Dövlət Departamentinin növbəti illər üçün hazırlanan hesabatlarında da bu kimi faktlar öz əksini tapacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Vasif Haradan: Bakı
20.04.2010 08:17
Erməni əsirlərimizə işgəncə verərək öldürərdi ki, canımıza xof düşsün və biz h/x-dən yayınaq. Məqsədinə müəyyən qədər nail olur du da. Bizim də polislər xalqa elə oxşar rol oynayırlar.

Kimdən: Duz Adamdan Haradan: Bakidan
10.04.2010 19:20
helbette bele hallar polisde olur ve men raziyamki, vetendashlar oz huquqlarin bilmirler. deyir 8 gun saxlayiblar doyubler yaxshi, bes siz ne etmisiz? hara muraciet etmisiz ? yazili suretde Din-nin Nazirine muraciet etmek lazim idi, gedib hekim ekspertinden kecmek lazim idi. Evvela hec kimi gunahi subut olmasa 3saatdan artiq idarede saxlamaq olmaz. ele deyirler saxladilar pulumuzu aldilar amma bosh bosh danishirlar eger bele hal bash veribse niye yazili shikayet erizesi ile Prokurorluqa Din-e muraciet etmirsiz? duz deyir vetendashlar huquqlarin bilmir ve qorxurlar. Inaninki, eger hansisa polis idaresinde qanunsuz adam saxlayirlar hetta onu doyurlerse, men eminemki, Nazir o polis idaresinde bolmesinde lazimi cezasin verecekdir. 102 xidmeti nazirlik terefinden yaradilib ve bele hallarin qarshisin almaq ucun vetendashlara teqdim edilibki, buyurun harda huquqlariniz pozulursa zeng etmeyiniz kifayetdir. sonrada gunahi olmayan adami inanmiram polis urek edib bosh boshuna polis bolmesine aparsin cunki sonra rehberliye cavab vermeli olmalidir buda onlara baha basha gelir. Ola bilsinki, hansisa reis kimese guvenir ve istediyin edir amma vetendash qanunu bilse ve tedbirin gorse o reisi cezalandirmaq olar. Inaninki, veziyyet gelib o yere catirki, reis atir ishcilerin ustune ve deyir menim xeberim yoxdur bu ishlerden. Yazin shikayet edin Nazir cox ciddi adamdir ve bele ishcileri cezasiz qoymur. Birde Aslan muellime demek isteyiremki, qitmetleri ashaqi salinki, vetendashlar size muraciet ede bilsinler.

Kimdən: Naile Haradan: baki
10.04.2010 18:34
Mende bele polislerin rehberlik terefden sixildiqini bilirem. Suraxani rayonunda bir polis ishcisin duz ishlediyine gore sixishdirmaqa bashladilar.tezqiqi qalxmish halda onu idmana getmeye mecbur etmishdiler bu polis yixilmish ve Din-nin Hospitalina dushmushdur, buna baxmayaraq ona tohmet vererek ishden azad etmishdiler. bu polis ne qeder Hospitalda yatdi buna baxmayaraq qanunsuz olaraq onu ishden cixartdilar. 4 aydan sonra Nazir onu ishe berpa etdi, lakin Suraxani polisinden ona xeber gonderdilerki, ishe gel cix sene hele bir torba tikeyki, duz hebse dushesen. bicare polis ora getmedi imtina etdi ve uzax rayonlarin birine getdi. ordada ona acix suretde bildirdilerki, seni burda ishlemeye qoymayacayiq, Suraxanidan xaish edibler. neise yeniden shok veziyyetde dushdu Hospitala axir xesteliyle bir nece ay yatdi orda. axirdada saqalmadi urek xesteliyi ile cixdi teqayde. Allah bele ishi goturmez, hami deyirdi o polis kimi yaxshi ishleyen polis o rayonda yox idi. sonradan ne Nazire muraciet etdi nede bashqa yere, deyirdi onsuzda hara getsem menden el cekmeyecekler,qoymayacaqlar ishlemeye. indi oturub evde butun gunu fikir edir deyir axi meni niye bele cavan vaxti karyerami korladilar, axi men ishleyen polis idim, gece gunduz ishde idim, butun Dovlet tedbirlerinde ishtirak edirdim. amma artiq 4 ildi bir neferde olsun demir bu adama ne oldu bashina ne ish geldi. Goresen niye bu dovlete xidmet eden bir adami bele veziyyete saldilar, ozunden sorushdum dediki helede neye gore ona qarshi bu cur qerezli movqede olmalarinin esl sebebin helede bilmir. amma men onunla ishleyen qiz ishcilerden sorushanda bir coxu onun bele veziyyete dushmeyine inanmirlar idarede cox boyuk hormeti var idi yaxshi ishci idi hetta onu iclaslarin birinde axtarishla elaqedar terishleyib 40 zabitden yaxshi ishlediyide deyilmishdir. gorunur yaxshi ishciler bezi Rehber ishcilere lazim deyil. adamin ureyi axrayir cavan vaxtindan adami xeste edib otuzdurublar evde. Allah gunahkarin belasin versin.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
29.03.2010 11:53
Mən bir şeyi başa düşə bilmirəm: ABŞ Dövlət Departamenti yazmasa, guya biz azərbaycanlılar bilmirik ki, yaşadığımız yerdə qanunların bir qara qəpiklik qiyməti, hörməti yoxdur? Baxın insanların
- mülkiyyət hüququ - məmurların ayaqları altında,
- əmək hüququ - məmurların və quduz kapitalistlərin ayaqları altında,
- ədalətli məhkəmə hüququ - güclü məmurların və pulluların ayaqları altında,
- seçmək və seçilmək hüququ - Prezidentin və komandasının ayaqları altında,
- sərbəst toplaşmaq hüququ - ayaqlar altında

başqa bir şey qaldısa, siz deyin.

Buranı Əliyevlər hakimiyyəti banan yox, badımcan respublikasına çevirib. Nə hüquq? Nə azadlıq? Adam nə qədər boş-boş dınqıldayar, boş qazan kimi!
- azad toplaşmaq hüuqu

Kimdən: Yadigar Haradan: Almaniya
28.03.2010 23:58
Şəxsən mən Aslan bəyin sözlərinə tam şərikəm. Vətəndaş cəmiyyətdə öz hüquqlarını bilməli və bilməklə yanaşı həm də onları tələb etməyə cəsarətli olmalıdır. Mən 10 ildən artıqdır ki, Almaniyada yaşayıram. Hələ bu vaxta kimi bircə dəfə də olsa mənim hüquqlarım tapdalanmayıb. Belə bir faktın şahidi olmamışam. Rəhmətlik Məmməd Araz demişkən: Mən beləölkənin nəyindən küsüm.

Kimdən: Əlayif Həsənov Haradan: Z
28.03.2010 23:07
Polisin qanunu pozmasında əsas günahı vətəndaşlarda görmək düzgün sayıla bilməz. Bütün hallarda bu cür qanun pozuntuları ilə əlaqədar araşdırma aparılmalıdır. Qanunsuz saxlanma faktlarının əsasən əyalətlərdə müşahidə olunması fakdır. Mənim təcrübədə Süleyman Sirinov adlı şəxs həbs edildikdən sonra sənədlərdə göstərilən kimi 2 saylı Gəncə İİstintaq Təcridxanasına deyil, aidiyyəti olmadğı halda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdatrəsinə aparılaraq heç bir sənədləşdirmə olmadan saxlanmışdı və oarada törətmədiyi cinayət barədə-adam öldürməsinə dair etiraf ərizəsi yazmağa məcbur edilmişdi. Bu faktı ona görə xatırlayıram ki. qanunsuz saxlanan insanlarla hazırda pis mənada hər cür davranış hallarına rast gəlinir və təəssüf ki, bunlar layiqli qiymətini almır.

Kimdən: mer
24.03.2010 20:00
dünyada Azerbaycan polisi geder zoren polis yoxdur

Kimdən: Bakı Haradan: Qızılüzən
24.03.2010 18:22
Nə qədər ki, nəyi isə (vəzifəmizii, pulumuzu, dırnaqarası azadlığımızı və ya hörmətimizi və s.) itirməyə qorxuruq, həmişə itirəcəyik.

Kimdən: Mededen Haradan: Uzaq sahillerden
24.03.2010 13:05
Eshi utanmaqla bir shey chixmir men neche ildi utaniram:)

Kimdən: ismailov Haradan: Avropadan
24.03.2010 00:46
Polis yeni Dövlet menim vetene xaricden geldiyimi bilenden sonra meni istedikleri kimi gah narkoman,gah alkogolik ve s.üsulla terrorlayib gazanc elde edirler.Az olan vaxt gohum gardasha da hede gorxu gelib aldiglarini alirlar.
Artig besh ildir ushaglarim da bu hallarin shahidi olub bura mezuniyyete bele gelmekden chekinirler.Söhbet doguldugum Lenkerandan gedir.Aliyevler portretini ortaya goyub adamin anasini agladirlar,vurur,döyürler.Bu ölkeden gachandan sonra illerle bu agrini yaddan chixara bilmirsen.
Xaricdeki dost tanishlarim mezuniyyete niye "Vetene getmediyimi"sorushanda Vallah vicdan ezabi chekirem,utaniram,cavab vere bilmirem.
Cavab

Kimdən: ali Haradan: Eskişehir
24.03.2010 12:50
Çeşitli suçlamalarda yetkinin poliste-askerde değil, savcıda-yargıda olması gerekir. 30-40 yıl önce Türkiyede de aynı durum vardı. Sonra üniversite mezunlarını polis memuru yapmaya başladılar....çok değişti....yine var ama az....Belinde tabancası var...suçlu gördüğünü yakala diye talimat verilmiş....kötüye kullanıyo...tabi toplumun çoğunluğunun kendilerine karşı tepki verdiğini hatta içlerinden bazılarının bu hareketlerinden dolayı yargılanıp ceza aldığını görünce iş değişiyo....Toplum olarak dayanışma içerisinde olunmalı, özellikle belinde tabanca bulunan eğitim seviyesi düşük polislerin bu tür haksız suçlamalarına karşı, elbirliğiyle hareket edilmeli, bunların ceza alması muhakkak sağlanmalıdır...
Səhifə (2)
    Növbəti