Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:08

İçərişəhərdə yanğın olub, iki nəfər ölüb

İçərişəhər qoruğu
x
İçərişəhər qoruğu
Şriftin ölçüsünü dəyiş - +
Martın 27-si axşam saatlarında İçərişəhər qoruğundakı yaşayış binasında yanğın baş verib, nəticədə iki nəfər ölüb. APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə yanğının ilkin ehtimallara görə, qaz sızmasından baş verdiyini bildirib.

Yanğın 300 kv/m ərazini əhatə edib. Qaz sızmasından baş verən və sonradan yanğına keçən partlayış nəticəsində mənzillərdən birinin tavanı uçub, mənzildə yaşayan iki nəfər dağıntılar altında qalıb.

Etibar Mirzəyev bildirib ki, görülən tədbirlər nəticəsində bir kişi və bir qadının cəsədi dağıntılar altından çıxarılıb.

Ölənlər Mirzə Şəfi Vazeh küçəsi, 12 ünvanında yaşayan 1925-ci il təvəllüdlü Akif Əhmədov və 1937-ci il təvəllüdlü Elmira Axundovadır.

Faktla bağlı araşdırma aparılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ALI-AKBAR Haradan: BAKI
31.03.2010 02:05
Mene ele gelir ki,hadise ele-bele bash vermeyib.Yeqin ki,o mulku ele kecirmek isteyenler olub.Meqsed-ev yiyelerinin yashli olmasindan istifade edib,onlari bu cur yolla aradan goturmekle niyyetlerine catmaq olubdur ki,rehmetliklere pul vermesinler.Bunu toreden kriminal quvvelerin arxasinda hemishe dovlet qullugunda ishleyenler dayanir.Ona gore de ishi ort-basdir edirler ve cinayetkarlari tapmaq mumkun olmur.Bele ishler cemiyyetimize coxdan bellidir.

Kimdən: Murik Haradan: Baki
28.03.2010 18:04
Son vaxtlar bu iceri shererin etrafinda cox maraqli hadiseler bash verir.
Maraqlidir ki vefat edenler cox yashli insanlar olub.Biraz vaxt kecsin ,orda mutleq teze bir shey tikecekler.