Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:39

Baş redaktorla nazirin məhkəmə çəkişməsi davam edir

Əyyub Kərimov
x
Əyyub Kərimov
Şriftin ölçüsünü dəyiş - +
Martın 29-da Bakı Apellyasiya Məhkəməsində daxili işlər naziri Ramil Usubovun və «Femida 007» qəzetinin baş redaktoru Əyyub Kərimovun qarşılıqlı şikayətlərinə dair ilk məhkəmə iclası keçirilib. Bu barədə AzadlıqRadiosuna Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Tərəflər Yasamal Rayon Məhkəməsinin fevralın 3-də çıxardığı hökmdən şikayət veriblər.

Yasamal Rayon Məhkəməsi Əyyub Kərimovu naziri ağır cinayətdə ittiham etməklə ona böhtan atmaqda təqsirli bilib. İttihama görə, baş redaktor «Femida 007» qəzetində «Məktubbazlıq», «MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir» başlıqlı, «Azadlıq» qəzetində isə «DİN oyunun içində və oyundankənar vəziyyətdə» sərlövhəli yazılarda polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirməklə daxili işlər nazirinə böhtan atıb.

Baş redaktor aylıq maaşından 15 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub.
Əyyub Kərimov apellyasiya şikayətində barəsində çıxarılmış hökmün ləğv olunmasını, nazirsə baş redaktora daha ağır cəza verilməsini tələb edir.

Əyyub Kərimov məhkəmə iclasında vəsatət qaldırıb ki, müdafiəni qurmaq üçün işin içərisindəki bəzi sənədlərin surəti ona verilsin. Hakim vəsatəti təmin edib. Məhkəmə iclasına aprelin 8-dək fasilə verilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ASYA Haradan: BAKI
03.04.2010 00:56
SALAM REDAKSIYA, SALAM CANAB AYYUB KARIMIN AILE UZVLERI VE ONU SEVERLER.SIZE XATIRLATMAG ISTEYIREM KI BIR ZAMANLAR AYYUB KARIM KECMISH SAHIYYE NAZIRI ALI INSANOVDANDA KENISH VE DELILLI YAZILAR YAZIRDI, VE HAKIMIYYET YENI IGTIDAR AYYUB MUALLIMI TAGSIRKAR BILIRDI AMMA AXIRI MALUM OLDU DAAAA....
YASHASIN AYYUB KARIM,BU MARDLIYINE KORE O BIR VAXT MUKAFAT ALACAG, INSHAAALLAH.

Kimdən: Zakir Kerimov Haradan: UNKNOWN
30.03.2010 14:54
Ade Bayandur SEn hele Eyyub Kerimovun geldiyi movqeye gel cix sonra daniwarsan.NEse Demek isteyirsense getir bir fakt qoy ortaliqa sonra daniw bildin!!!! bilmediyin weyi daniwma birdeki jurnalistcik senin kimi leridir.

Kimdən: Bayandur Xan Haradan: Derdli Baku
29.03.2010 23:06
Salam a Millet !!!
Ay Eyyub Kerim !! Bu cekishmenizde bilmirem meqsediniz nedir. Amma sen ozun Ramil Usubovun sifarish icra eden "jurnalist"ciklerindensen axi. Indi neyi bolushdure bilmirsiniz? Axi sen ozunde duz adam deyilsen. Hec bilirsen ne qeder sifarishler icra etmisen? Ayibdir vallah. Niye sohbeti uzadirsan? Get gir iceri 5-6 ay yat cix. Qoy biraz da huquq mudafiecilerimiz qazansinlar. Budur, Qanimat tezelikle cixdi. Ne itirdi ki? Eksine qazandi. Guya ne yazirsiniz ki? Eger sen sifarish yerine yetirmemisense onda bu gun radioda dile getirdiyin gizli mektubu hardan almishdin? Guya bilmirik ki, gizli mektublar hansisa metbuata sizirsa demeli bu cekishen iki terefden birinin sifarishidir?! Aqilli ol. Get bashini sal ashaqi etdiyin gunahin cezasini cek.

Kimdən: Azer Haradan: Norvec
29.03.2010 14:56
Ramil Usubov rejimin onurqa sutunu ve hakimiyyet daxilindeki en tehlukeli qruplashmanin bashcisidir. Onun xac atasi ise Ramiz Mehdiyevdir. Bu tandem ish bashinda qaldiqca olkede hech ne deyishmeyecek, daha doqrusu pisliye doqru deyishecek. Eynulla Fetullayevi hebse gonderen, indiye kimi diger bir chox jurnalistleri hebsle tehdid eden Usubovun Eyyub beyi hebse atdirmaq isteyi tamamile bashadushulendir. Bele ki, demek olar butun qezetler susdurulduqu ve metbuatda daxili ishler nazirinin unvanina yonelik tenqidler tamamile aradan qaldirildiqi bir vaxtda, Eyyub Kerimov Ramil Usubovun yuxusuna haram qatan yegane shexsdir. Amma deyen bu defe Antibiotik istediyini ala bilmeyecek. Dash qayaya rast gelib.