Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:06

Neft Akademiyasındakı qətliamın istintaqı bitdi

Şriftin ölçüsünü dəyiş - +
Ötən ilin aprel ayında Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamla bağlı cinayət işinin istintaqı yekunlaşıb. İş materialları Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

Bu barədə AzadlıqRadiosuna məhkəmədən məlumat verib. Bildirilib ki, cinayət işinin materialları məhkəməyə daxil olsa da, hələlik icraata verilməyib.

İttiham aktına görə, ötən il il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov tələbə və müəllimlərə «Makarov» tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs binanın dəhlizində həmin silahla öz həyatına da son qoyub.

İstintaq orqanı Fərda Qədirovun tanışları Nadir Əliyevi, Ariz Qabulovu, Cavidan Əmirovu və Nəcəf Süleymanovu da həbs edib. Həmin şəxslərin bəziləri cinayətdən əvvəlcədən xəbər tutub bu barədə polisi məlumatlandırmamaqda təqsirləndirilirlər.


Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Zaur Haradan: sankt-peterburg
30.03.2010 17:53
Men inaniramki,bu hadiseye esil giymet verilecek.Belli olacag ki,neye gore azerbaycanli Ferda Qedirov oz xalgina garshi bu cur hereket edib.Bu adi hadise olmayib...

Kimdən: Anonymous
30.03.2010 16:57
bizimkiler hemishe yalanindan geri qalmazlar...

Hami deyir ki minimum orda 30 nefer helak olmushdu...
Allah rehmet elesin...
Cavab

Kimdən: Rovshan Haradan: Baku
31.03.2010 08:40
salam aleykum qardash,

hemin gunu men akademiyada olmusham, oz yarali dostumu diger dostlarimla birge auditoriyadan chixartmishiq. men orda olmusham ve neyin nece oldugunu bilirem. siz hami deyende kimi nezerde tutursuz? kimdi o hami? qeyri-deqiq ve qerezli xeberi yayib cemiyyetde chasqinliq yaratmaga ehtiyac yoxdur. Hadise neticesinde 12 nefer olmushdu, 12-sininde shekilleri akademiya daxilinde tabloya vurulmushdu. sizce kiminse ezizi olseydi ve onun sheklini vurmasaydilar akademiyada ses chixmazdi? Allah xatirine deqiq melumat elde edin, sonra etrafa yayin.