şənbə, Oktyabr 25, 2014 Bakı vaxtı 13:42

Verilişlər / Kontekst

Naxçıvan sakini: «Əlimizdəki yükü alıb az qala Araza atırlar»

Multimedia

Səs
Sədərək Gömrük İdarəsi

- Vizani 15 gündən bir ediblər. Biz də Türkiyəyə gedib gələrək uşaqlarımıza birtəhər çörəkpulu qazanırdıq. Camaatı çörəklə imtahana çəkiblər. Əhalinin 70 faizinin dolanışıq yeri bu gömrükdür. Heç bilmirsən ki, bu kimin qanunudur.

Naxçıvan sakini Əli Səfərovun sözlərinə görə, Türkiyə Azərbaycanla viza rejimini ləğv etməyinə baxmayaraq, Naxçıvanın Türkiyə ilə gömrük keçid məntəqəsində gediş-gəlişlə bağlı xüsusi qaydalar tətbiq edilir. Daha doğrusu, vətəndaşlar yalnız 15 gündən bir Türkiyəyə keçə bilərlər.

Əli Səfərov deyir ki, viza götürüləndə seviniblər ki, artıq problemsiz bu ölkəyə gedə biləcəklər:

ÜMİD ÜMİDLƏRİMİZİ PUÇ EDİR

«Ümid edirdik ki, ailəmizi birtəhər keçindirəcəyik. Nə bilərdik bir zamanlar «Ümid» adı verilən bu körpü bizim ümidlərimizi puç edəcək»

Söhbətləşdiyimiz insanların sözlərindən aydın oldu ki, 15 gün ərzində yalnız Türkiyə tərəfə bir dəfə keçmək mümkündür. Bu da əsasən tez–tez gedib-gələnlərə daha çox mənfi təsir edir. Daha dəqiq desək, ziyan çəkən o insanlardır ki, onlar tez- tez qonşu respublikanın Naxçıvana yaxın ərazilərinə gedərək oradan ailələrinin dolanışığı üçün əsasən ərzaq və kiçik xırdavat əşyaları gətirirlər. İndi onların həm gediş-gəlişinə, həm də gətirdikləri əl yüklərinə məhdudiyyət qoyulduğundan qalıblar çarəsiz.

Deyirlər buna kimin sərəncam verdiyini və ya hansı qanunla edildiyini öyrənməyə çalışsalar da, heç kim heç nə demir. Hətta bununla bağlı hər hansı qanuni sənəd də tələb etmək üçün dəfələrlə gömrük keçid məntəqəsinin rəhbərliyinin qəbulunda olmaq istəsələr də, bu cəhdləri baş tutmayıb. Vətəndaşlar bu məhdudiyyətlərə səbəb kimi Naxçıvanda idxalda monopoliyanın olmasını göstərirlər.
Avtobus Naxçıvandan Türkiyəyə yola düşür
Bildirirlər ki, Muxtar Respublikaya daxil olan ərzaq məhsullarını yalnız icazəsi olan bir qrup şəxs gətirir.

YÜKÜ AZ QALA ARAZA ATIRLAR

- Əvvəlcə 3 gün elədilər, sonra bir həftəyə qaldırdılar. İndi 15 gündən birə qaldırıblar. Üstəlik, əlində gətirdiyin yükü alıb az qala Araza atırlar. Adamın özünü belə az qalırlar Araza atalar səsini çıxaranda.

- Gömrüyün sədrini görmək olur? Prezidentin qəbuluna düşmək olar ki, nəinki gömrüyün sədrinin. Vurarlar adamın qabırğaları qırılar.

- Həftədə bir dəfə camaat gedib-gəlirdi. İndi 15 günə qaldırıblar. Camaat gedirdi evinə 3-4 kilo kartof, soğan gətirirdi. Məqsəd odur ki, özləri tonlarla mal gətirib satırlar. Qadağa qoyublar ki, öz malları satılsın.

Vətəndaşların dediklərinə aydınlıq gətirmək üçün Türkiyə ilə sərhəddə yerləşən «Sədərək-Dilucu» gömrük keçid məntəqəsində olduq. Məntəqənin Sədərək ərazisində yerləşən idarənin növbətçisi bizə Naxçıvan Gömrük Komitəsinə müraciət etməyimizi məsləhət gördü. Keçid məntəqəsinin sərhəd xidmətinin rəhbəri İlham Qurbanov bu məsələnin onlarla heç bir bağlantısının olmadığını bildirdi.

RƏSMİ MÖVQE

Naxçıvan Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Rahil Tahirli AzadlıqRadiosunun müxbiri ilə söhbətində komitənin viza rejiminə nəzarət etmədiyini, yalnız yüklərin keçirilməsi və digər bir sıra hallara nəzarət etdiyini bildirdi və vətəndaşların gətirdikləri əl yüklərinə qadağaların olmadığını dedi. Onu da vurğuladı ki, yalnız bölgədə yetişdirilən məhsullar bazara çıxarılanda, yəni satış mövsümündə bəzi məhdudiyyətlərdən söhbət gedə bilər. Muxtar Respublikaya idxalda monopoliyanın mövcud olmasına gəlincə, müsahibim belə halın olmadığını, yalnız kənd əhalisinin mənafeyinin qorunduğunu söylədi.

Məsələyə bir daha aydınlıq gətirmək ücün Naxçıvan Xarici İşlər İdarəsinə müraciət etdik. İdarənin mətbuat xidmətində bildirdilər ki, onlarda məsələ ilə bağlı məlumat yoxdur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Sherhsiz Haradan: Baki
06.04.2010 22:42
Bir dene adam bu qeder adami girinc eliyibe.

Kimdən: mamed Haradan: gebele
07.04.2010 00:21
azerbaycan respublikasinin pasportu bir naxcivandan bakiya teyyare ili ucmaga yarayir, ondan basga bir seye deymez, bele zeif olkenin vetandasi olmagdansa hec olmasan yaxsidi

Kimdən: vusal Haradan: baki
07.04.2010 01:56
Eziz ve hormetli naxcivanli qardashlarim dozun sizde dozmeyende kim dozmelidir siz ele bilirsinizki bu terefler yaxshi qundedir hamimiz bir derdliyik qorursunuz biz dinmirik sizse bashlamisiniz .Bes bu belani Azerbaycana siz qetirende bilmirdiniz bele olacaq Elcibeyei beyenmediz di dozun.
Cavab

Kimdən: TURAN Haradan: NAXCIVAN
07.04.2010 15:24
SALAM Vusal . 90-ci illerde AXC Haxcivanda hakimiyyete gele bimedi . Bundan istifade eden H. eliyev onlara coxsey vedetdi ve hakimiyyete geldi. Kohe kamunislerle birlesdi ve AXC uzvulerini aradan goturdu. Azerbaycanda olan komunistler de eyni veziyeti yaratdilar. Onu komunistlerin hakimiyyeti getirdi .Komunistler Azerbaycanin her yerinde eynidirler ! AXC-nin zeyifliyinden (AXC uzvulerinin yanlisliqlari ve ozbasina hereketleri) biz hamimiz bu belanin qurbani olduq .
Cavab

Kimdən: ismailov Haradan: Avropa
08.04.2010 03:24
Yene Naxicevanli.yene dukan toz.Köhne hamam köhne taz.Temiz Eliev kimidi ee..
Cavab

Kimdən: Sarxan Haradan: Naxcivan
08.04.2010 10:23
Vusal bey, evvela bu bela sohbetini iwledende sozlerive fikir ver. Bu bela dediyin hakimiyyeti biz Bakiya devet etmemiwdik, onu Bakiya Azerbaycan xalqi devet etmiwdi. Unutmayin ki, Naxcivan ehalisi Azerbaycan ehalisinin cemi 5%-ni tewkil edir. 5% ehali 1 neferi hakimiyyete getire bilmez. Her weyi Naxcivan ehalisinin ustune atmaq lazim deyil. H.Eliyev Bakiya gelende Baki aeraportunda onu qarwilayanlar Naxcivanlilar deyildi. Men ne iqtidar nede muxalifetem. Azerbaycan ucun kim ne musbet addim atirsa men onun terefindeyem. Bizim olkemizde muxalifet deyilen 1 toplum yoxdur, sadece 1-2 kukla var. En zeif, en gucsuz muxalifet dunyada bizim muxalifetdir. Naxcivandaki veziyyet menede xow deyil amma mueyyen yaxwi iwlerde gorulur. Hemiwe bele olmayacaq, 1 gun bizimde vetenimizde Gunesh dogacaq.
Ve gelin unutmayaq ki, biz hamimiz Azerbaycanliyiq, bizim hamimizin problemi eynidir. Allah xalqimizi qorusun!

Kimdən: samir
07.04.2010 11:45
Haqq geler qardasdar NAXCIVAN Azerbaycanin ureyidi xan cox olub onlardan azina rehmet oxunur coxu lenetle xatirlanir

Kimdən: HECİ ELŞƏN Haradan: NAXÇIVAN
07.04.2010 15:28
BURADA DEYİLƏN İRADLAR BİR TƏRƏFİN FİKRİDİR. NAXÇIVAN RƏHBƏRLİYİ HER NE EDİRSE 1-2 NƏFƏRÇÜN YOX, 400 MİN NAXÇIVANLI ÜÇÜN EDİR. DÜNYA İQTİSADİYYATININ ÇÖKDÜYÜ BİR ZAMANDA AZƏRBAYCANIN, XÜSUSƏNDƏ BLAKADADA OLAN NAXÇIVANIMIN İQTİSADİYYATI GÜNÜ-GÜNDƏN İNKİŞAF EDİR. HAL-HAZIRDA NAXÇIVANDAN ARALIDA YAŞAYIRAM, AMMA NAXÇIVANIM İQTİSADİ İNKİŞAFINI DAİM İZLEYİREM. MEQALEDE DEYİLENLER VE RƏYLER TAMAMİLƏ ABSURDDUR.
Cavab

Kimdən: Anonymous
07.04.2010 16:46
Naxcivan haqqinda sanki kosmosdan yazirsan. Izlemek deyil gormek lazimdir Naxcivani. Naxcivan gomruyunde vizaya mohur vurmaq ucun pul vermeyeni qovudular qomrukden. Acigi qomrukden kecmek zulumden beterdir. Ozbasinaliqda Naxcivan birinci yerdedir .
Cavab

Kimdən: Sadiq Haradan: Baki
08.04.2010 09:34
Men Elshan gardawimizi destekleyirem.
Onu deyim ki aileli adam uchun Naxchivanda yawamag Bakida yawamagdan yaxwidir. Bakiya guya daha yaxwidir deye gelen Naxchivanlilari bilirsiniz kime oxwadiram. O sizin gonwu Iranlilar var ha onlar Culfani kechib Naxchivana gelende nece arag butulkasina girirlerle Naxchivanlilar da Bakiya gelende ele olurlar.
Bawa duwmurem neye wikayet edirsiniz gomrukden gardaw men oktyabrda 1 heftede 3 defe Igdira kechdim 1 manat puldu da sizden istedikleri. Bakida hansi dovlet muessisesine iw dalinca getsez ondan 5 gat artigini istiyirler de.
Noolub ki size uwaglariniz mekteblerde en yaxwi wekilde tehsil alirlar chole bayira buraxanda gozunuz uwagin arxasinda galmir ki sizin. Bakida uwagi goymaga duz emelli dovlet bagcasi yoxdu hele tapsan 100manat istiyirler. Sizse arxayinciligdan wikayet edirsiniz.
Cavab

Kimdən: Kamal Haradan: Naxçıvan
07.04.2010 17:27
Nacı Elşən mən sənin şəxsiyyətinə aid xoş olmayan sözlər demək istəməzdim amma sən qaşınırsan. Deyəsən sənə hacı adını da Vasif Talıbov verib. Nə qədər ki, sənin kimi hacılar var Naxçıvanda vəziyyət bundan da pis olacaq.
Nəyimizə lazımdır ki, qızıl teşt ona hər gün qan qusacağıq.
Cavab

Kimdən: HECİ ELŞƏN Haradan: NAXÇIVAN
16.04.2010 10:32
YAZDIQLARINA FİKİR VER, HEDDİNİ AŞMA. MEN NAXÇIVANDAN 2 AYDIR ÇIXMIŞAM. VE REALLIQLARI 30 İL GÖZLƏRİMLƏ GÖRMÜŞƏM ORADA. HAL-HAZIRDA NAXÇIVANDAKI VƏZİYYƏT MƏNİ VƏ MƏNİM ƏTRAFIMI QANE EDİR. HƏR KƏSİN SUBYEKTİV FİKRİ OLMALIDIR.

Kimdən: Anonymous Haradan: Sankt-Peterburg
07.04.2010 18:52
Naxçıvandaki veziyyet hakkinda yazmaq cox cetindir,orada yashamaq ise dozulmezdir.Dunyanin hec bir nogtesinde bu geder huququ elinden alinmish
xalq yoxdur,Afrikada bele.Bele bir veziyyet Naxçıvanda Monqol istilasi zamaninda,XIII-XIV esrlerde olmushdur.Bir ferq ondadir ki,Mongol Gomruyu
ticareti inkishaf etdirmek ucun,tacirlere bir cox imtiyazlar taniyirdi.Bunlar ise
...,ne ise, Mongollar! Allah sizlere rehmet eylesin!

Kimdən: Mədet Haradan: Olkəmden
07.04.2010 19:23
Siz bilmirdiniz əgrəbə yardım edib çayı kecirdəndə axrınız belə olacag dözün cəkin zülümünüzü.

Kimdən: Analitik Haradan: Bakı
07.04.2010 20:07
Sağ ol deyin ki, yükünüzü əlinizdən alıb, özünüzü Araz çayına atmayıblar...

Kimdən: Anonymous
08.04.2010 03:54
Sederek gomruyu dunyanin en ozbashina gomruyudur.Yayda Turkiyeden 90 yashli anam ucun bir paltaryuyan alib getirdim,Sederek gomruyunde pul istediler,hormet ele dediler,getdiler-geldiler,her oyundan cixdilar,gorduler olmur,axirda gomruk vergisidir deye 20 man. aldilar.Sened istedim gostermediler.Shikayet edeceyem dedim,get Vasif Talibova de,dediler.Acaba bu Naxcivani goresen kim idare edir?Bir bilsem,gelen defe onun adini vereceyem.Belke bilen var,gizletmeyin,deyin biz de bilek,yerli deyilik?
Cavab

Kimdən: Anonymous
09.04.2010 00:54
Vasif Xanin qadasi M.Talibov .
Cavab

Kimdən: NAZLI Haradan: BAKI
09.04.2010 11:18
ANONYMOUS SENINLE VARAM DUZDU INANIRAM CUNKI MEN 2 DEFE KETDIM NAXCIVAN YOLUYLA TURKIYEYE GARDASIMI EVLENIRDI ORDAN GELIN UCUN ALIS VERISE GETDIM ANAMI AGLATDILAR CANTAMI ELEK VELEK ELEDILER NEYIMIS BIRINDEN 2 ADETDIR PUL ISTEDILER MENDE HAMISINI XERCLEMISTIM PULUM YOX IDI BOYNUMDAN GIZIL SEPIMI VERDIM 10QR IDI DEDM PULUM YOXDU BIRTEK BU VAR VALLAH ALDI CEBINE QOYDU BIRDE ELE PIS PIS BAXIRLAR SOZ ATIRLAR AGLIYA AGLIYA GETDIM EVE SONRA AYRAPORTDADA KOR DILENCILER DUZULUB SIRAYA HARDAN GELIRSEN TURKIYEDEN NIYE GETMISTIN GIC GIC SUALAR VERIRLER ELE BIL GARSISINDAKI INSAN DEYIL
Cavab

Kimdən: Anonymous
09.04.2010 12:40
Xahis edirem kor dilencini tehqir etmeyesiniz.kor dilencinin oz qururu var.
Cavab

Kimdən: HECİ ELŞƏN Haradan: NAXÇIVAN
16.04.2010 10:22
sen tek başına cehiz almaqa getmişdin?? yalansa... nehlet şeytana... 1-ci dəfə başına o oyun gelmişdise bes 2-ci defe neye getmişdin ?? deməli gömrükde heçbir problem yoxdur və bunlar hamısı bir uydurmadır.

Kimdən: kkkkk Haradan: nnnn
08.04.2010 09:29
allah bu milletin dadina catsin anca biz de yavas yavas allahsizlasiriq demek ki bundfan da pis olacaq
Səhifə (2)
    Növbəti