Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:45

Bloqlar / D.Dilim-Dilimov

Polşa prezidentinin evini demokratiya yıxdı

İlkin məlimatlata görə qatı dumanda təyyarə aviadispetçerlərin əmrlərinə məhəl qoymayaraq 4 dəfə yerə enmək cəhdi göstərib.

Şriftin ölçüsünü dəyiş - +

Mütəxəssislərin fikrincə adətən 2-ci uğursuz cəhddən sonra təyyarələr başqa, ehtiyyat aeroporta üz tuturlar. Xəbərlərdə həmçinin deyilir ki, qəzaya uğrayan təyyarə 2009-cu ilin dekarında əsaslı təmirdən çıxmış, yeni mühərrik, elektronik və naviqasiya sistemləri ilə təhciz edilmişdi.

Amma təyyarə özü 26 il əvvəl, sovetlər birliyində istehsal olunmuşdu. O vaxtlar ki, hamı sovetlərin "Aeroflotun təyyarələri ilə uçun" reklam çağırışlarına gülümsəyirdi. Axı bazarda başqa, alternativ aviaşirkət yox idi, bu reklamın isə "Hava ilə nəfəs alın" fikrindən heç bir fərqi yox idi. 
 

Belə vəziyyət təkcə aviasiyaya aid deyildi. Yer kürəsinin sovetlərin nəzarəti altında olan bütün ərazilərində bütün sahələr belə idi - alternativsiz. Taleyin hökmü ilə həmin illər mərhum Lex Kaçinskinin bütün səyləri sovetsayağı həmkarlara alternativ - "Solidarnost" Azad Həmkərlar təşkilatının yaradılmasına yönəlmişdi.

Məlumatçün xatırladım ki, sovet hökuməti özünü fəhlə-kəndli sinfinin hakimiyyəti adlandırırdı və o zaman Polşada alternativ fəhlə təşkilatı yaratmaq, indiki İranda və ya Səudiyyə Ərəbstanında alternativ İslam yaratmaq kimi ümidsiz bir iş sayıla bilərdi.

Amma zamanın öz hökmü var. 

Alternativsiz sovetlər dağıldı, alternativi siyasətin əsası sayan Lex Kaçinski isə öz təşkilatının daxilində, Varşava meri və parlament seçkilərində bərkiyərək Polşanın növbəti prezidenti seçildi. Qismən ona görə bacarıqlı siyasətçi idi, amma qismən də çünki Polşa bir cəmiyyət kimi alternativsizlikdən imtina etmişdi. 

Alternativi olan ölkələrin isə bir xüsusiyyəti var: ölkə başçısı "Xalq məni dəstəkləyir" şüarı ilə istədiyini edə bilmir. Onun hər addımı, qazandığı hər qəpik, xərclədiyi hər manat aza qala mikroskopla gözdən keçirilir.

Odur ki, Lex Kaçinski özünə müasir Boenq və ya heç olmasa kiçik Cesna təyyarəsi ala bilmədi. Polşanın pulu nə gəzir. Həm də Polşa üçün örnək olan Qərbi Avropa ölkələrinin çoxunda heç monarxların da şəxsi təyyarələri yoxdur, lazım gələndə ən yüksək rütbəli şəxslər belə avişirkətlərdən bilet alırlar.

Əlqərəz demokratiyası yuxarı, əli aşağı olan Polşa da məcbur idi prezidentini səfərlərə nuh əyyamından qalma təyyarədə göndərsin. Özü də alternativsiz bir ölkədə istehsal olunan birisində.

Bu da sizə demokratiya... Allah rəhmət eləsin!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir. 

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Şahin EKBER Haradan: Türkiye
26.04.2010 03:54
Men Türkiyede Sakarya universitetinde marketinq ixtisası üzre doktoranturada oxuyuram. Hal hazırda doktorantura dissertasiyası yazıram. bu meqsedle anket hazırladım. sizden xahişim bu anketi doldurmanızdır. dissertasiyanın vaxtında bitmesi bu anketlerin en qısa zamanda doldurulması ve gönderilmesine bağlıdır. semimi cavablar vermeyinizi xahiş edirem. adresi foruma qoyarsanız sevinerem.
anketin olduğu adres: http://sahin.yuxek.com/anket/musteri-anket.aspx bu adrese girerek anketi doldurun ve gönder düymesine basın.
Kömeyiniz üçün beri başdan teşekkür edirem.

Kimdən: mesum Haradan: alem
13.04.2010 02:13
Qerb metbuat meseleni ele qelizlesdirib ki guya qeza qesden olub.Melumdur ki rehmete geden Prezident Rusiyanin "düsmeni"idi.eslinde elede düsmen deyildiler,arada fikir ayriligi vardi,katuna geldikde baxaq görek nece milyon rus,ukranya,ve diger ,hemcinin azerbaycan xalqi qurban gedib.Men bilmek isteyirem kimdir müqessir? indiki Rusiya?Hami bilir rusiya hemise öz maraqlarini qurumaq ücün "vurusub"ferqi yoxdu car-rusiyasi-komunist rusiya ,yaxud undiki-rusiya.unutmayin ki bir vaxtlar fasit almaniysi da vardi,indiki hökumetin onlarla ne elaqsi var?

Kimdən: 007 Haradan: baki
12.04.2010 01:03
ay camaat axi melumatlarda da deyildiyi kimi teyyare nasazliqdan qezaya ugramiyib.basa duse bilmirem niye teyyarenin nasaz olduguna gore qezaya ugramasini deyirsiz?

Kimdən: İlqar Haradan: Moskva
11.04.2010 16:21
Bash acmadim kime rehmet oxuyur, Kacinskiye, yoxsa demokratiyaya. Bele cixmirmi ozune 3-4 dene bahali teyyare alib olkenin pulunu ureyi isteyen kimi xercleyen prezident daha yaxshidir?

Kimdən: Tu-154
11.04.2010 13:01
Meqaleni yazan ay insan evladi bashin girmiyen yere burnuvu niye soxursan? senin gorunur teyyare haqqinda 1 qramliq dushuncen fikirin tessevurun yoxdu. http://aviation-safety.net/index.php bu sayta bax gor il erzinde neqeder BOENQ dushur ne qeder Tu-154 dushur. ve hansi daha cox itki verir. Tu-154 govdesinin dayanaqligina gore en etibarli teyyatedir ve bu da BOENQ ve ya AIRBUS i arxada qoyur. bu cehet teyyare ucun en vacibidi ona gore ki Teyyare daim yuksek tezyiq altinda ucur. birde yadda saxlamaq lazimdi ki teyyarenin en tehlikeli ani enme anidi. Dunene kimi indide bizdede Tu-154-lerden isdifade olurnur. Avropa bilmir ne behane getirsin ki Tu-154-leri kenarlashdirsin. Menim fikirimce en tehlukesiz teyyare Tu-154-lerdi ve bu beledi.
Cavab

Kimdən: Arzu Haradan: Baki
13.04.2010 21:35
Eziz Tu-154, umaram dogru deyirsen, belke de Tu-154 ucaklari cok-cok guvenlidir, hatta kosmosa ucmak olar. Amma Adalat Alieyv o AZALin eski shefi dedi ki, bu ucagin menevi ashinmasi var. Buna deyirler ALTERNATIV, secim hukuku. Bu yazi da Tu-154 hakda yok, ALTERNATIV hakdadir. Yani sen deyersen guvenlidir, Adalat Aliyev deyer guvensiz, insanlarsa secer, isterler Boengi, isterler Tupolevi.
Cavab

Kimdən: Arzu Haradan: Baki
11.04.2010 14:51
Mence bu yazida hansi ucagin daha guvenli olmasindan soz getmir. Demokratiyanin dezavantajidir - bir ucak almak icin prezident parlamandan, muhalifetden para istemelidir.Tu-154 ise aviasiyyanin dunenidir, 20 il evveli. Bu gun Rus teknolojisi Cinden de geride
Cavab

Kimdən: Tu-154
13.04.2010 13:36
sene indi bir sayt verecem ve ordan Tu-154dun dunyanin 3 cu en tehlukesiz teyyaresi oldugunu goreceksen.ve yaddan cixarma ki teyyarenin detallari ucush vaxtina gore deyishir ile gore yox.http://www.pcavia.ru/blog/safety/159.html

Kimdən: eli Haradan: naxcivan
11.04.2010 10:37
Allah rehmet elesin, evvelden Ulu onderin layigli davamcisina terif deseydi, Vasif Talibov Polsaya bir Airbus hediye ederdi
Cavab

Kimdən: Anonymous
11.04.2010 22:02
Vasif Talibova zehmet olmasin deye Meherrem Talibov ikisini hediyye ederdi. .

Kimdən: Zaur Haradan: Bakı
11.04.2010 07:19
"Aeroflotun təyyarələri ilə uçun"....Tələsin,artıq onlardan az qalıb! :):)

Kimdən: Teymur
11.04.2010 04:53
Hörmətli Dilim Dilimov baş verən faciəni bir o qədərdə alternativsiz deyilən səma şahinlərinə demək qisməndə düzgün deyil.Kecmiş sovetlər birliyi və Varşava müqaviləsi dövlətlər hamısı həmin Təyyarələrdən istifadə edirdi.Məlumatda bildirilir ki,qəzaya uğrayan Təyyarənin yeni mühərriki, elektronik və naviqasiya sistemləri ilə təhciz edilmişdir.Belə olan halda yenilənmiş naviqasiyanın texniki cəhətdən ola bilər həmin an işləməməsini də nəzərə almaq lazımdır. Götürək BOİNQ təyyarələrini bu günə kimi bunlarda qəza baş verməyibmi? Son illərdə baş verən təyyarə qəzalarının qismən səbəbi elektronikanın geniş vüsət alması və elmin əkis inkişafının nəticəsidir. Dünyada cirkli zibilli siyasətlər aparıldığndan hər kəs öz düşüncə baxımından fikir söyləyəcək. Amma burada faciənin səbəbini hansısa dövlətdə və onun siyasətində görmək hecdə məntiqə uyğun olmazdı. Cün ki, inkişaf etmiş ölkələrin elmi-texniki tərəqqisi ekologiya elimni əsarətdə yaşatmaqla məşqul olub Yer ətrafı orbitə göndərilən Kosmik gəmilər ifrat dərəcədə ekoloji kosmik cirkləndirmələr yaratmışdır. Həmin qurğularda olan avadanlıqlar bir necə dəfə yüksək təhciz edilmiş ötrücülərdir.Həmin Yer ətrafı orbitdə istifadəsiz və istifadə edilən dayanıqlı qurğular nəinki zavallı bəşəriyyət ücün ekoloji təhlükə yaradır eyni zamanda yer üzündə istifadə edilən elektronika texnikalarınada artıq öz təsirini görsədir. Dünya Ekoloji Kosmik Departamentinin verdiyi məlumatlara diqqət yetirsək qeyd edilən Yer ətrafı orbitdə bərk süxur halında olan maqnit sahələri yayılarsa həmin an ilk öncə yer üzündə yaşayan insanlar istifadə etdiyi mobil telofon vastəsi ilə ötrülüməsi mümkün olub məhv olacaq. Bu bildirdiyim bir fakt olaraq bu gün həyacan təbilini calır. Artıq texnikalar elektronlaşır və inkişaf edilməsini qarşıya qoyub bu edilməlidr prinsipinin nəticəsi belə hadislərə gətrib cıxaracaq. Təyyarə səmada ucur. Yer ətrafı orbit isə daim öznün iş funkisyasını icara edir.Həmin yer ətrafı dayanıqlı və yaxud üzən gəmilərdə quraşdırılmış detalların tezliyi və bu günlərdə yer üzündə istifadə edilən elektronik dalğaların biri-biri ilə üst-üstə düşməsi nəticəsində hər an qəza baş verməsi mümkündür. Təyyarənin əsas canı onun istifadə etdiyi radarıdır.Radar həmin faxt maqnitni və yaxud sputnik ötrücü ilə eyni vaxtda üst-üstə düşərsə istər istəməz güclü ötrücü öz təsirini göstərə bilər. BU GÜN FACİƏVİ TƏYYARƏ QƏZASINA ANA TƏBİƏTDƏ DÖZMƏYİB QAN AĞLAYIR. Bu mənim fikrimdir.Olada bilər oxucular tərəfindən qəbul edilməsin Diqqətinizə görə cox sağolun

Kimdən: kamush
11.04.2010 04:06
goresen 2009 cu ilde teyyare harda temir olunub??eger rusiyada olubsa men texribatdan da wubhlenirem.demek olar ki rusiyanin duwmeni idi.