Bazar ertəsi, Aprel 21, 2014 Bakı vaxtı 14:57

Verilişlər / Kontekst

Prezidentə şikayət etdiyinə görə həbs olundu

Prezidentə məktub həbslə nəticələndiPrezidentə məktub həbslə nəticələndi
x
Prezidentə məktub həbslə nəticələndi
Prezidentə məktub həbslə nəticələndi

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Cəlilabad rayon sakini Şəfa Əhmədov aprelin 5-də prezident İlham Əliyevə rayondakı özbaşınalıqlar və rüşvətxorluqla bağlı şikayət məktubu göndərəndən üç gün sonra həbs olunub. Onu xuliqanlıqda ittiham ediblər. Aprelin 9-da Cəlilabad rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə onun haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçib. Qızı Lalə Əhmədova deyir ki, atası prezidentə şikayət etməklə Cəlilabad rayon rəhbərliyinin qəzəbinə tuş gəlib:

RAYONDA BİR ADAM BİZİMLƏ DANIŞMIR

«Deyirlər ki, atam xalq düşməndir, dövlətə qarşı çıxıb. Rayonda bir adam bizimlə danışmır. Atam şikayət məktubunda yazmışdı ki, rayonda özbaşınalıqdır, icra başçısı Əziz Əzizovun əməllərinə nə vaxt son qoyulacaq, əgər rüşvətxorluq baş alıb gedirsə, dövlət hara baxır? Buna görə atamı tutublar. Hər bir vətəndaşın şikayət etmək hüququ var. Demokratiya yoxdursa, desinlər ki, heç kim heç kimdən şikayət edə bilməz».

Yeni Azərbaycan Partiyasının üzvü olan Lalə Əhmədova atasının həbsinə qədər rayonda Heydər Əliyev Muzeyinin direktoru işləyib. Aprelin 12-də onu da işdən çıxardıblar:

MƏNİ İŞDƏN QOVDULAR

«Məni işdən qovdular. Dedilər ki, sənin atan kimdir Cəlilabadın prezidentinə qarşı çıxır? Guya atamın şikayət ərizəsi işdəki kompyuterdə yazılıb. Deyirəm ki, evdə də kompyuter var, ərizə də evdə yazılıb. İndi bizi güdürlər. Heç 37-də belə olmayıb».

Lalə Əhmədova deyir ki, o baş verənlər haqqında prezidentə, güc nazirliklərinə onlarla teleqram və məktub göndərib. Ancaq səsinə səs verən yoxdur.

Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov isə deyir ki, onun nə Şəfa Əhmədovun şikayət ərizəsindən, nə də Lalə Əhmədovanın işdən çıxarılmasından xəbəri var:

MƏLUMATIM YOXDUR

«Heç bir məlumatım yoxdur, heç nə deyə bilmərəm».

Müzəffər Baxışov
İcra başçısı Əziz Əzizovla isə gün ərzində əlaqə saxlaya bilmədik. Köməkçisi Malik Şərbətov hər zəng etdiyimizdə icra başçısının yerində olmadığını dedi.

«Hüquqi Dövlə»t Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov isə deyir ki, Şəfa Əhmədovun prezidentə göndərdiyi şikayət ərizəsi araşdırılmalı idi:

BAŞÇILAR MƏRKƏZƏ MƏLUMAT ÖTÜRÜLMƏSİNİ İSTƏMİRLƏR

«Dövlət başçı özü bunda maraqlı olmalıdır. Ancaq totalitar dövlətlərdə bunu etmirlər. Hakimiyyətdə oturanların məntiqi ilə kimsə problemləri qabardırsa, demək o dövlətə qarşı çıxır. Həmin adamı şərləyib həbs edirlər. Yerli icra hakimiyyətlərini prezident təyin edir. Onlar da haqlarında mərkəzə məlumat çatdırılmasını istəmirlər» .

Bundan əvvəl də Naxçıvanda oxşar hadisələr baş vermişdi. Naxçıvanda baş verən özbaşınalıqlardan prezident İlham Əliyevə şikayət məktubu yazan Ələsgər İsmayılovu ruhi xəstəxanaya salmışdılar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: ORHAN Haradan: ISTANBUL
20.04.2010 19:59
Adama bak ya kendilerini ne zend edilorlar tam tamini sorumsuzluk bir devlet bundan peki prezidentin haberi yokmu boyle bir insan nasil da hala gorev basinda calisir rezillik yazik yazik

Kimdən: NAZILE Haradan: RUSYA
20.04.2010 19:03
AYYY bele seyleri oxuyuram Azerbaycanda yasamadigima cox sukur eliyirem vay vay vay insan derdini kime desin yuxarida oturanlar hamisi zencir kimi bir birine bagli. vay Anam vay

Kimdən: Jee Haradan: Emirat
17.04.2010 02:37
Doktor sizin sherhinize elave edim. Bele oxshar bir hadise menim de bashima gelib. Birleshmish Emirlike AZALin xetti ile viza alib getmishdim, sonra da melum ishle elaqeli sebeblerle qalmali oldum, tebii ki, orda vizam bitdiyinde ish birliyi etdiyimiz bir lokal (yerli) ereb mene vizada yardimci oldu. Yeni eyni adam menim vizami uzadaraq qanunsuz qalmagima sherait yaratmadi. 1 il kechdiyinde Veten hesreti meni chekdi vetene. Gece teyyare 02:10da qalxdi, hardasa 05:00da Bakiya endi. Yorgun, yarim yuxulu gozumuzu ova-ova dushduk Serhed Xidmetine. Hami kechdi, bir neche tek qayitmish qizlar ve meni saxladilar sorgu sual uchun. Duzdu ishini bilen "qiz"lar da pasportu 2ci defe tegdim elediler ve kechdiler. amma bir telebe qiz qaldi bir de men.. qiz da ozunun huquqlari cherchivesinde passport kontroldan kechdi. mene ise o qeder sual? nie getmishdin? bes nie bu qeder gecikdin? dediyimdeki, orda men ne legal bir ish gormemishem, gorsem de o olkeye aiddi, meni onlar ya deport eder, ya da girishime mehdudiyyetli cerime qoyarlar. nese sozu firladi, sonda dedi sene ish achacayiq. nese yuxudan tam ayildim, lazimi sozlerle, kartlarimi ishe saldim. ele bu an TRANSIT uchan xariciler (onlar cherez Baki, Fransaya uchurdular) vardi. Tesevvur edin ki, onlardan ikisi ordaki mesul ishchiye dedi ki, bes namaz vaxtidir. harda qila bilerik? hemin ishchi de onlara dedi ki, gozlein reisden icaze alim. ve reise deyende ki, bunlar namaz qilmaq isteirler, yer lazimdi. Reisin sesi geldi ki, onlardan sorush ki, bele vacibdi? Hemin ishchi sorushanda ki, bele vacibdi? bunlar shoka dushduler, dedi musulmaniq da, namaz vacibdi. Bunlarin dediyini oglan reise dedikde, Reisin cavabi: Onlara denen ki, mene de 20 dene objimania vacibdi, 20 dene JiM elesinler her biri, sonra namaza yer verecem.

Hemin an men donub qaldim, Azerbaycanin ne gune dushduyunu, ve hemin adamin ishe nece kechdyini, neyi nece, kime nece geldi dile getirib pulunu yigmasini dushunduyunu anladim..

PS: Sherhi sizden.....
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
17.04.2010 20:05
Kecmishde edaletli padshahlar taninmasinlar deye "tegyeri libas' olub xalqin iserisine cixarmishlar.Ona gore cixarmishlar ki,xalqin nece yashayishin eyani suretde gorsunler.Bir muddet xalqin icerisinde mushahide apardiqdan sonra,saraya qayidib gordukleri haqsizliga muqabil fermanlar verermishler.Eyaletdlerde haqsizliga mesul olan numayendeler,padshahin sert cezasi ile qarsilashirmishlar.Indiki rejim ele bir abi-hava yaradib ki,adam dehshete gelir.Prezidentin fermani ile teyin edilmish yerlerdeki "kicik xanlar" xalqa qan uddurur.Qorxu altinda inildedilen xalq,ozunun en kicik haqqini bele qorumaqda acizdir.sanki hamini ofsunlayiblar.Haqsizliga qarshi ne muellim,ne ziyali,ne agsaqqal sesini bele cixarda bilmeyir.Insanlarimizi novlere bolmekden bele cekinmirler.Kim YAP-in uzvu deyil,demeli o insan ikinci dereceli,hetda ondanda ashgi dereceli hesab olunur.Hami narazidir.Hami oz arasinda memur ozbashinaligindan,ishiq,qaz probleminden,ishsizlikden,mekteblerde,tibb muesselerinde,hetda televeziyada geden verlishin kefiyyetinden bele naraziliqla danishir.Ancaq bu danishiqlar picilti qeder astadan danishilir.Ancaq danishilir.Memurlar basha dushe bilmeyirler ki,picilti ile danishan kutle,bir gun "bogazini artlayib" var gucleri ile nere sayilacaq derecede qishqiracaqlar.Bax onda bu qishqirtinin tesiri neticesinde coxlarinin qulaqlari batacaq.Ve bir coxlari asta qacana imam qenim deyib,bir qismide soraki peshmanciliq fayda vermez meselesine muraciyyet edecekler.vessalam.
Cavab

Kimdən: Zaur Haradan: gurbetden
19.04.2010 16:45
ayka xanim bezi weyleri yaddan cixartmisin....h.eliyevin 2-3 yerde heykelinin,parklarinin ve bir cox weylerin aciliwini mutleg etmelidirler...VALLAH bizim millete bu azdi,gunahin hamisi ozumuzdedir birlewib govmurug bunlari hakimiyyetden.
Cavab

Kimdən: ayka Haradan: fransadan
19.04.2010 02:10
bu sharhla tam raziyam.bizda isa prezident bir rayona gedacaksa,3ay avvaldan xabar verilir,rayondaki yollar duzalir,yol ustundaki hasarlar ranglanir va s.masalan:neftcala rayonunda bunun shahidi olmujam.galanda da xabarsiz gal ki,har sheyi gorasan da.


Kimdən: ehli Haradan: baki
17.04.2010 00:52
prezidente yazilan mektuba göre adam tutmag o demekdir ki, prezident kimdir ki, men ondan geyretliyem...geyretine shükr, icra bashcisi da prezidentden geyretliymish

Kimdən: azeriden Haradan: rusiyadan
16.04.2010 23:36
EH....

Kimdən: Azerbaycan realliqlari Haradan: Baki
16.04.2010 18:17
Hele bu harasidi bu mövzunu izleseniz göreceksiz ki ya Şefa kişinin cibinden yada evinden narkotika cixacaq.Ola bilsin silah da tapila.Bu günede şükür.

Kimdən: Anonymous
16.04.2010 14:35
Hech NKVD zamaninda bele alchaqliqlara yol verilmeyib

Kimdən: haqq deyən Haradan: baku
16.04.2010 11:58
Bu hadisə,demokratiyanın(xalq hakimiyyətinin)boğulması hakimiyyətə qarşı zərbədir.Atası ədalət axtardığına görə sifarişlə həbs edilibsə,övladını işdən konstitusiyaya zidd qovublar,məhkəməyə ərizə ilə müraciət etsə,Ali qanunun tələbi ilə bərpa ediləcək,qanunları icra hakimiyyəti yazmır və ya qəbul etmir,qanunları MM qəbul edir,prezident imzalayır.Əgər qanunlara belə hörmət edilirsə,hüquqlar qorunmursa,deməli imza edən şəxsi-prezidenti saymırlar.Ali qanuna əsasən
1-cisi qohuma görə heç kəsdən məcburi izahat alına bilməz,dindirilməməlidir,
2-cisi Qohuma görə təqib edilməməlidir,işdən çıxarılmamalıdır,Ombudsman və ya məhkəməyə müraciətlə bərpa edilməli,qanunun icra hakimiyyətindən qat-qat üstün olduğunu sübut etdirməli.
Məhkəmə belə ərizəyə + baxır,ümüdvarıq ki,öz işinə qaytarılacaq.
Ən əsası icra hakimiyyəti dediyinə əməl etməli,xəbəri yoxdursa,ailəyə qarşı belə haqsızlığa son qoymalıdır.
Cavab

Kimdən: Jee Haradan: Emirat
17.04.2010 02:45
Haqq Deyen! Burda siz deyen qanunda olandi. Hami ise qanunu stol ustunde lazim olanda istifade edirler, lazimi yerde.. Hemin adama chox teessuf ki, tutulub. Ona axi mehkeme 2 ayliq hebs de sechib. Demek ki, mehkemeye icra ve ya diger organ tesir edir. Deyek ki, kishini tutublar. Bes nece oldu ki, qizini da ishden chixarilmasi eyni aya, eyni hefteye tesaduf edib? Hem de bizde, kimse nese edirse, onun en yaxin etrafi, sonra qohum egrebasi, sonra da dost-tanishi ve s. dindirirlir. xeberdarliq edilir, ve bundan sonra hemin adamlar bundan uz donderir ki, sen menim canim, yashamaq istemirsen oz ishindi, bizim kulfetimiz var, ishden atarlar qanunu subut edene kimi, ushaqlar-aile meni didib derimi chixardacaq. Hem de bir meclisde dovlet ishinde ishleyen yaxinim yaxshi sitat chekdi, "Qanun ilan kimidir, onu tapdalamaq olmaz, tapdalasan seni sancar, olersen; amma yanindan sakit otub kechmek olar"....:))

Kimdən: Lalə Haradan: Bakı
16.04.2010 10:17
Bu nə biabrçılıqdır, bunlar camaatı nə hesab edirlər?

Kimdən: Doktor Haradan: Holland
15.04.2010 23:43
Dogurdan da adamin yadina repressiya haqqinda yazilan bedii eserler dusur. 21-ci esrde bele hadiseler gulmelidir. En geride qalmis saydigimiz Qirgizistan Ozbekistan, Turkmenistan, ele bizim bu diller ezberi qonsularimizda da bele seyler bas vermir. Hetta orada da demokratiyaya oyresibler.
Is burasindadir ki, demokratiya oz-ozunden emele gelen sey deyil, onu hediyye de vermirler. Onu qazanmaq lazimdir.
Men uzun ilerdir ki, Azerbaycandan uzaqlarda yasayib-isleyirem. Hec olmasa ilde bir defe vetene donmek arzusu ile yasayiram; dostlari ve qohumlari gormeye, dogma yerleri gezmeye, nostalgiyani oldurmeye...
Amma efsus ki, her defe Bakiya gelen kimi HA hava limanindan geri qayitmaq fikrine dusurem. Hami bilir ki, gumruk xidmeti ve serhed zonasiher bir olkenin vizit kartidir. Amma bizim HA hava limaninda pasport nezareti iscileri ozlerini xaricden gelen qonaqlar qarsisinds neinki Azerbaycana layiq aparirlar, eksine Azerbaycanin adini dunyada en aşağı bir seviyyeye surukleyirler. Uzunu enine beraber olan ter iyi veren bir memur menim pasportumu elinde o teref-bu terefe cevirerek sorusur: "Nece ildir xaricde yasayirsan? Pasportu nece defe deyisdirmisen? Xarice niye getmisen? Orada ne isle mesgulsan?" Dogma vetene qayidarken butun ulvi hissler, nostalgiya yangisi, dost-qohum sevgisi bir anliga sende yox olur. 2,5 saat cek-cevirden sonra anlasilir ki, ayaqqabisi "domashnik" kimi surudub gezen, mermer doshemenin ustune siqaretini atan ve tupuren bu terli memur menden yalniz pul isteyirmish. Ona deyende ki, men Hollandiyada hekim olaraq calisiram, orada Azerbaycan diasporasinin feal uzvuyem ve Azerbaycana da Novruz bayrami erefesinde dovlet xadimleri ile gorusmeye gelmisem, mene dedi: "Eh, sen de, olmadi ki, bes bize de bir hormet ele deee"... Ona deyende ki, sizden sikayet ede bilerem, o mene ne dese yaxshidir? "Get kime sikayet edirsense ele, men burda havayi oturmamisam"!!!!!
Menimle teyyarede birlikde gelen Italiya, Fransa, Livan ve Turkiye vetendaslari menden sorusanda ki, bu kimdir, men utandigimdan dedim: "Bu hava limaninda isleyen kloundur!" Hami guldu, menim yari-zarafat, yari-ciddi dediyim soze hami aci guluslerle guldu...
Bele hadiseler hemise olur, amma serhedde ve gomrukde olan bele hadiseler Azerbaycanin adina boyuk lekedir.
Bu yazini oxuyanda hemin it iyi veren gombul memurun sozleri yadima dusdu: yeqin Celilabadin da rehberliyi orada havayi oturmayib!!!
Səhifə (2)
    Növbəti