Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:42

Verilişlər / 14-24

Anım mərasimində fikir ayrılığı nədədir?

Şriftin ölçüsünü dəyiş - +
Neft Akademiyasında baş verən qanlı olayların ildönümünün qeyd olunması ilə bağlı gənclər arasında fikir ayrılığı yaranıb.

Bir həftə olar ki, ictimai fəal gəncləri «ADNA qurbanlarını necə anaq» sualı düşündürür.

Müsavat Gənclər Təşkilatı bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə anım mərasiminin keçirilməsi ilə bağlı xatırlatma məktubu göndərib. İcra Hakimiyyəti mərasimin yeri ilə razılaşmayıb, cavab yazıb ki, Binəqədi qəsəbəsinin İdman Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu, 20-ci yaşayış sahəsində sürücülük məktəbinin həyətindəki meydança və ya Xətai rayonunda yerləşən meydança ADNA qurbanlarını anmaq üçün daha məqsədəuyğundur.

Gənclərin başqa bir qrupu bu müraciətə qarşıdır: onlar əsasən heç bir siyasi təşkilatda təmsil olunmayan gənclərdir. Onlar hesab edirlər ki, anım mərasimi üçün heç bir qurumdan icazə istəməyə lüzum yoxdur. Və düşünürlər ki, bu məsələdə siyasi partiyalarda fəallıq göstərən gənclərin önə çıxması anım mərasiminə siyasi çalar qatacaq, bu isə polis müqavimətinə səbəb olacaq. Bundan sonra da hakimiyyətin əlinə «müxalifət anım mərasimindən öz siyasi məqsədləri üçün yararlanır» ittihamı üçün fürsət veriləcək.

Fikir ayrılıqları bununla bitmir.

Anım mərasimini saat neçəyə planlaşdıraq? Ötən il hadisənin baş verdiyi saatmı uyğundur, yoxsa günorta?

Bu suallar ətrafında da ictimai fəal gənclər ortaq məxrəcə gəlməyiblər və Neft Akademiyasında öldürülənləri yad etmək üçün hər qrup öz çevrəsilə fərqli saatlarda toplaşmağı düşünür.

Bəs gənclərin anım mərasimi hansı formada olacaq?


ADNA qurbanlarını yad etmək üçün gənclərin yaratdığı Komitə hansı işləri görür?

«14-24»-ü dinləyin, Komitədən Xalid Freeman, Ramin DekoEmil Məmmədlinin müzakirələrindən xəbərdar olun...
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: didergin Haradan: coller
29.04.2010 16:02
Gordun,Tural bey!

Kimdən: Ziyalı Haradan: Bakı
29.04.2010 12:59
İndi oxudum ki, Müsavat Partiyasınnın gənclər təşkilatının sədri Tural Abbaslı bu gün həbs olunub.Represiya maşını bütün qüvvəsi ilə fəaliyyətdədir. Hakimiyət məınsubları sonlarının çatdığını hiss etdiklərindən daha da aqressivləşiblər.Məlumatlara görə polis və digər dövlət sturukturunda olan bölmələrin əməkdaşları, gənclərə qarşı törədilən vəhşilikləri pisləyir və bu zorakı tədbirlərdə iştirakdan imtina edirlər. Onlarla polis mitinqlərin bundan sonra intensiv davam edəcəyi təqdirdə xalqa qarşı zorakılıq etməyəcəklərini bəyan edərək işdən getmək haqda ərizələrini təqdim etmişlər.
Keçirilən nümayişlərdə vəhşilik edən mülkü şəxslər,qarışıq millətdən olan myzdlulardır.
Neft Akademiyasında baş verən qanlı olayların ildönümünün qeyd olunmasının vaxtını müəyyən etmək üçün mübahisələr yekunlaşmalıdır.
Anım mərasimini Neft Akademiyasının qarşısında Saat on ikidən on səkkizədək keçirmək olar.Bu hansısa siyasi partiyanın tədbiri yox ümumümili matəm mərasimi olmalıdır.
Cavab

Kimdən: musavatci
29.04.2010 15:34
Cox qeribedir.Ozlerine serf eden tedbirler olar,ancaq Azerbaycan genglerinin oz icinden gelen anim merasimine icaze vermirler.Baxin mayin 10-da H.Aliyevin dogum gunu "gul bayrami" elan edilir ve her il bu tedbir kecirilir.Neden eyni erazide bir tedbir,cox temteraqli olur,ancaq digeri qadagalara tush gelir.Nedir insanlarin arasinda yaradilmish bu ayri-seckilik.Ozleri bile-bile vetendashlardan ozlerin tecrid edirler.Yalan.yalan,yene de yalan bu hakimiyyetin bashlica siyasetidir.Zoren insanliri sevdirmek olmaz.Bu ne exlaqa,ne insanliga ne de ki,yalanci demokratiyaya uygun gelmir.Ele edin emellerinizden gul iyi gelsin,"eziz" bashbilenlerimiz.Qanunlarin ishlek mexanizminden gul iyi gelsin "eziz" YAP-cilar.Ayilin baxin "saga-sola", gorun hansi yolu secmisiniz.Insanlari ozunuzden iyrendirmeyin.

Kimdən: ramil Haradan: sumqayit
29.04.2010 12:25
Bu meqaleye baxanda yadima bir deyim dushur: "Kechi can hayindadir, qessab piy axtarir." Teesuf edirem ki, bu gencler hele de ruhen genc deyiller.. eyni durum ele bizim muxalifet partiyalarinda da hokm surur.. Acinacaqlidir..
Cavab

Kimdən: musavatci
29.04.2010 15:55
Rejimin yaratdigi adi-havanin tesirinden,genclikde qorxa-qorxa danishir.Eger indiden bu cur cekine-cekine danishirlarsa,rejimin cemiyyetin shuruna siridigi -- biz istemirik bu tedbire siyasi don geyindirsinler-- deyen,biz-biz deyib duran bu gencliya kim zamanet vere bilerki geleceyin yaltaqlari olmayacaqlar.Genclik hec bir sheyden cekinmemelidir.Oz sozun demelidir.Oz cilginligin gostermelidir.Hetda nere cekib "bagirmalidir" ki,kimlerse yuxudan ayilsin.Rejim yaratdigi xeste cemiyyetde mutileshmish bir genclik ordusu yaratmaqdadir.Ancaq Resulzade ideyalarin ozlerine amal secen Vetensever genclik yaradilmish bu oyuncagi darmadagin edecek.Buna hec kimin shubhesi olmasin.