Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:40

Bloqlar / D.Dilim-Dilimov

“Bavariya”dan “İnter”ə transfer

Milyonlarla azarkeşin səbrsizliklə gözlədiyi Çempiuonlar liqasının finalı geridə qaldı. Münhenin “Bavariya” klubuna 2-0 hesabı ilə qalib gələn Milanın “İnter” komandası Avropanın ən güclü klubu adını qazandı.

Çempionlar liqasının ən əsas qalibi Joze Maurinyo finaldan dərhal sonra deyib ki, "İnter"i tərk etmək ehtimalları böyükdür
Şriftin ölçüsünü dəyiş - +
İtaliya klubunun argentinalı hücumşusu Dieqo Milito oyunun 35 və 70-ci dəqiqələrində almanların qapısına bir-birindən gözəl iki top keçirərək bu futbol bayramının ikinci qəhərəmanı oldu.

Niyə ikinci?

Çünki “İnter”in məşqçisi Joze Maurinyonun xarizmasını kölgədə qoymaq üçün ona 2 deyil, bəlkə də heç 20 top belə kömək etməzdi.


Maurinyo və Robben vaxtilə "Çelsi"də bir yerdə olublar. Mayın 22-də onlar rəqib kimi görüşüb, köhnə dost kimi aralaşırlar
İtalyanları bəyənməyən o qədər tanışım var ki, “İnter”ə məhz Maurinyoyaya görə azarkeşlik edir.

BİRİNCİ KİM QOL VURSA, ONUN TƏRƏFİNDƏYƏM

Futbol yarışında qəlbən bağlandığın komanda yoxdursa, “azar”ının hansı tərəfə “keş” etməsini bəzən təsadüflər müəyyən edir. Simpatiyasını müəyyənləşdirməyən azarkeş isə, adətən belə deyir: “Birinci kim qol vursa, ona da azarkeşlik edəcəyəm”…

DİLİM-DİLİM OLASAN, DİLİM!

Amma, başqa təsadüflər də olur. Məsələn, bir dəfə şeytan dilimdən dartıb kütləvi yerdə böyük-böyük demişdim ki, Türkiyə növbəti oyunu Çexiyaya uduzacaq. Bilmirəm hardansa kor tikan kimi ağlıma batmışdı ki, Piter Çexə qol vurmaq mümkün deyil. Sonra, Türkiyə-Çexiya oyunun gedişində bir də ayıldım ki, Türkiyə qol vurur, amma mən – heç məndən çıxmayan iş - qətiyyən sevinmirəm. Xüdpəsənliyin gücünə bir bax!

Deyirlər, ən ağır yalan adamın öz-özünü aldatmasıdır. Utancaqlıq da eləcə - özündən utanmaqdan şiddətli həya sınağı tapa bilməzsən. Bəlkə də öz qapısına qol vuran oyunçudan da çox xəcalət çəkirsən.

2 DƏNƏ “ƏLQƏRƏZ”

Dieqo Militonun qol sevinci
Əlqərəz, dünən axşam mən oyunun 63-cü dəqiqəsinə qədər ”Bavariya”nın qələbəsini arzulayırdım.

Əvvəla ona görə ki, ən çox antipatiyam olan oyunçu Marko Materassi “İnter”də oynayırdı. Yəqin onun Zinədin Zidanla münaqişəsi yadınızdadı, ona görə.

İkincisi isə, “Bavariya”nın heyətində meydana Altıntop çıxmışdı. Varam da bu Türkiyəli oyunçuya! Elə dünən də, adamın üstündə Allahı var, çox gözəl oynayırdı. Necə deyərlər, at kimi işləyirdi, müdafiə demirdi, hücum demirdi, hara baxırdın – orda idi. Onun ötürmələri isə əsl sənət əsəri idi – yığırdı başına rəqib komandasının yarısını, aparırdı meydanın bir başına, sonra da ötürürdü topu meydanın o biri başına. Ondan topu alan komanda yoldaşının 15 metr radiusunda bir dənə də müdafiəçi olmurdu.

Burada daha bir “əlqərəz” deyib keçirəm mətləbə…

“BAVARİYA”DAN “İNTERƏ” TRANSFER

Oyunun 63-cü dəqiqəsində həmin bu Altıntopu əvəz elədilər.

Hə, bax həmin andan mənim tərəfkeşliyim “Bavariya”dan transfer elədi “İnter”ə. Daha Marko Materassı, onu kəllləliyən Zidan yadıma belə düşmürdülər.

Bu fanatlar tərəf dəyişən azarkeşlərə oxşamırlar
Fikirləşirdim, kaş ki, “İnter” udaydı. Əminiydim ki, belə olan təqdirdə qəzəbli almanlar biçarə Luis müəllim van Qalın başında Altintopa qollu-budaqlı bir QƏDİR AĞACI əkəcəkdilər…


ADAMIN ÖZ KOMANDASI OLMAYANDA

Deyirəm, adamın öz komandası olmayanda başına nə qəribə fikirlər gəlir…

Beləcə, deyəsən qarğısım tutdu “Bavariyan”ı. Heç bilmirəm kim daha çox layiq idi qələbəyə - oyunu əks-hüçum üzərində quran “İnter”, yoxsa total futbol oynayan “Bavariya”

Siz neçə, Militonun ikinci qolunu bəyəndiniz? Maurinyonun taktikasını necə? Siz kimin tərəfindəydiniz? Bilmək olarmı, nəyə görə? Burada offsayd-zad yoxdur, yazın gəlsin…

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: anar Haradan: azerbaycan
01.06.2010 17:16
men bir milanli olaraq deyirem ki dunyanin en guclu mewqcisi mourinyodur bunu oyundan qabaq da deyirdim ki eger yoldan 11 nefer yigarlar ve onlara interin formasini geyindirerler ve baw mewqci olaraq da mourinyoyu vererler yene inter cempion olardi

Kimdən: Elvinden Haradan: Mingecevir
29.05.2010 19:24
1996-dan Bavariya azarkesiyem,Inter qelebeye layiq deyildi

Kimdən: Anonymous
27.05.2010 23:10
ruslarin yaxshi bir sozu var "завидуйте молча"!Inter bu qelebeye laiq idi ve o da bunu qazandi.Barselonaya geldikde ise,ikinci oyun yalniz taktikanin uzerinde qurulmush oyun idi,eger Barsa bele guclu klub idise,onda 1-ci oyunu 3-1 uduzmazdi,ozude 0-1 hesabi ile irelide ola-ola.
Cavab

Kimdən: kamran Haradan: Rotterdam
28.05.2010 02:40
"zaviduyte molcha" yerine dushdu:))) Inter bu titula layig idi.. chelsea barca bavaria kimi klublari meglub etdi......

Kimdən: Anonymous
26.05.2010 22:07
Heyif,men Bavariyaya azarkeshlik edirdim.2001ci ilde axirinci defe bu komanda chempion olmushdu....
Cavab

Kimdən: Pele Haradan: Sumgayit
27.05.2010 01:36
Mence qelebe edaletli idi. Maurinho vAN Qaldan, Inter Bavariyadan, Kontrataka hucumdan guclu idi.

Kimdən: Sanan Haradan: Barcelona
25.05.2010 16:02
Barcelona kimi gozel oyun gosteren komandani berbad oyunu ile özü də sayılmayan penalti ilə keçməyə nail olan İnter Mourinho-nu unutmayacaq. Mourinho-ya borc olsun... gələn mövsüm qrup mərhələsində dərsini verərik. Hələ bizim də İnter-Bakımız var. Onu demirəm :D
Cavab

Kimdən: Firidun Haradan: Baki
26.05.2010 21:39
Düzdü qardaş nə İnter BARSELONA nədə Maurinyo QUARDİYOLA ola bilməz!!!

Kimdən: shipel Haradan: shabran
25.05.2010 01:51
1-ci topu shexsen Maurinyo vurdu,inanmirsiz oyuna tezeden baxin,Celsinin qapisina vurdugu kimi ve oz ve demeli evezolunan dahi muellimi Van Qala omru boyu yadindan cixmayacaq ders kecdi,mende onun hesabina kalan pul qazandim,Allah ona agil mene ise pul qismet elesin,o ki qaldi ikinci qola Militonun shexsi emeyi idi.CLnin en guclusu Barsa idi di gel onu da Inter yox Maurinyo yixdi,yeqin Maurinyo hec vaxt Qurbanqulu Berdimuhammedovu hec vaxt unutmayacaq///////////

Kimdən: Xalid Haradan: Norvech
24.05.2010 15:16
Kash bunlarin hech biri olmayaydi finalda. Gul kimi Barcelona olaydi :)))

Kimdən: Ali Haradan: azeri
24.05.2010 15:01
Mourinyo nece futboldan anlamir ki , uzun iller kubok uzune hesret qalmish komandalari qalib edir , en boyuk klublar onu oz komandasina bash meshqci devet edir,en azi neticelere baxmaq lazimdir.Yoxsa bir azerbaycan klubunun mesqcisi kimi , 3:0 uduzdugu oyunda hucumcunu daha bir mudafieci ile evez etmir . 3 top buraxmaq 6 :0 dan yaxsi neticedir deye

Kimdən: Moshu Haradan: Goyezen
24.05.2010 12:55
Maurinyodan zehlem gedir,Interede nifret edirem.Kash ki, Bavariya udaydi.20 qepikde nezir demishdim..

Kimdən: Vuqar
24.05.2010 12:28
Bu oyunu Inter yox Maurinyo qazandi,,indide gedir Reala gorek orda neyleyecek,,eger ne vaxtsa Realla Inter uz uze gelse o zaman bilinecek kimin guclu oldugunu,,futbolcularin yoxsa futboldan hecne anlamayan riyazi bilikleri guclu olan Maurinyonun
Səhifə (2)
    Növbəti