Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Niyazi Mehdi

Hətta türmələr də…

Filosof Niyazi Mehdi

Filosof Niyazi Mehdi

30.05.2010
MİLLİ İDEOLOGİYANIN ACIĞINA

90-cı illərin axırında ideya qıtlığı yaşayan Prezident Aparatı qəfildən belə bir çağırışla çıxış etdi ki, bizim bütün bəlalarımızın baisi milli ideologiyamızın olmamasıdır.

Bir tanışım bir-neçə il sonra «Space»in gecə proqramında neyçünsə birdən Heydər Əliyevdən sitat gətirdi: «Bakı mənə nə edib?» soruşmazdan əvvəl özünə sual ver: sən Bakıya nə etmisən? O zaman mən qayıtdım ki, əvvəlcə Bakı etməlidir ki, sonra «bəs, sən Bakıya nə etmisən» soruşa biləsən.

Əslində Bakı ilə bağlı «sən nə etmisən?» sorusu Con Kennedinin Amerika gənclərinə söylədiyinin çevrimi, perefrazıdır: «özündən soruş: mən Amerika üçün nə etmişəm?!». Bu sözlər Azərbaycan dövlət adamlarının indi də yaman xoşuna gələr. Ancaq onlar unudurlar ki, Kennedinin bu ərkindən qabaq neçə onillər Amerika gənclərinə çoxlu faydalar vermişdi və ancaq bundan sonra Kennedinin minnət etməyə ərki çatmışdı.

Bax, milli ideologiyanın olmasında Azərbaycanı fəlakətdən çıxarmağın əlacını görənlərə cavab olaraq bəndəniz bir-iki yazıda və bir-iki TV çıxışımda, bir az da acığa düşüb qəsdən kobud materializmə söykənən formula atdı: adamları milli ideologiya ilə vətənsevər edib vətən üçün ürəkdən çalışan etmək olmaz. Siz Azərbaycanı YAŞAMAQ ÜÇÜN SƏRFƏLİ MƏMLƏKƏT edin, görün, öz dilində danışmaqdan həzz alan, bu məmləkəti ürəkdən sevən nə qədər yeni adamlar peyda olacaq.

YAŞAMAQ ÜÇÜN SƏRFƏLİ MƏMLƏKƏT İDEYASINA İRONİK ARQUMENTLƏRDƏN

Söylədiyimə sübut kimi deyim: bizim müğənnilər ekrandan hissiyyatla «millətimə qurban olum» deyəndə onlara inanıram, çünki çörəkləri bu millətin toylarından çıxır və toylar Azərbaycanı onlar üçün SƏRFƏLİ MƏMLƏKƏT edir. Mən bizim nazirlərin, oliqarxların yabançı ölkələrdə yaşayan balalarının bəzən vətənsevərliyinə də inanıram. Çünki bu Azərbaycan bu milli psixologiyası ilə onları bu qədər varlı edib, niyə də patriot olmasınlar?!

HEÇ DƏ NƏZƏRİ OLMAYAN NƏTİCƏ

Buradan çıxan sonuc: məmləkəti hamıya sərfəli etmək olmaz, ancaq böyük çoxluğa sərfəli edəndə həmin böyük çoxluğun da böyük çoxluğu vətənpərvər olur və ölkə üçün vətənpərvərlikdən doğan yaxşıları edir. Etməyəndə isə Kennedilər ərklə soruşur: sən bu məmləkətə nə etmisən?!

YAŞAMAQ ÜÇÜN SƏRFƏLİ MƏMLƏKƏT İDEYASINA AÇIMLAR

İndi isə «yaşamağa sərfəli məmləkət» deyimini qaba materializmdən çıxaraq. «Sərfəli məmləkət» yalnız qarınla bağlı olmur, İnsan Haqlarına böyük qarantiyalar olan məmləkət də «sərfəli məmləkətdir». Yoxsulluq uzun sürən toplumlarda İnsan Haqlarına böyük qarantiyalar olursa, bəzən xaosa gətirib çıxara bilər. Ancaq mənim dərin inamıma görə, İnsan Haqları elə mexanizmdir ki, yoxsulluq sürən toplumda əvvəl-axır işləri düzəldən hökumətlərin tapılmasına və seçilməsinə gətirib çıxarır. Azərbaycanda isə «sərfəli məmləkət» ideyasına cavab verən heç nə görmürəm. Bütün məmurlar, bir xeyli Ali məktəb müəllimləri, bir xeyli zabitlər və s. bu məmləkətin «yaşamaq üçün sərfəli olmaması» ideyası üçün əllərindən gələni edib sonra da mat qalırlar: «bunlar niyə belədir?!»

Sözsüz, elə «idealist» azərbaycanlılar olub və var ki, bu məmləkət sərfəli olmayanda belə onu ya türkcəyə, ya muğama, ya İslama, yə Şərqçiliyə görə sevib özlərini fəda ediblər. Ancaq belə idealistlər həmişə olsalar da, söhbəti onlardan etmirəm. Böyük çoxluqdan edirəm. Bu böyük çoxluğun isə psixolojisi elədir ki, məmləkətə deyir: əvvəl sən mənə yaxşı ol, sonra mən sənə yaxşı olaram.

Bu milləti ürəklərində söyən rəsmilər, müəllimlər, məmurlar bilməlidirlər ki, tutduqları yerlərinə görə «əvvəl sən mənə yaxşı ol» sözləri birinci onlara yönəlir və birinci onlar sorumludurlar.

Və axırda bir nəsnəni də deyim. Batıda türmələrin insan ləyaqətinə uyğun olmasının bir hikməti ağlıma gəldi. Güman ki, türmələr belədir ki, insan ora düşəndə belə, ölkəsinə nifrət etməsin. Türmələr də «yaşamğa sərfəli məmləkət» ideyasına qulluq etməlidir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Rahid Şəhər: Isvec
09.06.2010 05:36
Memleket haqsizliq ve edaletsizlik icinde olduqdan sonra,onun yalan olan dunya shohretli siyasetcisi gercek olsa bele neye lazim... Veteni dastanlara ve dastanlardan cixan qehramanlara gore sevmek ancaq olkeni dagidan yaramazlarin ishine yariyr...

Kimdən: elcin Şəhər: baki
03.06.2010 13:22
əla professor. super dediniz

Kimdən: cangulum Şəhər: elden-obadan
02.06.2010 21:44
Azerbaycan yasamaq ucun deyil, bir qrup insanin PUL QAZANMAQ ucun serfeli memleketidir - yasamaq ucun ise onlar Londonu, ya basqa Avropa sheherini secir
"yasamaq ucun serfeli memleket" kimi ifade ancaq bizim beyni xeshil memurlarimizin aglina gele biler

Kimdən: Firudin Şəhər: Keshlaburg
01.06.2010 00:25
"Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı" tipli arxetipləşmiş klişelərdən qurtulmalıyıq.
Vətən qəbristanlıq zaddır?

Kimdən: Nərmin
31.05.2010 15:14
Əsl təhlil.

Kimdən: sevda Şəhər: norvec
31.05.2010 02:40
Biz milli ideologija dejende øzymyzy tembellikden gah bir gah da ajri millete japisdiririx. Gah tyrk gah da ne bilim hansi adlar tapilix. Dynjada bir hansi milletin 2 adi var? Becdir øzymyze ad aztarmaga. Dyzdyr bu ideologjani islemek bir o geder de acan is dejil.Bizim tarixi kitabllar nagillarda dejilen kimi 7 gifil altinda gizledilib: øz elifbamizi ermeniler gøturub, galan kitablar da kavkaz, turk, fars dillerindedir. Ve myxtelib vaxtlar myxtelif alfabet ile jazilib. Hele dilin øzynyn vaxt icerisinde øzunun dejismesinden demirem. En evvel biz øz tariximizi Ideologijalara tabe etmeden øjrenmelijik.Sonra da ideologija gelecek..Cavansirler, Koroglular, Virolar øz laigli jerini tapmalidir...

Kimdən: aysel alizade Şəhər: baki
30.05.2010 23:24
Bele neticeye gelirik ki, Niyazi bey, varlilarin patriotizmindeki semimilik yoxsullarin antipatriotizmindeki semimiliyin eynisidir.
Cavab

Kimdən: Shah Ismayil Şəhər: Sankt Peterburq
31.05.2010 03:37
Bu rejimin idyalogiyasinin bashinda ne yolla olur-olsun,cemiyyetde xeste texayullulerin sayin coxaltmaq durur.Cox maraqlidir ki,son illerde ziyali sozunun azligindan,onun keserden dushmeyinden tez-tez ve yana-yana danishiriq.Ancaq nedense yashadigimiz zaman kesiyinde bu cur yazilarin her birimizin heyatina aid oldugun bile-bile, yene de oz "dushuncelerimizin" esirine cevrilirik.

Kimdən: Əli Şəhər: Bakı
30.05.2010 22:52
Əslində, perefrazın perefrazı:
"Are you a politician asking what your country can do for you or a zealous one asking what you can do for your country? If you are the first, then you are a parasite; if the second, then you are an oasis in a desert."
Khalil Gibran, 1925

Kimdən: Firudin Şəhər: Keshlaburg
30.05.2010 22:07
Bravo, professor!

Kimdən: akif
30.05.2010 21:52
Niyazi bəy cəmiyyətə basqılar bir az da artarsa yəqin ki,Ezop dilində yazmaq lazım gələcək.Yazınlzdan görünür ki hakimiyyətə yaltaqlanıb çörəyini qazanmag istəyir,Siz də təsirlənib əsl səbəbi axtarib tapmaqda hakimyyətə köməklik göstərmək istəmisiniz.Birisi oturduğu budağı kəsirmiş başqa birisi ona deyir ki,budağı kəssən yıxılacaqsan.Kəsən adam yıxılır başlayır qışqırmağa ki,bu adam peyğəmbərdir ,mənim yıxılacağımı qabaqcadan dedi.Amma Azərbaycan hakimiyyətinin heç peyğəmbərə də ehtiyacı yoxdur.
    Növbəti 
Səhifə (2)