Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:11

Verilişlər / 14-24

Bura zibil atanın...?

Foto Abbas Atilayındır
x
Foto Abbas Atilayındır

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Bura zibil atanın...» Bakıda addımbaşı bu hədəyə rast gəlmək olar. Bu, şəhəri təmiz görmək istəyənlərin ekoloji aksiyasıdır: təmizliksevərlər paytaxtı zibilləyənlərin yaxınlarını, qohumlarını üç nöqtəli cümlələrlə hədəfə almaqla Bakını zibildən çıxarmaq istəyirlər.

«Yaşıl Velosipedçilər» Klubunun üzvü Nigar Sadıqlı deyir ki, bu, daha da qızışdırıcı amildir:

«Ukraynada belə bir yazı görmüşdük: «Bura zibil atmadığınız üçün sizə təşəkkür edirik». Orda daha pozitiv, insanları vicdana çağıran mesajlar gördük. Ancaq bizdə insanlara təhqir dolu mesajlar var. Bu, bir az insanları daha çox zibil atmağa sövq edir».

«Yaşıl Velosipedçilər» Klubuaprelin 15-dən «YAZ» aksiyası keçirir. «YAZ» aksiyası ekoloji maarifləndirmə məqsədi daşıyır.

Klubun idarə heyətinin üzvlərindən Nigar Sadıqlı «14-24»-ə danışır ki, bütün dünyada aprelin 15-dən iyunun 5-dək ekoloji təbliğat müddəti sayılır:

«Bu aksiyanı biz Azərbaycanda tətbiq etmək istədik. Ətraf mühitə qayğı ilə bağlı insanları maarifləndirmək istəyirik insanları. Klub üzvləri ilə görüşdə hər dəfə nə edək sualı qarşısında dururuq ki, biz nə edək ki, maarifləndirməni daha effektli edək».

Klubun digər üzvü Rizvan Mehdizadə deyir ki, ölkədəki ekoloji problemlərin həlli üçün dövlət proqramı var, gənc velosipedçilər sadəcə ekologiya ilə bağlı mədəniyyəti formalaşdırmaq istəyir:

«Ölkədə ekoloji böhran var. Bizim əsas məqsədimiz hansısa çatışmazlığı aradan qaldırmaq deyil. İnsanların düşüncəsində məhz ekoloji qayğını formalaşdırmaqdır».

Gənc velosipedçilərin müzakirəsini buradan dinləyin.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fatime Haradan: baki
31.05.2010 14:58
Azerbaycanda her shey zor yolu ile heyata kechirildiyinden, xeberdarliglar, notlar da zor dilinde olmalidir. Yoxsa hech kes basha dushmez. Ve ya hech kes mehel goymaz.

Kimdən: Ali Haradan: Bakidan
31.05.2010 13:12
Bunun helli sheher rehberliyinin elindedir
Meselen baglarda zibil mashinlari zibil dashimir
Men shehidi olmusham ki, zibili oralara atmaq istemeyen, salafan torbalara qoyub 30 kilometr mesafede yerleshen shehere getirir ve yolustu bir zibilliye atir
Amma razilashin ki bu normal deyil
Bu adam her gun zibil getirir shehere, hem de xaotik shekilde yaranmish zibilliklerin yanindan kecir her gun
Ammma, bir gun ozu de ATACAQ zibili hemen yere
Deli deyil ki, her gun 30 km zibil dashisin
Bele de olur.

Kimdən: milletci Haradan: hemedan
31.05.2010 00:43
Bakini zibilden cixarmagin bir nece yolu var ki bunlari da Baki sheher icra hakimiyyetinin mesul ishcileri bilirler, amma bu ishi bilerekden yerine yetirmirler.Ilk once Avropa olkelerindeki sistemi Azerbaycanda tetbiq etseler gozel netice verer..Amma men o sistemi yazmiram ,zehmet cekib B.SH.I.H mesul ishcileri girdikleri koldan bashlarini cixardib etrafa bir nezer salsinlar.
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
31.05.2010 04:00
Sheherde temizlik o qeder ciddi ve mesuliyyetle heyata kecirilmelidir ki,adi bir siqaret kotuyun yere atan insan onu qinayacaqlarindan etiyat edib,bu addimi atmaqdan cekinmelidir.
Cavab

Kimdən: Tupic Haradan: Baki
01.06.2010 03:32
Bakida kimse kimise kuchede bele sheyin ustunde ginasa hemin adam sehv bele olsa ortaya dava dusher. Bu bizik. Neyniyek,milletin xasiyyetidi.Hech kim o birisinin sozunu hezm elemek istemir.
Temizliyi saxlmag uchun de sistem -filan yaratmag bosh sheydi. Gerek ailede, mektebde ushaglarin az yashlarindan bu istigametde terbiye verilsin.

Kimdən: Bakili Haradan: Cexiya
31.05.2010 00:10
Butun inkishaf etmish dovletlerde olduqu kimi, Bakida da lazimi yerlerde yeterince zibil qutulari olsaydi, camaat elindeki zibili harageldi atmazdi.Ve yaxud zibiller vaxtinda dashinsaydi, kulek de onlari harageldi aparmazdi. ve saire...

Kimdən: Teymur
30.05.2010 22:25
MƏMLƏKTİN MƏNVİ TƏRBİYƏ TƏFƏKKÜRÜ YALNIZ SÖYÜNCLƏ HƏLLİNİ TAPIR. Cün ki, QƏBUL EDİLƏN QANUNLAR XALQIN AZADLIQ DEYDİYİ MƏMLƏKTİNDƏ MÜRTƏCELİKLƏ RÜŞVƏTLƏ HƏYATA KECRİLİR. BUNUN ÜCÜN BELƏ MƏDƏNİYYƏT DÜŞÜNCƏ TƏFƏKKÜRÜ HÖKÜM SÜRƏCƏK. NECƏ Kİ, QANUNLAR BİR QAYDA OLARAQ ÖZ KƏSƏR MEXANİZİMİNDƏN MƏHRUM EDİLİB.