Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:14

Bloqlar / D.Dilim-Dilimov

Prezidentə nitq mirzəsi

x
Şriftin ölçüsünü dəyiş - +
Hər bir ölkənin başçısı azından ildə bir dəfə nitq söyləyərək əhaliyə müraciət edir. Bəzi ölkələrdə belə nitqlərin sayı çox olur, bəzilərində elə bircə dəfə.

Elə dövlətlər var ki, ölkənin bir nömrəli çıxışı yeni il axşamı, bəzilərində parlament sessiyasının açılışı münasibətilə, elələri də var ki, milli bayramlarda olur.

Azərbaycan prezidenti İlham Əliyev bayramdan bol olan Azərbaycanda belə nitqlərdən ildə ən azı 4 dəfə edir. Amma bu nitqləri vaciblik dərəcəsinə bölüb, onları nömrələməyə ehtiyac yoxdur.

Çünki bütün nitqlər müxtəlif günlərə həsr olunsa da, az qala bir-birinin təkrarıdır.

İlham Əliyevin 28 May Respublika günü ilə bağlı nitqi də əvvəlkilərdən fərqlənmirdi.

Nəinki indiyədək deyilməmiş yeni bir fikir, hətta indiyədək istifadə olunmamış bir təbir, heç olmasa hər hansı güclü bir söz birləşməsi belə yox idi.

«Müsəlman Şərqində ilk demokratiya...» (əslində, ya müsəlman dünyası, ya da Şərqdə olmalıdır), sonra – «Qaçılmaz süqut», sonra – «Sovet dövründə inkişaf», sonra - yenə «Müstəqillik», sonra - az qala «süqut», sonra – «yenə də inkişaf»...

Bu arada oxuculardan təklif gəldi ki, İlham Əliyevin 28 may nitqini Gürcüstanın analoji bayramı münasibətilə Saakaşvilinin dediyi sözlərlə müqayisə edək.

Baxmayaraq ki, Gürcüstanla Azərbaycan arasındakı paralellər ən soyuqqanlı oxucuda belə allergiya yaradır, oxucunun məsləhətinə qulaq asdıq və bəri başdan deyək ki, qətiyyən heyfsilənmədik.

Saakaşvilinin çıxışında, məsələn belə bir ifadə vardı:

«Burada gürcü hərbçilərinin peyda olmasından qıcıqlanan tənqidçilərimiz iddia edirlər ki, bu gün Rustaveli prospektində keçirilən parad silah cingiltisi və ya kiminsə şıltaqlığıdır. Yaxşıca dinləyin hamınız gürcü ordusunun və hərbi texnikanın bu nizamını. Bu, silah cingiltisi deyil, dostlar. Bu, Gürcüstan dövlətçiliyinin döyünən ürəyinin səsidir...»

Növbəti həsəd notları - fikirləşəcəksiz? Xeyr, sadəcə təəccüb:

Bu qədər saray şairi, bu qədər yazıçı-deputatı olan bir ölkədə niyə İlham Əliyevə təsirli çıxışlar yazan NİTQ MİRZƏSİ yoxdur?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (5)
    Növbəti 
Kimdən: Qirsaqqizov Yapishqan Haradan: Elchekmez oglu
10.06.2010 11:29
Men fexr edirem ki, men Yapchiyam!!!

Kimdən: Noker
04.06.2010 02:03
President Xalqin nokeridir! xaliq onu sesi ile sechir ki, o da ona ishlesin. ishleye bilmeyende de atir bayira yenisini sechir.

Bizim nokerimiz de eline balta alib deyir hunerin var meni qovla haminizin bashina oyun acharam. evimizin malini (neftini) satib ozune var dovlet toplayir.

Cavab

Kimdən: azeri Haradan: baki
04.06.2010 03:11
bizim bashimiza oyun achmagi cehennen "baltani eline alib" beynelxalg ictimaiyyeti, gerb olkelerini, beynelxalg teshilatlari da oyuna salmaga chalishir. Nece deyerler ne goz gorsun, ne de eshiden olsun. Dere xelvet tulku bey! Bu isde de ona xususi muzdur komandasi xidmet edir!

Kimdən: bazarbaycanli Haradan: bazarbaycandan
03.06.2010 20:41
ceferliye@

sen deyesen, beynelxalg teshkilatlarin ve ya gerb olkelerinin ustune salmaq ucun igtidarin tutudugu xususi teyinatli muzdlularindansan? Duz tapdim?

Ozunde I.Eliyevin "ataligindan" yaman razi galibsan! O "atalig" gaygisindan bize de xahish ele, goy hech olmasa 10 manat olan sosial muavineti ele bir regem halina getirsin ki, ushaglar acindan olmesin, ay "atali" ceferli!

Kimdən: heyatsever Haradan: baki
03.06.2010 20:05
Ceferliye@

Hansi emeli "esasdir" ay Ceferli?? Korrupsiya emelleri? Yaltag komanda toplamag emelleri? Her yani rushvetxanaya dondermek emelleri? Jurnalistleri, bloggerleri zindana salmag emelleri? Ziyalini, hekimi, muellimi, aktyoru, alimi 100-200-300 manata mohtac edib ac-yalavag saxlayib, rushvete mecbur eden emelleri?
Belke balaca Heydere, gizlarina ve sene de ela atadir bu prezident amma xalg ucun ata yox , onlarin pulunu ve haggini menimseyen birisidir. Bildin, Ceferli?

Kimdən: Rza Haradan: Baki
03.06.2010 03:31
Mence muellif yanilir, ya da qara yaxir. Meselen, Ilham Aliyevin bele bir guclu ifadesi var "Men onlarin hamisina dedim, bir dene de olsun polis ishcisi cezazazaalandirilmayacaq!".
Cavab

Kimdən: polis ischis Haradan: odeleniya
03.06.2010 22:42
Qadasin alim prezidentimizin. bes bizim ushaqlarimiz yoxdur? bizim de pulumuz dubinkadan chixir da!

Kimdən: Maharram AGHALAROGHLU Haradan: Bakı
02.06.2010 23:08
Salam. Mənə maraqlıdır. görəsən Barak Obama səlis danışa bilirmi? o da maraqlıdır ki, "Azadlıq" Radiosunda şərh yazanların hər biri sanki bir kompüter arxasında oturublar. Özü də Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyalarının qərərgahında. Nə üçün şərh yazanların 99.9 faizi bu hakimiyyəti pisləyir? Daha doğrusu prezidenti. Mən demirəm ki, Azərbaycan hakimiyyəti idealdır. Mən deyirəm ki, bu gün üçün ideal hakimiyyətdir. çünki iqtidarda YAP-ın yerində oturacaq komanda yoxdur. adı olsda da fəaliyyətdə sezilmir. Əgər hakimiyyətə YAP-dan əvvəlki qvardiya hakimiyyətə gələcəyi təqdirdə bu xalqa yollar, körpülər, iş yerləri, yaxşşı güzəran yaparlar, əksinə, mal təzəyindən yappa yaptırarlar bu xalqa. Cənab İlham Əliyev rəqiblərindən fərqli olaraq həm ingilis, həm fransız, həm rus, həm də doğma ana dilində əla danışır. həyatda bəzi insanlar var ki, özündən güclüyə, gözələ, pulluya müxtəlif vasitələrlə qra yaxmağa çalışır. ancaq unutmasınlar ki, ağ qara götürmür....
Cavab

Kimdən: barak obama Haradan: USA
04.06.2010 02:09
Barak Obamanin selis danishmagini bilmek uchun ingilis dili oyrenmek lazimdir ay Mahharam!! Barak obama hech kim ola ola, selis, xarizmatik danishiq qabilliyyetinin hesabina, amerikada en guclu siyasi figurlara ustun gelib prezident oldu. Amerikada agzindan horre tokulen siyasetchi hech orta mekteb direktoru da ola bimez.
Cavab

Kimdən: Ag ve Qara
03.06.2010 02:25
Gel Ag ve Qarani ayird edek:

Qaralari sayim:
- Rushvetxorluq Karrupsiya. Bu yerde Azerbaijan dunyanda en on sirada gedir. yegin ki, ozun de bilirsen. birce defe beynalxaql hesabat oxumaq gerekdir. Rushvetsiz bir dene ish gormek olmur.
- Qanunun Aililiyi. Azerbaijanda butun qanular yalniz reyiyet uchundur. Hetta yol polislerinde de siyahi var ki, hansi nomreli mashinlari saxlamaq olmaz. yeni onlar qanunda ustun olan adamlar uchundur.
- Halalliq. Neft puluna dubayda villa almagi deyim. Sechki saxtakarligini deyim.
- Demokratiya. yeni insan haqqlarina hormet, azad metbuat ve.s. ozun bilirsen de veziyetimiz ne yerdedir. Insanlar ile polisden tutmush icra hakimine kimi ne cur davranir.

-Dozumluluk. Turmeye atilmish doyulen jurnalistler blogerler ve.s.

gel indi de Aglari sayaq:

- hmmm.......................................................................................................tapa bilmirem vallah belkem sen deyesen?
Cavab

Kimdən: bashqalari
03.06.2010 02:14
Gel sen prezidenti bashqalari ile de muqaise eleme. o hech vaxt savadli insanlarin muxalifet bashina gelmesine imkan vermez. bu gun Azerbaijanda muxalifete yol tutan insanlar yalniiz ya son derece merd olmali ya da butun her sheyinden kechmeldir. Bu ele prezidentin yeritiyi siyasetdir ki, sabah da senin kimilerin qabaga salsin ki, bes onsuzda bashqa birisi yoxdur..
Cavab

Kimdən: Mirzə Haradan: Yapxana
03.06.2010 00:41
he qoy men sene deyim qaqa sen de oyren:

1icsi bura yazanların çoxu xarici təhsili dünya görmüş savadlı insanlardır. Çünki Azərbaycanda Azadliq radisoundan profesional başqa bir yer qalmayib. Mən özüm şəxsən oturub Londondan yaziram. işdən.

2ci. Nefti satib puluna od qiymətinə yol çəkmək körpü tikmək hələm inkişaf edyil nə də savad təcəssümü deyil. Neftin pulunu bir başa insanlara sərf etmək lazımdır ki qoy inkişaf onların zəhməti hesabına yaransın. Prezidentimizin sən deyən savadı isə ona çatmır.

3cü. Xarıcı dil bilmək heç savad əlaməti deyil. Prezidentimiz dil bilsə də həyata keçirdiyi dövlət siyasəti İnkişaft etmiş ölkələrin siyasətinə yox bir başa geri qalmış diktatorların apardıği siyasətdir (Türkmənbaşı, Lukaşenko). Yəni azad fikri boğmaq, prezidentliyə qoyulan limiti ləvğv etmək, karrupsiya və.s.

4. və sondə savadlı dünya görmüş insanlar onun çixişina baxan kimi onun kimliyini anlayir. o adamın danışığını görəndə dediyinə bir damcı inanmadığını o saat görmək olur. Çünki özü də bilir ki yalan deyir.

5. burda yazılanlar qara yaxma yox tam həqiqətdir və çox səviyyəli və savadlı insanlar tərəfindən yazılıb.

Kimdən: Mirze Haradan: Baku
02.06.2010 15:40
"Müsəlman Şərqində ilk demokratik respublika" ifadəsində heç bir problem yoxdur. Burada Şərqin müsəlman ölkələri nəzərdə tutulur. Şübhəsiz ki, bu sözləri hərtərəfli fikirləşiblər.
Cavab

Kimdən: Tural Haradan: Baki
04.06.2010 02:38
Mence Sherq (boyuk herflerle) deyened ele muselman dunyasi nezerde tutulur. Eger istiqmet menasinda deyirsense, ora Asiya ve ya Uzaq Sherq deyirler. Odur ki, sen dediyin kimi herterefli fikirlesibler, soz yox. Amma ele megalede de soz ondan gedir de, o herterefli fikirleshenler yaxshi ishlemirler. Yuz faiz Elcin yazsaydi bu cixishi bashqa cure yazardi

Kimdən: Anonymous
02.06.2010 14:25
Bize ne neftr lazimdir , ne gaz. Biz yalniz senin ISTEFANI isteyirik.

Kimdən: Zaur Haradan: Gurbetden
02.06.2010 13:18
bir millet ne gundedirse,onlarin dovlet bawcilarida o,gunde olur.hec kimde gunah yoxdur,butun gunahlar menim yaltaglari,satginari cox olan milletimdedir.men tv-lere baxanda eseblewirem,acindan olur yemeye 1tike corek tapa bilmir yene terifler edirler. men muselman olduguma gore fexr edirem amma Azerbaycanli olduguma gore xecalet cekirem!

Kimdən: Dronqo Haradan: Brazilyadan
02.06.2010 12:57
Onun dil mirzəsinə ehtiyacı yoxdur.Baxı görün iqazla neftlə bağlı tədbirlərdə necə dəqiq rəqəmlər əsasında çıxış edir.Ancaq başqa sahələrdə maraqlı olmadığı üçün danışmağa həvəsi də olmur.
Səhifə (5)
    Növbəti