Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:40

Bloqlar / Elxan Nəsibli

Pivə, futbol və hökumət

x
Şriftin ölçüsünü dəyiş - +
Braziliya hökuməti pivəyə gömrük haqqını 8 dəfə azaltdı. 16 faizdən 2 faizə saldı.

Hökumət deyir ki, iyunda futbol üzrə dünya birinciliyi başlanır. Braziliyalılar da xoşlayırlar futbola baxa-baxa pivə içməyi. Qoy camaat cibindəki pula daha çox pivə ala bilsin. Bir sözlə, futbol əhli bir ay kef eləsin.

Bu xəbəri görəndən bəri fikirləşirəm ki, Azərbaycan hökuməti bilsə ki, pivə içən çoxalır, neyləyər? Gömrükdə haqq qalxar, ya düşər?

NİYƏ MƏHZ BRAZİLİYA?


Futbol azarkeşliyinə görə? (Prezident Lula dəhşətli futbol azarkeşidir).

Yoxsa pivə içməyi xoşladıqlarına görə? (Braziliya pivə içməyə görə, dünyada dördüncü yerdədir).

Yəqin ki, yox. Eləyə qalsa, azərbaycanlılar azarkeşlikdə ya pivə içməkdə braziliyalılarla azı heç-heçə oynayarlar.

Söhbət hökumətin elədiyindən gedir. Niyə orda hökumət edir? Başqa yerdə etmirlər?

Söhbət hökumətdə də yox, onun hakimiyyətə necə gəldiyi seçkidədir.

SEÇKİ VƏ PİVƏ

Seçki məsələsində Braziliya elə-belə ölkə deyil. Seçkinin aşkarlığına görə, Braziliya nəinki dünya lideridir, hətta bütün dünyanı az qala yarım əsr qabaqlayır.

Braziliyada seçici yeşiyə bülleten atmır.
O, kompüterdə düyməni basır.
Seçici kompüterdə düyməni basıb səs verən kimi Mərkəzi Seçki Komissiyasına qoyulan və hamının gördüyü monitorda o səs əks olunur.

Ən ucqar dağ kəndində, ən bisavad adamın qabağında səyyar kompüter qoyulur, oxuya bilməyən həmin adam prezidentliyə xoşladığı namizədin şəklinin üstünə barmağını basır və onun səsinin dəyişdirdiyi nəticəni  paytaxtdakı həmin o MSK-dakı kompüterdə hamı görür.

Braziliyada səs verib, oturub gözləmirlər MSK bunu necə sayacaq.

Xalqın beləcə seçdiyi hökumət də sonra futbol olanda pivəni ucuzlaşdırır.

Xalq hamılıqla özü seçəndə çətin yanılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Elsen Haradan: Baki
03.06.2010 16:43
Qaldirarlar elbettdeki :))

Kimdən: orxan Haradan: baku
02.06.2010 01:01
bilseler ki? bizde pive icecekler coxlu, vallah gomrukde pivenin ustune ele pullar qoyarlar ki, prosta risk elemirler birden icimedi tokuldu qaldi

Kimdən: Pivesever
02.06.2010 00:04
Pive insaniyyetin yaratdigi en gozel sheydir :)

Kimdən: LOGO Haradan: RF
01.06.2010 18:45
Esas mesele sechkide seslerin sayilmasindadir. Sechki sheffaf keche biler, bes sesler nece sayilir? Arxiv ne qeder saxlanilir? Tak chto, ay millet, size lazimdir monarxiyaya kechmek. Qoy onlar da rahatlansinlar, ishlerini bilsinler. Ereb emirlikleri de monarxiyadi- pisdi beyem?

Kimdən: Доктор Айболит Haradan: Беласувар
01.06.2010 18:05
Во всем мире 25 процентов убийств и 5 процентов получения инвалидности связано с употреблением алкоголя.В Европе, странах бывшего Советского Союза самый высокий показатель смертности и убийств, связанных с употреблением алкоголя, составляет 15 процентов.Исследователи обнаружили, что молодые люди чаще болеют и умирают от связанных с алкоголем заболеваний, чем пожилые люди. Ученые серьезно обсуждают, каким образом уменьшить это тяжкое бремя бед от употребления алкоголя.





Cavab

Kimdən: Nabatəli Qulamoğlu
03.06.2010 14:26
Доктор, дорогой. хоть вы прочли статью? Суть вопроса совсем актуальный, а вы слишком ушли от темы. Мой совет: прочти еще раз- спасибо скажешь автору.
Cavab

Kimdən: Elxan Nəsibli Haradan: Praqa
01.06.2010 18:23
Əziz Doktor
Eleye qalsa gərək heç kim futbol oynamasın. Çünki travma burda ən çoxdur. Hətta meydanda ölən də var.

Kimdən: İnsan Haradan: Yer kürəsindən
01.06.2010 16:44
Əslində biz heç bilmirik ki kimə səs verək. Seçkidə iştirak edənlərin heç birinə inam yoxdur. Bircə əlac odur ki dövləti computer idarə etsin və bu computer Ayda quraşdırılsın ki heç kim ona müdaxilə edə bilməsin.
Cavab

Kimdən: Elxan Nəsibli Haradan: Praqa
01.06.2010 18:19
İnsan bəy, sizinlə razıyam
Azərbaycandakı kompüter hələ ki Braziliydakı kompüter deyil.

Kimdən: arzu
01.06.2010 16:33
Hormetli Elxan muellim, xahis edirik Braziliyada seckilerin komputer vasitesile bilavasite kecrilmesi barede etrafli bir meqale yazasiz. cox maraqli metoddur. tesekkurler.
Cavab

Kimdən: Elxan Nəsibli Haradan: Praqa
01.06.2010 18:16
Hormetli Arzu xanim
Bir neçe il əvvəl bütün dünya Braziliyada seçkilərin bütünlüklə kompüter vasitəsilə keçirilməyindəın yazırdı. Hamı tərifləyir, amma heç kim buna keçmir. Yəqin sərf eləmir. Amma siz deyən yazını yazacam.

Kimdən: Anonymous
01.06.2010 16:07
Teecunlusu bilirsizi nedi? neye gore orda gece gunduz pive ichirler kokelmirler.amma bizde bir az pive ichen kimi qarin balkon kimi chixir qabaga.))))))))))))))))))))))))))))))))
Cavab

Kimdən: Pronobis Haradan: Napoli
01.06.2010 22:03
Futbol oynayırlar........ həm də onlar NZS içmirlər )
Cavab

Kimdən: eshqin
01.06.2010 21:03
biz piyveni icennen sora eve gelende 3 kiloluq balonnan doldurub eve getiririk,,,,,,,,, birde olarda noxud var goresen..

Kimdən: Pronobis Haradan: Napoli
01.06.2010 15:29
Lap əla nümunədir

Kimdən: Abdussaməd Haradan: Bakı
01.06.2010 15:19
Heyf ki, başqa nümunə tapa bilmədiniz.