Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:53

Verilişlər / Kontekst

Eynulla Fətullayev: «Aclığa başlayıram. Amma məni azad etsəniz...»

Şriftin ölçüsünü dəyiş - +
«Hörmətli sədr, məhkəmədən, eyni zamanda Azərbaycan hakimiyyətindən tələb edirəm ki, mən dərhal azadlığa buraxılmalıyam. Bu, Avropa Məhkəməsinin də tələbidir. Hörmətli sədr, mən bu gündən aclıq elan edirəm. Amma siz məni azad etsəniz, şübhəsiz ki, mən bu aclıq aksiyasını keçirməyəcəyəm».

Bunu həbsdəki jurnalist Eynulla Fətullayev Qaradağ rayon Məhkəməsində onun narkotik saxlaması ilə bağlı iyunun 2-də davam edən məhkəməsində deyib.

O, bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi iki aydır ki, onun dərhal azadlığa buraxılması və Azərbaycan hökuməti tərəfindən ona kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Ancaq Azərbaycan hökuməti qərarı icra etmir.

BÖYÜK PALATAYA ŞİKAYƏT VERİLMƏYİB

Jurnalistin sözlərinə görə, hökumət nümayəndələri qərardan Böyük Palataya şikayət etdiklərini deyirlər. Ancaq bu günlərdə ona məlum olub ki, bu deyilənlər həqiqətə uyğun deyil:

«İki aydır Azərbaycanın hakimiyyət nümayəndələri deyir ki, guya Böyük Palataya müraciət ediblər. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri açıq-aşkar Azərbaycan xalqını aldadıb və deyib ki, guya Azərbaycan tərəfi Yuxarı Palataya şikayətlə müraciət edib. Çingiz Əsgərov özü Səməd Seyidovun sözlərini təkzib edib və bildirib ki, bu günə qədər Azərbaycan Yuxarı Palataya müraciət etməyib. Hörmətli sədr, belə olan halda, mən tələb edirəm ki, mən azad olum».

İyunun 1-də Avropa İnsan Hüquqları Məhkəməsi mətbuat xidmətinin rəhbəri Stefano Pyedimonte də «Mediaforum» saytına deyib ki, jurnalist Eynulla Fətullayevin işi ilə bağlı Böyük Palataya heç bir ərizə daxil
Hakim İsmayıl Xəlilov
olmayıb.

JURNALİST TƏLƏBİNİN PREZİDENTƏ ÇATDIRILMASINI İSTƏYİR

Eynulla Fətullayev dedi ki, onda belə fikir yaranıb ki, Avropa Məhkəməsinin onun azadlığa buraxılması ilə bağlı qərarı barədə ya prezident İlham Əliyevə düzgün məlumatlar çatdırılmır, ya da ümumiyyətlə, prezidentin belə bir qərardan xəbəri yoxdur. O, jurnalist həmkarlarından xahiş etdi ki, bu məsələni araşdırsınlar:

«Hörmətli sədr, mənim öz həmkarlarımdan bir xahişim var. Jurnalistlər toplaşsınlar, Prezident Aparatına getsinlər və prezidentlə görüş tələb etsinlər. Prezident onları qəbul edərsə, lap yaxşı, qəbul etməzsə, heç olmasa Ramiz Mehdiyevlə görüşsünlər. Mənim bu tələbimi ona çatdırsınlar ki, Eynulla Fətullayev bir məsələni öyrənmək istəyir. Azərbaycanın dövlət başçısının İnsan Haqları Məhkəməsinin qərarından məlumatlıdır, ya məlumatlı deyil? Mən bu məlumatı alan kimi aclıq aksiyasını dayandıracağam, hörmətli sədr».

Hakimin Eynulla Fətullayevin dediklərinə münasibəti isə belə oldu:

«MƏN SADƏ HAKİMƏM».

Eynulla Fətullayev: «Hörmətli sədr, Siz dövlət hakimiyyətinin təmsilçisisiniz. Siz Azərbaycan dövləti adından hökmlər çıxarırsınız və biz Sizə Avropa Məhkəməsinin qərarını təqdim etmişik. Həmin qərardan çıxış edərək Siz mənim taleyimi həll edirsiniz. Həmin qərardan çıxış edərək Siz mənim azadlığım haqqımda qərar çıxara bilərsiniz. Avropa Məhkəməsi və bütün dünyadakı ədalətli məhkəmələr buna görə sizə minnətdar ola bilər, hörmətli sədr, heç kim Sizi qınamaz».

Avropa İnsan Haqları Məhkəməsinin hakimləri
Avropa Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Azərbaycan dövləti 2 min 822 avro miqdarında məhkəmə xərclərini də ödəməlidir.

Avropa Məhkəməsinin qərarı Eynulla Fətullayev barəsində Azərbaycanda çıxarılmış iki həbs qərarı ilə bağlıdır. 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə E.Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci hökmlə Eynulla Fətullayevin cəzası 8 il 6 ay müddətinədək artıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Avropa Məhkəməsində Azərbaycanın daimi nümayəndəsi Çingiz Əsgərov və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasına Eynulla Fətullayevin işi ilə bağlı ərizə müraciət edildiyini demişdilər.

Ötən il dekabrın 29-da 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapıldığı iddia olunur. Bununla əlaqədar işə hazırda Qaradağ Rayon Məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Elba Haradan: Berlin
04.06.2010 01:32
Qarabagi da Ermenilere verib sonra hell edecem behanesi ile nece iller dovleti firlatdi indi de dovlet onlari gerek firlatsin ki, qarabagi geri versinler. Yaziqsiniz Avropada insanliq deyilen bir shey gormedim. Calishin musteqil olun bunlardan size hec vaxt dost olmaz. Bunlari yalniz ve yalniz pul maraqlandirir.
Cavab

Kimdən: azeriden Haradan: baki
04.06.2010 13:58
"mustegil, mistegil" deyib bashimizi piylediler. Indi ise mustegil yox ozbashina olmushug. Tam ozbashinaligdir olkede. Shikayet olunasi yer yoxdur!! Berlin de bu gundedir ay Elba??
Cavab

Kimdən: rushvetveren Haradan: baki
04.06.2010 02:34
mustegil olmagina olmushug, amma korrupsiya ichinde mehv de olmushug.
Burdakilari pul ordakilardan chox maraglandirir. Indi biz neyleyek ay Elba??

Kimdən: tarix Haradan: baki
03.06.2010 15:44
sahibe@

Eynulla nech vaxt hech bir nazirin "himayesinde" yazmayib. Eynulla uzun iller bundan once nazir komekchisi ishleyib. Lakin bu ishin onun potensialina ve usyankar xarakterine uygun gelmediyi ucun konullu ishini buraxib. Daha chox azad prinsipler esasinda chalishmagi sevdiyi ucun ve fikirlerini ortaya goymag ucun uzun iller yollar ve fealiyyet saheleri axtarib.ANS-de de ishleyib. Gisa zaman erzinde ordan da uzaglashmali olub. Ve nehayet Realniy Azerbaycanda oturushub amma keskin ve achig fikirlerine ve yazilarina gore coxdan igtidarin hedefinde idi.

Kimdən: herzamandogru Haradan: baki
03.06.2010 15:11
bu moddedir nedir bilmirem, amma onu bilirem ki, o hakimiyyete ishleyir. Su bulandirir ve onu bunu "ermenisen" deye hedeleyir. Ay yazig, "ermeni" oz milletini diz uste chikduren, garaya ag, aga gara deyen yaltag ve satgin xisletle insanlardan gat-gat yaxshidir!

Kimdən: ehli Haradan: baki
03.06.2010 07:51
yeke kishisiz, Eynulla harada yazib ki, Xocali girginini AXC batalyonlari heyata kecirib?, bir bu foruma yerleshdirin bizde oxuyag. Ele hey yazirlar, ancag 2 ildir men axtariram, ancag bir shey tapmiram...

Kimdən: Aslan Haradan: b
03.06.2010 05:14
Eynulla Bey i.eliyevin her sheyden xeberi var,yani adi JEK mudurunden tutmush butun vezifelerin qiymetini h.eliyev fondu heyata kecirir,amma acliq aksiyasini gozel dushunmusen,onsuzda monopolist memurlar olkeni ele pis gune qoyublar ki,Azerbaycanin 80-85%-i acliq aksiyasi kecirir.

Kimdən: fatime Haradan: baki
03.06.2010 03:45
Modeye@

evvela Elchibeyin "batalyonlari" hech vaxt olmayib. Elchibey hakimiyyetinin vaxtinda ve evvel hemchinin sonra muxtelig silahli guvveler ve batalyonlar olub onlarin toretdikleri ve kime ve ya hansi guvveye gullug eledikleri hele de sual altindaidir. Umimiyyetle garmagarishiglig ve erazi iddialari olan dovrlerde her zaman bu zaman kesiyinden yararlanan guvveler ve insanlar da hemishe movgud olub.
Bu bir realligdir!
Tebii ki, ermeni-azerbaycan konfliktinin koklerinde de bele garishigliglardan behrelenen guvveler ve siyasi guvveler yox deyil.
Eynulla da bir jurnalist kimi bu konfliktin detallarina varmish, chunki bir chox jurnalistler kimi o da defelerle Ermenistnda olmush ve uzun iller tedgigat aparmishdir. Onunla beraber bele tedigatlat aparan jurnalistlerin choxu meselenin detallarina varmagdan chekinmishler, chunku olke daxilinde igtidarin apardigi siyaset ve konfliktin gurbanlarinin munasibeti bu meselelere daha sert, daha emosionaldir. Movcud hakimiyyet bu konflikden bacardigca yararlanmish ve muxtelif dividentler elde etmishdir. Konfliktin gurbanlari ise detallari bilmediyi ucun sadece bir dushmen taniyir ermeni.
Amma Eynulla hech bir yazisinda mehz Elchibeyin bu "guvvelerin" arxasinda dayandigini yazmamishdir.
Eynullani destekleyenler insanlar da heddinden artig choxdurlar.
Sadece bezi bedniyyetli ve tebieten chox gorxag adamlar (hansi ki, omrunde birce defe de cesur addim atmayib) chox sheyi gara prizmadan gorurler. Ve bele adamlar da ermeniden daha tehlukelidirler.

Kimdən: MM Haradan: Fermadan
03.06.2010 02:32
Gunah ne ilhamda ne de hakimde dir. Gunah Avropadadir. Avropa bu gerari veribse, arxasinda durmalidir. Azerbaycana sanksiya etmelidir, mecbur etmelidir bu igtidari. Avropa ise 2,3 5 uzlu siaset aparir.
Cavab

Kimdən: Amir Haradan: bed baxt Avropadan
03.06.2010 16:02
Bizim butun problemler eskudero, armtridj, bush-mush, obama ,klinton, ne bilim putin-mutin nen ireli gelir.
Bu bedbaxt muxalifet ise hele onlarin sozule durub oturur. milleti de avara goyub!!
Igtidar onlari saymadi, onlar gaca-gacha geldiler, paylarini almagcun.
Bizde onlari saymamaliyiq.
Cavab

Kimdən: klinton Haradan: baki
04.06.2010 14:02
beyem Eynullani Eskudero tutub ay Amir?? Ya Klinton?

Azerbaycanda bele yaxshi "pay" varsa yerini de biz de gedek alag! Bele bir "pay" varsa biz niye acimizdan kopuk gusurug ve ya hokumetden 10 manat sosial yardimi da dilenirik??
Cavab

Kimdən: Yurdsevər
03.06.2010 08:20
Avropanin ikiuzluluyu ve satqinligi hech kime sirr deyil.
Cavab

Kimdən: fatime Haradan: baki
03.06.2010 03:22
avropa sanksiya verecek, Ilham Eliyeven yaltag deputat grupu, yaltag ruhani grupu, yaltag camaat grupu teshkilatlanmish mitinglere, protest kompaniyasina bashlayacag. Adini da govacaglar "Azerbaycanin daxili ishine garishma"!
Cavab

Kimdən: behlul Haradan: avropadan
03.06.2010 21:09
artig Avropa olkeleri ve beynelxalg teshkilatlar da onlari ne gozlediyini chox yaxshi bilir. Azerbaycan igtidarinin 10 ilden artig oyndigi "senari" hamiya o cumleden avropaya da bellidir..

Kimdən: REALIST Haradan: AZƏRBAYCAN_adlı_fermadane
03.06.2010 00:56
Ay millət !

Əvvəla Allah Eynullanın qapısını açsın. Şəxsən tanıyıram istedadlı adamdır.
Sizə elə gəlmirmi ki, Azərbaycanda yaşamaq əməlli başlı riskdir ?
Mənə hərdən elə gəlir ki, israillilər Həmasın Kassam raketlərindən daha etibarlı müdafiə edilir, nəinki, biz azərbaycanlılar həbsxana prespektivindən.
Sizcə Eynulla həbsdən çıxdıqdan sonra xarici ölkəyə mühacirət edəcək ya mücadiləni davam edəcək ?
Açığı mühacirət etsə mən onu anlayaram, çünki dediyim kimi burda yaşamaq riskdir.

Kimdən: Sahib Haradan: Baki
02.06.2010 18:17
Men hakimiyyete haqq qazandirmiram heç vaxt. Bu hakimiyyet bizim uçun heç vaxt çalishmayib heç çalishmayacaqda... qetiyyetsiz, acgôz, antimilli, yaramaz, bisavad hakimiyyetdir bu hakimiyyet...
Amma Eynullada mence sudden çixan ag qashiq deyil.... fealiyyeti dôvrunde surushken hereketleri olub... GELIN UNUTQAN OLMAYAQ... O kimi atib içeri dushub bezilerimiz bilirik... Qehreman obrazi yarashmir ona
Cavab

Kimdən: vetendash Haradan: baki
03.06.2010 15:28
sahibe@

eger movcud realligi gorub ve chekinmeden yazmagi "surushken" hereketler adlandirirsinizsa bu daha chox "peshekar gelem sahibinin hereketidir neinki surushkenlik. Bezi adamlar "ermeni mifi" arxasinda gizlenirse ve ya "ermeni-muselman" konfliktinden yararlanirsa bu da metbuat vasitesile oldugu kimi isgiglandirilmalidir. Primitiv shekilde "ermeni" pisdir" biz yaxshiyig" , Ermeni pisdir" biz yaxshiyig" deye zehletoken tekrarchiligla bagira-bagira hech ne elemek olmaz. Bele gaydalarla torpag konflikti hell olunmur. Eger 5-6 nefer Eynulla kimi gorxmaz ve jurnalizmin prinsiplerini bilen ve ona sadig galan jurnalistler olsaydi biz choxdanen azi ishin icinni daha degig biler ve realligi anlamish olardig.
Indi aparilan uzdenirag siyaset ve perdearxasi oyunlar ve saxta patriotizm ise insanlarin "bashinin altina yasdig goymag" megsedi dashiyir.
Esl patriotizm ise ermeni soymek deyil, esl patriotizm oz olkesinde gogru-durust sistem yaratmag ve insanlari sivil insan insan kimi yashmasina temin eden bir dovletin gurulmagini temin etmekdir.
Cavab

Kimdən: vetendash Haradan: baki
03.06.2010 04:04
modeye@

sen yegin ki, rus dilini pis bilirsen, ve oxudugunu da duz emelli basha dushmemisen. Diggetle oxu, ondan sonra gelib kimise muzakire et ve ya sherh yaz.
Cavab

Kimdən: fatime Haradan: baki
02.06.2010 23:24
"sudden chixan ag gashig oldugunu" deye bilmerem, amma yeterince cesaretli, dushunduyunu soyleyen, yazan, saysiz hesabsiz meddahlar ordusunun ichinde gorxmadan chekinmeden, mubarize aparan, insanlara "it zulmunu" veren hebsxanada bele mubarizesini dayandirmayan cesur bir oglandir. Hetta ona gehreman da demek olar. Bes gehreman nece olur? Ancag elinde gumbara tankin altina hoppanmalidir gehreman olmasi ucun?
Cavab

Kimdən: mode Haradan: baki
03.06.2010 01:10
Fatime, onun qəhrəmanlıqları sırasından bir şeyi demeyi unutduz. Onun yazısını hər il ermənilər müxtəlif dillərdə yayıb dünyaya göstərirlər ki, Xocalını Elçibəyin AXC batalyonları ona görə edib ki, Elçibəy hakimiyyətə gəlmək istəyirdi. Bax bu qəhrəmanlığı da Eynulliyan Azərbaycan xalqı üçün edib! Onu dəstəkləyən kim olar? Erməni !!!!!!!!!!

Kimdən: mode Haradan: baki
02.06.2010 17:32
Eynulla, özünün "Krabaxskiy dnevnik" məqaləsində ermənilərə haqq qazandırıb, şəhidlərimizə, AXC batalyonlarına şər atdığına görə Xocalı şəhidlərimizin ruhunun qəzəbinə gəlib. Ona bu da azdır! Nəm-nəm istəsə Avropa və erməni qardaşları ona "qrev" göndərər!
Cavab

Kimdən: ilya Haradan: piter
03.06.2010 23:20
ara ezynsen vesenin kimileridir yzynnen irag men tyrk oglu tyrkem
Cavab

Kimdən: Calal Haradan: Polsha
03.06.2010 01:21
Eh sen ne danishirsaneee.Sen lap eksini deyirsen.Tutalim Eynulla Qarabag gundelikleri kimi sersemeler yazmishdi.Amma bir balaca sivil dunyanin oyun qaydalarini bilseydin,onda basha dusherdin ki,bele sheylere gore hech bir media ve yazari tutmurlareee,bu soz azadliginin kobud shekilde pozulmasi demek olardi.Zamaninda Eynullanin cevabini bir iki sanballi yazi ile vermek olardi.Amma Qarabag gundeliklerinin muellifini bu qeder saxta ittihamlarla hebsde saxlamag,onu dunya qarshisinda qehremana chevirmeyin ozu qarabag ugrunda apardigimiz mubarizeye en boyuk zerbedir.Chunki bu bir terefden dunya ictimaiyyeti terefinden gundeliklerin hallanmasina (chunki onlar hesab edirler ki,eslinde Eynulla mehz yazilarina gore hebs edilmishdir)ve hardasa haqq qazandirilmasina getirib chixarir,diger terefden xalqimizin ozune layiq bildiyi hakimiyyeti ile birlikde her hasi bir anklavi oz ichinde saxlamaqinin mumkunsuzluk ehtimalini artirmish olur.Bilmirem fikirlerimi chatdira bildim yoixsa yox.Bunlar chox ciddi meselelerdir.Qerbin ele meqsedi de buna nail olmaqdir deee ve onlar ele buna gore de bizim iqtidarimizi "sevirler"
Cavab

Kimdən: Sahib Haradan: Baki
03.06.2010 11:08
Elmarla Eynulla arasinda yerle göy qeder ferq var. Mence onlar muqayiseye gelmezdir.
ELMAR KISHI ADAM IDI , QEHREMAN IDI VE ONUN KIMI ADAMLAR YOX HEDDINDEDIR. VAXTI ile Rauf rifogluda onun kimi samballi yazmasa da yazirdi amma sonra "yoruldu"
Demeyim odur ki, KVN-in telxek ushaqlarida bezi problemleri qabardir Ilham olan zalda seslendirir ve ya Heyder Eliyevin dövrunde de mesxereye salib bezi icazeli çixishlar edirdiler VE YA ANS social problemrden 5%-ni danishir gôsterir amma axirda da bir iki cûmle qulaq asan sade insanda deyir gôrursen danishdi dansishdi axirda da dedi hakimiyyetden yoxdu. Icazeli olaraq muxalif fikir seslendirmek ele bu hakimiyyetin ishine yarayir... Yeri gelende göstere bilir ki bax biz de bele muxalif fikirler seslendirmek mumkundur. ANS bu esnada hakimiyyet uçun evezsiz rol oynayir.
Qaldi ki Eynullaya o özunu ferqli gôstermek uçun öz xalqina qarshi (tutaq ki lap duz olsada eyer) yarashmaz bir meqale yazib. Ondan evvelde nazirlerden birinin himayesinde yazib... icazeli etiraz edib bezi meselelere yeni oynayib bunlarla sonra atmaq isteyib dushub içeri ...
Demeyim odur ki, heç teecublenmerem Eynulla içeriden çixan kimi getsin Fexri Xiyabana ummilliye bash eymeye
Cavab

Kimdən: Calal Haradan: Polsha
03.06.2010 04:20
Ay mode sen ne danishirsaneee,.Elmarin yazilarinin choxu uydurma idi.Ne olsun,olumunden sonra ki, qegremanliq statusu qazandi...Ele Eynulla da onun shkolasidir.Sadece Elmar oyun qaygalarini bilirdi.Istedadli idi,nifreti vardi,amma oyunun qaydalari ile meharetle oynayirdi.Hakimiyyet ise yalanchi oyun aparirdi,o zaman da Elmar " onda bunu da al gelsin"deyirdi.Dozmediler.Axiri ne oldu?Siradan bir sensasiyachini qehremana chevirdiler.Dushunurem ki,bir zamanlar onun adina da bir shey olacaq.Indi Allah elememish Eynullani oldurseler ondan 1 nomreli heqiqet carcisi,azadliq yolunda shehid qehreman duzeldecekler,Qarabag gundelikleri ise 1 nomreli "heqiqete"chevrilecek.Sen bunumu isteyirsen xeyir ola
Cavab

Kimdən: mode Haradan: baki
03.06.2010 02:01
Calal bey! Onda eynulla kimilərlə rus skinhedləri kimi hərəkət edək? O de Rusiyada skinhedlər ruslara qarayaxanı nə mühakimə edirlər, nə cibinə nəşə atırlar. Sadəcə qaranlıq yerdə şoşkanı böyrünə, vəssalam. Biz də elə edək? Pis fikir deyil, milçək yoxdur, problem də yoxdur...
Cavab

Kimdən: ilya Haradan: piter
03.06.2010 00:09
hermetli mode, men garabag myharibesi ishtrakcisiyam ve o hadiseleri oz gozymle gormyshem allaha and olsun eynullanin sozlerinde hegiget 90% faizdir
Cavab

Kimdən: mode Haradan: baki
03.06.2010 01:21
Ara, sənin soyadın Manukyyan deyilmi? Sən ermənilər tərəfində vuruşurdun?
Cavab

Kimdən: Ilqar Haradan: Baki
02.06.2010 23:11
Mode, bizde Xocali qurbanlarina, AXC batalyonlarina soz demeye gore adam tutmurlar, sehv edirsen.
Cavab

Kimdən: birbasha Haradan: baki
02.06.2010 18:19
diggetle oxu, sen yegin ki, materialin megzini ve yazilanlarin setiralti menasini basha dushmemisen.
Səhifə (2)
    Növbəti