şənbə, Noyabr 29, 2014 Bakı vaxtı 11:11

Verilişlər / İşdən sonra

İsa Qəmbər: «Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm»

İsa Qəmbərİsa Qəmbər
x
İsa Qəmbər
İsa Qəmbər

Multimedia

Səs
«4 iyun hadisələri bizim hakimiyyətin ümumi səhvi idi».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» verilişində Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Bu hadisələrin Azərbaycanda hər şeyi dəyişdiyini deyən keçmiş spiker bildirib ki, ovaxtkı hakimiyyət üçün məsuliyyət böyük idi:

«Biz qiyamın qarşısını ala bilmədik».

Qiyamçıların Azərbaycanın müstəqilliyinə qarşı çıxanlar olduğunu bildirən başqan deyib ki, bütün hallarda qiyam yatırılmalı idi. İsa Qəmbər təəssüflə qeyd edib ki, ovaxtkı prezident Elçibəyin qiyamı yatırmaq üçün dialoqa cəlb etdiyi qüvvələr qiyamçılarla bir yerdə oldular:

«Bizim komanda qiyamın qarşısını almalı idi».

«HEYDƏR ƏLİYEVİ BAKIYA MƏN DƏVƏT ETMƏMİŞƏM»

Qiyamın səbəblərinin Elçibəy hakimiyyətinin uğurları olduğunu deyən Müsavat başqanı qeyd edib ki, Heydər Əliyevi Bakıya o dəvət etməyib:

«Mən heç bir vaxt Heydər Əliyevi nə vəzifəyə, nə də Bakıya dəvət etməmişəm. Həmin müddətdə mənim onunla bir telefon danışığım olub. Həmin telefon danışığında mən ona demişəm ki, bir müddət əvvəl prezident Elçibəylə bəzi silahlı dəstələr arasında bir ziddiyyətli məqam yaşanmışdı və siz o zaman bəyanat verib hamını Elçibəyin ətrafında birləşməyə çağırdınız. İndiki şəraitdə də belə bir bəyanat verə bilərsiniz, yoxsa, yox? Mənim sualım bu olub. Heydər Əliyev də buna birmənalı cavab verməyib. Bunun ciddi məsələ olduğunu, məsələni araşdırmalı olduğunu bildirib. Mənim Heydər Əliyevlə həmin günlərdə yeganə telefon söhbətim bundan ibarət olub».

Hazırkı iqtidarın həmin vaxt qiyamçılara dəstək verdiklərini deyən İsa Qəmbər bildirib ki, hakimiyyəti ələ keçirdikdən sonra onlar hakimiyyətdən dördəlli yapışdılar.

Musa Quliyev
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının nümayəndəsi Musa Quliyev isə deyib ki, qiyamın baş verməsi və yatırılmaması ovaxtkı hakimiyyətin uğursuzluqlarından biri idi. «Bu onların son uğursuzluğu oldu» deyən deputat bildirib ki, qiyamın başında dayanan Surət Hüseynov AXC hakimiyyətdən çıxmış bir adam idi:

«20 ildir hakimiyyətdəyiksə, bu, bizim uğurumuzdur».

«QİYAMIN YAPA AİDİYYƏTİ YOXDUR»

Deputat bildirib ki, müxalifət uğurları görmədən uğursuzluqdan danışmağı xoşlayır.

Dinləyicinin «siz YAP-çılar iyun hadisələrində Azərbaycan xalqına zərbə vurdunuz» fikrinə münasibətində Musa Quliyev deyib ki, bu qiyamın YAP-a aidiyyəti yoxdur. 4 iyun ovaxtkı iqtidarın problemi idi deyən deputat qeyd edib ki, 15 iyunla başlayan bütün uğurlarsa YAP-la bağlıdır.

İsa Qəmbərsə xatırladıb ki, 15 iyun Heydər Əliyevin parlamentin sədri seçildiyi gündür:

«Azərbaycanın işğal olunmuş ərazisinin əksər hissəsi məhz Heydər Əliyev hakimiyyətə gələn günlərdən sonrakı aylarda baş verib. Budurmu onların uğurları?».


/Hazırladı: Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

GƏNCƏ QİYAMINI DOĞURAN SƏBƏBLƏR NƏ İDİ?
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (12)
Kimdən: vusal Haradan: Baki
10.06.2010 18:25
Burada ashaqida bir Qember Quluyev adli sherhci yazir ki, Isa-Qemberi butleshdirirsiniz demek isteyirem ki,Allaha min shukur ISA bey saq-salamatdir Allahin verdiyi omuru yashayir ozude sherefle senin kimi insanlarimizin boyunturuqdan azad olmasi uqrunda mubarize aparir neden bu insani butleshdirek? ve birde deyim ki, butleshen birisi var kishiliyin catir birdefe diline qetir adini cek gorum ceke bilersenmi bax men onun adini cekirem Heyder Eliyev bu insani dunyadan kocenden sonra butleshdiribler bilirem qorxursan ishden cixararlar onsuzda Isa-bey senin kimilerini temizleyecek eyer temizlemese bu gun onun arxasiyca gedenler ona qarshi cixa biler ve men inaniram ki, ISA-bey Azerbaycani bu qurdlardan temizleyecek.
Cavab

Kimdən: Anonim
11.06.2010 15:57
yalan.yalan.yalan.

Kimdən: Elsever Haradan: Baki
10.06.2010 16:29
Her bir liderin eleyhdarilari ve terefdarlari olmasi normal haldir. Amma burada men eleyhdarlari, yeni Isa beyin siyasi fealiyyetini obyektiv tenqid edenleri yox, onu gozden salmaga calishan bedxahlari gorurem. Ancaq buradaca gorunur ki, Isa beyin terefdarlari eleyhdarlarindan coxdur. Qeribedir ki, vaxtile ile Isa Qemberi vetendash hemreyliyine yonelik addimina da burada menfi don geyindirirler. Isa Qember H.Eliyeve zeng vurub ki, o, Elcibeyi desteklesin. Burada ne pis ish var ki? Eger H. Eliyev o vaxt Elcibeyi desteklese idi, hec 4 iyun qiyami da olmazdi. Xatirlatmaq yerine dusherdi ki, 1990-ci ilin 19 yanvarindan 20- ne kecen gece Qorbacov da H. Eliyeve muraciet elemishdi ki, o oz nufuzundan istifade edib, xalqa muraciet etsin, qan tokulmesin. Hamiya melumdur ki, o vaxt H. Eliyev bundan da imtina elemishdi......
Cavab

Kimdən: Kabus Haradan: Azerbaycan
11.06.2010 10:00
Hörmətli Elsever, iyun qiyamını Heydər Əliyev ona görəmi təşkil etmişdi ki, sonra Elçibəyin xeyrinə də yatıraydı?

Kimdən: Alper
10.06.2010 14:03
Çox təsüf ki,AZE-də prizdentliyə layiq bir şəxs üzdə yoxdur.Məncə belə dövrdə Prizdentimiz sabitliyin hələ uzun müddət qarantı qalacaq.

Kimdən: vusal Haradan: Baki
10.06.2010 11:40
ISA-bey liderimizdi ISA-bey xilasgarimizdir ISA-bey yekdir Allah ona haqq ishinde mubarizede sebir versin bilirsiz neden sebir dileyirem cunki burada bezi Tulkulerin sherhlerini oxuyursan az qalirsan milletinden imtina edesen heqiqetenmi bu menim milletimdir bular necede cilizlashib necede korlashib bulari hansi tecrube merkezi yetishdirib necede yaltaqlashib ele bil bir kabus gelib ve deyir men getsem sizin axirinizdir beli bu Eliyevin kabusudur bu yalan bu anti-Turk bu rushvet ve yerlibazliq bu saxtaliq ve yalan kabusudur Namaz qilin ey bu kabusun esaretine dushen insanlarimiz Allah sizin qelbinizi temizleyer bu iyrenc reshimin ideologiyasindan.Butun Musavatcilara Ateshli Salamlar bu olkede bir Partiya var Musavat qalan muxalif partiyalarin adlari bashqa olsada temiz muxalifdirlerse demeli olarda Musavatdir men fexr edirem ki Musavatciyam Bashqana tutduqu haqq mubarizesinde uqurlar.

Kimdən: Kabus Haradan: Azerbaycan
10.06.2010 10:21
Əziz "Fatime", tarixə nəzərə salasaq görərik ki, qiyamları, üsyanları, ingilabları, hakimiyyət çevrilişlərini əsasən cəmiyyətin ac-yalavac hissəsi edib. Qarnı toxlar, yarımtoxlar - yoxsullaşmış burjuaziya, intelligensiya daha praqmatik - götür-qoy edən olurlar, ona görə də tarixdə bu sonuncuların kəskin etitaz nümunələri azdır. İndi ilham əliyevin antitezisi qismində meydana ac-yalavaclar çıxır. Özü də bu ac-yalavaclar kifayət qədər savadlı və çoxbilmiş insanlardan ibarətdir. Belələrinin qiyamı dəhşətli olur. İlham Əliyev onun taxı-tacını dağıtmaq üçün sürətlə formalaşan antitezisini - qənimini ya görmür, ya da görməzliyə vurur özünü. Bir söz, qoy bizim intelligent müxalifətimiz götür-qoyunda olsun, İlham Əliyev özünü görməzliyə vurmaqda, alov da barıt çəlləyinə tərəf uçmaqda... Amma iri dövlətlərin (Rusiya, ABŞ, Avropa Birliyinə üzv bəzidövlətlər)neftə görə, geopolitik maraqlara görə bizi salmış olduğu bu "zibil"dən biz daha sivil yol ilə də çıxa bilərdik...
Cavab

Kimdən: fatime Haradan: baki
10.06.2010 19:17
kabus@

allah agzindan eshitsin, teki bu uzun iller "ilishib galmish barit" tez partlasin!! Bezdik artig bu saxta, uzu bezek ichi tezek simtemden.

Galdi ki, bashga dovletlerin bizi saldigi "zibile" insanin ozu ozune elediyini hech butun dunya yigilb gelse de ede bilmez!

Bizi zibile salan ancag "sapi ozumuzden" olan baltalardir! Ve onlar bize etnik dushmen sayilanlardan bele gat -gat arig zerer verirler!

Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
10.06.2010 00:22
Ne ferqi var milletin boynuna KAPITALIZM kendirini kim kecirir,- Isa,yoxsa Ilham.Kim gelirse gelsin isi ancaq milletin basina kendir kecirmek olacaq.
Siz ise helede kimin kendiri yaxsi kecire bileceyini muzakire edirsiniz,yaziq millet onu kimin yaxsi mineceyini muzakire edir...bax esil bedbextlik budur!!!
Cavab

Kimdən: vusal Haradan: Baki
10.06.2010 11:27
Bilirsen necedir senin icin neden goyneyir bellidir adini komunist nebilim demokrat ferqi yoxdur nece adlandirirsan meqsedin real olan muxalif liderini lekelemekdir sen basha dushmursen ki oz heyatini butov bir milletin duneni bu gunu ve geleceyi ucun calishan insanlarin komeyinde goyde qadir Allah yerde biz qullari durur seninkimi Tulkulerse necne ede bilmez.
Cavab

Kimdən: KOMMUNIST Haradan: GiZLi BAKI
11.06.2010 00:14
Cox dayaz munasibetti,ezizim isanida gormusuk,ilhamida goruruk.Isa gilin zamani bir imzayla xalqin 70 illik bank emanetleri "yanib"hec ne oldu,Ilhamda gelib oturdu bu ogurlugun ustunde,nece illerdi her seye pul tapdilar amma emanetleri qaytarmaga yox...inaninki hele bunlar balaca mesellerdi hamisini yazsam bir"DAS KAPITAL' alinar,qanan ucun buda bes eder,nece deyeller"anlayana saz,anlamayana zurna balabanda az"...

Kimdən: Asif Haradan: Kiev
09.06.2010 17:48
Иса бей народ Вас понимает и поддерживает. Держитесь и не оставьте партию.
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
09.06.2010 20:28
Qardashlaq,bacilar sef salmayin, hakimiyyetde eyleshen Isa Qember Yunis oglu deyil.Ilham Aliyev Heyder ogludur.Azerbaycanda ne catishmamazliq var shikayetinizi ikinciye etmelisiniz.Yox eger shikayeti birinciye edib,ondan nese umursunuzsa,onunda xetasi yoxdur.Mutleq bu insan hakimiyyetde eyleshecek.Onda hetda televeziyada ayda bir defe xalqla canli teledebatda olacaq.Eger inanmirsinizsa onda Isa beyin bir deyimin nezerinize catdirim here oz payin gotursun.---Geleceye inanmayanlar,kecmishde qalacaqlar. Vessalam.

Kimdən: Varis Haradan: Baki
09.06.2010 17:39
Ay Ukraynali Afat xanim(bey), senin de siyasi savadina menim shubhem var. Isa Qemberin fanati deyilem. Amma neyneyesen ki bu gub Azerbaycan reallogi ondan yaxsi siyasetci yetisdire bilmir. Ici sen qarisiq, coxrengli quvveler cox calisir ki onu siyasetden silsinler. Alinmir ki, alinmir. Demeli bu kishinin gucunu siyasi gorme qabliyyeti zeif olanlar gormelidirler. Eger basqa birisi varsa, buyursun, cixsin meydana.
Cavab

Kimdən: Afat Haradan: Ukrayna
09.06.2010 22:49
Rasim və Varis adli yazarlar,məni düzgün başa düşün: Mən nə indiki rejimin,nə də hakimiyyətə can atan keçmiş cəbhə tör-töküntülərinin tərəfdari və fanati deyiləm.Sadəcə olarag,hadisələri obyektiv giymətləndirib kimin kim olduğunu demək istəyirəm.Bu mənim gərəzdən,maragdan uzag şəxsi fikrimdir və mənə bu cür düşünüb fikrimi bildirməyi heç kim gadağan edə bilməz.Xoşuna gəlməyən adam mənim şərhimi yox,ona sərf edən digər şərhləri oxusun.Ay Varis bəy,yazirsan ki,İsa Gəmbəri çox güvvələr çalişirlar ki,siyasətdən silsinlər.O hansi güvvədir elə? İsa Gəmbərin partiyasi,gəzeti bu günəcən fəaliyyət göstərir.Özü də müxalifət liderləri içində hakimiyyətin bəlasina gəlməyən iki-üç nəfərdən biridir.İnanin mənə,indiki hakimiyyətə lazim olsaydi,çoxdan İsa Gəmbəri də o birilər kimi sindirib ya ev dustaği etmişdi,ya da sürgün.Mən o fikirlə raziyam ki,Azərbaycanda güclü və layigli müxalifət yoxdur.Niyə yoxdur?Bunun birinci səbəbi totalitar rejimin mövcud olmasidir.İkinci səbəb müxalifət liderlərinin əlbir olmamasidir.Üçüncü səbəb müxalifətçilərin bir hissəsinin üzdə hakimiyyətə müxalifətdə,gizlində isə ona "gardaş" olmasidir.Üstəlik müxalifət liderləri özlərindən başga heç kimi lider kimi gəbul etmək istəmirlər.Sizdən soruşuram:Nə mane olur cəbhəçilərin L.Ş.Haciyeva ilə həmrəyliyinə? Məgər onlar birlikdə mübarizə aparsaydilar,Azərbaycan xalgi bundan uduzardimi? Axi,bu "mənəm-mənəmliyin" heç kimə xeyri yoxdur.Bir daha geyd edirəm:Mən siz yazdiglariniza yox,öz müşahidələrimə inaniram,bunlari nə kimdənsə eşitmişəm,nə də tarix kitabinda oxumuşam.Bütün bu yazdiglarimin canli şahidiyəm.
Cavab

Kimdən: vusal Haradan: Baki
10.06.2010 19:16
Deyirsen Elcibey Rasulzadeyle bir seviyeli adamdir men bu iki liderin ruhu qarshisinda diz cokub bash eyirem.Yaxshi neden Elcibey saq olarken onun qiymetini vermedin indi bashlamisan bilirsen nedendi bu bilirsen ki, dunyadan koceni qaytarmaq olmaz ona gore. Bu gun Isa-bey deyirki kim bu milleti sevirse bu mekanin azad firavan yerliciliksiz rushvetsiz sivil demokratik dunyevi dovlete cevrilmeyini isteyirse bir noqteye vurmalidir cekici yeni Rasulzade-Elcibey ideyalarinin yashamasini isteyirse bu gun Isa-bey bunu teleb edir bundan gozel Lider ola bilermi sene hansi dilde deyek ki, basha dushesen belke sen Azeri-Turku deyilsen Ermenisen men ermenicen bilmirem bilenler var deyerem seni o yzdeniraqlarin dilinde basha salar bilirsen neden Ermeni yadima dushdu cunki bu reshimi bizdeki reshimi deyirem Bizim harinlamish memurlar,vetenin nankor ovladlari,birde Ermeniler isteyir nedende istemesin ki,Qarabaqi alib oturublar. Hakimiyetde dushub muxalifetin zerersizleshdirilmesi daliyca indi sen ozun sec sen bularin hansisan mence Ermeni seninle bir fikirde olar olarda Azerbaycanin geleceyini istemir beli bu gun Musavat-partiyasi ve onun lideri ISA-bey veteni beladan cixarasi yeqane quvvedir.
Cavab

Kimdən: Afat Haradan: Ukrayna
10.06.2010 15:14
Hörmətli İlgar,İsa bəy vəzifədə olanda mən tələbə idim.Azərbaycanda baş verən demokratik dəyişiklikləri hami kimi mən də ürəkdən algişlayirdim.Elçibəy bir zirvədir və Məmməd Əminlə bir səviyyədə duran adamdir,o, Azərbaycanda demokratik dövlət guruluşunun yaradicisi və gurbanidir,Rəsulzadə kimi.Mən onun silahdaşlarina və sələflərinə onu bağişlaya bilmirəm ki,elə bir dahini gorumadilar,giymətləndirmədilər.İndi özlərini şəhid edirlər ki,hakimiyyətə gəlsinlər.Rəhim Gaziyev,İskəndər Həmidov,Əlikram Hümbətov,Surət Hüseynov...İsa Gəmbərin keçmiş silahdaşlari idilər və Elçibəy hakimiyyətinin devrilməsində hərəsinin öz xidməti olub.
İsa Gəmbər partiya lideridir,müxalifətin liderlərindən biridir.Ancag inciməyin,mən bu adamin simasinda xalga nicat görmürəm.Goy mənim fikrim səhv olsun,goy mən yanilim,ancag bu mənim fikrimdir,bu mənim gənaətimdir.Və əgər biz demokratiyadan danişirigsa,niyə adini demokrat goyanlar mənim səsimi boğmağa çalişmalidirlar? Bu adi diskussiyadir və mənim şərhim heç bir həlledici rol oynamir,niyə buna belə ağrili reaksiya verilir? Bəli,Azərbaycanin dərdləri,həll olunmamiş problemləri çoxdur.Garabağ,işsizlik,korrupsiya,məmur özbaşinaliği,sosial ədalətsizlik...və s. Növbəti prezident bu problemlərin öhdəsindən gəlməyə hazir olmalidir.Bu,təkcə S.Hüseynovla mübarizə aparib ona uduzmag deyil.Uşag-muşaği hakimiyyətə gətirməklə Elçibəy taleyini təkrar etməyə dəyərmi?
Bizə təkcə prezident yox,fədai prezident lazimdir.Elə bir prezident ki,özünü tamamilə yuxarida sadaladiğim problemlərin həllinə sərf eləsin.Sözdə yox,işdə xalga dayag dursun,kabinetdə yox,səngərlərdə,gaçgin düşərgələrində,kasib daxmalarinda millətin gələcəyini görsün.Düşdüyümüz vəziyyət bunu belə tələb edir.Xalgin güclü,inanc yeri olduğu liderə ehtiyaci var.Elə bir rəhbərə ki,bir nərəsi ilə xalgi ayağa galdirib düşməni lərzəyə sala.Tam səmimiyyətlə deyirəm:Kim olacagsa-olsun,belə bir rəhbər yetişərsə bizlərə nicat var.Ümid ancag özümüzədir və çalişgan,zəhmətkeş,vətənpərvər Azəri xalgi həm sadaladiğim müsbət keyfiyyətlərinə,həm də tanrinin gismət elədiyi yeralti,yerüstü sərvətlərinin bolluğuna görə gözəl və firavan yaşamağa layigdir.Allahdan arzum budur ki,o vaxt tezliklə gəlsin , bizlər də problemlərdən yazib dilxor olmayag,nailiyyətlərimizdən yazib,azərbaycanli olduğumuzla fəxr edək!
Cavab

Kimdən: Ilqar Abdullah
10.06.2010 10:56
Bagishla,chox uzr isteyirem,Afat, Isa bey vezifede olanda senin neche yashin var idi?Chox yeqin ki,onda sen ushaq olmusan,yashin az olub,hech ne anlamamisan ve o vaxtki hakimiyyetin hansi agir sherayitde ishlediklerini de bilmemisen.Onda iqtidar ermenilerle qalibiyyetli muharibe apara-apara yeni musteqil dovlet qururdular.Onlarin bir ilde gorduklerini bu, bashabela iqtidar 18 ilde etmeyib, bunu unutmasan yaxshi olar.

Kimdən: Afat Haradan: Ukrayna
09.06.2010 14:30
Burda yenə bəzi özündən müştəbehlər və "İsa bəy" çiğirib yaxasini ciran fanatlar min bir cəhd ilə İsa Gəmbəri lider səviyyəsinə galdirmag istəyirlər.Ay Cəlilabadli Orxan,Bakidan Vüsal bəy,ən əvvəl siyasi savadinizi artirin,baş verənlərə geniş rakursdan baxin,sonra gəlib burda diskussiya açin.Yəgin,sizin ya yaşiniz,ya da dərrakəniz çatmir ki,14 il bundan gabagki hadisələrə real giymət verəsiniz.Bilmədiyiniz bir şey hagginda mübahisə etməyə dəyərmi?İsa Gəmbərə mənim nə nifrətim var,nə də rəğbətim.Sadəcə olarag Elçibəy hakimiyyəti dövründə o adam nəyə gadir olduğunu göstərdi.Belə bir misal var: Kimisə tanimag istəyirsənsə,ona hakimiyyət ver.İsa bəy Elçibəy zirvəsinin kölgəsində yatan bir insan olub.Odövrü yaşayan insanlar təsdig edə bilər ki,o heç bir fövgəladə hərəkəti və istedadi ilə yadda galmayib.Sadəcə olarag kabinetdə oturarag öz çinovnik funksiyasini yerinə yetirib. İndiki hakimiyyətə müxalif olan bir çox geyri silahdaşlarindan fərgli olarag,o heç bir təzyiglə,maliyyə böhrani ilə üzləşmədən bu günəcən fəaliyyət göstərib.Niyə belə olub?Nəticəni özünüz çixarin.İnaniram ki,zaman hər şeyi öz yerinə goyacag və o vaxt Nemət Pənahovun bir barmag işarəsi ilə yatib-galxan Orxan və Vüsal kimi adamlar çoxlug təşkil etməyəcək.Millət özünə layig lideri hakimiyyətə gətirəcək.Hansisa dahinin dediyi "ingilabi dahilər fikirləşir,fanatlar həyata keçirir,hiyləgərlərsə bundan istifadə edib hakimiyyətə gəlirlər"aforizmi Azərbaycanda bir daha öz təsdigini tapmayacag.
Cavab

Kimdən: Yalchin Hesensoy Haradan: Aran bolgesi
10.06.2010 18:52
Men Isa Qemberi teriflemek istemirem. Sadece dediyim odur ki, siyaset bir oyundur, burada oyunchuluq ise bir peshedir. Siyasetchi lazim olanda oynamali, manevr etmeyi, geri chekilmeyi, lazim olanda hucum etmeyi, reqiblerini parchalamaqi bacarmalidir. Bu keyfiyyetler mueyyen halda menfi kimi gorune biler, lakin siyasetchi uchun vacib ola biler. Isa Qemberin reqiblerini onu hemishe bu tip hereketlere yol vermekde gunahlandiran gormushug. Doqurdan da, bunlar onda varsa, men I.Qemberi miqyasli siyasetchi kimi qiymetlendirerdim. Bu keyfiyyetler hakimiyyete qarshi mubarizede kara gele biler. Sadece, muxalifetin onun etrafinda bir guc kimi birleshmemesi sebebinden resurslarinin azliqi, buna mane olur. Bundan elave, hemin siyasi keyfiyyetler dushmenleri terefinden teleler qurulmush olkemizi buradan chixarmaqda, eksine, onlari tora salmaqda DOVLETIMIZE yardim ede biler. Tebii ki, bu, yalniz hakimiyyet sukani ona verildikden sonra mumkun ola biler. Ancaq opponentler, ele bashqalari da ILaham Eliyevle baqli bu neche ilde bir fakt gostersinler ki, o, tarixe dushe bilecek uqurlu bir siyasi gedish, yaxud manevr etmish olsun ve neticede Azerbaycan hansisa bir eleyhdarina qalib gelmish olsun. Bunu ona gore yaziram ki, muasir siyaset ince ve mekrli oyunlar meydanidir; bu meydani onu bacaranlara vermek lazimdir.
Cavab

Kimdən: Cavid MGT Haradan: BAKI
09.06.2010 22:37
Isa Qemberi teriflemirik, Isa Qemberi deyerlendiririk...
İsa Yunis oğlu Qəmbər 1957-ci il fevralın 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1964-74-cü illərdə Bakıda 62 saylı orta məktəbdə oxumuş, 1974-cü ildə M. Ə. Rəsulzadə adına BDU-nun tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı bitirmişdir. 1979-82-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

1985-ci ilin yanvarında İsa Qəmbər erməni Zori Balayanın "Ocaq" kitabına cavab olaraq "Çağırılmış bayatılar və yeni əfsanələr" əsərini yazır. Əldən-ələ gəzib, böyük rəğbətlə qarşılanan bu əsərin çapı uzun müddət mümkün olmur. Əsər ilk dəfə 1991-ci ilin mart ayında işıq üzü görür. Zori Balayanın fikirlərinin əsassız olduğunu zəngin faktlarla sübuta yetirən bu əsərin Azərbaycan tarixi elmində xüsusi yeri vardır.

İsa Qəmbər 1990-91-ci illərdə AXC Təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. Bu illərdə Azərbaycan Xalq Hərəkatının əsas liderlərindən biri kimi tanınıb. 1990-cı ildə o, xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər Komissiyasına sədrlik edib. 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikası Ali Sovetinin sədri olmuşdur. Bu illərdə xalqımızın həyatında mühüm əhəmiyyət kəsb edən çoxlu sayda qanunlar qəbul edilmişdir.

1993-cü ilin məlum iyun hadisələrindən sonra İsa Qəmbər ciddi təqiblərə məruz qalmışdır. Həmin ilin iyunun 13-də İ. Qəmbər Milli Məclisin sədri vəzifəsindən istefa vermiş, iyulun 16-da isə həbs edilmişdir. İ. Qəmbərin həbsi ilə bağlı Respublika tanınmış ziyalılarından ibarət "İsa Qəmbəri Müdafəi Komitəsi" yaradılmışdır. ABŞ Dövlət Departamenti də İ. Qəmbərin həbsini pisləyən bəyanat qəbul etmişdir. Gəncə hadisələri ilə bağlı məhkəmə prosesində özünü ləyaqətlə aparmış, ünvanına deyilən saxta ittihamları əsassız saymışdır. Geniş ictimaiyyətin də təzyiqi nəticəsində məhkəmə prosesi dayandırılmış, iş ibtidai istintaqa qaytarılmışdır.

1995-ci ilin 12 noyabrında Azərbaycan Parlamentinə keçirilən seçkilərə Müsavat Partiyası buraxılmamış, 1996-cı ilin 4 fevralında isə təkrar seçkilərdə İsa Qəmbər 41 saylı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin iqtidar seçki qanununu ciddi olaraq pozmuş, Müsavat liderinin Milli Məclisdə təmsil olunmağına imkan verməmişdir.
Cavab

Kimdən: GƏMBƏR Haradan: GULUYEV
10.06.2010 10:54
isa gəmbəri tərifləmirik isa gəmbəri dəyərləndirik...
düz demədin.isa gəmbəri tərifləmirik isa gəmbəri bütləsdiririk...
Cavab

Kimdən: Rasim
09.06.2010 17:11
Yaxshi, her shey siz deyen kimidirse, niye ishinizi-gucunuzu bir yana tullayib Isa Qemberi gozden salmaq uchun butun gununuzu kompyuterin qabaginda kechirirsiniz? Neden bele narahatsiniz?Bir de ki,neden ozunuzu bele hamidan agilli hesab edirsiniz? Zehmet olmasa cavab verin.

Kimdən: Kabus Haradan: Azerbaycan
09.06.2010 10:19
Sayın "Fatime": "Ağıllı oturub fikirləşənə kimi dəli vurub çayı keçər", deyirlər. Mən sizin "ağıl", "təmkin" tərəfdarı olmağınızı qəbul eidrəm, bir şərtlə ki, ortada nəticə olsun. Əgər 17 ildir bu "ağıl" və "təmkin" ilə ortaya bir nəticə qoya bilmiriksə, əliyevlər mafiyası getdikcə daha da güclənirsə, deməli taktika bir mənalı şəkildə dəyişməlidir. Rəqibi "tərpədib müvazinətini pozmağı" bacarmaq lazımdır. Cəmiyyətin bütün narazı qüvvələrindən istifadə etmək gərəkdir. Ütülənmiş, ağıllı sitatlarla zəngin cümlələrlə bu hakimiyyəti Qİyamətə qədər də dəyişmək mümkün olmayacaq. Bunların qorxduğu şey gücdür! Əlahəzrət güc!!! Bunun üçün xalqın nifrətini sözdən hərəkətə çevirmək gərəkdir!
Cavab

Kimdən: fatime Haradan: baki
10.06.2010 00:25
kabusa@
eliyevler mafiyasina guc veren yaltaglar ordusudur ve korrupsioner memurlardir.
Muxalife guc veren ise ac yalavac kutledir, xalgdir.

Ac-yalavac kutlenin ve xalgin global huguglarini goruyan, sesini eshiden, parlamentde oturan 1-2 muxalifet deputati ve beynelxalg teshkilatlardir.

Hiylecer eliyev igtidari ise Beynelxalg Teshkilatlari, ele xalgin eli ile, xalgi, kutlenin beynini kutleshdirmekle vurur..
Belelikle yarim gapali daire emele gelir ve kasib insanlar, dushunce kasibligi ucbatindan ozleri ozlerine dushmen kesilir.
Cavab

Kimdən: musavatci
09.06.2010 15:41
Men bilirem isa bey Ilham Aliyevle niye reqibdir.93-cu ilde ata Aliyev gelende,bala Aliyev esger mundirin geyinib muharibenin qaynar noqtesine atilanda xalq onu secmeliydi,yoxsa yox? Onun rehberlik etdiyi briqadanin desantlari Xankendinde neler elemishdi ondan xeberiniz var? ne tez yadinizdan cixdi,ay unutqan camaat. Hele o komanda da olan Siyavushu,Mubarizi,Fezaili,Zahidi,Alileri demirem...
Səhifə (12)