Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:10

Bloqlar / Niyazi Mehdi

Düşünmək üçün bir «provokasiya»

x
Şriftin ölçüsünü dəyiş - +
HAQQINI TANIMAQ HƏLƏ BƏYƏNMƏK DEYİL

Biz demokratiyasevərlərin bir düşüncə cütü var. Əgər birisinin nəyəsə haqqını tanıyırıqsa, bundan sonra sayırıq ki, tanımaq həm də bəyənməkdir. Halbuki saçlarını Tibet lamaistlərinin papağı formasına salmaq məsələsində mənim pankların haqqını tanımağım hələ o demək deyil ki, o saçlara heyran olmalıyam. Mənim nəyinsə toplumda, mədəniyyətdə yer almasına razı olmağımdan o çıxmır ki, ürəyimdə də ona yer olmalıdır.
Əgər hicabı öyən kəs düşüncə, söz azadlığından çıxış edərək öyürsə, razılaşmalıdır ki, mənim də düşüncə, söz azadlığım hicaba qarşı olmağa, bu ideyanın nöqsanlarını üzə çıxarmağa icazə verir

HİCAB İDEYASINA GƏLƏNDƏ…

Mən söz və düşüncə özgürlüyünü tanıyan adamlardanam, ancaq bu heç də məni bütün yazılanlara, düşüncələrə mehriban-mehriban baxmağa zorunlu etmir. Mən qadınların hicab, yaşmanmaq haqqını müdafiə edən hansı sənədlərəsə qol çəkmişəm, ancaq bu, o demək deyil ki, hicabın milli normaya çevrilməsini arzulayıram. Mən o sənədlərə qol çəksəm də, bilirəm ki, qadının özünü bildirmək ixtiyarının hicabla bağlı tanınmasını istəyən o qədər adam var ki, qadını erotik geyim üstündə şallaqlamağı düz sayır və deməli, onun özünüifadə azadlığını tanımır. Əgər adam belədirsə, o zaman gərək eyləmini haqq qoruyuculuğu kimi yox, «belə istəyirik, belə də edəcəyik» kimi əsaslandırsın.

HİCAB SİMVOLUNUN BİLDİRDİKLƏRİNDƏN


Mən İnsan Haqlarının tərəfdarı olduğum üçün məcburam bundan çıxan bütün sonuclarla, bilmirəm necə deyim ki, düz olsun: «hesablaşım» deyim, «ya qarşılaşmağıma mat qalmayım» deyim?

Ancaq mat qalmamaq hələ sevmək və barışmaq da deyil. Əgər hicabı öyən kəs düşüncə, söz azadlığından çıxış edərək öyürsə, razılaşmalıdır ki, mənim də düşüncə, söz azadlığım hicaba qarşı olmağa, bu ideyanın nöqsanlarını üzə çıxarmağa icazə verir. Mən nədən düşünüb yazmamalıyam ki, bəzi qızlar başlarını bağlayırlar ki, namus və təmizlik görüntüsünü alıb ərə gedə bilsinlər. Düzdür, bunda pis heç nə yoxdur. Bəyəm, biz təzə tanışımıza xoş gəlmək üçün üzümüzə mehribançılıq maskasını taxmırıq, qanımız qara olsa da?! Ancaq bunda pis heç nə olmasa da, olanı demək də ayıb deyil.
Hansı qadınınsa ürəyindən gələn istək kimi, möminliyin, İslamın göstəricisi kimi yaşmanmasını mən tanıyıram, Ancaq bu, o demək deyil ki, bütün Azərbaycan qadınlarının yaşmanacağı gələcəyə normal baxıram

Beləliklə…Hicab haqqını tanımağım o demək deyil ki, bütün başı bağlı müsəlman qızlarında imanın zənginliyini və ya təmizliyin təcəssümünü görməliyəm. Mənim də ixtiyarım var ki, «üzə çıxarmaq» prinsipində açım ki, hicabdan uğurlu ərə getmək vasitəsi kimi istifadə edən qızlar var. Sonra da konkret qızın kimliyindən asılı olaraq buna ya hiddətlənə bilərəm, ya da deyə bilərəm ki, normal gedişdir, neyləsin, sataşanların sayı azalır.

Mənim qadınların hicab haqqını özünü bildirmək azadlığı kimi tanımağım gözümü kor etməməlidir ki, atalar və qardaşlar var ki, döyə-döyə qızı hicaba zorunlayırlar. Dinçilər var ki, İrandakı kimi qadınları zorla yaşmanmağa məcbur etmək gününü gözləyirlər.

ONA GÖRƏ DƏ HİCABSEVƏRLƏRƏ DEMƏLİYİK: BİZ SİZİ QADIN AZADLIĞINI, MƏSƏLƏN, NECƏ GEYİNMƏK, NECƏ ETMƏK AZADLIĞINI TANIYANDA SAYA BİLƏRİK!

Yenə deyirəm, hansı qadınınsa ürəyindən gələn istək kimi, möminliyin, İslamın göstəricisi kimi yaşmanmasını mən tanıyıram, hətta etdiyini bəyənə də bilərəm. Ancaq bu, o demək deyil ki, bütün Azərbaycan qadınlarının yaşmanacağı gələcəyə normal baxıram.

Eləcə də qızların, oğlanların siqaret çəkmək haqqını tanıyıram, ancaq bu, o demək deyil ki, özümün də hərdən çəkməyimə yaxşı baxıram və siqareti bütün Azərbaycan üçün arzulayam.

HAQQIN TANINMASININ ARDINCA GƏLƏN DİSKUSSİYALARDAN


Ancaq bu paraleli gətirəndən sonra Demokratiya diskussiyası üçün problem yaranır. Siqareti hicabla tutuşdurmaq və sonra da özünü bildirmək azadlığı kimi eyniləşdirmək nə qədər doğrudur? Eyniləşdirsək, gərək iş yerində və ya ictimai məkanlarda siqaretin yasaqlanması ilə hicabın yasaqlanmasını da eyniləşdirək və deyək ki, birinci yasaq düzdürsə, ikinci də düzdür. Ya da gərək sübut edək ki, siqaret dərin mənəvi fakt deyil, ona görə də iş yerində onu yasaqlamaq olar. Hicab isə nəfəs almaq kimi, əxlaqi hal kimi haldır. Ona görə də ona yasaq qoymaq olmaz.

Mən istərdim ki, bu məsələnin bu tərəfi də dartışdırılsın.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (5)
    Növbəti 
Kimdən: qara yusif
19.06.2010 12:03
Goresen islamin eleyhine gedenleri,ne narahat edir bele???
Cavab

Kimdən: Anonim
20.06.2010 17:07
ISLAMIN ELEYHINE GETMIRLER.ISLAMDA YARANAN CAHILLIYIN ELEYHINE GEDIRLER.
Cavab

Kimdən: SOKRAT
21.06.2010 02:18
moderator qardashim mene ele gelir ki bir meqsedi heyata kechirmek uchun bir sherhi bir nech yerde vermek qebul olunandir.Axi azadliq radiosunun saytininda esas amaci onnan ibaretdir ki bizlere sherait yaratsin ki azad sozumuzu meqsedli fikirlerimiz bir yox yeri geldikde bir neche defe yazmaga sherait yaratsin.Mene ele gelir ki sizin bu cur qadaga qoymagiz duzgun deyil.Ble olsa bura olan axini ouzunuzde uzaqlashdiracaqsiz.Axi siz bilirsiz ki bizlerin yegane umid yerimiz buradir.Biz burda bir shehi ola biler 10 defe yazariq.Bunun ozu bizlere bir tesellidir.Indi istiyirsiz ki sizde hokumet kimi bizleri bu teselliden mehrum eliyesiz.Onda sizde bizim polisler kimi tekrar aksiyalari dagidan qisminde goruneceksiniz.Onlar meqsed yonlu akisyalari dagidan kimi sizlerde modrator olaraq bizlerin meqsedyonlu tekrar sherhelrimize embarqo qoyacaqsiniz.Inid ozunuz fikirleshin.....
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
20.06.2010 23:13
Tamamimyle sehf dushunursunuz. Erazisini Imperialistler ishqal edib ve esgerleri ile cahillik edende bes bilmirsen ki, onlara cahil kimi cavab vermek lazimdir!!!
Cavab

Kimdən: Moderator
21.06.2010 01:59
Xahiş edirik, bir şərhi dəfələrlə müxtəlif yerlərə yerləşdirməkdən vaz keçəsiniz. Bizə də, özünüzə də əziyyət verməyin!

Kimdən: azad
17.06.2010 13:30
Rustem, yazinizdan din haqqinda hech xeberiniz olmadigi belli olur.

Hicab taxan muselman qadin hicabini chixaranda deyirsiniz sixinti hiss etmeyine inanmirsiniz - siz bunu hech hicablilarin ozunden sorushdunuzmu?

Mende inanmiram ki sordunuz.

Allahin emrine itaet etmemekde inancli qadin rahat ola bilermi?

Bir meseleye rey vermekden once hech olmazsa biraz etrafli oyrenin ki, neye gore muselmanlar on dord esirdir ki dinlerini qoruyub saxlamaqa chalishir ve onun emrlerinin hech birisinde bir qirishda olsa deyishiklik etmeye razi deyil.
Cavab

Kimdən: SOKRAT
20.06.2010 17:13
HER SHEYI ALLAHIN EMRIDIR DEYIB.ONUN ADINA CHIXARMAYIN.BU OZU BOYUK GUNAHDIR.ALLAH KIMI QUDRETLI BIR VARLIQ HER HANSISA HICAB QANUNU IRELI SURE BILMEZ.CHUN KI O ALLAHDIR.HANSISA MUEYYEN XIRDA QANUN QOYAN INSAN DEYIL.O ALLAH KI BESHERIIYETI YARADIB.O ALLAH KI KAINATIN SONSUZLUGUNUN HAKIMIDIR.HICABDIR NE BILIM BUNA BENZER XIRDA SHEYLERLE ALLAHI CILIZLASHDIRMAYIN.BIZ YARADANI BELE XIRDA SHEYLERNEN TEQDIM ETMEYIN.ALLAHIN BOYUKLUYUNU ONUN YARATDIGI TEBIETDE AXTARIN.ALLAHIN BOYUKLUYUNU ADI QSUHLARIN SESINDE AXTARIN.ALLAHIN BOYUKLUYUNU DENIZLERDE,ULDUZ GECELERDE AXTARIN.BUDUR ALLAHIN BIZE VERDIYI GOZEL QANUNLAR KI BU QANUNLARDA BIZLERE SEVINC BEXSH EDIR.

Kimdən: Rüstem Haradan: Macaristan
15.06.2010 03:46
Kim yasmag ve ya hicabdan istifade etmek isteyirse goy etsin.Bunlari kimese hec kim gadaga goya bilmez.Cünki,biz demokratik bir dövletde yasayirig.Amma,tehsil ocaglarinda,is yerlerinde ister dövlet olsun,ister sexsi olsun eyer buna mehdudiyyet goyulursa,bunu da anlamag lazimdir.Beyem gadin hicabsiz ve ya yasmagsiz istenilen bir yere gedende özünü narahatmi hiss edir? Men buna geti inanmiram.Eksine.Galdi dini kitablarda yazilanlara,her bir dini kitab öz dövrünün yaxin kecmisi ve geleceyi hagginda ganunlar toplumudur.O zaman ücün dini kitablarin yazilmasi,meydana gelmesi zeruret idi.Hele insanlar neyin yaxsi,neyin pis olmasini indiki kimi derk etmek gabiliyyetine bir o geder malik deyildiler.Yenice dogulan giz usagini guma basdiran,serab icib kimince heyatina gesd eden,haramin-halalin fergini anlamayan,xestelikler bas alib getsede aylarla yuyunmayan ve sair bu kmi faydali meslehetleri insanlar arasinda teblig etmek ücün dini kitablar yaranmali idi. Cün ki,basga tebligat yolu da yox idi,indiki zamanimiz kimi.Her seyi de yradici güvve olan Allahimizin adina baglamag düzgün deyil.Allah kimise müselman,kimise xristian,kimise buddizm seklinde yaratmayib.Yaratdigi bütün canlilar Onun ücün eynidir,hec bir fergi yoxdur.Bütün dinler hamisi insanlarin özleri terefinden yaradilib.Dinler var ki,insanlara heyat yasaminda en xos,mehriban,gözel heyat terzinin yollarini gösterir,dinler var ki,insanlari idare etmeyin,onlari esaretde saxlayib üzerlerinde kiminse hakimiyyetlilyinin uzunmüddetliliyine xidmet etmek ücün yaradilib. Insan mexlugu ne geder savadlanirsa,özünü derk etmeyi bacarirsa,demek bir o gedr de yaradici güvveni daha derinden derk etmek gabiliyyetine malik olur.Bu bir xestelikdir,her kelmede,her addib basi Allahin adini tutmag.Önce Allahi derk elemek savadina malik ol,sonra onun adini cek.Allah dediyimiz o enerji,o güvve bir bizi yaratmayib ki? Bizi kimi milyonlarla yasayis olan,olmus ve olacag irili-xirdali planetler, mekanlar sahibidir.Eyer insan,sexsiyyet, savadlidirsa,onun icerisi insanperverlik ideyalari ile doludursa ve onu etrafi ücün canla-basla asiliyirsa daha buna ne hicab lazimdir,ne yasmag!Gelin bax bunlar ücün diskusiya kecirek,saf cemiyyet yaratmag ücün,milletimizin geleceyi ücün,bir-birimize hörmet etmeyi bacarmag ücün,hügüglarimizin aliliyi ücün,saxsiyyetimizin kamillesmesi ücün yollar arayag,bas sindirag.Inan ki,demokratik,insan hüguglari gorunmayan,hörmet olunmayan bir cemiyyetde yasamag ele özü her seyin sonu demekdir,Allahsiz bir yerde yasamag demekdir! Bele bir cemiyyetde de hicab da,yasmag ehemiyyetsiz bir seydir! Gelin evvelce ehemiyyetli olacag bir cemiyyetimizin yaratmagin yollarinin diskusiyasini edek.Bax,buna vaxt serf etmeye deyer! Milletimizin geleceyi,onun xosmextiliyi ücün......
Rüstem,Budapest.
Cavab

Kimdən: SOKRAT
21.06.2010 02:08
Rustem qardashim sene teshekkurumu bildirirem.Men oz eyni dushunen qardashimi tapdim ki oda sensen.Ideyamizi mohkemledek.Sene her bir ishinde ugurlar arzu edirem.

Kimdən: cangulum Haradan: elden obadan
14.06.2010 12:29
bagislayin, heyecandan sehv yazdim - evvelki sherhimde "Konstitusiya maddelerine emel edimir" - oxumali

Kimdən: cangulum Haradan: elden-obadan
14.06.2010 12:27
haqqı tanimaq, amma onu bəyənməmək kimi ifadə bəlkə də məişət səviyyəsindəki problemlər üçün yararlıdır - cilpaq gəzməyə ixtiyariniz var, mən bunu bəyənməsəm də; nə bilim, gecələr 5 növ kabab yeyib delfinlərlə çimməyə haqqınız var, mən bunu bəyənməsəm də... Lakin, hörmətli professor, İMZA ATDIGINIZ hər sənəd orda yazılanlarla tam razı oldugunuzu göstərir, imza atib da sonra "men bunu beyenmirem" demek absurddur. İmza məhz tesdiq demekdir, ozu de birmənalı.
Sizin zorən imzaladığınız, fəqət içinizdə həmin sənəd ilə razılaşmadığınız kimi ikili munasibət, riyakarlıq məni məyus etdi - indi bildiniz nə üçün Konstitusiyanın maddələrinə əvəz edilmir? Çünki onu da sizin kimi adamlar imzalayıb - maddələri taniyırıq, amma bəyənmədiyimizə görə əməl etmirik.
Bu yazınız ictimai şüur üçün təhlükəlidir, çünki hami dini məqamlara diqqət edir bu yazıda, fəqət yazınızdan çıxan HƏQİQƏTLƏR başqa müstəvidədir

Kimdən: Həkim Haradan: Palata
13.06.2010 20:33
Niyazi bəy həqiqətən də sənin Volterdən gətirdiyin sitat çox əndirəbani sözlərdi.Ta da hicabı bəyənən və bəyənməyənlərin fikrinə münasibətin barəə yazdıqlarını götürsək o da elə
Sənin dediyindən belə çıxıir ki Qarabağ bizim olsa da .uğrunda döyüşmək lazım olsa da,Ermənilərin Qarabağa sahib çıxmaq ambisiyalarına və yaxud Xocalıda etdiklərini qəbul etməliyik.
Bilmirəm sən ya bu mövzunu bilərəkdən belə seçmisən ki insanları cəlb edəsən necə ki şou əhli kimi çalışırlar qalmaqal yaratsınlar ,ya da sən volterin aforizmini düzgün hüsab edib yuxarıda yazdıqlarım barədə də belə düşünürsən
Bir də xalqımdan xahiş edirəm ki ,münasibət bildirəndə bir az kəskin forma və sarkazmlardan istifadə etməyək

Kimdən: VUSAL313 Haradan: BAKU
13.06.2010 18:18
"Bəs o zaman nədən ali məktəblərdə hicabın yasaqlanması haqqpozuntusu sayılır?"SUALINA CAVAB:Hicab Aallahın müsəlman üzərində qoyduğu İlahi qanundur və bu qanunlara riaət etmək müsəlmanın borcudur.Bu kiminsə qalstuq bağlamaq və ya çıxarmaq qanunu ilə bir tutula bilməz.Bunun nə demək olduğunu dərk etmək üçün birinci növbədə hər şeyin yaradıcısı olan Aallaha iman gətirmək lazımdır...

Kimdən: VUSAL313
13.06.2010 18:11
Əvvəla məqalənin müəllifinə demək istəyirəm ki bu "zorunlayırlar" sözünü haradan tapıb bilmirəm,amma azərbaycan dilində belə söz mövcud deyil!Məcbur etmək sözü var!!! Keçək mətləbə,azadlıq və insan hüququndan danışırıqsa bilməliyik ki bir kimsənin azadlığı və hürr gəzməsi o yerə dək ola bilir ki bununla kiminsə mənəvi və digər hüquqları istismar olunmasın.İndi sizdən soruşuram hicabla gəzən qadın kiminsə hüququnu tapdalayır narahat edir,ya ictimayi yerdə siqaret şəkməklə kiminsə səhhətinə zərər verən kəs?Bunları eyni tərəziyə qoymağınızın heç bir mənası və məntiqi yoxdur.Mən hələ şəhərdə və digər yerlərdə yarı lüt gəzənləri demirəm.İslam hicabla qadının hüquqlarını istismar etmir,əksinə HİCAB QADININ CİNSİYYƏTİNƏ DEYİL ŞƏXSİYYƏTİNƏ QİYMƏT VERİLMƏSİ ÜÇÜNDÜR.Hər bir qadının gözəlliyi öz məhrəmi üçündür digər kişilər isə onun şəxsiyyətinə,kollektivdə iş bacarığına qiymət və diqqət etməlidirlər.Qadın örtülməyir ki gizlənsin və istismar olunsun,örtülür ki cəmiyyətə,müxtəlif xislətli insanların içinə rahat girə bilsin.

Kimdən: VUSAL313 Haradan: BAKU
13.06.2010 17:47
Qoyduğunuz şəkil isə məqalənin qərəzsiz və obyektiv yazılmamasına açıq sübütdur.Məgər hicab budur?Bu hicab deyil hicabı antireklam etmək üçün biabırçı bir şəkildir.Qadının üzünün örtülməsi şəriətdə yoxdur,niqab seçimə görədir və vacib deyil!!!

Kimdən: Adsiz Haradan: OzuBurdaQelbiOrda
13.06.2010 12:20
Dr.-Filos. Ferrux Ramazanovun Felsefe kitabinda yazilmishdir ki, ictimai shüurun 9 Formasi var. Siyasi shüur, Estetik shüur, Etik shüur, Dini shüur...
Görümdüyü kimi din bizim shüurumuzun bir qoludur. Bütün bu shüurun mecmusu bize agil verir. Onlar biri biri ile qarshiliqli tesirde olsalarda vehdet teshkil edirler. Buradan da bizim muasir elmi dushuncelerimiz yaranir.
Men oz tecrubemden deye bilerem ki, din xalqimizin ayrilmaz medeniyyetidir ve bu medeniyyet olmadan cemiyyetin boyuk tebeqesinde dini merasimler, inam, qürur, vetenperverlik hisleri ve s. mümkün deyil. DINSIZLIK xalqimizin parcalanmasi ucun imperialistlerin dagidici ve kesici aletine cevrile biler.
Səhifə (5)
    Növbəti