Cümə axşamı, Fevral 23, 2012 Bakı vaxtı 03:03

Siyasət

Pənah Hüseyn İsraili pisləyən bəyanat təklif edib

Şriftin ölçüsünü dəyiş - +
«Milli Məclis Qəzzaya humanitar yardım aparan gəmilərə hücum etmiş İsrailin bu hərəkətini pisləyən bəyanat yaymalıdır. Belə bir bəyanatı hazırlayacaq işçi qrupu yaradılmalıdır».

Bunu Müsavat deputat qrupundan olan üzvü Pənah Hüseyn parlamentin iyunun 8-də keçirilən iclasında deyib.

Hakimiyyəti dəstəkləyən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da belə bir bəyanata ehtiyac olduğunu bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov isə deyib ki, prezident İlham Əliyev artıq İsraillə bağlı fikrini açıqlayıb və prezidentin mövqeyi Azərbaycan cəmiyyətinin mövqeyi kimi qəbul olunmalıdır.

Mayın 31-də İsrail hərbi qüvvələri Türkiyədən gələn Qəzza bölgəsinə yardım aparan 6 yardım gəmisinə hücum edib.

Hücumda azı 10 Fələstinyönümlü fəal öldürülüb.

İsrail hərbçiləri bildirirlər ki, gəmilər 4 ildir ki, mühasirədə saxlanan Qəzza bölgəsinin mühasirəsini yarmaq istəyiblər.

Türkiyə tərəfi hücumu pisləyir və gəmilərdə yalnız mühasirədə olan Qəzzə bölgəsinə yardım aparıldığını bildirir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Musteqil Haradan: Baki
13.06.2010 03:51
Yene o biri millet vekillerine baxanda,Penah Huseyinov onlardan qat-qat cok yaxshidir.

Kimdən: Musteqil Haradan: Baki
13.06.2010 03:48
Men eshitmishdim ki, hörmetli, millet vekili, Sabirabadli bash nazir vezifesinden istefa verenden sonra qacmishdir Kipire. Göresen o Kipirde ne axtarirdi. Cashib getmishdir yoksa, bile bile getmishdir. )))))))))))

Kimdən: Muro Haradan: KIZIL UFUKTAN
10.06.2010 00:34
Penah bey kommunistlerle debatiniza baxdim,deyesen kecmis seflerinize gore pesmanciliq hisleri kecirir ve kommunistlerden uzr isteyirsin,senin kecmis dava arkadaslarinda ne qeder tez tovbe etseler o qeder yaxsi olar...
Cavab

Kimdən: AXCP.Uzvu Haradan: Turkiye
10.06.2010 03:41
Turklerde Kommunist adi gelende Kurd qorxusu hisleri bashlayir. Sen benim kibi komnuzmi deyerlendire bilmezsen. Iyi olar ki, bu ishde bizden meslehet alasin. Ben Kommunizmi insanligin en yuksek pillesi saniyorum.

Kimdən: AXCP.Uzvu Haradan: Turkiye
09.06.2010 14:22
Penah mellim size dovletimizle eyni fikirli olmaginiz ucun teshekkur edirem ve ele bilirem ki, bashqa AXCP uzleri de sizin kimi dovletimizle bir yumruq kimi birleshib dushmanlarin kafasina zerbe endirecekdirler.

Kimdən: Anonim
09.06.2010 07:55
Balaca heydər hamınızıa zülüm verəcək.

Kimdən: Kabus Haradan: Azerbaycan
08.06.2010 15:37
Əli Əhmədovun məntiqindən belə anlaşılır ki, İlham Əliyev bəyanat veribsə, Parlament susmalıdır. Bu adam anlamır ki, İcra hakimiyyəti ilə Qanunvericilik hakimiyyəti bir-birini əvəz edə bilməz!
Cavab

Kimdən: musavatci
08.06.2010 17:01
Diiqqet-diqqet.Butun YAPcilarin nezerine.Fezail Agamali obyekti ehate dairesinden cixmaq uzredir.Ehtiyatli olun bashqa radara dushmesin.