Cümə, Fevral 10, 2012 Bakı vaxtı 19:54

Rubrikalar / Təbriz Ekspress

İranda milli istəklərə görə həbslər davam edir

Şriftin ölçüsünü dəyiş - +
Heydər Kərimi
«Heydər bəy şəxsi işləri ilə əlaqədar evdən çıxmışdı, məmurlarla qayıtdı. Məmurların əlində həm həbs, həm də axtarış hökmü var idi. Heydər bəyi apardılar, haraya və niyə apardılar, xəbərimiz yoxdur. Üstündən bir həftə keçir, nədə ittiham olunmasından da xəbərimiz yoxdur, vəziyyətindən də».

«SİNA» QƏZETİ NİYƏ QAPADILIB?

Bunu, İranda Azərbaycan dili və milli kimliyi uğrunda mübarizə aparan və iyunun 8-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin əməkdaşları tərəfindən həbs olunan milli fəal, jurnalist, İranın Xoy şəhərində yaşayan 29 yaşlı Heydər Kəriminin qardaşı Mehrdad Kərimi deyir.

Heydər Kərimi Həmədan şəhərində farsca-türkcə nəşr olunan «Sina» qəzeti ilə əməkdaşlıq edirmiş. Qəzet iki ay əvvəl azərbaycanlıların milli haqlarından yazdığına görə qapadılıb. Hökumət hesab edib ki, qəzet İranda etniklərarası ixtilaf yaradır. Bundan əvvəlsə Heydər Kərimi farsca və türkcə nəşr olunan «İldırım» qəzetində də yazırmış. Həmin qəzet 7 il əvvəl eyni səbəbdən hökumət tərəfindən qapadılıb.

Mehrdad Kərimi deyir ki, qardaşı «Sina» qəzetində milli haqlarla bağlı dərc olunan çoxsaylı məqalələrin müəllifi olub:

«Ana dili ilə bağlı həm çıxışları olurdu, həm də yazıları. O biri milli fəallar kimi aksiyalarda da iştirak edirdi».

Mehrdad Kərimi deyir ki, ordan-burdan eşidib ki, indi qardaşını ETTELAAT-ın Təbriz şöbəsində saxlayırlar. Ancaq ailəyə bu barədə rəsmən bildirilmir.

ARA-SIRA JURNALLARDA ANA DİLİ TƏLƏB EDƏNİ TUTDULAR

Mahmud Fəzli
«Küçədə tutmuşdular, öz maşınına mindirmişdilər, gətirmişdilər qapıya. Evi axtardılar, Mahmud bəyin kitablarını, telefonunu, sənədlərini götürüb getdilər. Mahmud bəyi də özləri ilə apardılar».

Bunu deyən isə jurnalist Heydər Kərimi ilə eyni gündə həbs olunan 40 yaşlı Mahmud Fəzlinin həyat yoldaşı Fatimə Fəzlidir. Fatimə xanım deyir ki, əvvəllər Təbrizdə, son vaxtlar isə Tehranda yaşayıblar. Əvvəllər də bir neçə dəfə həbs olunan əri mühəndis işləyirmiş. Ara-sıra jurnallarda milli istəklərlə bağlı yazılarla çıxış edirmiş:

«Mahmud bəyin ana dilinə görə, milli məsələlərə görə fikirləri çox aydın idi, buna görə fəaliyyətdə idi. Ancaq son bir ildə elə də güclü fəaliyyət göstərmirdi. Mən də milliyyətçilik məsələsində Mahmud bəylə həmfikirəm».

Fatimə xanımın sözlərinə görə, ailəyə bildirilib ki, Mahmud Fəzli ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır. Lakin ona konkret hansı ittihamların irəli sürülməsindən ailə xəbərsizdir.

«TƏQİB VƏ HƏBS OLUNAN AZƏRİLƏRİN SAYI MİNLƏRLƏDİR»


İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, İranda azərbaycanlıların sivil savaşı gedir. Bu savaş elə bir mərhələyə çatıb ki, hökumətin bunun qarşısını almaq cəhdləri boşa çıxır:

Yaşar Həkkəkpur
«İrandakı azərbaycanlılar neçə illərdir ki, öz istəklərini ortaya qoyurlar. Baxmayaraq ki, azərbaycanlı fəallar qanun çərçivəsindən çıxmırlar, mədəni səviyyədə öz milli və insani haqlarını istəyirlər, İran hakimiyyəti bu istəklərə sərt yanaşır, fəalları həbs etdirir».

Həkkəkpur deyir ki, bu ölkədə milli istəklərə görə təqiblərə məruz qalanların və həbsə atılanların sayı minlərlədir.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Lakin sayı 20-35 milyon arası olduğu ehtimal edilən azərbaycanlıların ana dilində məktəbləri yoxdur. İran rəsmiləri bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmadığını iddia edirlər.

Yaşar Həkkəkpurun dediyinə görə, iyunun 14-də Təbriz Universitetinin tələbəsi, milli fəal Nəim Əhmadi Xiyavi də həbs olunub. Ailə üzvləri onun nəyə görə həbs olunmasından və harada saxlanmasından xəbərsizdir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Erselan Haradan: baki
17.06.2010 12:05
Teessufle Buradaki yazilan Sozler ve tartishmalar Azerbaycan ve turkiye Hakemiyetleri haqinda temamen duzdur.
bizde deyirik ki yaziq Guney , ve qozey Azerbaycan milleti.

Kimdən: əzilən xalqdan Haradan: bakıdan
17.06.2010 11:04

20-35 milyon xalqdan maksimum 5 milyonu ayağa qalxsa onda onunsəsi gur çıxar min on min bu osay qarşısında çox azdır deməli bu millət kölə yaşamağa öyrəşib yumruq olmağı bacarmırsa onda yumruq yesin
Cavab

Kimdən: atilla Haradan: tehran
20.06.2010 03:03
bravo

Kimdən: dostlar Haradan: dostlar birdir
17.06.2010 09:29
Ay qardash Farslar bu xaricde "shahchilar ve Behayiler le birlikde her ishi ele almishlar ,onlar ish bashindadi ve qoymurlar Duz bilgiler Xaricde yayila.
siz haqli yazmisiniz. bizim hamimiz yox , hetta Turkiye ve quzey azerbaycanda bizler qarshidir. niye ki yardim etmir ve gune gunden ilishkilerin IRAN Devletile derinleshdirir.yazix turkiye ve Quzey Azerbaycan Devletine. Yashasin Quzey KURDUSTN daki olan qeyretli Hakemiyet ki her zaman oz soylarindan olanlardan her yerde polla ve tam gucuile komek edirler.
Yashasin KURDUSTAN
Ar olsun Azerbaycan hakemiyetine .
Azerbaycan mosteqil devleti....???!!! KURDUSTAN "iraq" ve Kurdlerden oyrensin ve otanib yere girsin.
yasha menim dushmanim olan Qeyretli "Kurdustan"

Kimdən: Ahmed Haradan: Erdebil
17.06.2010 09:19
Bu qardas dedigi kimi ,Guney azerbaycanin Donyada hetta 1 dostu yoxdur, Milletchilerinde hamisi polsuz,kasib xanivadeden,Azerbaycan Devleti Ve Turkiye de Dushman ulde degiller ,Amma Dostda degiller ve indiye geder Hech zaman Guney deki hereketden himayet etmemishler .
Kash bizlerde Amerikaya 300 min nefer BEHAYE Dininde olan kimi olaydig ki her hefte Donya ve Amerika oz chixarlarina gore bir beyanat verir.?!
goresen bu insan haqqi deyilen shey 30milyon Azerbaycanliye neden shamil olmur?
buni da Amerika,Israelden sorushmamiz gerekir.
Cavab

Kimdən: atilla Haradan: tehran
20.06.2010 03:05
haqq almalidir, vermeli degil

Kimdən: güzgü Haradan: Vetenden
17.06.2010 05:56
* * *
Azərbaycan! ...
Sən ey dünyam! ...

Haqq yoludur, mübariz ol, qeyrətiniz vardır sizin!
İranda da, Turanda da, öz dünyanız vardır sizin!
Sən Tomris ol! Tarixə dön! Qara Yusif hünərli ol!

Tarixlərdə tarix yazan, qeyrətiniz, cürətiniz vardır sizin!
... , neçə-neçə, yüzləriniz, minləriniz, vardır sizin!

Sən bir eşit, ey millətim! ...
Məğlub olmaz, Babəyin var, unudulmaz, Cavanşirin!

Tarix yazan, sənin türkün, mənim türküm, Atatürküm!
Metem, Atillam! Hökmdarlar hökmdarı, o da türküm!
... , Çingiz, Teymur, Xaqan Türküm!
... , budur özün, budur izin!

... , əsrlərə tarix yazan, sənin özün, mənim özüm!
... , mənim Türküm, ... qalx ayağa, Azərbaycan!
... , dur ayağa, Azərbaycan!
... , sən AZ-AD ol, Azərbaycan!
_ _ _




Kimdən: Yurdsevər
16.06.2010 14:49
Shimalda normal dovlet cemiyyet olsaydi, Cenublu qardashlarimiza hech olmasa menevi destek ola bilerdik...

Kimdən: Elyar Tebrizli Haradan: vancouver-kanada
16.06.2010 11:07
Azerbaycanin Milli Hereketi ,En Medeni ,En Demokratik,En Mezlum ve Kimsesiz , yiyesiz bir hereketdir , ki Hech Xarici Dostu yox ve Dort bir terefin Dushmanlar buruyubdur.
Bir olke ,Yalniz bele Bir olke bu Milletden mudafiye etmir.Ancaq gelecek bu milletindir, niye ki ozun satmayib,Aldanmayib.Amerika,Israel,Ingiltere ,bizleri sevmir ve indiye kimin Asla ve Asla bir Dollarda bu herekete Serf etmemishler.
bes neden KURD milletini Sevirler?! KURDlerin insan haqlarindan Dunya seviyesinde mudafiye edirler??? Hetta Teror ve Silahli mucadilelerinden himaye edirler.
Bu sorunun cevabini ,icherideki olan Azerbaycan milletchileri Derinden ,Anlayib, bilmelidirler.
Azerbaycanin milli hereketi Dunyanin En Medeni,Demokrat,ve Taye olmayan insani,milli hereketdir.

Cavab

Kimdən: Azeri oglu Haradan: Baki
16.06.2010 14:19
Ay millet sonra deyirler Iran islam respublikasidir.Yallandi.On;ar cox gozel dinin altinda perdelenirler.AXi islam hec kesin haqini tapdalamaga icaze vermir.Bu farslar ele islami dunyada gozden salanlardi.

Kimdən: Ariyamehr Haradan: Kendistan
15.06.2010 23:22
Bizim bezi avamlar da molla rejimini ve ayetullahlahlari mudafie edirler.

Kimdən: Mübariz Haradan: Almaniya
15.06.2010 17:00
Bir millätin dinini bälkä ola bilsin älindän ala bilsinlär bir millätin kimliyini älindän äsla hech kimsä ala bilmäz. Artiq bunu Iran dövläti bir däfärlik därk edib basha düshmälidir!!!
Cavab

Kimdən: Güntay Qızılqaya Haradan: Təbriz
15.06.2010 18:41
hər nə qədər bu həbslər dəvam etdikcə bu hakimiyyətin qanunsuz olduğunu dünyaya göstərir və kəndi kəndinin gömləməyə başlayır.səslənirəm hay kədər imanlı alacayıq haqqımızı lap artıqlamasila belə istər zorla istər xoş yolla.Birdaha fars faşistinə əymiyıcək bu millət. yaşasın türk ulusu yaşasın azərbaycan