Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:32

Verilişlər / 14-24

«Azərbaycan gənci ölkədən qaçmağa meyllidir»

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycan gənci bu gün ölkədən qaçmağa meyllidir. Şəriət ona görə yayılıb ki, ölkədə ideoloji boşluq var. Öz fikrini ifadə edə bilməyən gənclik təbii ki ya dinə meyllənəcək, ya da ki başqa sahələrə. Hamı ölkədən qaçır, qaçmayanlar isə ya ailəyə, ya da dinə bağlı insanlardır».

Gənclər üçün «Alma» qəzetində çalışan Cavid Ramazanov «14-24»-ə ADAM sosioloji xidmətinin 2009-cu ildə gənclər arasında keçirdiyi sorğunun nəticələrinin müzakirəsində belə deyib.

DİN İNSANIN İNTİM İŞİDİR, AMMA...


Həmin sorğuya görə, Azərbaycan gəncləri arasında şəriət qanunvericiliyinin ölkədə tətbiq edilməsinin tərəfdarları artıb. Belə ki, tam olaraq və ya ailə məsələləri sahəsində şəriət qanunvericiliyinin tətbiqini respondentlərin 53% alqışlayır.

Cavid Ramazanovun fikrincə, din hər bir insanın intim işidir, amma müxtəlif ölkələrin öz təriqətlərini yayması gələcəkdə Azərbaycan üçün təhlükəli ola bilər.

BİRTƏRƏFLİ TƏBLİĞATIN FƏSADI

10 DEKABR
Gənclər Təşkilatının sədri, sosioloq Sənubər Həydərli düşünür ki, sorğunun bu cür nəticələnməsinə təsir edən bir amil də insanların televiziyalardan birtərəfli təbliğat görməsidir:

«Məsələn, Milli Məclisdə «Ailə haqqında qanun» qəbul olunanda deputat Musa Urud süni mayalanmanın inadla əleyhinə çıxırdı. Baxın, televiziya bunun yalnız bir tərəfi göstərildi – bu dinimizə ziddir. Amma heç kim demədi ki, bunun hansı yaxşı nəticələri olacaq, gənc ailələrin dağılmasının qarşısını necə ala bilər və sair».

«NƏTİCƏLƏRI BÜTÜN GƏNCLİYİN ADINDAN VERMƏYƏ ƏSAS YOXDUR»

ADAM sosioloji xidmətinin sorğusunda əsas məqsəd gənclərin sosial durumunu və ölkədəki ictimai-siyasi proseslərə baxışını öyrənmək olub.

Sorğu Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin (FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatının dəstəyi ilə 1000 nəfər arasında keçirilib.

5 ildir anketyor kimi çalışan Sənubər Heydərli deyir ki, bütünlükdə Azərbaycan gəncliyinin fikrini əhatə etmək üçün 1000 nəfər azdır:

«Bu sorğuda yönəldici suallar var və adlar çəkilir. Ona görə də sorğunun nəticələrini o qədər də tanımıram».

SEÇMƏLƏRİ DÜZGÜN APARSANIZ, NƏTİCƏ DÜZGÜN OLAR


ADAM sosioloji mərkəzindən Rüfət Qaragözlü: «Amerikada – 250 mln-dan çox əhalisi olan bir ölkədə də 1000 nəfər arasında sorğu keçirilir. Bəs bu zaman? Seçmələri düzgün aparsanız, hətta o 1000 nəfərin rəyi 250 mln-nun fikrini düzgün əks etdirə bilər. Azərbaycanda rəy sorğusu keçirmək çox ağırdır. İnsanların özlərini sərbəst hiss etməsi üçün sorğuları anonim keçiririk».

Gənclərin neçə faizi internetdən istifadə edir?


Ailədə kimin rolu daha yüksəkdir?


Gənclərin 50 faizi niyə heç bir tarixi şəxsiyyətə bənzəmək istəmir?


Qonaqlarımızın bu suallarla bağlı şərhlərini dinləmək istəyirsizsə, «14-24»-ü tam dinləyin.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: SHAXTABABA
02.07.2010 15:45
"Azarbaycan ganci olkadan gacmaga meyillidir"KIMDIR GACANLAR ? Inandirim sizi hec kim oz dogma yurdunu,ata-ana,baci-gardash,gohum-agraba,dost-sirdashini atib gacmaz,agar Azarbaycanin galacayina inansa.Man hec sharh yazmag fikrim yox idi.Ona gora ki, azadlig radiosuda sharhlara senzurani guzlandirib.Na isa...Azarbaycanin galacayi hagugatanda kolga altindadir.Tagsirin 5-ni hakimiyyatda goranda 1-ni ozumuzda gormliyik!Har kas ozuna bir sual versin.Man neca tarbiyalanmisham va man ushaglarimi neca tarbiya ediram.Manim hayatda hec bir dostum yoxdur.Atamin tarbiyasi sayasinda.O mana deyib:Sahvini uzuna deyan adamlara yaxinlig ela,Dostlug elamak istadiyin adamin sahvini uzuna de,va s.Manda o deyanlar kimi etdim va dostsuz galdim.Bazi dost istamir nayasa gora sahvini demasin uzuna,kiminsa sahvini deyirsan uz dondarir.Hac birimizin sahvinin uzumuza deyilmasini sevmirik.Hamimiz ozumuza gora duzuk.Bu duzluk kitabini kim yazib hardadir o kitab acag oxuyag oyranak.Bu gun hami evinda hayatindan narazidir Azarbaycanda yashamasamda hec olmasa 60%-i narazidir.Tabii ki bu narazilig ilk novbada evdan bashlayir ay na bilim filan shey yoxdur,ay na bilim filankasin toyudur,catdira bilmiram.Cox xirdacilig elamiram basha dushan basha dushur na demak istayiram.Evdaki narazilig,bayirda gorxuya cevrilir.Yani evda bashca sifat,colda bashga.Bu muhitda tarbiyalandirdiyimiz ushag21-ci asr kompyutor,kosmos asrinda ozuna bir yol tutmag fikriyla hec olmasa oz talabatlarini odamak ucun garshisina magsad goyub harasa gacmasini manfi giymatlandirmak olmaz.Taki harda yashayirigsa yashayag taki kunumuz xosh kecsin.Amma Azarbaycanimizin galacayi ucun hec bir ish gormayan adam hec o olkanin gangalina layig deyil.Yazmaga galsa roman yazaram burda Xahish ediram kimsa cavab yazmasin.Kimin na fikri varsa sadaca yuxarida fikrini desin,unvanlamasin.

Kimdən: Azərbaycan vətəndaşı Haradan: Azərbaycan
22.06.2010 12:28
Ailə və iqtisadiyyatda şəriət qanunlarının tətbiqini məndə alqışlayıram. 53% + 1 nəfər (yəni mən)

Kimdən: Kamikadze Haradan: Ehmedliden
22.06.2010 11:34
Gerey dine kor koran e gelmeyesen en yaxsisi heyat tecrubesi gorub heyati ele yasamaq lazimdi.Yeni ureyince yasa yaxsini pisden ayirib yasamaq lazimdi.Dini ise basa dusub qebul etmey lazimdi

Kimdən: Fateh Haradan: Stockholm
21.06.2010 06:03
Bezi gencler Azerbaycan cemiyyetine uygunlasa bilmirler ve ölkeni terk edirler. Bunun hem musbet hem de menfi cehetleri var. Amma tebii ki vetende qalib onun inkisafinda xidmet etmek ela olardi. Bu da teesuf ki Azerbaycanda indi yoxdur.
Genclerin fikirlerini dogru yola ceken butun amilleri ölkede dayandirmaga calisirlar. Basda "muasir" tehsil olmaqla butun faktorlar nezaret altindadir. Meselen felsefe tehsili hele de tehsilimizde öz yerini almayib. Hele de mekteblerde seirlerle hekayelerle basimizi qatirlar. Genclerimizi dusunmeye yönelden faktorlar ortadan qaldirilmaga calisilir! Hakim siyasetin sözsuz bir sonu olacaq!!

Kimdən: Mətanət Haradan: Bakı
20.06.2010 23:46
Hər şeyimiz düzəlib galıb indi dini ingilab?!Bu zavallı gənclər neyləsin axı?Bu ölkəni parçalayan,onu hissələrə bölüb dağıdan insanlardan gorumag üçün tək gənclər yox əhalinin bəziləri xilası dində görür....Ganunsuzlug cəmiyyətdə hökm sürəndə,cahillik çiçəklənəndə də belə olur...Amma burada xaricdən Azərbaycanı İslam ölkəsi kimi görmək istəyənlərin də rolu az deyil.Nə gədər ki,bizə tolerantlig dalğası vurulacag.nə gədərki dini sektalar ölkədə meydan sulayacag ola bilsin ki,çox uzagda deyil Azərbaycanın ya Əfganıstan ,ya da Pakistana dönməsi...Hagg tapdananda,ədalətsizlik bərgərar olmayanda,savadsızlıg dirçələndə yaxşı heç nə gözləmək olmaz..Din pərdəsi altında zülüm,indikindən də pisdi......

Kimdən: zerdusht
20.06.2010 18:59
dine yuvarlanan gencin axiri mollaxanadir!

Kimdən: Bahar Haradan: Baku
19.06.2010 01:54
Ən şərəfli və üstün din İslam dinidir və sevinirəm ki Azərbaycanda İslama gələnlər artır. Bəlkə Gəncliyin pozulan əxlaq və mənəviyyat normaları da qaydasına düşər. yoxsa istəyirsiniz ki, barlar, kazinolar, gecə klubları artsın? Ya qadın paltarı geymiş kişilərin sayı artsın? Məncə Braziliya seriallarını artırın ki pozulan mənəviyyat biraz da pozulsun. budur istədiyiniz?! Azərbaycanda İslama gələn gənclərin sayı 1000 deyil bəlkə 1000lərlədir. Əlhamdulillah. bir gün bu sayın 1000.000 lar olması diləyi ilə. İnşəAllah.
Cavab

Kimdən: Vetendash Haradan: Azerbaycan
22.06.2010 15:59
[QUOTE]Bəlkə Gəncliyin pozulan əxlaq və mənəviyyat normaları da qaydasına düşər.[/QUOTE]
Xanim, meger dindar olub azginliq etmirler, bu olkede? Bezileri namaz qilir, gedib aleme car chekir ki, men namaz qiliram, ki hormet qazansin! Bunun harasi ibadetdir ve yaxud da dindarliqdir????

Kimdən: Akif Haradan: Bakı
19.06.2010 00:49
Nəinki gənclər, hətta orta yaşlı nəslin də nümayəndələri ölkədən qaçır. Mən hesab edirəm ki, burada mən katorqa həyataı keçirirəm və ona görə vətəndaşlıqdan çıxıb xaricdə azad ömür keçirmək lazımdır.

Kimdən: MUSHAF Haradan: baku
18.06.2010 18:09
bezileri dogru buyurub..bunu her kes aglinda bele olaraq da qebul etsin.chunki bu heqiqetden bashqa bir sey deyil."SHUPHESIZ KI BU QURAN INSANLARI EN DOGRU YOLA ILETIR".QURANI -KERIMIN DERINLIYI VE GENISHLIYI SONSUZ BIR DENIZ KIMIDIR.QURAN EREBCE OLARAQ BUTUN INSANLIGA GONDERILMISHDIR.BUNA GORE DE QURANI INSANLIGA TEBLIG ETMENIN IKI YOLU VARDIR.YA BUTUN INSANLARI EREBCEYI OYRETMEK YA DA QURANI BASHQA DILLERE CHEVIRMEK.BUTUN INSANLARA EREBCEYI OYRETMEK IMKANSIZDIR VE BUNA GEREK YOXTUR.VE ELAXSUSDAKI QURANDA,MUXTELIF DILLERIN VAREDILDIYI VE BUNUN ALLAHIN VARLIQ VE QUDRETININ DELILLERINDEN OLDUGU BILDIRILMISHDIR.BELE VEZIYYETDE DE QURANIN BESQA DILLERE CEVRILMESI VACIBLIYI ORTAYA CIXMAQDADIR.BURDA-EXLAQ,AILE DUZENI,ALLAH,IBADET,IQTISADI HEYAT,ILIM,AGIL,TEFEKKUR,IBRET,INSAN,MUMIN-MUSLUMAN-KAFIR-MUNAFIQ-MUSRIK,VE S.BILDIRILMISHDIR.QURAN MOCUZELERINDEN DANISHSAQ ISE BITMEZ..KICIK BIR MISAL GETIRSEK-21 ESRDE QARISHQANIN EZILDIYI ZAMAN SHUSHE KIMI CILIK-CILIK OLUNMASI ASKAR OLUNMUSHDUR.BUNU 7 ESRDE ISLAM PEYGAMBERI DEYIB.QURANDA DA BU VAR "QARISHGA AYESI".BU QURANIN ELM BAXIMINDAN EN KAMIL BIR KITAB OLDUGUNU SUBUT EDIR.7 ESRDE PEYGAMBERIMIZ S.A.S-DAN BIR HEDIS VAR:MENIM SEHABELERIMDEN BIRI GELECEK DOVRE DUSHSE ORDAKI MOMINLERI GORUB SOYLEYER:AND OLSUN ALLAHA KI BUNLAR MUSELMAN DEYILLER.AMMA GELECEK NESILDEKI MOMINLER MENIM INDIKI SEHABELERDEN BIRINI GORDUKDE ISE BELE SOYLEYERLER: AND OLSUN ALLAHA KI BU DELIDIR.YANI ISLAMA QAPANMAQ ISLAMDA IFRATA DUSHMEK DEYILDIR."BIZ ISLAMI HEYATA GORE DEYIL, HEYATIMIZI ISLAMA GORE QURMALIYIQ."BU GUN MUSBET ELDE ETDIYIMIZ NE VARSA ISLAMI QORUYAN GENCLERE BORCLUYUQ.MENFILERIMIZIN BUTUN SEBEBKARI ISE AVROPAYA MEYILLI BU GUNKI HOKUMETIMIZDIR..ISLAM BIZE,BIZIM INSAN OLDUGUMUZU ANLATMAGA CALISIR.MUASIRLIKDE INKISIAFIN BUTUN YOLLARINI BIZE ASKAR GOSTERIR.AVROPA "DEMOKRATIYA" BIZI CAHILLIKDEN VE KOLELIKDEN BASHQA BIR SEYE SURUKLEMIR.

Kimdən: Bakili Haradan: Cexiya
17.06.2010 23:09
Genclerimizin dine inami teqdirelayiqdir. Orta mekteb ve institutlarda din tedris olunsa, onlar duzgun istiqamet alarlar, Qurani-Kerimin sirlerini oyrenerler. Olkeden qacmalari ise, onlarin imkansizliqindanbash verir. Burada dovlet gunahkardir. Muasir gencliyimiz ucun hec bir sherait yoxdur.Idman teshkilatlari, incesenet,dernekler ve saire,hamisi pulludur.Maddi durumu ashaqi olanlar ucun her qapi baqlidir.Sovetlerin dovrunde her shey pulsuz idi.Mekteblerde dersden sonra uzadilmish qruplar vardi ki,shagirde ev tapshiriqinda komekden sonra eylenmeye her cure sherait yaradilirdi. Muasir dovrde ish tapmayan genc bes ne etmelidir????
Cavab

Kimdən: mezun bekar genc Haradan: klavishden
18.06.2010 01:31
mektebde dinin tedris olunmasina da ehtiyac yoxdur...bilirsiz son zamanlar her kes turkleri ornek kimi goturur(bir zamanlar rus idi neise)--turklerde din exlaqi adinda ders var-orda muasir globallashan dunya ile din arasindaki elaqelerden dinin ne uchun vacib oldugundan ve s.yazir bele bir shey olsa hec olmasa sethi de olsa hec olmasa usaq biler din deye bir shey var...
amma genclerin bekar olmaqi son zamanlar chox nezere carpir...Vallah ele bil hami bekardi...kime baxirsan-istiyir mektebi qurtaran istiyir universiteti istiyir peshe mekteblerini hec bir sosial fealiyyet zad yoxdur--ele men ozum orta mektebi bitirmisem uni-ye de imtahan vermisem insALLAH gedecem Turkiyede oxumaqa chunki burda baxib ornek goturulesi hecne hecne hecne yoxdur,,,VALLAH
Səhifə (2)
    Növbəti