Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Niyazi Mehdi

Azərbaycanda söhbət problemi

Niyazi Mehdi

Niyazi Mehdi

20.06.2010
Alman və fransızlar söhbət situasiyasında

Beş-on il bundan qabaq ağlıma belə bir düstur gəlmişdi ki, mədəniyyətləri onların məkanında nələrdən söhbət edilməsinə, necə söhbət edilməsinə görə ölçmək olar.

Fransızlarla almanları ölçək. Şair Arndt 18-ci yüzilin axırında demişdi: Biz həddən artıq düşüncələr yürüdürük, fransızlarsa danışmağı sevirlər. Özü də söhbətdə dərinə getmək onlarlıq deyil. Almanların dərin söhbətləri fransızlar üçün əsl əzabdır. Şopenhauer isə yazmışdı: Fransızlar hətta deməyə bir şey olmasa belə, danışmalıdırlar, çünki onların məclisində bir dəqiqəlik susqunluq, sükut da ədəbsizlik sayılır.

Söhbət özəlliyi məsələsində bizimkilərə keçəndə

Çətin deyil görmək ki, bu tutuşdurmalarda azərbaycanlı söhbətbazlığı fransızlarınkına yaxındır. Ancaq bu üzdə belə görünür. İçdə isə Azərbaycan insanlarında fransızlardakı söhbət manyerizmi, dünyadan şirin-şirin, yastı-yastı danışmaq yoxdur. Bizim söhbət mədəniyyəti həm dil, həm mövzu baxımından heç də dörd yanımıza örnək ola bilməz. Bakılı sükutdan lap fransızlar kimi qorxur. Deyəsən, ona elə gəlir ki, bir şey deməsə, elə görünəcək ki, başı boşdur, ona görə dili başından heç nə çıxarammır. Və ya dili köntöydür, ona görə bir düşüncə deyəmmir.

Ancaq o da var ki, bakılıdan və fransızdan fərqli olaraq bizim bölgələrdə tez-tez rast gəlmək olar ki, çayxanada iki nəfər oturub çay içirlər, hərəsi də bir yana baxır.

Azərbaycanı və azərbaycanlılığı yırtıb, didmək (əlləşdirmək, türklər demişkən, «eleşdirmek?») hər yazana elit bir əda verdiyi üçün mən də fürsətdən istifadə edib söhbət məsələsində özümüzü «didmək» istədim. Məsələn, demək istədim ki, bizim romanlarda hələ də qızla oğlanın flirt (mazaq?!) dolu sözlə oynaya-onaya bir-biri ilə oynaması (mazaqlaşması?) yoxdur, bircə Anarın Təhminəsi ilə Zaurundan başqa. Bizim romanlarda hələ də alim, intellektual kimi verilən iki nəfərin düşüncəli söhbəti yoxdur.

Dünya üçün söhbət problemi

(Bizdə bəzi söhbətlərin laqqırtı adlandırılması da ilgincdir. Nədir bu laqqırtı? Boş-boş danışanların danışığının musiqisinin olmaması? Ona görə də bir az uzağa yayılanda laq-luq səslərində itməsi?)

Beləcə, mən istədim elit bir əda qazanaq üçün Azərbaycanı və azərbaycanlıları söhbət böhranında, söhbət mədəniyyətsizliyində suçlayım. Ancaq bu zaman ağlıma gəldi ki, bütün dünyanı söhbət böhranında, söhbət mədəniyyətini itirməkdə suçlamaq olar. Bəlkə də sevənlər üz-üzə oturanda əsas ləzzətli «söhbət» baxışlarda gedir. Ancaq iki-üç nəfər gözlərdən yox, sözlərdən elə bir dünya yarada bilər ki, ulduzlu göy qübbəsi olar. Belə söhbətlər isə bütün dünyada çətin çatılan bir haldır.

Nitsşe zarafat etmişdi: Çox az adam tapılar ki, söhbət zamanı materialın qıtlığından dostunun sirrini danışmasın. Azərbaycan və dünya söhbətlərində söhbəti ləzzətli etməyin çətinliyində dada dostların sirri çatır. Bunları danışanda gərəkli dramatikliyi, marıtlayan baxışları əldə edirdilər. Bir də dalca danışanda. Mədəniyyətimizdə dalca danışmağın yasağında «nə olar-nə olmaz» aydınlığı olmadığı üçün hər danışıq dalca danışıq kimi damğalana bilər.

Rezyume:

İndi sonda nə deyim? Onsuz da mənim yazdıqlarımın kodunda çaş-baş qalan oxucular var ki, sevgidən yox, hirslərindən şərhlərində mənə «sən» deyib deyinirlər.

Mən isə demək istəyirəm:

a) mədəniyyətdə söhbət kültürünün nə halda, nə necəlikdə olması onun sağlamlığı, xəstəliyi, düzlüyü-əyriliy haqqında simptomlar olaraq diaqnoza əsas verir;

b) bütün dünyada söhbət böhranı var, yüksək tok-şoular, realiti-şoular, müğənnilər haqqında dedi-qodular, Maykl Ceksonun fanatları dəstəsində toplaşmaq, TV-lərdə yemək-mətbəx məsləhətləri «nədən danışaq» məsələsində adamların dadına çatmaq üçündür;

c) gözəl şeirlərin, romanların, hekayələrin bir dəyəri də mədəniyyəti ağıllı söhbətlərlə təmin etməkdir.

Bütün bu a-b-c-dəki parametrlərdən Azərbaycanda «söhbətə bəhanələr» məsələsinə çıxsaq, görərik ki, problemimiz çoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Julidemun Şəhər: bakı
01.07.2010 11:49
bu gun chatlarda Bizim uzdeniraq genclerimiz lotu sohbetleri edirler...bu lotular umumiyyetle cemiyyetin parazitleridi...kimlerinse hesabina yasayan bu insanlarin hereketlerinin bir cox gencler terefinden etalon kimi goturulmesi cox agir gelir mene... 4 gencimizin tesadufu chatda geden sohbetine tanis oldum....hansisa lotunun adindan chatda nickname kimi istifade etdiyine gore "qaqasin varin yoxun menali sozlerimizle bezediler" ellerinde olsaydi yeqin onu linclemekdende cekinmezdiler...dehsetdi sadece...bezen xeberlerde geden No Comment buraxlislari kimi:)

Kimdən: ZuZu Şəhər: Baki
26.06.2010 16:59
Yazida "cixarammir" "deyemmir" kimi qerb lehcesinden istifade etmek ne qeder duzgundur? :-(
Cavab

Kimdən: Qızılüzən Şəhər: Bakı
27.06.2010 10:41
Ola bilsin, bu günün dil qaydalarına görə ləhcə səviyyəsində qalır, ancaq dillərin inkişafının bazisinin əsasını elə ləhcələr təşkil edir. Yazıda o qədər təbii alınıb ki, şəxsən mən ancaq siz deyəndən sonra fərqinə vardım.

Kimdən: Ghasem.Torkan Şəhər: Tabriz
26.06.2010 00:44
Niyazi Müəllim Səlam
Mən Təbrizdən sizlə əlaqə qurmaq istirəm. Saıib Təriz qəzetəsinin baş redaktoru habelə körpu dərgısının ədəbi redaktoruyam. Körpü dərgisi azəri latınca həmdə farsca və turkcə ərəb əlıfbasilə 3 aydan bir yayılır. Mən sizin Fəlsəfə Tarixində Fəlsəfə ünvanli məqalənizi körpü nun 2010 cu ilin yaz fəslində dərc etmişəm. Himmət Şəhbazi lə Ramin cabbarlı bu məqaləni ərəb əlifbasina çəvirmişdilər. Ama sizin Azərbaycanda söhbət problemi ünvanli mətləbiz mənim üçün maraqlı idi. Azərbaycan ədəbiyatinda gün tələbaına qarşı irəli surmə məncə çox cansiz və rəməq siz dir. Təəcüblüdür kı siz Rus ədəbiyatının yüz illik sayəsində yaşıyarkən xososilə Dasta yoveski –Tolistoy –Çoxof və s... dahilər qonşuluğunda bəs nədən diqqətləri cəlb edən naıiliyətlərə çatmamısınız.
Məncə fəlsəfə ilə rumanın dərin bağlılıqlari vardi. Azərbaycanda fəlsəfə elədə güclu deyil , hal bu kı Sohrəvərdilər, Mülla Rəcəb Ali Təbrizilər , Vədud – e- Təbrizilər , lap axiri Əllamə Təba Təbayilər, hal hazirdə isə Dr. Kərim Müctehidi və sayirlər bu tay Azərbaicanda öz düşüncələrilə fikirləri , düşüncələri silkəliyirlər.
Baxin, nədənsə Orhan Pamuk dünya şöhrəti qazana bilir. Türklər fəlsəfədə dərindən işləyiblər, onlar rumanlarında Rus və Fransız dahilərinin fəlsəfi düşüncələrini izləyərkən , islami fəlsəfəni isə bir təməl daşi kimi düşünrlər. İranda ruman və dastan habelə minimal dastan irəli sürmədədir . 80 il bundan əvvəl Sadiq Hidayət , Məhəmməd Əli Cəmalzadə, Bozorg Ələvi, Sadiq Çubək və Qulam Husein Saıidi kimi qədər dastan yazarlar , yüksək səviyədə tap əsərlər yaratmışdılar. Bizim islami inqilabımızdan 30 il keçir, 30 il bundan əvvəl biz bir istopla rastlaşdıq , ama tam çətinliklərlə dini qeidlər qarşısında kinomuzda gedən vəziyətlə ruman və dastan dünyasini addımadıq. Niyə ki fəlsəfə burada candn duşməyibdir.
Bağışlayın, elə bir mənim bu boşboğazlığım sizin Azərbaycanda söhbət problemi ni subuta çatdırır. İstəsəz mənə baş çəkin. Hələlik xuda hafiz

Kimdən: Realistka
22.06.2010 14:51
Ela yazı. reallıq çox gozel tesvir olunub. ishdeyem, bir insan yoxdu ki oturub normal medeni sohbet edesen! ancaq qeybət, dalca danışmaq, pul, para, maşın markaları, maddi şeyler... hetta onların sohbetine baş qoşmadığım üçün mene qeribe baxırlar )))
bezen onların qeybetine qoşulmadığım üçün ozum de utanıram, ele bilirem onlar duz edirler, men yalnışam ...
Cavab

Kimdən: etika
22.06.2010 23:34
Duz edirsiz.Menasiz sheylerden danishmaqdansa susmaq daha gozeldir.Mende eynile sizin kimi bele menasiz sohbetlere bash qoshmuram.Bir qiraga chekilib dushunmek daha faydalidir.

Kimdən: Rüstem, Şəhər: Macaristan
21.06.2010 18:27
Niyazi muellim Siz, cox düzgün olarag buyurursunuz ki,medeniyyetleri onlarin mekaninda nelerden söhbet edilmesine göre ölcmek olar.Elbeette,menali söhbet ücün gerek ferdlerin savadliligi da hec olmasa ortabab seviyyede olsun.Mence, Avropa genclerinin hanci milletin nümayendesi olmasindan asili olmayarag daha mezmunlu daha savadli alinir.Onlarin danisiglarinda ettökücü sözlere,menasiz laggirtiya rast gelmersen.Menim özümün Budapest seherinde en cox istifade etdiyim negliyyat növleri metro ve avtobuslardir.Inanirsinizmi,bir kimseden yersiz bir söz esitmek mümkün deyi.Azeri genclerinin danisiglari,en cox da insanlarin toplum halinda olan yerlerde ister,avtobus,ister metroda cox ettökücü sözlerden ibaret olur.Adam cox utanir,hetta öz-özüne bele bir sual vermek mecburiyyetinde galirsan ki,yeni menim milletimin gencleri bu seviyyede savada ve düsünceye malikdirlermi?Bes onda bu milletin geleceyini ne gözleyir?Men defelerle Bakiya gedende ister metrota ister avtobusta görmedim ki,genclerimizin ellerinde kitab ve ya gezet oxusun.Amma sahidi oldum ki,onlarin ekseriyyeti mobil telefonlarinin vasitesi ile genc giz ovuna cixiblar.Eyer metro yolda bir anilga dayanirdisa,"deyesen,benzini gurtardi ve yaxud noldu buna yegin tekeri desildi"kimi utancverici sözleri esidende ise bu genclerin düsüm terzine adamin aglamagi gelir.Telefonunda, istimai negliyyatda gederken gisgira-gisgira,utanmadan,hec bir mesuliyyet hissi kecirmeden,istenilen bir mövzudan danisan insanin hansi medeniyyete sahib olmasi göz önündedir.Azeri milleti o geder derdli,kederlidir ki,o geder problemler toplumu ile yüklenibdir ki,onlarin bir-biri ile hansisa bir mövzuda sakit bir terzde söhbet etmesi san ki,geyri mümkündür.San ki,onlarin söhbet etmeye mövzu cetinlikleri var.Mene inanin ki,Azerbaycanda artik söz de öz deyerini itirmek üzredir.Avropalilarda olan söz xoslugundan, nevazisinden bizlerde artig eser-alemet de galmayib.Insanlarin san ki,sevinc menbeyi tükenmek üzredir.Azerbaycani ve azerbaycanlilari söhbet böhraninda,söhbet medeniyyetsizliyinde suculamag hec de düzgün deyil.Bütün bunlara millet yox,onun dovleti günahkardir.Eyer bir dövlet ki,öz milletinin laziminca maariflenmesine serait yarada bilmirse,bir dövletin ki,tehsili basdan-ayaga rüsvetle nefes alirsa,onda o yazig milletden hansi medeniyyeti gözlemek olar? Elbeette yaxsi hec ne!
Sevenlerin lezetli söhbetleri baxislarda gedir,deyirsiniz.Men Sizinle razi. Bes ne vaxtsa söhbetlesende,kimin ne seviyyede olmasi özünü birüze verende ne olacag? Artig adi kompüterlerin de elle yox,fikirle idare elemeyin yollarini alimlar tapiblar.Artig yüz illiklerden sonra biz insanlar da öz aramizda ünsiyyetimizi danisig yolu ile yox,bir-birimizin nezerini oxumag,teletayp yolu ile guracagik.Nece ki,basga planetden bize sefer eden canlilar yerin sakinleri ile hansi dilde danismagindan asili olmayarag fikir mübadilesi etmeye gadirdirler.Ne vaxtsa biz insanlar da bunu bacaracagik.Hec de incimek lazim deyil. Bizim söhbetlerimiz öz medeniyyetimiz hagda gözel diagnoz verir.Medeniyyetimizi zenginlesdirmek ücün,onu mena söhbetlerle doldurmag ücün gerek milletin de menali,firavan heyat tezi surmesi temin olunsun.Bunun teminatcisi kimdir? Elbeette Dövlet.Bir dövlet düsünerekden öz milletini dünya milletleri sirasina sixara da biler,özüne orada layigli yer tutmaga yardimci ola biler ve yaxud eksine,bir milleti savadsizliga ducar edib onu menasiz,düsüncesiz bir toplumu da cevire biler.
Niyazi müellim, Size cox minnetdarligimi bildirirem ki,öz gözel ideyalrinizla,yazilarinizla maragli söhbetler,diskusiyalar mövzusu vere bilirsiniz milletimiz ücün! Biz hamiligla calismaliyig ki,ata-babalarimizdan irsen yadigar galan medeniyyetimizi,adet-enenlerimizi imkan dairesinde zenginesdirmeyi bacarmasagda hec olmasa onu goruyub saxlamagi bacarag.Bu bizim bir millet kimi olum-ölüm meselemizdir.Size can sagligi arzulayiram ve geleminie guvvet deyirem.
Rüstem,Budapest.

Cavab

Kimdən: etika
22.06.2010 23:32
yazida olan herf sehflerine gore uzr istiyirem
Cavab

Kimdən: Etika
22.06.2010 20:53
Rustem qardashim.Sizinle tamamile raziyam.Ina cur savadsizligi gorende ,genclerin bu cur dushunce tersine malik olduqlarini gorende.Adam ozune yer tapa bilmir.Inanin ki men her gun bu proseslernen rastlashiram.Her gun ne qeder eseb kechirirem.Dunen men umumiyyetle chayxanlarda oturmuram.Dunen bir ish yoldashim.Nahar vaxti mene dediki dushke ashagida bir chay ichek onun sozunu yere salmaq sitemedim.Getdik hemin idarenin yemekxanasina.Tesaduf ele getirdi ki biz ikimiz bashqa bir neche neferle eyni masa arxasinda eyleshmeli olduq.Inandirim sizi ki burda eyleshen genclerin esas movzusu avtomobil haqqinda idi."ne bilim filan mashinin motoru bele gucludur.Men o gun ozume bu mashini aldim.Filan mashin bu qiymetedir."Inandirim sizi ki hemen yerden o saat qalxdim ve ordan uzaqlashdim.Fikirleshirem axi bu ne munasibetdi bizim vetendashlarda?Bu cur cemiyyetde chox darixiram.

Kimdən: Qızılüzən Şəhər: Bakı
20.06.2010 17:20
Üzr istəyirəm, müraciəti Hüseynbala bəyə etmişəm, yazını isə Niyazi bəy yazıb. Yəqin ürzlü hesab edər.

Kimdən: Qızılüzən Şəhər: Bakı
20.06.2010 17:18
Yaxşı yazıdır, Hüseynbala bəy. Fransızlara və sizə iradım var:
İnsanlar yanlız bildiklərini danışsaydılar, dünya sükuta qərq olardı - bu iradım bir çex mütəfəkkirin dili ilə fransızlaradır.
Sizə də (və sizin qisminizdə bütün ziyalılarımıza) iradım budur ki, bir dəfə də Bəhmənyardan, Tusidən, İbn Ərəbidən, İbn Rüşddən, Fərabidən, İbn Sinadan, İbn Xaldundan, Qəzalidən, Rumidən, Füzulidən (məsələn, elə mövzu ilə bağlı "Söz" qəzəli) və s. sitat gətirin.
Bu qeydim də sözünün qədrini bilən insanlara İmam Sadiqin dili ilə:
Ya xeyir söyləyin, ya susun

Kimdən: etika
20.06.2010 16:18
Shexsen men bu gun Azerbaycan xalqinin umumi danishiq movzularini qebahet sayiram.Inandrim sileri Azerbaycan genclerin 80%-i avtomobil.telefon,lotu turme sohbetleri esas movzu olaraq gorurler.Men etrafimda bunlari gorduyume gore ve bunu duzeltmek iqtidarinda olmadigima gore bu memleketde yashamaq istemire.Men bir nefer yan yoremde normal genc tapa bilmirem ki onunla eyleshib her hansisa dushundurucu movzuda sohbet eliyim.Menim bir dostum var idi.Indi o insan heyatda yoxudr.O chox savadli oglan idi.Kitab oxumaq onun esas prinsiplerinden biri idi.Men o insanlar heyatin yaranihsindan senet alemine kimi sohbetler etmishem.Onunla bir defede olsun her hanisa mashinin markasinnan,her hansisa turmeden lotudan qochudan sohbetler etmemishik.Bu gunun ozunde bele o insanin sohbetlerine ehtiyacim var.Onun heyatda en chox sevdiyi alet skripka idi.Birde bizim genclerin ve orta neslin danishginda ozlerini qedesh kimi ve yaxud guya bu oz ifadeleri ile desek bomba oglandir kimi teqdim edecek terzleri var.Bomba oglan ozunu cira cira danishmaq deyil ey menim qardashlarim.o cahillikdir.Yaxshi oglan olmaq uchun emelinde gozellik olmaldiri.ozunu darta darta danishmaqnan yox.Birde hemin bu bomba qardashlarim yadda saxlasinlar ki kechmish sovetler birliyinde taninan yaponchik ozu bele mueyyen derecede savadli ve elit danishiga sahib olna biri idi.Tinlerde dayanib kobud desem cira cira danishmaq yaxshi oglan demek deyil.Mehle ichinde dayanib camatin ana bacisina baxmaq bomba oglan demek deyil.mehleden kecherken ve yaxud yashayish binasinin yaninda mashini saxlayib musiqiye veshicesine ses verib binada yashayanlara mane olmaq hech de yaxshi hereket deyil.Tesbey firlatmaq ozu bir cahillikdir. etrafli ozumaq istesez. Etika.azeriblog.com ve yaxudda qanun.blogcu.com unvanlarina daxil olub bu movzulara aid yazilarla tanish ola bilersiniz
Cavab

Kimdən: SHAXTABABA Şəhər: GARGIZIN YANINDAN
20.06.2010 17:48
Etika@ Sizin cox sozunuzla raziyam.Amma bir dafada olsun vaziyyatin bu yera galmasinin sabablarini aciglamadin.Sanin kucalarda rastlashdigin gagashlarin aksariyyatinin narkoman olmasini bilirsanmi,gagashlari bu yola ducar edanlari taniyirsanmi,onlarin kimlarin balalari oldugunu bilirsanmi?Xalgin gunahi az deyil,amma butun gunahi xalga,millata yuklamak an azindan hagsizligdir.Insan etika,estetikani dishduyu muhitdan va camiyyatdan goturur.Ata-ana tarbiyyasi kifayat etmir.Ona goraki evdaki tarbiyyaila aksini muhitda gostarmir.Filosofluga ehtiyac kormuram ama acig gozla baxib,ayig beyinla fikirlashib natica cixarmag lazimdir.
Cavab

Kimdən: ETIKA
22.06.2010 03:11
BIZIMDE ATA ANAMIZ EZIYYETLE CHOREK QAZANIB VE BIZLERI AYAGINA BAGLAMAGI OZLERINE BORC BILMEYIBLER.CHUN KI GECE GUNDUZ TERBIYESINI VERIBLER.MEN SIZI INANDIRIM KI MENIM ATAM MENE HER DEFE YERI DUSHDUKCE MESLEHETLER TOVSIYYELR VERIRDI.INAN KI GECE SAAT 12.00-DAN BASHLAYAN SOHBET SEHER SAAT BESHDE QURTARIRDI.BUNA BAXMAYARAQ ATAM SEHER QALXIB ISHINEDE GEDIRDI.OKI QALDI SIZIN DEDIKLERINIZE ONLAR HAMSI BEHANEDIR.ISTEYEN ATA OYREDER VE ISTEYEN OVLAD DA OYRENER...
Cavab

Kimdən: SHAXTABABA Şəhər: GARGIZIN YANINDAN
21.06.2010 03:24
Etika@ Gardashim agar insan alin tariyla mashin alirsa hec vaxt masgna aziyyatvermaz.Yenada deyiram omlarin coxu harinligdandir.Tabii ki,ganclarda istayir onunda olsun oda onlar kimi harakat etsin.Yazig ata-ana bir tika corakdan otru geca-gunduz calishir daha ushagini ayagina baglayasi deyilki.o ki,galdi niya biz narkoman deyilik,Azarbaycanin hamisi narkoman deyilki.Azarbaycanda ela ogullarimiz varki,namusu geyrati,kishiliyi,mardliyi va bashga ustunluklariyla faxr etmaya dayar.Pisi da var.Amma yaxshini pisa misal gostarmak lazimdir,pisdan hec danishmaga daymaz.Manim zannimca ushagin saglam yetishmasi ucun yaxsgi numunalar olmalidir.Taasuflar olsunki,halalik bizda o numunalar yoxdur.Ama olmasi ucun calishmag lazimdir.Sanca hakimiyyat yaxshi olsaydi yashayishi yaxshilatsaydi kim ona aks gedardi.sabr ela hamisi duzalacak har bir asarin sonu olur.
Cavab

Kimdən: etika
21.06.2010 02:00
Birdeki Mneim qardashim deyirsen ki onlari bu veziyyete duchar edenleri bilirsenmi. Senin bu sualina cavab.Bele goturdukde mende acinacaqli bir sheraitde yashayiram. Chox chetin bir veziyyetde tam xirdaligiynan yazmaq istemirem. Ble chixir ki mende el diliynen desek ozumu buraxmaliyam ki ne var meni bu veziyyete duchar edibler. Mende gedim qoshulum onlara ki meni bu dovlet yashada bilmir.Axi bu fikir dogru deyil.Sadece olaraq o insan heyati o cur gorur.Onun uchun dovleti gunahlandirmaqda olmur.Yene deyirem baxmayaraq ki bir chox sheylerde dovlet boshluq yaradib ve yeri gelende mende dovleti nelere gorese qinayiram.Amma dediyimiz o ashagi seviyyeli dushunen insanlara geldikde ise onlarin ozleri gunahkardir.Ona gore ki heyati basha dushmeye chalishmiyib.Heyati bu gun menim bir dene 07 olsun,Bir aftoshluq eliyim gel goresen.Inan ki men her gun bunun shaidi oluram.ele dunen iki genc sohbet ede ede gedirler,biri o birisine deyir "Bir dene 07 arxa shushelere perde onnan sonra baki menimdiyeeee" Vallah ekser genclerimiz bu cur dushunurler. Mene ele gelir ki insanlarin bu sepgili dushuncelerini deyishmek uchun seninde menimde ve bizi basha dushen ve bu yolda hereket eden her bir kes laziminca neyin bahasina olursa olsun tebligat aparmaliyiq. Kimin elinden bu yolda ne gelirse etmeldir.Men ozum chox usyankar adamam.Yeni haqsizliqlara qarshi bigane qala bilmirem buna gore ne qeder ishimnen pulumnan olmusham. Artiq kuchede neqliyyatda ve mehellede ve bir chox yerlerde bir chox haqqsizliqlara doze bilmirem oz fikrimi bildirirem.o sebebdendir ki her gunum eseb icherisinde kechir. Shexsen men tek mubarizemi bele apariram. Eyer bilmek istesen ki nece ve ne shekilde ve kimlere qarshi men memnuniyyetle xirdaligina kimi yazaram. Amma men onuda bilirem ki men tek hech neye nail olmayacam. Bunun uchun xalq ozu herekete gelmelidir. Birde onu deye bilerem ki bizim vetendahslar susurlar chox susurlar...
Cavab

Kimdən: Etika
21.06.2010 01:32
aydindir.yaxshi bes sen ve men niye narkaman olmuruq baxmayaraq ki bu muhitde yashayiriq?Nece olur bizim dushuncemiz her sheyi basha dushur.Amma ozunu panyatkali hesab eden dunaynin her gelish gedishinden ona ele gelir ki xeberi olan oglan niye basha dushmur, bu sehv hereketler yol verir?Halbuki onlar choxluq teshkil edir.Amma biz az olsaq bele onlarin tesirine dushmuruk.Oki qaldi deyirsen ki veziyyetin bu yere gelmeyini achiqlamadin.Bu veziyyetin bura gelmesini her shexs ozunde axtarsin.Tebii ki dovletin ozude bu meselelere bigane yanashir.

Kimdən: SHAXTABABA Şəhər: GARGIZIN YANINDAN
20.06.2010 14:25
Hormatli Niyazi muallim shaxsan man sizin fikirlarinizi tutdum.Atalarin sozu var"Arifa bir ishara kifayat eylar",ama Azarbaycanin bu gunki sohbatlarina min shukur.Insanin garni ac olanda na sohbat,na mahabbat dastani?Bu gunki gun Azarbaycan vatandashlarinin sozu-sohbati va giybati ballidir.Sohbatla garin doymaz.Soz-sohbatdan isha kecmak lazimdir.
Cavab

Kimdən: Shah Ismayil Şəhər: Sankt Peterburq
20.06.2010 16:26
Salam Niyazi bey. Bu cur deyerli yazilariniza gore Sizlere teshekkurler.Isterdik bu cur yazilarinizda rejimin muxalifete olan qiybetine de yer veresiniz. Tenqidden netice cixarmaq evezine, rejimin meddahlari muxalifete aid olan soz atishmalari, mence qiybetden bashqa bir shey deyil.
Cavab

Kimdən: Shah Ismayil Şəhər: Sankt Peterburq
22.06.2010 03:19
Agdashdan sherh yazan Ruslan qardashim.Lenetlenmish yer dedikde,bele basha dushmek olar ki,siz yurdumuzu nezerde tutub cixib getmek isteyirsiniz.Her bir dovletin vetendashlari hansisa mekana koc edirler.Ancaq onlar hec vaxt oz yurdlarina lenet yagdirmirlar.Yurdun gunahi olmur eziz qardashim.Senin,menim,hamimizin gunahidir ki,yurdumuz bu veziyyetle uzleshib.Hec kim yaxasini kenara ceke bilmez ve desin ki,bu menlik deyil.Eger bu menlik deyen bir insan varsa,birinci o lenetlenmelidir.Her bir dovletin tarixinde agir vaxtlar olub.Ancaq mueyyen mubarizeden,coxlu axtarishdan,minlerle,on minlerle itkilerden sonra axirki istedikleri cemiyyeti qura bilibler.Eziz qardashim ele bilirsen senin kimi insanlarin( ona gore senin kimi deyirem ki,en azindan Azadligin bu saytina oz vaxtini serf edirsense,demeli hardasa sende vetenperverlik hissi olmamish deyil) yurddan kenarda yashamagi asanmi olacaq? Maddi geheti nezerde tutmuram.Ola bile sen ozune biznes qurub maddi veziyyetini yaxshilashdirdin.Ve yaxud da maddi veziyyetin indiden yaxshidir,sadece bu eybecerlikleri gormek istemirsen.Ancaq seni inandirim ki,bir muddet yurddan kenarda yashayandan sonra nece peshmanciliq hissiyle qarshilashcagini ozun hiss edeceksen.Sizin oz shexsi fikirinizdir,yurdu terk etmek.Lakin bir sheyi yaddan cixartmaq olmaz ki,harada yashamagindan asili olmayaraq Veteni en azindan dushunmek mecburiyyetindeyik.Her gun fikirleshmeliyik ki,biz ne ede bilerik,elimizden ne gelir.orda mubarize aparan qardash ve bacilarimiza hansi maddi ya menevi komekliyi ede bilerik.Eger bunu da ede bilmirikse hec olmasa meskunlashdigimiz yerde Vetenimize bash alcaqligi getiren hereketlerden cekinmeli,Azerbaycanimizin adina xelel getiren soydashlarimiza tesir etmeliyik ki,bashqa milletler bize baxib menfi munasibet beslemesinler.Ve sonda defelerle tekrarladigim rehmetlik Xudu Memmedovun bir nesiyyetin nezerine catdirmaq isteyirem--"Qurbetden getirilen sheylerin en yaxshisi Yurdum qeder gozelin gormedim fikridir"-- (Yurdumuzun gozelliyin gormek arzusuyla Allah amaninda)
Cavab

Kimdən: ruslan Şəhər: agdas
22.06.2010 02:16
Dogrudan da etrafinda sözünü paylaşa biləcək adamin olmaması qədər darixdirici və usandırıcı şey ola bilməz. Tənhalıq və özü ilə gətirdiyi nevarasteniya, depresiya da ömrümüzün axırına çıxır. Ona görə də nə qədər gec deyi bu lənətlənmiş yerdən qaçıb getmək lazımdlr