Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:52

Bloqlar / D.Dilim-Dilimov

MTN dünya çempionatına baxanları izləyir

Coğrafiya imtahanında sual: “Kot d`İvuar harada yerləşir?” Şagird cavab verir: “G qrupunda” Bu hadisə zarafat olsa da, dünyanın istənilən ölkəsində, o cümlədən Azərbaycan məktəbində də baş verə bilər.

Şriftin ölçüsünü dəyiş - +


Futbol üzrə dünya çempionatının insanlara təsiri biz təsəvvür etdiyimizdən də böyükdür.

Bu gün orta yaşlı bir adamın maşın bazarına gedib onlarla istehsalçılar arasından məhz “Opel”i seçməsi ola bilər ki, onun vaxtilə sevimli futbol oyunçusunun yaxasında gördüyü yazının təsiridir.

Azərbaycanın “Eurovision” təmsilçiliyinə milyonlarla pul xərcləyənlərin əsas arqumenti “ölkənin dünyada tanıtdırılmasıdır”.

Amma bu arqumentin ən yaxşı ifası elə futbol ola bilərdi. Mahnıların, şlyagerlərin bir xüsusiyyəti var – tezliklə unudulur. Amma insanlar 50 il qabaq futbol meydanında baş verənləri bütün detalları ilə xatırlayırlar.

Məsəslən, FİFA-2010 yarışının açılış oyununa hakimin Rövşən İmratov təyin olunması onun təmsil etdiyi ölkəni – Özbəkistanı nə qədər adamın yaddaşına həkk edəcək. Bu bacaraqlı hakim final oyununu da idarə etsə, unudun İskam Kərimovu. Milyonların yaddaşında Özbəkistan İmratovun adı ilə assosiasiya olacaq.

Odur ki, Eurivison məbləğini əfsanəvi Tofiq Bəhramovun vətənində bacaraqlı futbol hakiminin yetişdirilməsinə xərcləməklə Azərbaycanı dünyada daha effektiv təbliğ etmək olardı.

Rövşən və Eurovision deyəndə adamın ağlına MTN də gəlir. Amma futbol üzrə dünya çempionatını izləyənlər üçün ötən yay Eurovisinda yaşanan qalmaqalı xatırlamağa ehtiyac yoxdur, əsla.

MTN logosu bütün oyunlar boyu gözünü zilləyib azarkeşlərə. Doğrudur, MTN milli təhlükəsizlik nazirliyi yox, Cənubi Afrikanın “Azercell”i olan telekommunokasiya şirkətidir.

Amma Azərbaycan azarkeşinin təxəyyülündə bu hərflərin ancaq bir mənası var:

“Tsss. Bu, telefon söhbəti deyil!”

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələrdir
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Jo
03.07.2010 00:34
redd olsun Eurovision, yashasin futbol!!!

Kimdən: Şahin
02.07.2010 09:37
bir bu MTN-ə işə düzələ bilsəydim...

Kimdən: akka Haradan: sumg
27.06.2010 11:45
burada deyesen muxalif fikirliler eshidilir.neytral fikirleshenlerin commetleri yerleshdirilmir.yeqin ki artiq bunu da yerleshdirersiniz

Kimdən: sumg.
27.06.2010 11:36
size MTN lazimdi???
Cavab

Kimdən: Hesen Haradan: BakI
28.06.2010 02:43
MTN Iranin mobil operatirlarindan biridi.....men bileni

Kimdən: ilham Haradan: BAKI
24.06.2010 16:42
Azerbaycan F.Musayevin vaxtinda Isvecreni udanda Alman metbuati yazirdi ki,xeberi esiden kimi her kes xeriteye cumdu Azerbaycan axtarmaga.Pullari hemise sehv istiqamete yoneldirler,birce oz ciblerine istiqamet duzdu.Arada bezi idman novlerine de pul qoyanda meqsed idman deyil,hakimiyetin tebligidi

Kimdən: Qızılüzən Haradan: Bakı
24.06.2010 16:05
Diqqət çəkmək üçün ucuz variant.

Kimdən: Ilqar Haradan: Baki
24.06.2010 13:55
Bu ele forum sohbeti de deyil
Cavab

Kimdən: Qaqa
24.06.2010 15:11
Ilqara.Be nedee forum sohbeti qaqa.De da be bilek.
Cavab

Kimdən: Ilqar Haradan: Baki
26.06.2010 19:42
Qaqa, bes sen Aqil Xelilin, E.Fetullayevin bashina gelenleri ne tez unutdun?MTN polkovniklerinin eli cox uzundur..