Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:50

Cəmiyyət

Polis əlillər üçün imza toplayan gəncləri saxlayıb

Şriftin ölçüsünü dəyiş - +

Bir qrup gənc Bakı bulvarında «Sosial məsuliyyət və sən» şüarı altında aksiya keçirərkən polis tərəfindən saxlanılıb.

Aksiya iştirakçısı Sənubər Heydərli deyir ki, aksiyanın məqsədi şəhər sakinlərinə əlilliyin nə olduğunu anlatmaqdır.

Bundan ötrü onlar əlillərin birləşdiyi qurumlardan birindən borc aldıqları əlil arabası ilə adamların çox olduğu bir məkanda dayanır, sakinlərə əlil arabasına əyləşməyi və əlil arabasında yolu, yeraltı keçidi keçməyə, idarələrə daxil olmağa cəhd etməyi təklif edirlər. Sonra isə iştirakçılar şəhər rəhbərliyinə əlillərin hərəkət imkanlarının genişləndirilməsi barədə müraciətə imza toplayırlar.

İyunun 23-dən başlayan aksiyanın qarşısı iyunun 24-də polis tərəfindən alınıb. Gənc fəallar Sənubər Heydərli, Aynur Zərrintac, Məcid Mərcanlı, Samirə Hüseynova və Murad Heydərli polis tərəfindən saxlanılıb.

Sənubər Heydərli deyir ki, polis onların əlindəki plakatları da, əlil arabasını da, hətta imzalı kağızları da alıb.

Gəncləri bir saat Səbail rayon 9 saylı polis bölməsində saxladıqdan sonra buraxıblar. Amma plakat və imza vərəqələrini qaytarmayıblar.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Coraf Haradan: Bu sheherden
28.06.2010 00:21
Bir defe televiziyada gosterirdiler ki, evi sokulen sakinler onlara kompensasiya az verildiyine gore oz heyetlerinde oturub etiraz aksiya kecirirler .Polisler tokulub bunlari zor gucune dagitdilar. Jurnalist polislere rehberlik eden polis reisine sual verir ki, niye bunlara imkan vermirsiniz ?
Polis reisi cavabinda bildirir ki, her bir siyasi aksiyanin qarshisini alacagiq.
Bizim huquqlarimizi bu cur savadsiz polisler "qoruyur" Bunlarin gozune butun aksiyalar siyasi gorunur, vezifelerini de bu aksiyalarin qarshisini almaqda gorurler.

Kimdən: Nadir Haradan: Absurdistan
27.06.2010 16:06
Gənclərin bu cür kiçik tədbirlərinin qarşısını almaqıa hakimiyyət özünü gülünc vəziyyətə salır.

Kimdən: Məhəmməd Haradan: Baki
25.06.2010 21:25
Məncə,Polislər səhv edibler

Kimdən: elsen 7)9
25.06.2010 19:36
aksiyanin qarsini almaqdansa ermenilerin qarsisini alsalar daha meslehetdi.

Kimdən: {!Q} {kraliçadan} Haradan: yalan dünyadan
25.06.2010 09:34

Dünya yalan dünyadır........
Cavab

Kimdən: SHAXTABABA Haradan: GARGIZIN YANINDAN
25.06.2010 11:53
Amma ulu ondarin:Dunya manim,dunya snin dunya hec kimin:mahnisindan yaman xoshu galirdiyaaa.Ela bil kishinin urayina dammishdiye dunya bularin olacag.

Kimdən: Elçin Haradan: istanbul
24.06.2010 23:12
"Aksiyanın qarşısı alınıb" ne demekdi başa düşmedim. ele bil aksiya "düşmen hücumu"du, onun da qarşısını alırlar.
Cavab

Kimdən: aydan Haradan: aydan
25.06.2010 11:34
bu jurnalitin "pesekarligindan" ireli gelir, fikir vermeyin
Cavab

Kimdən: Eloglu Haradan: Avropa
25.06.2010 13:57
Xeyr, bu polisin "qeyretinden" ireli gelir.
Cavab

Kimdən: Shahin Haradan: Bakidan
25.06.2010 11:31
Duz deyirsen, bunlar aksiyani HUCUM kimi qebul eliyirler!!

Kimdən: Orxan Cəfərli Haradan: Bakı
24.06.2010 21:36
Məcid dünən mənnən olub və bu aksiyada iştirak etməyib
Cavab

Kimdən: Mecid
25.06.2010 00:49
bugun ordaydim,sen gedenden sona :)