Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:25

Cəmiyyət

İlham Əliyev: «Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir»

Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq».

Bu sözləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92 illiyi münasibətilə keçirilən təlimlər zamanı hərbçilər qarşısında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir:

AZƏRBAYCANIN ORDU XƏRCLƏRİ ERMƏNİSTANDAN ÇOX OLMALIDIR


«Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi var. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılıb. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Bir neçə il əvvəl qarşıya məqsəd qoyulmuşdu ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq».

HƏRBİ MƏHSUL İSTEHSALI ARTACAQ


Prezident Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalında əlavə addımlar atılacağını qeyd edib:

«Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıb. Biz elə etməliyik ki, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək».

Ölkə başçısı Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün də əlavə vəsaitin ayrıldığını deyib:

YA DANIŞIQLAR, YA DA BAŞQA YOL...


«Büdcəmiz artdıqca bütün iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərməliyik. Məqsədimiz odur ki, ölkənin müstəqilliyini daha da gücləndirək, Azərbaycanın müstəqil siyasətini təmin edək, ölkə qarşısında duran bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən birinci vəzifə torpaqlarımızı işğalçılardan azad etmək vəzifəsidir. Bilirsiniz ki, uzun illərdir, Ermənistanla Azərbaycan arasında bu istiqamətdə danışıqlar aparılır. Danışıqların aparılmasında vasitəçilər öz rolunu oynayır. Buna baxmayaraq, məsələ bu günə qədər həllini tapmayıb. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət mövqeyini gücləndirən beynəlxalq təşkilatların qərarları, qətnamələri var. Demək olar ki, dünyanın bütün təşkilatları, aparıcı təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını verib. Ancaq işğalçı dövlət bu qərarlara, bu qətnamələrə məhəl qoymur».

Prezidentin fikrincə, belə olan halda Azərbaycanın qarşısına yeni vəzifələr çıxır:

«NƏ VAXTA QƏDƏR AZƏRBAYCAN XALQI GÖZLƏMƏLİDİR?»


«Ya danışıqları davam etdirmək, - biz buna hazırıq, ancaq o şərtlə ki, danışıqların nəticəsi olsun, - ya da ki, başqa yolu seçmək. Biz hər bir varianta hazır olmalıyıq və son illər ərzində dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir. Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh danışıqlarının tərəfdarıyıq və 20 ilə yaxındır, sülh danışıqları aparılır. Azərbaycan bu danışıqlarda çox konstruktiv mövqe nümayiş etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir? Nə vaxta qədər biz gözləməliyik ki, haqq-ədalət bərpa olunsun? Bir halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Azərbaycan xalqının səbri tükənməz deyil».

«Bir milyon Azərbaycan vətəndaşının elementar insan haqları pozulub», - deyə prezident çıxışına davam edib və ordunu Ali Baş Komandanın əmrinə hər an hazır olmağa çağırıb:

ERMƏNİSTANLA AZƏRBAYCANIN UÇURUMU


«Biz həm siyasi, həm diplomatik səylərimizi gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə gücləndirmişik. Bu gün Ermənistanla Azərbaycan arasında iqtisadi potensial baxımından böyük uçurum var. Bu uçurum getdikcə dərinləşəcək. Çünki bizim böyük imkanlarımız var. Ermənistan isə sadəcə olaraq, xarici dairələrin köməyi hesabına yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə bu fərq daha da böyüyəcək».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Musteqil Haradan: Baki
01.07.2010 23:42
Hörmetli Cenab prezident Ilham Eliyev sizin etrafinizdaki yuksek rutubeli zabitler,memurlar size ele gelmir ki,sizi aldadirlar size informasiyanin duzgun gelmesinin qarshisini alirlar.Azerbaycan ordusunun yuksek seviyede olmasina inanmayin.Siz eger herbi hisselerde 10 gun gizli suretde girib özunuz xidmet etseydiniz ,siz her bir sheyi öz gözunuzle görub buna inanardiniz.Azerbaycan ordusunda özbashinaliq,rushvetxorluq bash alib gedir.Hörmetle:Musteqil.

Kimdən: kəmsavad
28.06.2010 21:59
@Dr.-Ing:
"Prosesler onu gosterir ki, Hormetli Pr. I. Eliyev de orduya boyuk qaygi gosterir."

Doktor, Ilhamın adından sonra bir salavat da çevirsəydin fısqırıq olardı.
sən hələ də elə bilirsən ki, bunlar şərhini oxuyub sənə xüsusi bir imtiyazlarmı verəcəklər?
A qardaş, o tayfadan balaca bir jek müdiri vəzifəsini qopartmaq üçün oğlanlar var ki, varını dövlətini ortaya qoyar. Sən isə müftə almaq istəyirsən deyəsən.
Cavab

Kimdən: oxucu
01.07.2010 03:46
ele drrr, drrr da "fisgirig" meddahlardandir..
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
30.06.2010 22:47
Problemler coxdur ve meni hec bir var dovlet de maraqlandirmir. Eksine burada kucede insanlarin ictimai neqliyyat vasitesi istifade etmeyib oz shexsi mashinlari ile kucelerde shütümesine sinir oluram. Cunki, havani zeherleyib, ekoloji problemler yaradirlar.

Men buradan qayitsam acigi fikirim odur ki, ucqar bir kendde yashayim. Almanlarin coxsayli kitablarinin fotosunu cekmishem. Internetden coxlu informasiya toplamisham. Omrumun sonuna qeder yeter. Amma onu deyim ki, bizim axundovda olan kitablari siz hec vaxt burada o cur guclu kitablar tapa bilmezsiniz.
Maddi ve menevi servetlerin qedrini bilin. Kim ise eclafdirsa ozu ucundur. Gelin biz yaxshi insanlar yaxshi olaq. Guclu dushmani gucle yox yaxshi emellerle onun qelbini feth etmekle meglub etmek olar. Guclunun qelbinde olan hisler sizlerden olan tehlukeden qorxaraq qezebe cevirir.....
Cavab

Kimdən: mazlum Haradan: meshadan
30.06.2010 04:01
Xalqin yarisini muganni, yarisini alverciya dondariblar, qizlarini Dubaya ve s. dashiyirlar, Dovletin Qururu olan esgerlerini zorlayib, sindirirlar, ziyalisini, polisini ala baxan dilanci elayiblar, daha bundan o yanasi var goresen?
Cavab

Kimdən: esger Haradan: n-sayli h.h.
30.06.2010 01:56
Cox maraqlidir, butun millet (orduda xidmet edenler) ordunun ne gunde oldugunu bildiyi halda bu saxta shoular kime ve neye lazimdir? Guya efirde elan edilse ki, ey xalq biz ordunu biyabirci gune salmishiq ve getdikce de berbad edacayik ve biz sizin huquqlarinizi elinizden tamamile almishiq ( ve s.heqiqetler ) neyse qeyri adi bir shey bash verecek?
Cavab

Kimdən: Qızılüzən Haradan: Bakı
29.06.2010 18:32
Yaxşı yumor hissiniz var.
Cavab

Kimdən: genetik
29.06.2010 13:33
ay kemsavad,

belke yazig dr-ing-in hech bir umacagi yoxdur bu hokumetden. Belke Sadece genetik xestelikdir bu. Ve yazig drrr (hami onu forumda bele chagirir) bu genetik xestelikden eziyyet chekir. Bu xesteliyin diagnozu beledir: Keskin-respiratorly Meddahlig sindromu. Xestelik genetik kodlarla oturulur ve get-gede xroniki shekil alir. Radikal Mualicesi helelik yoxdur teessuf ki. Mutemadi Mualice neticesinde gismen yaxshilashir ve mueyyen sherait daxilinde tez bir zamanda evvelki veziyyetine gayidir.

Ne ise allah shefa versin!

Kimdən: elil Garabag doyushchusu
28.06.2010 14:54
bu axirinci 10 ilde bir daha emin oldum ki, bizim 1 dushmenimiz var oda ki, bu churuk ve saxta rejimdir, vessalam!!

Kechdiyim heyat yoluna da heyfsilenirem ve berk peshmanchilig hissi kechirirem!

Kimdən: norge Haradan: avropa
28.06.2010 05:23
Bele goruntuler hemise terroristler yaradirBinladen ve ya Umarov,hemise efire cixib hede qorxu gelirler,uje bizim prezidentimizde o yola el atib diyesenki qorxutmaq isteyir.Amma basa dusmurlerki esas shert silah deyil.Esas shert nizamli ordudur,ve ordunun muharibe ruhu,Bizde ne o var nedeki obiri.POKAZUXA!

Kimdən: igtisadchi Haradan: xarabadan
27.06.2010 14:49
Azerbaycanin butun xercleri Ermenistandan choxdur. Azerbaycanin yeyintisi ve korrupsiyanin mashtabi da Ermenistanin butun xerclerinden ve yeyintisinden choxdur.

Kimdən: azad Haradan: xarabadan
27.06.2010 14:36
bize, ne muharibe, ne de ki, boshgazlar ne deki bu churuk cemiyyet lazimdir.

Biz butun bunlardan azad olmag isteyirik!

Normal cemiyyet isteyirik, gonshu Gurcustanda oldugu kimi.

Kimdən: Dr.-Ing. Haradan: Berlin
27.06.2010 14:17
Sliahli qüvveleri yaratmaq boyukhuner oldugu kimi onu saxlamaq ve inkishaf etdirmek de bu huner uzerinde bazalashan boyuk hunerdir.
Ordu o demek deyil ki, o tam saglamdir. Elkiram Hümmetov, Suret Huseynov... kimi boyuk satqinlar olan yerde hec bir milli ordudan danishmaq olmaz. Bele olan halda bize dushmana ehtiyac qalmir.
Ordunun saglamigi ucun Merhum Prezidentimiz H.Eliyev boyuk ishler gordu.
Allah ona rehmet eylesin!!!

Prosesler onu gosterir ki, Hormetli Pr. I. Eliyev de orduya boyuk qaygi gosterir. Bu ata qaygisi altinda zabitlerimiz esgerlerin teliminde ve doyush hazirliginda, nizam intizamli olmasinda gece gunuz calishir, sengerlerde yatirlar. Xalq rahat ishleye ve geceler tehlukesiz yata bilirler. Yoxsa yirtici caqqallar Xocali hadisesini tekrar ederler.
Cavab

Kimdən: norge Haradan: avropa
28.06.2010 17:53
Sen Suret Huseynov ve ya E.Humbetov deyende onlarin sirasina S.Ebiyevide qatmagi unutmad ok?Hecde onlardan qeri qalmir,ve ya onun kimileride coxdur.Azerbaycan dilinde normal danisa bilmeyen bir adam mudafie nazirimizdi.Hemen o Ebiyevler deyilmiki Ali Herbi Mektebde tuurkl zabitlerinin elinden tam selahiyyetlerini alaraq bezdirdiki onlar getsin ve orda rahat yeyinti,korrupsiya baslasin.Ve hemen Ebiyev deyilmiki gozumun onunde Turk polkovnik leytenantinin uzune rusca ana soyusu soyen.Bir insanki Turklerden zehlesi gedir dusman gozunde gorur ,baxin o bizim mudafie nazirirdi.Artiq o ordu barede deyilecek bir sey qalmir.
Cavab

Kimdən: Yurdsever Haradan: To: Dr._Ing.
28.06.2010 16:11
Doktor, size sade bir sual: Siz Milli Orduda xidmet elemisinizmi?
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
28.06.2010 17:04
Men ehtiyatda olan zabitem. Universitetle elaqedar hele ki, yox.
Cavab

Kimdən: mesum Haradan: adi esger
27.06.2010 16:50
Burda tamadalig eleyib tost demeyinden bele cixir ki seni razi saliblar,ona göre de realligi hec vaxt görmeyeceksen.Süret Hüseynovun ve E.Hümbetov senin prizmandan bele görünürler.Inanmiram onlarin satqin olmagina.Birde ordunun seviyyesi metre ile ölcülmür ve bize saxta faktlar gösterib ermenileri sözde qorxutmaq ele cesaretsizliyin neticesidir.Biz bilirik ordu ne gündedir,ona cekilen xercler ermeninin cekdiyi xerclerden üstün olmagi faktlarla göstermek gülünc olmaq demekdir.Bu bir strateji sirr kimi gizli qalmalidir.Yox oyuncaqlar masanin üste brifing kecirmek hec de agilli siyaset deyil.Prezidentin elindeki bu oyuncaqlar qelebeden söz vermir.Ordunun basinda duranlar ali silahlarla silahlanib,altinda mersedes,villalar,külli miqdarda var devlet.Cünki bu ordu top veziyyetde olmasi hakimiyyetin qorunmasina xidmet edir.Sabah millet ayaga qalxa bilse bu silahlar ele milletin üzüne tuslanacaq.Düzdü bizim millet ele vurulmayib ki ayaga qalxmaq iqtidari olsun,gerek qolundan tutub ayaq üste qoyan ve istiqamet veren olsun
Cavab

Kimdən: halallig
27.06.2010 20:20
halal olsun mesum,

az dedin saz dedin!!

Kimdən: mesum Haradan: nezeriyye
27.06.2010 02:03
Azerbaycan ordusunun seviyyesi 20 ildir 0 seviyyesindedir.Yerinde sayir,hec bir zefer,qelebe elde olunmayib.Ordunun daxilinde pul her seyi hell edir.Pulu olan Bileceriden o terefde xidmet elemir
Orduda mühüm postlari tutanlarin maddi seviyyesi cox yüksek zirvededir

Kimdən: herbchi
27.06.2010 01:11
gozel shoudur!!

Lap gara camaat ucun nezerde tutulub! Baxshinlar ve inansinlar!!

Kimdən: herzamandogru
27.06.2010 01:09
giziluzene@

sen, realliga ve mentige inan oglum, aci da olsa.

Halva-halva demekle agiz shirin olmaz. Boshbogazligla ve korrupsiya ile de hech bir shey elde etmek olmaz.
Səhifə (4)
    Növbəti