Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:17

Cəmiyyət

Kəndlilər nazirlə görüşdülər

Şriftin ölçüsünü dəyiş - +
Kənd sakinlərinin etiraz aksiyası

İyunun 24-də köçürülmə planına etiraz aksiyası keçirmiş Sabirabad rayonunun su basmış kəndlərinin nümayəndələri iyunun 25-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşüblər.

Görüşün iştirakçısı, Əsgərbəyli kənd sakini İlham Əmiraslanov «Turan»a bildirib ki, nazirin diqqətinə yerli əhalinin öz doğma yerlərini tərk etməmək istəyi çatdırılıb:

«Bizi kəndlərimizdən 30 kilometr aralıya - Zəngənə adlanan yeni qəsəbəyə köçürmək istəyirdilər. Kəmaləddin Heydərov bizi dinləyib qısa fasilə elan etdi. Baş nazir Artur Rəsizadə ilə danışıqlar aparandan sonra bildirdi ki, əhali öz doğma kəndlərinə qayıda bilər, dağılmış və ziyan çəkmiş evlər bərpa olunacaq, kompensasiyalar veriləcək».

İlham Əmiraslanov deyir ki, söhbət 1000 evi və 5 min əhalisi olan üç kənddən gedir. Evlərinin təxminən 2/3-si dağılmış bu kəndlərin sakinləri müvəqqəti olaraq Sabirabad şəhərindəki məktəblərdə yerləşdirilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: kəmsavad
26.06.2010 21:08
vallah tanıya bilmədim, Kəmaləddin müəllim bunların hansıdır. Şəkilin sağında göy köynəkdə əlini yuxarı qaldırıb danışan deyilki görəsən?

dəqiq bilən varsa xahiş edirəm mənə desin.
Cavab

Kimdən: kendli
27.06.2010 01:04
kemsavada@

Kemaleddin muellim, sehne arxasindan mikrafonla danishib.

Shekildekiler ise "gara camaatdir"!

Kimdən: mitingchi Haradan: xarabadan
26.06.2010 16:10
gozlerime inana bilmirem, bu xarabada nazir de etirazchilari dinleye bilermish.

Bu xarabada adeten polis vasitesile etiraz aksiyalarini dagidirlar.
Goresen gun hayandan chixdi??

Kimdən: Afat Haradan: Ukrayna
26.06.2010 15:43
Bu lap kəndlilərin Leninlə görüşünə oxşayir.Lenin deyirdi ki, "SSRİ-də hakimiyyət xalga məxsusdur".Bizimkilər bir az da gabağa gedib fikirləşirlər ki,"xalg hakimiyyətə məxsusdur,harda istəsək,orda da yaşamalidir."
Lenin deyirdi ki,"torpag xalga məxsusdur",bizimkilər deyir ki, " ala ye,gulağinin dibini görərsən torpag əvəzində,bunun iştahasina bax! ". Amma yəgin düz də deyirlər.Hektarlarla torpaği xalga versən,sabah bu nazirlərdən onlarin nə fərgi olacag?Hansi nazirin ürəyi dözər ki,adi kəndli onun kimi yaşasin?
Şəkilə baxiram:Gizmar günəş altinda asfalt üstündə oturan bu zavalli xalga nazirliyin kondisionerli kabinetinin pəncərəsindən baxan işçilərin ürəyindən keçən istehzalari oxuyuram:"Bunlarin da işi gücü gurtarib e,goyun-guzu kimi yatişiblar asfaltin üstündə.Allah ağil versin."

Kimdən: Dr.-Ing. Haradan: Berlin
26.06.2010 12:43
Dushunurem ora toplashan insanlara nazirleik onlarin tehlukesizliyi ve geleceyi baximdan sheraiti nezere alib en duzgun elmi qerari verecekdir.