Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:43

Cəmiyyət

Su tələbi ilə Bakıda yolu bağladılar

Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, xəsarət alan olmayıb
x
Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, xəsarət alan olmayıb
Şriftin ölçüsünü dəyiş - +
İyunun 26-da saat 2 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Əkrəm Cəfərov, İnşaatçılar, Yaqub Əliyev, Novruz və başqa (cəmi səkkiz) küçələrində yaşayan sakinlər Qaraçuxur qəsəbəsi ilə Bakıxanov qəsəbəsinin qovuşmasındakı yolu bir saata yaxın bağlayıblar.

Sakinlər evlərinə bir aydan çox, bəzi yerlərdə isə iki aydan da çox müddətdir ki, su verilməməyinə etiraz edirlər.

Aşıq Vəli küçəsi 1 ünvanında yaşayan Xatın Məmmədova:

«Hara baxır bu dövlətin başçısı? Belə zülm olmaz!!! Su İdarəsi bizə su maşını göndərib ki, 50 manat verin su alın. Mən haradan alım 50 manatı. 80 manat pensiya alıram».

Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, yolu açıb, xəsarət alan olmayıb.

İş günü olmadığından cavabdeh qurumlar hələ ki, telefon zənglərimizə cavab vermirlər.

Aksiyadan görüntülərə burada baxa bilərsiniz.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: FRED Haradan: BAKI
29.06.2010 01:10
HER SEY SENDEN ASLIDI AXTARMA GUNAHKARLAR

Kimdən: Olkeden bezmish Haradan: Zindandan
28.06.2010 17:19
Allah deyirki, "bir xalq öz müqəddaratını dəyişməyənə qədər, Allah da onun müqəddaratını dəyişməz"

Kimdən: pensiyaci Haradan: xarabazardan
28.06.2010 15:30
bu azgin ve gudurmush hokumet, 75 manat pensiya verir ve deyir ki, 50 manat suya ver, 50 manat gaz ve elektrike!!

Hansi olked eble shey var ay millet??

Kimdən: susuz Haradan: cehennemden
28.06.2010 01:09
bizim gozumuzun gabaginda butun gunu Heyder Parkini sulayirlar, bizim ise ichmeye bele suyumuz yoxdur!!

Lenete gelsin bu hokumet bu sistem!!

Kimdən: Qubadov Haradan: Badamdardan
27.06.2010 22:30
Mende onlari basa dusurem.Yay gelenden Badamdardada su yaxsi gelmir.Suyu gece saat 2de verirler duz 1-2 saat.Onada su gelmek demek olsa. biz nece vaxtdir hec su goturmuruk.Uje suyu nefesimizle sorub getirmekden ciyerlerimiz xereb olub.Bele is olar.Kentdekilerde deyirki şeherdekiler kefdedi.

Kimdən: Treyder Haradan: Baki
27.06.2010 20:42
Polisin danışmağına baxe , deyir "21-ci əsrdir yolu kəsmək olar ? , şikayətin var get icraya elə " 21-ci əsrdə 1 ay su gəlməyəndə yolu kəsərlər də , o yana da keçərlər.

Kimdən: izzet
27.06.2010 11:27
21. yüzyılda suyun olmadıgı bir sehir oyle mi?Aztv hergun goruntu variyor su park bu park diye...Hic bilmesen dersin ki burası gelismis ulke...

Kimdən: kamush
27.06.2010 01:45
bu kamala fikir vermiyin.o kimdise mirtdawir.fikir vermeses susacaq

Kimdən: kamran
27.06.2010 01:43
bu sabuncu rayonunun lap zibili cixib..evvel smenle su verirdiler.indi hec onu da vermirler.duz deyib ele aksiyadaki xanim...niujeli bu boyda dovletin gucu catmir ki gunde 5-6 saat bu xaraba rayona su versin????bele inkiwaf etmiw dovletik??

Kimdən: kemalene
27.06.2010 01:28
size bir sey danisim demeli bir hefte idi ki su dasiyirdim heyetden besinci mertebeye bizde su ancaq nasosla qalxir nasos xarab idi deye su vura bilmirdim umumi linyadan su qalxmirdi nezerinize catdirim ki butun bu hadiseler merkeze cox da uzaq olmayan bir yerde bas verir 8 km de ne besinizi aqridim insafen mudur cox yaxsi bir insan idi amma mudurun mavini bilirsinizmi mene ne dedi dedi ki siz ne qeder nasukur insanlarsinizSabirabadi,Salyani su basib siz burda su davasi edirsiniz siz bundan ne basa dusdunuz? ne qeder mentiqsiz ,savadsiz,aqilsiz danisiqdir bu goresen bu cur danisan insanlarin ozlerinin aqli catmir ya camaati gic yerine qoyurlar?
Cavab

Kimdən: ishsiz Haradan: xarabadan
27.06.2010 11:39
ish bashina tehkim olunmush memurlarin choxu bu gundedir! Sanki ele bu bash ve bu seviyyede olanlari ishde saxlayirlar. Normal adama yer ve ish yoxdur bu xarabada!
Səhifə (2)
    Növbəti