Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:56

Cəmiyyət

Şimal bölgəsində yol dağılıb, 100-dən çox insan dərədə qalıb

x
Şriftin ölçüsünü dəyiş - +
Bir necə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Şabran rayonu ilə Qubanın sərhədində, dağlıq ərazidə yerləşən İstisu sanatoriyasına gedən yol dağılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təxminən 100-120 nəfərə yaxın insan Siyəzən ərazisindən axan Gilgil çaydan keçərək geri qayıtmaq istəyiblər. Lakin yolun yuyulması və avtomobilləri sel aparması nəticəsində həmin insanlar Siyəzən ərazisindəki dərədə köməksiz qalıblar.

Fövqəladə Hallar Nazirliyinin Xaçmaz-regional mərkəzinin rəisi Rüfət Qurbanovun ANS-PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, həmin insanlar kömək üçün FHN-ə müraciət ediblər. Onların dəqiq sayı açıqlanmasa da, hadisə yerindən gətirilməsi üçün helikopterin göndərildiyi bildirilir:

«Onları ya Şabrana, ya da Siyəzənə gətiriləcəklər».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Nostradamus Haradan: Ulduzlardan
27.06.2010 15:23
Yeqin ki,fikir veribsiniz Azerbaycanda kiminse yadina ardi kesilmeden davam eden tebii felaketler yadina gelmir,Azerbaycanda yap hakimiyyete gelenden beri,tebii felaketler bash alib gedir,butun bunlar Azerbaycanda dini sixishdiran ,mescidleri sokduren ,pozqunluqa destek veren yap hakimiyyetine ALLAH terefden xeberdarliqdir.Ne qeder ki,pozqun ve haqsiz yap hakimiyyeti Azerbaycanda dovlet bashindadir tebi felaketler Azerbaycanda bash alib gedecek.Azerbaycan milleti butun bunlardan netice cixarmalidir,pozqunluqa destek veren yap hakimiyyeti Azerbaycani ireli yohx ucuruma aparir.

Kimdən: gohum
27.06.2010 13:29
birden onlari da aparib tokerler hardasa ilan meleshen dushergelere!

Bu bashsiz hokumetden ne desen chixar!