Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:32

Cəmiyyət

«Gönüllərdə çiçək açan Stalinə»

x
Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycan aşıqlarının yaradıcılığı gündən-günə inkişaf etməkdədir. Revolusiyadan qabaq ələm, kədər, qüssə ilə dolu mahnılar oxuyan, xanların, bəylərin, insan əməyini vəhşicəsinə istismar edildiyi zülmdən, əziyyətdən haray çəkən, yoxsulların dərdinə yanan, azad sevginin boğulmasına qarşı üsyan edən, bəzən də əlacsız qalıb, əfsanələr söyləyən aşıqlar, indi sovetlər, bolşeviklər partiyası haqqında, kolxozlar, sovxozlar haqqında, varlı, qultur, xoşbəxt həyat haqqında şən nəğmələr oxuyurlar».

Bu, «Kommunist» qəzetinin 1937 – ci il 1 mart tarixli sayında «Aşıqlarımızın yaradıcılığında dönüş» adlı məqalədəndir. Məqaləni Hümmət Əlizadə hazırlayıb:

«İndi aşıqlarımız ilk sözlərini revolusiya loqomotivinin böyük maşinistləri, əməkçi bəşəriyyətin ulu rəhbərləri Lenin və Stalinin şərəfinə söyləyir və sazlarının ilk telini onların şərəfinə səsləndirirlər.

Söylədikləri mahnılardan göründüyü kimi aşıqlarda fikir, ideya və mövzu intixabı getdikcə dəyişir. Onlar artıq sosializmin böyük qələbələrindən, bu qələbələri əldə edənlərdən bəhs edirlər. Onlar zərbəçi haqqında deyirlər:

Zərbəçi qadınlar, qoçaq bacılar!
Gərəkdir qalmasın dala zərbəçi
Təmiz dərin qozalardan pambığı
Qoymayın bir dənə qala zərbəçi!


Tənbəlləri isə belə biabır edirlər:


Hər yerdə görürlər karı, tənbəli,
Qoy utansın, ölsün barı tənbəli
Arvadı tənbəli, əri tənbəli
Görüm tutsun yaman bəla, zərbəçi.

«LENİN VƏ STALİNƏ ƏN SƏMİMİ QOŞMALAR QOŞURLAR»


Aşıqlar yeni quruluşu təsvir etdikləri və bu quruluşda özlərinin yaxından iştirakını göstərdikləri kimi sosializm quruluşuna ilham verən və bu quruluşun böyük qurucuları olan böyük insanlara, ulu Lenin və Stalinə ən səmimi qoşmalar qoşurlar:

Gənc aşıq Səfdər:

Məzlum millətləri azad elədin
Qoydun bu cahanda nişanə, Lenin
Yeni yaşayışı icad elədin
Verdin əsgi günü tufana, Lenin,

deyə dünya əməkçilərinin azadlığı uğrunda bütün ömrü boyu çalışmış, məzlum millətlərin qardaşlığını yaratmış dahi Leninə öz məhəbbət və səmimiyyətini bildirir.

«GÖNÜLLƏRDƏ ÇİÇƏK AÇAN STALİNƏ»


Xalqların ulu rəhbəri, gönüllərdə çiçək açan Stalinə:

Dünya rəhbərisən, ölkə dayağı
Adın var dağlardan uca Stalin
Bir işıq salıbsan cümlə cahana,
Getdi o qaranlıq gecə, Stalin!

deyən aşıqlar məzmunlu, dolğun, saf, səmimi qoşmalar qoşur və ulu rəhbərin adını sədəfli sazlarda çalıb, şən və bəxtiyar həyat sürən ellərə səs salırlar».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Bayat Haradan: Praga
30.06.2010 19:14
Her kes oz heqiqetlerinden chixish ederek yashayir, fealiyyet gosterir ve ozunu realize etmeye chalishir.

Kimdən: Yurdsevər
29.06.2010 16:24
Sabah rus qosunu Azərbaycana gəlsə, yalamada onları qarşılayan bizim user Kommunist olacaq.

Nərimanovun- milli satqının taleyin unutma, o ruslara inandı, sonra başa düşdü ki, allanıb. Başa düşəndə gec idi. Artiq zəhərləmişdilər onu.
Cavab

Kimdən: güzgü Haradan: Vetenden
30.06.2010 03:56
Yurdsevər müəllim, Nərimanov olmasaydın, Qarabağ adında bir qurum mövcud olmayacaqdı.Yerində 5-6 hay rayonu olacaqdı.Qarabağın bir muxtariyyət kimi azərbaycanda qalmasını, traixə Böyük İnsan NƏRİMAN NƏRİMANOV yazmışdır, bu yazını yox ki, siz heç kəs tarixdən silə bilməyəcəkdir. və bu o zamankı uğurun sayəsində bu ğün azərbaycan xalqı azərbaycana qaytaracaqdır. Bu torpaqlar qaytarıldıqdan sonra da Nərimanovun şərəfinə yazılacaqdır.
Nərimanov dar bir ğündə, Rus imperiyasının hegemon vaxtında, tək başına, yaxın azərbaycanlı silahdaşlarının köməyi ilə, o torpaqları respublikanın tərkibində saxlaya bilmədi, ancaq müstəqil , kapitalist yönlü Azərbaycan Respublikası bu torpaqları, rusun dağılan, hegemon olmayan devrində əıldən verdi.
Mən şəxsən ateistəm, siz yəqin Allah adamı olarsınız, heç olmasa dininizdən, imanınızdan çəkinin, həqiqəti danmayın. Dahi Atatürk qafqazda və dünyada gedən prosesləri sizdən , bizdən yaxşı bilirdi, o lazım olsa Məməd Əminin dövlətini müdafiə edərdi, tarixin hökmü ilə o zaman Azərbaycan kommunist devlətinin yaranması labüd idi, yoxsa, Rusiya və Türkiyə rarçalanıb məhv olacaqdı.Ona görə Atatürk Nərimanovu müdafiə etdi və ona hədiyyə olaraq qızıl xəncər verdi ki, gələcəkdə bizə lazım olacaq.!!!! ........
Cavab

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
30.06.2010 02:13
Rus qoşununa ehtiyacımız yoxdur,sizin öhdənizdən özumuzdə gələrik !!!
Cavab

Kimdən: Yurdsevər
30.06.2010 08:08
sadəlövh insan, kommunizm ideyalarına çox adam inanırdı, Mirzə Davud Huseynov, Nariman narimanov, Qəzanfər Musabəyov.

Elə kommunizm də onların başını yedi, heç qəbirləri də məlum olmadı.

Heç olmasa bunları unutma.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
29.06.2010 10:31
Sözugedən dövurdə Azərbaycan Sosialist Respublikası iqtisadi inkişafın surətinə görə İttifaq uzrə 1-ci yeri tuturdu.Beləki 2-ci beş illikdə Sovetlər İttifaqı uzrə məhsulun illik artımı 17% olmuşdursa,Azərbaycanda bu göstərici 21% təşkil etmişdir.Məşhur fransız yazıcısı Anri Barbus Bakiya səfərindən sonra yazırdıki, "Məndən soruşsalarki,Sovet hakimiyyəti,onun dostlarını və hətta duşmənlərini ən cox təccubləndirən və heyrətə salan nə kimi işlər görmuşdur,mən cavab verib deyərəm ki,Bakıya baxsanız bunu görərsiniz!Cunki,dunənki huquqsuzluq,köləlik və səfalətlə bu gunki səadət arasındakı böyuk ucrumu hec bir yerdə Bakıda oldugu qədər aydın görmək olmaz."
Bu bir fransız ziyalısının etirafıdır,LƏTİFƏ deyil.!!!
Cavab

Kimdən: Yurdsevər Haradan: toI Kommunist
29.06.2010 16:19
Əşi qurtar görək də bu demaqoqluğu....
belə şərhləri oxuyanda birtəhər oluram da.
Xalqımızın qaymağını 1937 illərdə qıranlar kim oldu, onnan danış. Heç olmasa ölənlərin ruhuna hörmət et belə danışma.

Hər hansı bir anekdot danışırdın sovet sistemi barədə , gecə gəlib səni arvadli ushaqlı aparirdlılar. Səni narginə, arvad uşaq Şimali Qazaxistan çöllərinə sürgün edirdilər.
Ona görə belə mədh edirsən burada, traktordan , sənayedən danışırsan.

Bilmirəm neçə yaşın var, heç olmasa həlak olan 40-50 min ziyalımızdan utan.
Pribaltika ölkələrində belə şərh yazmaq artıq cinayət sayılır.
XALQI sənin rüşvətxor məmurların o günə salıblar ki, bəzi təbəqə o dövrü nostalgiya hissi ilə xatırlayırsız.
Stalin dövrü ən çox ziyalılarımızı, intelligensiyalarımızı biçdi, qara camaatı yox.
Sovet sistemi cinayətkar bir quruluş idi nöqtə!!!!

Kimdən: sinicausa Haradan: baki
28.06.2010 21:23
menasizdiye:(

Kimdən: Celal Haradan: Baki
28.06.2010 12:27
Stalin dediniz, yadima bir letife dushdu.
Demeli II Dunya savashinda Azerbaycan'da bir ailenin 9 oglu varmish. Ele bir-bir bunlari muharibeye chagirirlar. Sonuncunu chagiranda oglanlarin anasi chixir ve komissarlara deyir: "Gedin Staline deyin ki, eger mene arxayin olub muharibeni davam etdirise, etdirmesin, dayandirsin. Daha oglan dogan deyilem.

Kimdən: Moshu Haradan: Goyezen
28.06.2010 10:26
Hechne deyishmeyib sadece Stalinle Lenin adlarindan bashqa.Yene hemin ashiqlari evez eden Zelimxan Yaqublar,Siyavushlar,Mubariz Qurbanlilar var.

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
27.06.2010 17:16
1937-ci ili cox təəssuflrki ancaq represiya sozuylə bu millətə xatirlatmaq istəyirlər.ancaq fakt-faktliginda qalir əsl həqiqət isə ondan ibarətdirki 1937-ci ildə Azərbaycan bir SƏNAYE İNQİLABİ yaşayirdi Sənayeləşmiş yeganə musəlman olkəsi idi İran Turkiyə kimi boyuk musəlman olkələrinin kəndində traktorun nə oldugunu bilməyəndə SOVET AZƏRBAYCANİNİN tarlalarinda minlərlə traktor işləyirdi
Cavab

Kimdən: Qaqa Haradan: Uzundere
28.06.2010 01:59
70-ci illerde qatarnan Bakiya gelen Brejniyevi,Heyder Aliyev ve o vaxtki Azerbaycan Kommunist Partiyasinin yuksek vezifesinde ishleyenler qarshilayirdi.Deqiq yadimda deyil hansi ashigiydi, Brejniyevin shenine sazi sinesine basib bu cur oxuyurdu--Xosh gelmisen,sen Bakiya ay Brejniyev...Vagzalinda her terefi KQB ile dolu imish.Bir qaqada ashigin bu qoshmasin eshidende bir kelme deyib ki,sag ol dussuz.O qaqadan duz 10 min rubl alib deyibler ki,ashigin duz pulun sen verdin.

Kimdən: Qızılüzən Haradan: Bakı
27.06.2010 15:07
Sözün bitdiyi yer ... Ona görə ki, bu qədər müddətdə heç nə dəyişməyib ...

Kimdən: Mustqile Haradan: Baki
27.06.2010 15:04
Allah Stalin ve Mir Cefer Bagirovu rehmet elesin,qebrleri nurla dolsun.
Indi bunlar yashasaydi,bu rushvetxor memurlarin öhdesinden onlar gelerdi.
Xalqin servetini ogurlayib yeyenleri cezalandirardilar.
Cavab

Kimdən: Yurdsevər
29.06.2010 16:21
Əli milyonların qanına batmış adama rəhmət oxuyursan!

P,S.
heyif ki, Ağabəy Sultanov rəhmətə getdi!
Cavab

Kimdən: Musteqil Haradan: Baki
01.07.2010 01:02
O milyonlari öldurmemish. Sadece xalqin malini talayib yeyenleri öldurmush.Siz tarixi sehveleyin deyin görek Stalinin dövrunde bir kasibin ve yaxud fehleni incitmishlermi ve yaxud öldurmushlermi.
Cavab

Kimdən: Huseyn Cavidden Haradan: Oradan
27.06.2010 21:58
Sen allah, dediklerine ozun inanirsan? Aq eleme, qardash! Her sozunden besitlik yaqir...

Kimdən: mesum Haradan: biabirciliq
27.06.2010 14:27
Stalini provakatia edenler bir bu günlerinden ibret alsinlar.70 il sovet devri ne yaxsi ki azerbaycanin heyatina girib,düzdü yan etkileri de olub,ancaq feodalizmden eziyyet ceken ibtidai icma qurlusu seraitinde yasayan,yazib oxumasi olmayan bu xalq 70 ilde 700 ilin vere bilmeyeceyi gözel töhfeler verib,gözel izler buraxib.Niye bundan yazmirsiniz?Satalinin devrinde qizil kimi qizlarimiz oxuyub ere gedir,serefle ana olurdu.Tarlalarda calismaq seref sayilirdi,verin o tarlalari yene calismaq ruhu ölmeyib.Indi qizil kimi qadinlarimiz Dubay-Türkiye istiqametinde sex kölesi olublar,erler atalar özlerini qul bazarinda satir,ersizler-yersizler sige sigortasiyla yasayir.Elm-maarif,medeniyyet yerlerde cul kimi sürünür.Rüsvet ellerde cicek acib.ölke bardax gününde.Bele qerezli yazilar sadece koxalarimizin öreyince olar,cünki azadligin badesini,varin-pulun busesini icirler.Biz nesil artiq mühaciretde yasamaq mecburiyetinde qalmisiq,hesret,ayriliq, keder yol yoldasimiz olub.
Cavab

Kimdən: Talaba
27.06.2010 14:43
Bu yazida meni maraqlandiran ne Stalindir, ne de 70 illik sosializm.

eslinde o dovrde yashamasam da o dovrun bir cox ustunluklerini bilirem

sadece bir seyi anladim ki Azerbaycan xalqi ucun dunyanin en gozel qurulushu, en edaletli dovlet bashcisini da getirsen, yaltaqligin bu cur dusuk formalari hec eskik olmayacaq

Stalin azerbaycanli asiqlara yalvarirdi ki gelin meni bele medh edin?

heyder aliyev deyil ee Stalin.

Rostropovic Bakiya gelende de bu duduk-saz ustalari cixmisdi - biabirciliqqq((((

yaltaqliq yarisinda 1-ci yeri verirem oz xalqima
Cavab

Kimdən: mesum Haradan: biabirciliq
27.06.2010 15:04
bilirem qaga bilirem eline qiriq sökük catan adamlar Zelmixan müellim kimi ilham atina minib kisneyib,bu hemise olub sirvansahlarin vaxtindada olub,Sah qacara quyruq bulayanlar da olub,Heyderin önünde yeri öpenlerde,Ilhamin qarsisinda dizin dizin sürünenlerde.
Səhifə (2)
    Növbəti